Məhkəmə qərarları › İş №2(102)-1258/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1258/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işçi tərəfindən işəgötürənə vurulan ziyanın ödənilməsi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(103)6761/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 01 iyul 2016-cı il tarixli əmək müqaviləsi ilə Cavabdeh İddiaçı QSC-yə Məişət və keramika əşyaları satışı şöbəsində satış meneceri vəzifəsinə işə qəbul edilmişdir.

2. Eyni tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, “Maddi məsul şəxs” tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün tam mad di məsuliyyət daşıyır.

3. İddiaçı QSC-nin 17 sentyabr 2021-ci il tarixli əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməklə, İddiaçı QSC-nin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin QSC-yə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu zərər olaraq 313097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə iddiaçıdan götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313097 (184175 USD) manat vəsaiti İddiaçı QSC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. İddiaçı və cavabdeh arasında 01 iyul 2016-cı il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı, onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 təqvim günü ərzində cəmiyyətin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər müəssisəyə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh iştirakı ilə 01 aprel 2021-ci il, 03 may 2021-ci il, 03 iyun 2021-ci il, 01 iyul 2021-ci il və 02 avqust 2021-ci il tarixlərdə tərtib olunmuş və şəxsi imzası ilə təsdiq edilmiş üzləşmə aktları ilə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. 10 sentyabr 2021-ci il tarixdə Cavabdeh pretenziya qaydasında yazılı xəbərdarlıq göndərilsə də, cavabdeh cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSC-yə borcunun olması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır.” Göründüyü kimi, müvafiq qətnamələrlə artıq cavabdehin iddiaçıya borcu olmaması ilə bağlı xüsusat öz təsdiqini tapmışdır. Digər tərəfdən, məhsulların iddiaç ı tərəfindən ona təhvil verilməsi, onun həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin əmək müqaviləsi üzrə satış meneceri kimi vəzifəsi cəmiyyətə məxsus məhsulların satılmasını təşkil etmək məqsədi ilə alıcılara nümayiş etdirmək, həmin məhsulların alıcı tərəfindən alınmasını təmin etmək olmuşdur. Yəni o, cəmiyyətə məxsus məhsulların alınması üçün müştərilər tapmış, onlar məhsul barədə sifariş verdikdə bu barədə cəmiyyətə bildirmiş, cəmiyyətin digər məsul əməkdaşları həmin məhsulları alıcıya təqdim etmişdir. Cavabdeh hər hansı məhsulu anbardan çıxarmamış, üçüncü şəxslərə təhvil verməmiş və pul vəsaiti almamışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)374/2022 nömrəli mülki iş zamanı da təqdim edilmiş və mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, həmin sənədlərdən görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilmiş və şəxslər tərəfindən imzalanmışdır. Həmin aktlarda hər dəfə fərqli məbləğlər qeyd edilmişdir. İddiaçının dediklərinin həqiqət olduğunu hesab edilsə, azalan borc məbləği ya cavabdeh tərəfindən, ya da üçüncü şəxslər tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının dediyi kimi “həmin pulların xəzinəyə verilməsini” əks etdirən sənəd mövcud olmalıdır. Lakin, belə bir sənəd mövcud deyildir. Ümumiyyətlə həmin təhvil-təslim aktları müəssisənin işçiləri tərəfindən məhsulların alınmasına cəlb edilmiş şəxslərin siyahısıdır. Bu sənədlərdə həmin şəxslərə hansı məhsulların verilməsi və dəyərinin ödənilib-ödənilməməsi ilə bağlı məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş borcların qrafik ödənişi adlı sənəddən görünür ki, üzləşmə aktlarında adı qeyd edilən şəxslər QSCyə olan pulların ödənilməsi ilə bağlı qrafik tərtib etmişlər. Həmin qrafik də cəmiyyətin məsul işçisi və onun tərəfindən imzalanmışdır. Yəni həmin üzləşmə aktları onun deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. İddiaçı özü həmin şəxslərlə əlaqə saxlayıb borcun ödənilməsini tələb edir, eyni zamanda müştərilərlə borcla bağlı müqavilə imzalayır. Bununla yanaşı həmin ödənişləri cavabdeh da tələb edir.

7. Həmçinin, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddia ərizəsi ni iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, üzləşmə aktlarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında hələ 30 noyabr 2019-cu il tarixdən etibarən iddiaçının istinad etdiyi “guya cavabdehin borcu olmasını etiraf edən sənəd”in imzalandığı müəyyən olunur. Həmin aktlardan görünür ki, iddiaçı cavabdehin ona maddi ziyan vurmasından 2019-cu ildən məlumatlı olmuş, məhkəməyə isə 2022-ci ilin iyul ayında müraciət etmişdir. Belə olan halda, qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(004)3966/2022 nömrəli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəflə Cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Sözügedən “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehin üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysa da, iş materialları ilə cavabdehin belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yetirilə bilməmişdir.

10. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən “Tam maddi məsuliyyət haqqında” müqavilə özlüyündə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtləri ilə bağlıdır. İş materiallarında olan 01 iyul 2016-cı il tarixli əmək müqaviləsi ilə məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçının “Məişət və keramika əşyaları satış şöbəsi”ndə “satış meneceri” vəzifəs ində 01 iyul 2016-cı il tarixdən işə başlamışdır. Eyni tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, “Maddi məsul şəxs” tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Müqavilənin şərtindən də göründüyü kimi, “Maddi məsul şəxs”, yəni cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyyətlə mükəlləf olunmuşdur. Sübut olaraq iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin üçüncü paraqrafına əsasən satış meneceri vəzifəsində çalışan cavabdehin əmək funksiyaları sadalanmış, əmək vəzifələrinə iddiaçının iddia tələbində əsaslandırdığı kimi, onun tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi vəzifələrinin aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarında olan 4 sayda üzləşmə aktları ilə müəyyən olunur ki, “Satıcı” adlanacaq, yəni İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh alıcılarla olan alqı-satqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişlər. Üzləşmə aktlarında adı qeyd edilən şəxslər haqqında cəmiyyətin “satış meneceri” vəzifəsində çalışan Cavabdeh və “icraçı direktorun satış üzrə müavini” vəzifəsində çalışan Səmədov Fəzailin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "xxxx" adlı sənəd tərtib olunmuş və QSC-yə olan pulların ödənilməsi ilə bağlı borc məbləği hər müştəriyə fərqli şəkildə qrafik üzrə bölünmüşdür. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. Həmçinin, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və sonuncusu xx.xx.2021-ci il tarixli olan eyni məzmunlu üzləşmə aktlarının tərtib qaydasındakı uyğunsuzluqları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu sənədlərin mötəbər sübut olaraq qəbul edilməsi və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərdən görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilərək cəmiyyətin məsul işçiləri tərəfindən imzalanmışdır. Digər tərəfdən, məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə, cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəllərinin surətlərinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus mallar satış meneceri Cavabdeh vasitəsi ilə pərakəndə şəkildə əsas kimi qeyd olunmuş müştərilərə satılmış, lakin sənədlərin “t əhvil aldım” qrafasında Cavabdeh imzasının olmaması onun malların təhvil-təslim prosesində iştirak etməməsini büruzə verir. Eyni zamanda, məhkəmə tərəflərin izahatları ilə müəyyən etmişdir ki, Cavabdeh cəmiyyətin “satış meneceri” vəzifəsində çalışarkən icra etdiyi funksiyalar malların nümayişi və satışı üzrə müştəri toplamaqdan ibarət olmuşdur.

11. Habelə, məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən “Tam maddi məsuliyyət” haqqında müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin tam maddi məsuliyyəti haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, həmin maddənin "xxxx" bəndinə istinad edən məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır.

12. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə cəmiyyətin xx.xx.2021-ci il tarixli, 291-K saylı əmri ilə xitam verilm iş, mülki işin qeyd olunan halı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə təsdiqini tapmışdır. Qətnamənin əsaslandırıcı hissəsindən müəyyən olmuşdur ki, İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 291-K saylı “əmək müqaviləsinə xitam verilməsi” barədə əmri ilə xx.xx.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə İddiaçı QSC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yəni ki, İddiaçı QSC ilə Cavabdeh arasındakı münasibətlərin bitdiyi an iddia müddəti axımının başlanması, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün hesab olunmalıdır. Hazırki, mülki iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı b ir illik iddia müddətini ötürməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1, 199, 296.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2182/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2(004)-3966/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı QSC-yə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 317097 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mütəmadi olaraq “Üzləşmə aktlarının” tərtib edilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilənin” 17-ci abzasında qeyd edilmişdir ki, “Üzləşmə aktları” və “Hesabatlar” yekun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdik ləri hədə-qorxu nəticəsində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir.

17. Belə olan halda, apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “Üzləşmə aktları” tərəflərin faktiki münasibətlərinin tənzimləyən yekun sənəd olmaqla, cavabdeh həmin aktları hədə-qorxu nəticəsində imza etməsini sübuta yetirə bilmədiyi üçün hesab edilməlidir ki, cavabdeh aktlarda göstərilən məlumatlar ilə razılaşıb.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin QSC-yə borcunun olmaması faktının qətnamə ilə müəyyən edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibət apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin qətnamə hazırkı iş üzrə cavabdehin iddiaçı QSC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilmişdir. Həmin qətnamədən görünür ki, QSC ilə cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsinin əsası cavabdehin QSC-yə borcunun olması halı deyil, cavabdehin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı olmuşdur.

19. Bu baxımdan, apellyasiya kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd edilən qətnamə ilə həll olunmuş mübahisəsinin hazırkı mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Hazırkı iş üzrə müəyyən edilə biləcək faktlar, həmin iş üzrə müəyyən edilə bilməz.

20. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi 22 sentyabr 2022-ci il tarixli qərardadla mülki işi baxış üçün kifayət qədər hazırlanmış hesab edərək, məhkəmə baxış iclasını 12 oktyabr 2022-ci il tarixə, saat 10:20 təyin edilmişdir. Qeyd edilən 23 may 2022-ci il tarixli ******* və 18 iyun 2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” cavabdeh tərəfindən rayon məhkəməsinə 05 dekabr 2022-ci il tarixində, yəni işə mahiyyəti üzrə baxılan zaman təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında Rayon Məhkəməsinə təqdim edilməsini heç bir formada əsaslandırmamışdır. Sübutların heç bir əsaslandırma olmadan rayon məhkəməsi tərəfindən qəbul etməsi düzgün olmamışdır. Həmin sübutlar gecikdirilməklə verildiyindən və cavabdeh sübutların hansı səbəbdən gec təqdim edilməsini əsaslandırmadığından onlar istinad edilməsi yolverilməzdir.

21. Bundan başqa, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı qənaəti ilə razılaşa n məhkəmə qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirən iddiaçı QSC 07 dekabr 2022-ci il tarixində ödəniş cədvəllərini sübut təqdim edərək həmin cədvəllərin tarixlərinə istinad edərək bildirmişdir ki, cavabdeh tərəfindən müəyyən vaxtlarda iddiaçı QSC-yə pul məbləğləri ödənilmiş və cavabdehin imzası ilə təsdiqlənmişdir. Məhkəmə həmin sübutların baxış iclasında təqdim edilməsini əsaslı hesab etmişdir. Belə ki, həmin sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir (cavabdehin iddia müddətini tətbiqinə dair ərizəsi) və iddiaçı həmin sübutları iddia müddətinin tətbiq edilməməsinə dair təqdim etmişdir. Ödəniş cədvəllərində qeyd edilmiş məbləğlər və imzalar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təkzib ed ilməmişdir, apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkili) həmin hallara dair izahat verərək qeyd etmişdir ki, həmin pullar cavabdehin əmək haqqı kartına iddiaçı tərəfindən ezamiyyət pulu qismində verilmiş və cavabdeh sonradan həmin pul məbləğlərini iddiaçıya qaytarmışdır. Lakin cavabdeh həqiqətən həmin pul vəsaitlərinin iddiaçı QSC tərəfindən onun əmək haqqı kartına ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. Bundan əlavə, cavabdehin vəkili (nümayəndəsi) imzaların cavabdehə məxsus olub-olmamasını mübahisələndirmir, əksinə pulun cavabdeh tərəfindən ödənildiyini etiraf edərək həmin pulların geri qaytarıldığını qeyd edir. Eyni zamanda, cavabdehin nümayəndəsi apellyasiya baxışında ona verilmiş suala cavab olaraq qeyd etmişdir ki cavabdehin əmək haqq ı 500 manat civarında dəyişir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən cədvəllərə hər-hansı münasibət bildirməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim olunmuş ödəniş cədvəlləri 14 vərəqdir, ümumilikdə 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına qədər olan zamanı əhatə edir. Cədvəllərdə cavabdehin adının yazıldığı qrafanın yanında qeyd edilmiş pul vəsaitlərinin ümumi məbləği 53827 manat təşkil edir. Belə olan halda aylıq əmək haqqı 500 manat civarında olan işçinin 7 ay ərzində ezamiyyət xərclərinin məbləği 53827 manat olması ağlabatan deyil.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini, Mülki Məcəllənin 14.1, 14.2-ci, Əmək Məcəlləsinin 192, 199-cu və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 385.1, 385.2, 386, 388, 389-cu maddələr i ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(102)-3578/2023 nömrəli qərarı ilə (hakim Z.B.Babayevin məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2022-ci il tarixli, 2(103)-2182/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Kassasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqaviləyə və “Üzləşmə aktlarına” əsaslanan iddiaçı cavabdehin üzərinə maddi məsuliyyətdən əmələ gəlmiş borcu qaytarmaması nəticəsində yaranmış zərər tələbini qoysa da, həmin müqavilənin 12-ci bəndində maddi məsul şəxsin təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən malın cavabdehə təhvil verilməsi ilə bağlı sənədlərin mövcudluğu iddiaçıdan tələb olunarkən, iddiaçının nümayəndəsi “malın cavabdehə təhvil verməsi ilə bağlı hal-hazırda bir sənədin olmadığını” qeyd etmişdir. (31 mart 2023-cü il tarixli məhkəmə iclasının protokolu. i.v.166)

28. Bununla belə, apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərk ən cavabdehin yalnız təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşımasına, lakin bu halda iddiaçının malların cavabdehə təhvil verməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə düzgün hüquqi qiymət verməmişdir.

29. Eyni zamanda, 01 iyul 2016-cı il tarixli “Əmək müqaviləsi”nə əsasən Məişət və keramika əşyaları satış şöbəsində satış meneceri vəzifəsində çalışan cavabdehin “Əmək müqaviləsində” əmək funksiyası (əmək vəzifəsi) kimi, “Vahid tarif sorğu kitabı”na uyğun olaraq vəzifələrini icra etməsi nəzərdə tutulmuş, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilənin 1-ci bəndində, tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifa dəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün, 3-cü bəndində isə ona satış üçün etibar olunmuş əmlakın satış pulunun həmin pulu əldə etdiyi gündən ən geci 2 təqvim günü ərzində müəssisənin kassasına təhvil verməsi, kassaya mədaxil edənə qədər müəssisəyə məxsus həmin pulun, habelə maddi qiymətlilərin təhlükəsizliyi üçün tam maddi məsuliyyət daşıması qeyd olunmuşdur.

30. Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 iyul 1996-cı il 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid X1”nda, həmçinin 1998-ci il 19 iyun tarixl i 13-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qulluqçu vəzifələrinin Vahid X1”nda və həmin sənədlərə sonrakı dəyişikliklərdə satış meneceri vəzifəsi nəzərdə tutulmamışdır.

31. Göründüyü kimi, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitləri, əmlak və digər sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

32. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən, məhkəməyə təqdim olunmuş “Üzləşmə aktları” kserosurətlərdən ibarət olmaqla, həmin sənədlərin əsilləri məhkəməyə təqdim edilməmiş, məhkəmələr tərəfindən həmin hal diqqətdən qaçırılmışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini təmin edərkən qətnaməsində təqdim edilmiş sənədlərin surətlərinə istinad etmişdir.

33. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin, cavabdehin QSC-yə borcunun olmaması faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-374/2022 nömrəli 10 mart 2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş mübahisəsinin hazırkı mübahisəyə hər hansı bir aidiyyətinin olmaması ilə bağlı qiymətləndirməsini də əsaslı hesab edilməmişdir. Belə ki, iddiaçının işdən azad olunma əsasının qanunsuz olması barədə nəticəyə gəlmiş həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh İddiaçı QSC ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas, onun 20 avqust 2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi olmuşdur. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən, iddiaçının QSC-yə borcunun olması ilə bağlı cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(103)-6761/2023 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(004)-3966/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya məhkəməsi iddia tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilənin 12-ci bəndində maddi məsul şəxsin təhvil aldığı pul və maddi qiymətlilər üçün tam m addi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitləri, əmlak və digər sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

36. İddiaçı üzləşmə aktına istinad etmişdir. İşdə olan üzləşmə aktları kserosurət olmuşdur.

37. Bundan əlavə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən müəyyə n olunur ki, iddiaçının cavabdeh İddiaçı QSC ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas onun 20 avqust 2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi olmuşdur. Həmin məhkəmə araşdırması zamanı da 01 iyul 2021-ci il tarixli "xxxx"na istinad edilərək 30 iyun 2021-ci il tarixə QSC-yə cavabdehin 187566 ABŞ dolları borcu olduğu qeyd edilsə də, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən, iddiaçının QSC-yə borcunun olması ilə bağlı cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, həmin borcun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır.

38. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 192-ci maddəsinin 1 və 2-ci hissələrinə, 199-cu maddəsinə, 203-cü maddəsinin 1 və 2-ci hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 106.1, 106.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

39. İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(103)-6761/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Mülki Prosessual Məcəllənin 2, 14, 76, 81, 88, 106.1, 217, 218-ci maddələri pozulmuşdur.

41. Belə ki, cavabdeh aktlarda göstərilən məlumatlarla razılaşmışdır. Məhkəmələr isə şahid ifadələrini, qiymətləndirmə hesabatlarını, aktları və sair mötəbər sübutlardan heç birini qiymətləndirməmişdir. İş üzrə tərəflər arasında mütəmadi olaraq Üzləşmə aktlarının tərtib edilməsi işin mübahisəsiz halı olsa da və cavabdeh tərəf bu halı etiraf etsə də, bu sübutlara mötəbər sübut kimi yanaşılmamışdır. Halbuki tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilə”nin 17-ci a bzasında qeyd edilmişdir ki, Üzləşmə aktları və Hesabatlar yekun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh Üzləşmə aktlarını QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəsində imzalatdığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu sənədlərin əsli iddiaçıda var və məhkəməyə təqdim edilərkən cavabdeh tərəf bu sənədlərin doğruluğunu etiraf etdiyi və mövcudluğunu təsdiq etdiyi üçün məhkəmə tərəfindən qəbul edilməmişdir ki, əlavə sübut lazım deyil. Həmçinin, məhkəmə əsassız olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsinə istinad etmişdir. Həmin qətnamədən görünür ki, QSC ilə cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsinin əsası cavabdehin QSC-yə borcunun olması halı deyil, cavabd ehin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı olmuşdur. Daha sonra, birinci instansiya məhkəməsi 22 sentyabr 2022-ci il tarixli qərardadla mülki işi baxış üçün kifayət qədər hazırlanmış hesab edərək, məhkəmə baxış iclasını 12 oktyabr 2022-ci il tarixə təyin etdiyi halda, 23 may 2022-ci il tarixli ******* və 18 iyun 2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri’ cavabdeh tərəfindən rayon məhkəməsinə 05 dekabr 2022-ci il tarixində, yəni işə mahiyyəti üzrə baxılan zaman təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında rayon məhkəməsinə təqdim edilməsini heç bir formada əsaslandırmamışdır.

42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

43. Kassasiya şi kayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmas ına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

46. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü ol duqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cü maddəsinin "xxxx" bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üz ərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri il ə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

50. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Xüsusən, iddiaçı təqdim olunmuş Üzləşmə aktları ilə cavabdehin məsuliyyətinin süb ut olunmasını təkid edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmur.

52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübu tun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(103)-6761/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar