Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabd eh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyətində torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-96/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasıının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən 25 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Astara rayonu Telman kəndində yerləşən 0,3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquq sahibi X2r. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinin əsasını Torpağa mülkiyyət hüququna dair 11 iyul 2000-ci il tarixli JN-236 nömrəli Dövlət Aktı təşkil etmişdir.
2. Daşınmaz əmlakın bağışlanmasına dair 12 mart 2009-cu il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr, ********** qeydiyyat nömrəli çıxarışla X4 özünə və ailə üzvlərinə məxsus olmaqla, Astara rayonu Telman kəndində yerləşən 0,3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 oktyabr 2015-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Astara rayonu Telman kəndində (hazırda Çayoba kəndi) yerləşən 0,2232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir.
4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 22 yanvar 2022-ci il tarixdə təqdim olunmuş məlumatlara əsasən "xxxx" MMC 07 senytyabr 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması Məhdud məsuliyyətli cəmiyyət, VÖEN nömrəsi **********, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24, qanuni təmsilçisi X3r.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə təqdim olunmuş məlumatlara əsasən "xxxx" Azərbaycan-X7 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması Digər kommersiya təşkilatı, VÖEN nömrəsi **********, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24E, qanuni təmsilçisi X6r.
6. Podratçı "xxxx" Azərbaycan-X7 və X14 X18.Tic.LTD.Sti” konsorsiumu tərəfindən Cavabdeh1 ASC-yə 11 iyul 2014-cü il tarixdə ünvanlanmış podratçının tender təklifindən görünür ki, Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi A1/CW/02/2014 tender sənədlərinin alındığı təsdiq olunaraq, 16 sayda əlavələr və qoşmalar daxil olmaqla tender sənədləri nəzərdə keçirildikdən sonra Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işlərinin 86.573.431,62 manat məbləği qarşılığında əlavə edilmiş müqavilə şərtlərinə uyğun icra edilməsi təklif edilmişdir.
7. Cavabdeh1 ASC tərəfindən X17 ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və kanalizasiya Layihəsi” proqramı çərçivəsində “Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” üzrə "xxxx" Azərbaycan-X7 və X14 X18.Tic.LTD.Sti” konsorsiumunun tender təklifinin akseptinə dair 24 dekabr 2014-cü il tarixli bildirişdən görünür ki, 11 iyul 2014-cü il tarixli təklifləri 18 dekabr 2014-cü il tarixdə razılaşdırılmış müqavilə danışıqları protokoluna əsasən mövcud vəsaitə uyğun olaraq iş həcml əri iştirakçılar üçün təlimata müvafiq düzəldilərək və dəyişdirilərək 37.183.914,82 manat dəyərində sifarişçi tərəfindən qəbul edilmişdir.
8. Azərbaycanda 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Layihəsi çərçivəsində 25 dekabr 2014-cü ildə satınalan təşkilat Cavabdeh1 ASC ilə podratçı “Kaspi-Yıldız Azər- Türk MM və X15 İ.T.San.Tic. şirkəti” konsorsiumu arasında bağlanmış A1/CW/02/2014 saylı müqavilədən görünür ki, müqavilənin predmetini Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi işlərinin icrası təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı (bundan sonra birinci cavabdeh və ya Cavabdeh1 ASC) iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonunun Çayoba kəndində yerləşməklə mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, korlanmış torpaq sahəsinə görə 30.000 manat zərərin, əldən çıxmış faydaya görə 20.000 manat pulun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Astara rayonu Çayoba kəndində 0,223222 ha və bağışlama müqaviləsi ilə əldə etdiyi 0,359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Vaxtlı-vaxtında torpaq sahəsini becərib orada əkin əkmiş, qazanc əldə etmişdir. Astara şəhərinə içməli su kəməri çəkən Cavabdeh1 ASC-nin işçiləri heç bir qanuni əsaslar olmadan onun torpaq sahəsinə girmiş və magistral su kəmərini qanunsuz olaraq onun torpaq sahəsindən keçirmişlər. Edilən etirazlara baxmayaraq, onlar su kəmərini özbaşına olaraq onun mülkiyyətində olan torpaq sahəsindən keçirmişlər. Halbuki, layihə sənədlərində su kəmərinin oradan keçməsi nəzərdə tutulmamışdır.
