Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı “texniki overdraft nəticəsində yaranmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6668/2022 saylı qətnaməsindən cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR -281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsi üzrə texniki overdraft nəticəsində yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(006)3066/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı cavabdeh arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR -281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsi üzrə texniki overdraft nəticəsində yaranmış borcun silinməsi qət edilmişdir. (hakim Səməd Rəşidov) Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC apellyaisya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının xx.xx.2022-ci il tarixli, 2(103)6668/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(006)- 3066/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirimədən saxlanmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov,) Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti 13 fevral 2023-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti kassasiya baxışından çıxarılmaqla iş apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya bank tərəfindən 188456,05 rubl və əlavə olaraq 4187,91 rubl dəbbə olmaqla, cəmi 192643,96 rubl borc kimi hesablanıb. Şikayətin icraata götürüldüyü 13 fevral 2023-cü il tarixinə 1 rublun 0,0231 manat nisbətində ol ması nəzərə alınarsa mübahisələndirilən məbləğ 4450,07 manat (192643,96 rubl x 0,0231= 4450,07 manat), 27 mart 2023-cü il tarixinə 1 rublun 0,022 manat nisbətində olması (192643,96 rubl x 0,022= 4238,16 manat) nəzərə alınarsa 4238,16 manat təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan bundan kassasiya şikayəti verilə bilməz. İddiaçı tələbinin sonunda silinməli məbləği qeyd etmədiyi, eyni zamanda birinci instansiya məhkəməsi də qətnamədə ümumi şəkildə texniki overdraft nəticəsində yaranmış borcun silinməsini qət etməklə, silinməli məbləği konkret göstərmədiyi üçün kassasiya şikayəti də bu səbəbdən səhvən icraata götürülmüşdür. Buna görə də kassasiya şikayəti baxışından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə isə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhk əmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6668/2022 saylı qətnaməsindən cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1260/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6668/2022 saylı qətnam əsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1260/2023 saylı 13 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6668/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1260/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-1260/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver