Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-126/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya: Əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələb, delikt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X14 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Nəsirov Saday Vəkil oğlu, X15, X10, X28, X29, X11, X8, X3, X12 (hüquqi varisləri: X25, X13, X26, X16, X8, X17, X18 və X31 müs təqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı sökülmüş çəpərlərin bərpası və tikilinin sökülməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-60/2024 nömrəli iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1999-cu il tarixli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması barədə” Şəhadətnamədən görünür ki, Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabriki X15, X10, X28, İddiaçı, X29, X11, X8, X3, X12 tərəfindən satın alınmışdır.
2. İşin mübahisiz halıdır ki, 1 nömrəli Çay fabrikinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.
3. Masallı rayon İcra Ha kimiyyəti Başçısının Bədəlan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilir ki, Əsədov X27 rayonu Bədəlan kəndində qeydiyyatda deyil, ərazinin təsərrüfatbaşı kitabında Cavabdeh Bədəlan ərazisində həyətyanı torpaq sahəsi və mülkü yoxdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Cəlilabad Ərazi Şöbəsinin məqləhətçiləri E.Məmmədov, S.Nəsirov və İddiaçı tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Masallı rayonu Bədəlan kəndində araşdırma aparılarkən kəndin mərkəzi hissəsində Ərkivan-Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar e dilmişdir. Araşdırma zamanı hasar daxilində JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Nəsirov Saday Vəkil oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X19 (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur;
5. JN-636A Kod 80505085 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tar ixli, 42 nömrəli qərarı ilə Nəsirov Saday Vəkil oğlunun mülkiyyətinə Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir;
6. JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə X19 mülkiyyətinə Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir; İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək mülkiyyətində olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinin sökülmüş çəpərlərinin (dəmir barmaqlı və bet on çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında dövlət mülkiyyətlərin özəlləşdirilməsi ilə əlaqədar Masallı rayonun Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikini qanuni əsaslarla özəlləşdirmişdir. Həmin əmlaka dair şəhadətnamə və texniki pasport hazırlanmış və mülkiyyətçi kimi xx.xx.1999-cu il tarixində alıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır. Özəlləşdirilən mülkiyyətin altında və ətrafında olan torpaq sahələrinin üstündə yerləşən torpaq sahəsinin müəyyən sahəsi və obyektə məxsus yardımçı tikililəri metal hasarlar, su hovuzu və 27 ədəd müxtəlif ağacları kəsərək, torpaq qanunsuz zəbt edilmişdir. Həmin torpaq sahəsind ə ev tikilməyə başlanmışdır. Bununla da, Cavabdeh özbaşınalıq edərək, qanunsuz onun mülkiyyətinə ziyan vurmaqla, qeyd edilən torpaq sahəsini zəbt etmiş və hazırda orada tikinti işləri aparılır. Bununla da cavabdeh ona 85000 min manat ziyan vurmuşdur. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq, obyektlərin altında və ətrafında olan torpaq sahəsi sənəd üzrə 32823.8 kv.m olmaqla dövlət mülkiyyətindədir. Lakin həmin torpaq sahələri istifadə olmasına baxmayaraq bu vaxta kimi həmin torpaq sahəsini cavabdeh zəbt etdiyinə görə özəlləşdirə bilmir. Həmin torpaq sahəsində yerləşən binaya və qurğuya mülkiyyət hüququ keçərkən torpaq sahəsinə hüquqlar bin anı, qurğunu əldə edənə keçir. Ona görə də, həmin torpaqlara əmlak hüquqları sayılır. Cavabdeh 15 ədəd daş (panel) hasar, 65 metr (1350 x 02) dəmir məhəccərlərin su 10 x 10 ölçüdə su hovuzunu, yeməkxana binasını sökmüş, 27 ədəd müxtəlif ağacları qırmış, 0.16 hektara yaxın mülkiyyətində olan əmlaka məxsus torpaq sahəsini qeyri-qanuni zəbt etmişdir.
9. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddianın qismən təmin edilməsi, Cavabdeh vurduğu ziyana görə 3170 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" ASC-nin Qara Qarayev filialının Məhkəmə Ekspertizası Xidmətləri MMC-i n xeyrinə tutulması, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 manat məbləğində pul vəsaitinin alınaraq X2 xeyrinə tutulması qət edilmişdir. 10. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 mart 2022-ci il tarixli 01103/21 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Aparılmış araşdırmalara əsasən qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisin də aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş ərazidə daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmamışdır. Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılması müəyyən olunmadığı üçün qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır.
11. İşə birinci instansiya qaydasında baxılarkən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 31 mart 2022-ci il tarixli 10/874 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01-103/21 nömrəli mütəxəssis rəyinə əsasən Masallı rayonu Bədəlan kendində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq ərazi daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edilmişdir (48 metr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat).
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 170.2, 21.1, 21.2, 1096, 1097.1 maddələri, Mülki Prossesual Məcəlləsinin 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayən dəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmiş, natamam mütəxəssis rəyinə əsaslanaraq rəyin verilməsi mübahisələndirilmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbul etməmişdir. Habelə MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişdirərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır.
16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli akt heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya Masallı rayonu Bədəlan kəndində JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin cavabdehin belə bir torpaq sahəsi olmayıb və hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehə aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmiş, əksinə qətnamədə qeyd ed ir ki, “İş materiallarında olan JN-637A Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir”. Lakin mülki işin materiallarında belə şəhadətnamə yoxdur.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-60/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov sədrlik edən və məruzəçi, T.Kərimov və C.İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi l əğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlər əvvəlki yerlərinə bərpa edilməsi və onların yerlərində aparılmış (maneələr) tikililərin sökülməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 3-16-16/2-10/683 saylı ekspert rəyində qeyd edilmişdir ki, birinci sual üzrə-mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. İkinci sual üzrə-Mişar daşı ilə hasarlanmış fiziki sərhədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektaradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və M asallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsinin Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmirbeton hasara uyğun gəldiyi müəyyən edilmişdir. Mübahisələndirilən sahədə texniki pasportda qeyd olunan metal hasarın, dəmir-beton hasarın hansı dövrdə mövcud olmasını, torpaq sahəsində yerləşən dəmir barmaqlıqlar və beton çəpərlərin sökülübsökülməməsini, sökülmüş olduğu halda, kim tərəfindən sökülməsinin müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar olmaqla hüquqi xarakterli məsələdir.
19. Apelyasiya instansiyası m əhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyinə əsasən hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir.
20. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin digər - 02 aprel 2024-cü il tarixli 316-16/2-10/683 saylı rəyinə görə mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət m ülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. Mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmirbeton hasara uyğun gəldiyi müəyyən edilmişdir.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri X20 və X44 (14 iyun 2024-cü il tarixli və 12 iyul 2024-cü il tarixli) məhkəmə iclaslarında izahatlarında bildirmişlər ki, mübahisəli ərazinin kənar döngə koordinatlarını vurmuşlar və vurulan koordinatlar texniki pasportla müqayisələndirilmişdir. 2.90-nın koor dinatları vurulsa da, ərazidəki 0.27 ha torpaq sahəsinə girə bilmədikləri üçün oranın kimə məxsus olduğunu müəyyən edə bilməmişlər. Cavabdeh istifadəsində olduğu deyilən əraziyə girə bilməmiş, ölçü işləri apara bilməmişlər. Beton hasar və dəmir barmaqlıqları görə bilməmişlər. Əgər həmin tikililər mövcud olmuşsa da, qıraqda yerləşir. Mübahisəli əraziyə dəfələrlə getməklərinə baxmayaraq, orada dəmir barmaqlıqların və panelin yerini müəyyən etmək mümkün olmamışdır. Hasar tikintinin tərkib hissəsidir və mühafizə xarakteri daşıyır. Hasarın yerində 4 metr uzunluğunda qanunsuz olaraq yeni hasar çəkilmişdir. 0.27 ha torpaq sahəsinə girib-çıxa bilmirlər.
22. Kollegiya rəyləri araşdıraraq, mütəxəssisləri dinləyərək, iş materialında olan fotoşəkilləri və Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya o lan cavab məktublarını tədqiq edərək adıçəkilən çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) iddiaçının mülkiyyəti olaraq mövcud olmasını, hazırda isə onların yerlərində yeni tikililərin aparılmasını müəyyən edir.
23. İddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ üzrə nəzərə çatdırılmalıdır ki, xx.xx.1999-cu il tarixli 012387 N-li Şəhadətnaməyə əsasən X9, X5, X21, İddiaçı, X22, X6, X4, X1, X7 Masallı rayonu Bədəlan kəndində 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir.
24. Habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli Məktubundan (İ cild, səh. 201) müəyyən edilir ki, iddia tələbində göstərilən qurğular iddiaçının (və digər mülkiyyətçilərin) xüsusi mülkiyyətindədir.
25. Bununla yanaşı, qeyd e dilməlidir ki, işə əlavə edilmiş 19 may 2021-ci il tarixli Aktdan (İ cild, səh, 6) görünür ki, Masallı rayonu Bədəlan kəndində araşdırılma aparılarkən kəndin mərkəzi hissəsində Ərkivan-Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir. Araşdırma zamanı hasar daxilində JN636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Nəsirov Saday Vəkil oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. To rpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur.
26. Bundan başqa, Masallı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli iddianı təmin tədbiri çərçivəsində qəbul edilmiş qərardadın icrası zamanı 22 iyun 2021-ci il tarixli Masallı rayon İcra və Probasiya şöbəsinin Aktından da (İ cild, səh. 41) aşkar olur ki, rayon polis şöbəsinin əməkdaşları və icra məmuru tərəfindən mübahisəli ərazidə olarkən Cavabdeh ilə əlaqə saxlanılmış, sonuncu Bakı şəhərində olduğundan icra yerinə gələ bilmədiyini və yekun məhkəmə aktı qəbul edilənədək tikinti işlərini dayandıracağını bildirmişdir.
27. Beləliklə, kollegiya hesab edir ki, Əfqan Əsədov v ə Vüqar Əsədov (cavabdehin yaxın qohumları) tərəfindən mübahisəli ərazidə yerləşən torpaq sahələrinə çıxarışları əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır. Qeyd edilən hal özlüyündə hüquqdan sui-istifadə etmək vasitəsilə hazırkı tələb üzrə illərlə davam edən məhkəmə mübahisəsini yeni müstəviyə daşımaq məqsədi güdür. Həmçinin hazırkı tələbə əvvəllər baxılması barədə cavabdehin dəlilləri də real olmamaqla, hazırkı iş üzrə preyudisial deyildir.
28. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Çay fabrikinin yerləşdiyi torpaq sahəsindən oranı zəbt edən istənilən şəxsə qarşı torpaq sahəsindən çıxarma barədə yeni tələb irəli sürməsi də hazı rkı tələbə mahiyyəti üzrə baxılaraq iddiaçının mülkiyyətinə yönəlik qəsd üzrə müvafiq hüquqi qiymətin verilməsinə hər hansı təsir göstərmir.
29. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 157.4, 170.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, nə işin halları, nə də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə onun heç bir təqsiri müəyyən olunmur. Belə ki, iddia tələb hüququ olma yan şəxs tərəfindən iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Məhkəmə təqsirkarı, hüquqa zidd əməli və zərərçəkmiş şəxsi müəyyən etməli olduğu halda zərərin özünü və zərərvuranın kimliyini müəyyən etməmişdir. Belə ki, iddia tələbi məhkəməyə verildiyi gündən o, həmin iş üzrə cavabdeh olmadığını və heç kimə zərər vurmadığını yazılı və şifahi formalarda bildirmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2021ci il tarixli aktı heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya onun Masallı rayonu Bədəlan kəndində JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin, bir daha qeyd edir ki, nə onun belə bir torpaq sahəsi olmayıb, hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin ona heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin onun aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmişdir, əksinə qətnamədə qeyd edir ki, “İş materiallarında olan JN637A, Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir” (qətnamənin 6-cı vərəqi, 2-ci abzas). “Beləliklə, kollegiya hesab edir ki, Əfqan Əsədov və Vüqar Əsədov (cavabdehin yaxın qohumları) tərəfindən mübahisəli ərazidə yerləşən torpaq sahələrinə çıxarışların əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır.” (qətnamənin 10-cu vərəqi, 2-ci abzas) Mülki işin materiallarında belə şəhadətnamə yoxdur. Yaxın qohumlarının mülkiyyətində hansısa əmlakların olması ilə bağlı o, heç bir məsuliyyət daşıya bilməz. Bundan başqa, məhkəmənin istinad etdiyi akta əsasən mübahisəli torpaq sahəsində tikinti işlərinin Cavabdeh tərəfindən aparılmasını sorğu əsasında müəyyən edildiyi qeyd olunmuşdur. Həmin sorğunun isə həqiqəti nə dərəcədə əks etdirdiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Sorğunu kim, harada, kimlərin arasında keçirib məlum deyil. Lakin, aydın məsələdir ki, torpaq sahəsinin statusu və orada aparılan tikinti işləri sorğu deyil müvafiq sübut və sənədlərlə müəyyən olunmalıdır.Bun dan başqa, həmin akta əsasən aktı tərtib edən şəxslərin aktda qeyd olunan halları necə müəyyən etmələri qeyri-müəyyəndir. Çünki, akt iddiaçının qanunsuz təsirləri nəticəsində heç bir əsas və dəlil olmadan iş üzrə maraqlı şəxslərin iştirakı ilə tərtib olunmuşdur. Bundan başqa, hazırkı iddia tələbi üzrə 2021-ci ilin iyun ayının sonlarında məhkəmədən ona bildiriş verilərkən o, həmin iş üzrə cavabdeh olmadığını və ümumiyyətlə bu işlərin ona aidiyyəti olmaması barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ərizə mülki işin materiallarında da vardır. Bunula yanaşı, iş üzrə əsl cavabdeh Nəsirov Saday Vəkil oğlu Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-2202/2021 saylı iddianı n təmini tədbirinə dair qərardadından xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə şikayət vermiş və həmin şikayətində o bildirmişdir ki, “Həmin mübahisələrin hazırkı iddia tələbində adı cavabdeh kimi qeyd olunan Cavabdeh heç bir aidiyyəti yoxdur. Qeyd olunan mübahisəli ərazidə aparılan tikinti işləri mənim (Saday Nəsirov) tərəfimdən aparılır. Onu da qeyd edirəm ki, tikinti işləri apardığım sahə mənim mülkiyyətimdədir və buna dair mülkiyyət hüququna dair şəhadətnaməm vardır.” Saday Nəsirov həmin şikayətinə həm də Masallı rayon Bədəlan kənd sakinlərinin iştirakı ilə xx.xx.2021-ci ildə tərtib olunmuş aktı da əlavə etmişdir. Həmin akta əsasən “həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində qeydiyyatda olan və yaşayan Əsədov X27 rayonu Bədəlan kəndində yaşamır, onun həmin kənddə hər h ansı daşınar və daşınmaz əmlakı yoxdur və bu kənddə onun tərəfindən hər hansı tikinti işləri aparılmır. Masallı rayonu, Bədəlan kəndində yerləşən keçmiş 1 saylı Çay Fabrikasının yaxınlığındakı torpaq sahəsində aparılan tikinti işləri Nəsirov Saday Vəkil oğlu tərəfindən onun özünə məxsus mülkiyyətində olan torpaq sahəsində yerinə yetirilir”. Məhkəmə qətnamə qəbul edərkən məhkəmə iclasında müəyyən olunmayan hallara istinad edərək qərar qəbul etmiş, yalnız iddiaçının izahatına istinad edərək iddianı təmin etmişdir.
32. Kassasiya şikayətində MM-nin 152.1,157.2, 157.4, 170.2-ci maddələrinin, MPMnin 220.4, 390-cı maddələrinin pozulduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi:
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 38.Maddə1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, hab elə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qa nunlar və digər hüquqi aktlar göstərilməlidir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq pozuntularına yol verildiyindən ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
50. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinin mülkiyyətçilərindən biridir. İddiaçı cavabdehin tərəfindən qanunsuz olaraq (mülki hüquq pozuntusu) 1 nömrəli Çay fabrikinin dəmir barmaqlıqlardan və betondan olan hasarının söküldüyünü və yerində başqa tikili inşa edildiyini iddia edərək həmin tikililərin sökülməsini və hasarın bərpa edilməsini (MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin naturada ödənilməsi) xahiş etmişdir.
51. Göründüyü kimi, tələbin qanuni əsasını MM-nin 157.4-cü maddəsi ilə yanaşı eyni zamanda 1096, 1097-ci maddələri təşkil etdiyi halda apellyasiya instansiyası məhkəməsi qətnamədə bu normalara istinad etməmişdir. Halbuki MPM-nin 217.1-ci maddəsi nə əsasən, məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün məhkəmələr tərəfindən işin faktiki halları ilə yanaşı hüquqi əsası da düzgün müəyyən edilməlidir.
52. Hazırkı halda iddia tələbinin əsaslı olduğunun müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübutlar əsasında aşağıdakılar təsdiq edilməli idi: 1 nömrəli Çay fabrikinin istifadəsində qalmış torpaq sahəsinin dəmi və ya daşdan hasarının mövcud olduğu, bu hasarın sökülərək yerində digər tikili inşa edildiyi, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim etdiyi sübutlar əsasında cavabdehə qarşı tələbin əsaslı olduğuna dair nəticəyə gələrkən sübutların məzmunu qətnam ədə təhrif edilməklə qeyd etmişdir.
54. Qətnamədə iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli aktın məzmununa və JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0,06 hektar torpaq sahəsi məxsus olduğu qeyd edilsə də, hər iki sənəddə qeyd edilən torpaq sahəsinin cavabdehin deyil, X19 mülkiyyətində olduğu qeyd edilir.
55. Məhkəmə qeyd edilən sənədlərə və Masalı rayon İcra və Probasiya Şöbəsinin iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri ilə bağlı qərardadın icrası barədə akta əsaslanaraq fabrikin yaxınlığında hər hansı torpaq sahəsi və fərdi yaşayış evi olmayan cavabdehin qanunsuz söküntü və tikinti işləri aparılmasında təqsirli olduğuna, Əfqan Əsədov və Vüqar Əsədov adlı şəxslərin isə cavabde hlə qohumluq münasibəti olduğundan həmin ərazidəki torpaq sahələri üzərində mülkiyyət hüquqlarının formal olduğuna dair nəticəyə gəlmişdir.
56. Kollegiya qeyd edir ki, MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmənin bu mövqeyi və iddiaçının sübut qismində təqdim etdiyi 19 may 2021-ci il tarixli aktda qeyd edilən məlumatın həqiqətə uyğunluğu yalnız digər mötəbər sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilərdi.
57. Nəzərə alınmalıdır ki, MM-nin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində əmlaka vurulmuş zərərin məhz zərərvuran tərəfindən ödənilməli olduğu müəyyən edilmiş, zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyulması yalnız qanunla müəyyən edildiyi halda mümkün hesab edilmişdir.
58. Kollegiya eyni zamanda kassasiy a şiakyətinin bu dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə ümumiyyətlə hər hansı araşdırma aparılmamış, cavabdehin iş materiallarında hasarın söküntüsünün və ərazidəki tikinti işlərinin onu tərəfindən aparılmadığını təsdiq edən sübutlarla bağlı dəlillərinə (iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə qərardaddan Nəsirov Saday Vəkil oğlu tərəfindən verilmiş şikayəti, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Masallı RPŞ-nin İB-nin xx.xx.2020-ci il tarixli qərarındakı ifadələr, üçüncü şəxslərin izahatları və s) hüquqi qiymət verilməmişdir. Halbuki MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamədə məhkəmənin qəbul etdiyi sübutlarla yanaşı, bu və ya digər sübutu rədd etmək üçün gətirdiyi dəlillə r də mütləq şəkildə qeyd edilməlidir. Əks halda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində öz əksini tapmış “ədalətli məhkəmə araşdırması” prinsipi pozulmuş olur.
59. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2024-cü il tarixli 2(106)-60/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 16 avqust 2024-cü il tarixli 2(106)-60/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.