Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1259/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1259/2025 (Açar sözlər: miras əmlaklar üzərində payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlaklar üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2096/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddi açı2 (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 valideynləri Cavabdeh Adil oğlu ilə X2 nikahlarından üç övladı - oğlu X15, qızları İddiaçı1 və İddiaçı2 olmuşdur.
2. Daşkəsən rayon Xalq Məhkəməsinin 2-69 nömrəli, 18 iyun 1974-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh Adil oğlu ilə X5 arasında olmuş nikah pozulmuşdur. 3. “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Cavabdeh Adil oğlunun, X11, X3, X6 və X8 birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 2,60 ha p ay torpaq sahəsi verilmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,32 ha torpaq sahəsi və ümumi sahəsi 102 kv.metr olan daşınmaz əmlak Cavabdeh Adil oğlunun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
5. Daşınmaz əmlakın alğı-satqısı barədə 13 aprel 2017-ci il tarixli, 4Ə-837 reyestr nömrəli müqaviləyə əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndində 102 kv.metr evin yerləşdiyi 0,32 ha torpaq sahəsinin 0,02 ha hissəsi X1.
6. Cavabdeh Adil oğlunun Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 03 noyabr 2006-cı il tarixli vəsiyyətnaməsinə əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2 otaqlı yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir.
7. X15 07 oktyabr 2021-ci il tarixdə, Cavabdeh Adil oğlu isə 22 oktyabr 2022-ci ildə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Мəhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Xoşbulaq kəndində 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin 1/2 hissəsinə məcburi payların, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 2,60 ha təsərrüfat təyinatlı torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissəd ə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq kəndində 0.30 ha yaşayış məntəqə təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.m olan fərdi yaşayış evi iddiaçıların məhrum ataları Cavabdeh Adil oğlunun adına, Daşkəsən rayonu, Xoşbulaq kəndində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh Adil oğlu, X15, X7, X9 və X8 adına qeydiyyata alınmışdır. Ataları Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ailədə 3 uşaq olmuşlar, onlar və Cavabdeh məhrum atası, iddiaçıların qardaşı X15 atalarından əvvəl, yəni 7 oktyabr 2021-ci il tarixində vəfat etmişdir. Ataları vəfat etməzdən xeyli əvvəl Gənc ə şəhərində onların yanında yaşamışdır. Onun dəfn xərclərini də onlar (iddiaçılar) çəkmişlər. Atalarının vəfatından sonra ona (atalarına) aid olan bəzi sənədlər və xeyli sayda əşyalar hazırda da onlardadır. Yəni atalarından qalmış miras onlar tərəfindən qəbul edilmişdir. Onlar atalarının 3 noyabr 2006-cı il tarixdə özünə məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh vəsiyyət etməsini nəzərə alaraq hesab edirlər ki, sözügedən fərdi yaşayış evinin ½ hissəsinə onların məcburi payları müəyyən edilməlidir. Eyni zamanda, Daşkəsən rayonu Xoşbulaq kəndində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə də qanun üzrə vərəsə tanınaraq hər bi rinin 1/3 hissədə payları müəyyən edilməlidir. Bununla əlaqədar olaraq, notariat ofisinə müraciət etsələr də, mübahisə olması səbəbindən imtina edilərək məhkəməyə müraciət etmələri izah edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər və mirası qəbul etməmişlər. Onların mirasdan pay tələb etmələrinin heç bir qanuni əsası yoxdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlunun üç övladı olmuşdur. İsa əvvəllər oğlu Qabilin yanında yaşamışdır. Qabil Mövlayev vəfat etdikdən sonra isə İsaya qı zları Elmira ilə Təranə baxmışlar.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlunun tanımışdır. Oğlu Qabilin sağlığında İsa oğlunun yanında yaşamışdır. Oğlu vəfat etdikdən sonra İsa Gəncədə qızlarının yanında yaşamağa başlamışdır. Qonşu olduqları üçün o, bunlardan məlumatlı olmuşdur.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlu ilə həmkəndli və quda olmuşlar. İsanın iki evi olmuşdur. Biri Gəncə şəhərində, digəri isə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşmişdir. Xoşbulaq kəndində olan evdə gəlini ilə nəvəsi yaşamışdır. Xəstə olan vaxtlarda Cavabdeh 2 ay Elmiranın, 2 ay Təranənin yanında qalmışdır. Qızları 1 il müddətində atalarına baxmışlar. Cavabdeh oktyabr 202 2-ci il tarixində vəfat etmişdir. Elmira atasının dəfnin təşkil etmiş, yas mərasimini keçirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İddiaçı1 ilə qonşudurlar. Elmira qardaşı vəfat edəndən sonra atası xəstə olduğu üçün gətirib öz evində baxmışdır. Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Elmira atasının dəfnin təşkil etmiş, yas mərasimi keçirmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh ilə Daşkəsən rayonu Xoşbulaq kəndində qonşu olmuşlar. İsa müəllim kənddə oğlu ilə birlikdə yaşamışdır. Cavabdeh vəfatından sonra Xoşbulaq kəndində yerləşən evdə gəlini ilə nəvəsi yaşayır. Cavabdeh qızlarını orada görməmişdir.
16. Daşkəsən Rayon Мəhkəməsinin (bundan sonra bir inci instansiya məhkəməsi) e2(030)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh Adil oğluna məxsus olmuş, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evinin ikidə bir hissəsinə (hər birinə dörddə bir hissə olmaqla) iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi payları, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı (KOD ********) Dövlət Aktında göstərilən 2,60 ha torpaq sahəsinin Cavabdeh Adil oğlunun mülkiyyətinə aid sahəsinin üzərində qanun üzrə vərəsə olaraq İddiaçı1 və İddiaçı2 hər birinin üçdə bir hissə üzrə miras paylarının müəyyən olunması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaç ılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçı1 və İddiaçı2 miras qoyanın birinci növbədə vərəsələri olduqları üçün, onların qeyd edilən əmlaklardan pay tələb etmələrinin hüquqi əsasları vardır.
18. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarına əsaslanaraq qeyd etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qə rarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarın qüvvəsi hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1133.1, 1145, 1146, 1159.1.1, 1193, 1194, 1195, 1274, 1276, 1291-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında ifadə olmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni nə iş materiallarında olan sübutlara, nə məhkəmə tədqiqatı zamanı aparılmış araşdırılmanın nəticələrinə uyğun əsaslandırmamışdır. Məhkəmə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıların mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etməmələrinə hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. Halbuki iş materiallarından aydın olur ki, miras qoyan Cavabdeh Adil oğlunun 22 oktyabr 2022-ci il tarixdə vəfatından sonra qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə rəsmi olaraq notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Bundan başqa, o, həm də miras mülkdə yaşayaraq mirası faktiki olaraq qəbul etmişdir. İstər iddiaçı tərəfdən dindirilmiş və istərsə də cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin hər biri iddiaçıların miras açıldıqdan sonra miras mülkdə y aşamadıqlarını, miras mülkdə yalnız cavabdeh Mövlayev X16 hər hansı əşya qalmışdırmı, sualına cavab olaraq bildirilmişdir ki, heç bir əşya qalmamışdır. Məhkəmə heç bir əsaslandırma aparmadan bir cümlə ilə iddiaçıların mirası faktiki qəbul etdiklərini qeyd etmiş, lakin qətnamənin təsviri-əsaslandırıcı hissəsində bununla bağlı heç bir açıqlama, əsaslandırma verməmişdir. Göründüyü kimi, məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış, iş üzrə qeyri-qanuni nəticəyə gəlmişdir. Bundan başqa, miras açılandan sonra iddiaçılar mirasın qəbulu ilə bağlı heç bir hərəkət nümayiş etdirməmişlər, Onlar nə miras mülkdə yaşamamış, nə torpaq sahəsini əkib becərməmiş, kommunal xərcləri ödəməmiş, nə də qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Lakin iş materiallarından göründüyü kimi, bütün bu sadalanan hərəkətlər Cavabdeh tərəfindən edilmişdir. Qeyd edilən hüquq normasına görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan təqdirdə, mübahisəli əmlak mirası vaxtında qəbul etmiş Cavabdeh mülkiyyəti hesab edildiyi üçün və mülkiyyət hüququ toxunulmaz olduğu üçün həmin əmlakın başqabaşqa şəxslərin arasında bölüşdürülməsi yolverilməzdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarına istinad etmişdir ki, həmin qərar qüvvəyə mindiyi zaman məhkəməl ərin icraatında olan, yəni xx.xx.2023-cü il tarixədək məhkəmələrə daxil olmuş iddia tələblərinə aiddir. Hazırkı iş isə, 2024-cü ilin may ayında məhkəmənin icraatına daxil olmuşdur. Miras isə xx.xx.2022-ci il tarixdə açılmışdır. Ona görə də həmin qərar hazırkı işdə tətbiq edilə bilmədiyi üçün miras əmlaka dair vərəsəliklə bağlı Azərbaycan Respublikası MM-nin 1273cü və 1246-cı maddələri tətbiq edilməli və iddiaçılar mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmədikləri üçün onların iddiaları təmin edilməməli idi. Bununla belə, iddiaçıların nə notariat kontoruna vaxtında müraciət etməmiş, nə də əmlakı idarə etməyə faktiki başlamadıqları iş materailları ilə sübuta yetirilməsinə baxmayaraq, iddianı rədd etməli olduğu halda, təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhk əməsi hazırkı qətnaməni çıxararkən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanunu səhv təfsir etməklə yuxarıda qeyd edilən maddi hüquq normalarını pozmuş, nəticədə qeyri-qanuni qərar qəbul etmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-2096/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rüfət Məcidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, yeni qətnamə qəbul edilmiş və iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vəsiyyət üzrə vər əsə Cavabdeh mirasa faktiki yiyələnməklə qəbul etmiş olsa da, qanun üzrə birinci növbəli vərəsələr olan iddiaçılar qanunla nəzərdə tutulmuş müddətdə mirası qəbul etməmişlər. Hazırda iddiaçılar Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin 1/2 hissəsinə onların məcburi payının, Daşkəsən rayonu Xoşbulaq kəndində “Torpağa mülkiyyət hüququna dair” dövlət Aktında göstərilən 2,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissədə miras paylarının müəyyən edilməsini tələb edirlər. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 12 00-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarına əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarın qüvvəsi hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahi səli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mərhum Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə, iddiaçıların qardaşı X15 atalarından əvvəl, yəni 07 oktyabr 2021-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə v ə ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
26. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, miras qoyan Cavabdeh Adil oğlunun 22 oktyabr 2022-ci il tarixdə vəfatından sonra Cavabdeh miras mülkdə yaşayaraq mirası faktiki olaraq qəbul etmiş, eyni zamanda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmiş və mirası qəbul etmişdir. İddiaçılar isə miras qalmış fərdi yaşayış evi və pay torpaq sahəsindən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktik olaraq qəbul etməmişlər.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etsə də nəzərə almamışdır ki, həmin qərarların həmin vaxt icraatda olmuş işlər və ondan sonra yaranan hüquq münasibətlərinə tətbiq olunması nəzərdə tutulmuşdur. Hazırkı işdə isə hüquq münasibətləri 22 oktyabr 2022-ci il tarixdə yaranmasına baxmayaraq iddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi həmin qərarlara əsaslanmaqla iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiya eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapdığını, miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən halların mövcud olmadığını göstərmiş olsa da, lakin iddiaçıların mirası qəbul etməsinin konkret olaraq hansı sübutlar əsasında təsdiqini tapdığını əsaslandırmamışdır. İddiaçıların özləri isə iddia ərizəsində mirası faktiki qəbul etmələrini təsdiq edən sübut kimi atalarına məxsus bəzi sənədlərin və xeyli sayda əmlakın onlarda olması ilə əsaslandırmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi isə iddiaçıların mirası qəbul etmələrini təsdiq edən sübut kimi mər hum atalarına məxsus şəxsiyyət vəsiqəsinin və pensiya kartının, yataq çarpayısının iddiaçılarda olması ilə əsaslandırmışdır. Halbuki elə birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Cavabdeh Adil oğlu vəfat edənədək oğlu ilə birlikdə Daşkəsən rayonunda, oğlu vəfat edəndən sonra isə xəstə olduğuna görə bir il müddətində Gəncə şəhərində yaşayan qızlarının yanına gəlmiş və növbəliliklə, gah bu qızının, gah digər qızının yanında qalmışdır. Növbəliliklə iddiaçıların (qızlarının) yanında Gəncə qalan Cavabdeh Adil oğlunun özü ilə çarpayı və digər əmlak gətirməsi məhkəmə kollegiyasının qənaətinə görə inandırıcı deyildir.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1133, 1159, 1166, 1193, 1194, 1202, 1243, 1245-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçılar (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələ binin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe işə düzgün tətbiq edilməmişdir.
32. Mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə baxmayaraq, işə baxan məhkəmə kollegiyası buna hər hansı bir əhəmiyyət verməmiş, nəticədə vərəsəlik və mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur.
33. Məhkəmə kollegiyası iddianın təmin olunmaması üçün gətirdiyi əsasa görə guya ataları ilə iddiaçıların birlikdə yaşamasına baxmay araq, ondan iddiaçılara hər hansı əmlak (əşya) qalmamışdır. Lakin məhkəmə kollegiyası öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Əslində atalarının vəfatından sonra ona aid olan bütün sənədlər və xeyli sayda əşyalar hazırda da iddiaçıların istifadəsindədir. Hətta atalarından qalmış pensiya kartı da iddiaçılarda olmuş və həmin kartda olan pul vəsaitini bankomatdan çıxararaq öz aralarında bölmüşlər. Bundan başqa, atalarından qalmış fərdi yaşayış evinin həyətində iddiaçılara məxsus ayrıca otaq olmaqla, həmin otaqda hazırda onlara məxsus müxtəlif əşyalar var. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində də mütəmadi olaraq müxtəlif tərəvəzlər əkib-becər mişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
40. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
41. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
42. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
43. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
44. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və b ununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
48. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci m addələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
50. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halla rın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qəbul edildiyi dövrdə hazırkı işin məhkəmənin icraatında olduğunu nəzərə alaraq, həmin qərarın nəticə hissəsinə istinadla onun hazırkı işə tətbiq edilməli olduğu barədə düzgün qənaətə gəlmişdir.
67. Həmin qərarda Konstitusiya Məhkəməsi hesab etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
68. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublik ası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı, həmin qərar qüvvəyə mindiyi zaman məhkəmələrin icraatında olmuş, yəni xx.xx.2023-cü il tarixədək məhkəmələrə daxil olmuş iddia tələblərinə aid edilmiş, hazırkı iş isə, xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Hazırkı iş üzrə miras isə xx.xx.2022-ci il tarixdə açılmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı hazırkı işdə tətbiq edilə bilmədiyi üçün miras əmlaka dair vərəsəliklə bağlı Mülki Məcəllənin 1273-cü və 1246-cı maddələri tətbiq edilməlidir. Bu səbəbdən də iddiaçılar mirası q anunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmədikləri üçün onların iddiaları təmin edilməmişdir. Çünki iddiaçıların nə notariat kontoruna vaxtında müraciət etməsi, nə də əmlakı idarə etməyə faktiki başlamaları iş materailları ilə sübuta yetirilmişdir.
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi -prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Məhkəmə kollegiya sı həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən ka ssasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2096/2024 nömrəli 20 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.