11. Birinci Cavabdeh1 ASC iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın onlara münasibətdə rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, MPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddia birinci cavabdehin olduğu yerə görə verilməlidir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh1 ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67-dir. Cavabdeh1 ASC balansı nda olan magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Bununla yanaşı Cavabdeh1 ASC su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində də çıxış edir. Belə ki, “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə sifarişçi Cavabdeh1 ASC, layihədə icraçı isə podratçı şirkət "xxxx" MMC və “X16 İ.T.San.Tic. şirkəti” Konsorsiumu müəyyən edilmişdir. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılmasını podrat çı şirkət "xxxx" MMC öhdəliklə üzərinə götürmüşdür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Bu layihə Azərbaycan hökuməti və X17 tərəfindən birgə həyata keçirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkiş af nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə rayonun 73 min nəfərədək sakinin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 73 min nəfər sakin faydalanacaq. Layihə çərçivəsində Astara şəhərində 109 km. içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4.300 ədəd su sayğacı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Yuxarıda qeyd edildiyi kimi “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə satınalan təşkilat Cavabdeh1 ASC, layihənin icraçısı qismində isə podra tçı şirkət "xxxx" MMC və X16 İ.T.San.Tic. şirkəti” Konsorsiumudur. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılmasını podratçı şirkət "xxxx" MMC üzərinə götürmüşdür. Belə olan halda podratçı şirkət "xxxx" MMC də hazırkı işə cavabdeh qismində cəlb edilməli olduğunu bildirmişdir.
12. Astara Rayon Məhkəməsinin 2(018)-36/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ikinci cavabdeh və ya "xxxx" MMC) birinci Cavabdeh1 ASC-nin nümayəndəsinin vəsatəti əsasında əlavə cavabdeh qismində cəlb edilmişdir.
13. Məhkəmə iclasında birinci Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, yararsız hala düşmüş torpaq sahəsinə görə 30.000 manat və əldən çıxmış faydaya görə 20.000 manat pulun ödənilməsi” tələbinə dair iddiasının onlara qarşı qaldırılması əsassızdır. Belə ki, Azərbaycan Respublikası “X8 Proqramları”na uyğun olaraq Cavabdeh1 ASC su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində çıxış edir. “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə sifarişçi kimi Cavabdeh1 ASC, icraçı i sə podratçı şirkət "xxxx" MMC. Sözügedən layihə üzrə tərəflər arasında müvafiq müqavilə bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı istismara verildiyi gündən başlayaraq, onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılması öhdəlik kimi "xxxx" MMC üzərinə qoyulmuşdur. Qeyd olananları nəzərə alaraq hesab edir ki, əgər "xxxx" MMC tərəfindən işlər görülən zaman İddiaçı mülkiyyət hüquqları pozulubsa, həmin pozuntunun aradan qaldırılmasına da məsuliyyəti "xxxx" MMC daşıyır.
14. Məhkəmə tərəfindən iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.
15. Azərbaycan Respublikası “X9” tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 425 s aylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən arilmiş RX seriyalı 714251 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazsində 0,2232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin **********98 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatlarında naturaya nisbətdə koordinat sürüşməsi xətası olduğundan həmin torpaq ahəsinin Astara rayonu, Telman kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən natura üzrə faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilməmişdir. -**********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi müılkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi razsində 0,3593 ha kənd təsərrüfatı təyin atlı torpaq sahəsinin plan və ölçü sənədində eyd olunan dönfə nöqtələrinin koordinatlarında naturaya nisbətdə koordinat sürüşməsi ətası olduğundan həmin torpaq sahəsinin Astara rayonu, Telman kəndinin Kompleks erquruluşu Layihəsinə əsasən faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. -Cavabdeh1 ASC və podratçı şirkət "xxxx" MMC-nin çəkdiyi yeraltı su kəməri İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,3593 ha kənd təsərrüfatı təyinatlı torpaq çərçivəsində müəyyən olunmuş hüdudları daxilində yerləşir. İddiaçının mülkiyyətində olan digər 0,2232 ha k/t təyinatlı torpaq sahəsi mübahisələndirilən ərazidən 01 (bir) km məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən i lmiş RX seriyalı 714251 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ızsində 0,2232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin **********98 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatlarında naturaya nisbətdə koordinat sürüşməsi xətası olduğundan həmin torpaq ləsinin Astara rayonu, Telman kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən natura üzrə faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilməmişdir. -**********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi müılkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində 0,3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarında naturaya nisbətdə koordinat sürüşməsi xətası olduğundan həmin torpaq sahəsinin Astara rayonu, Telman kəndinin Kompleks rquruluşu Layihəsinə əsasən faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. -Cavabdeh1 ASC və podratçı şirkət "xxxx" MMC-nin çəkdiyi yeraltı su kəməri İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Kompleks Yerquruluşu Layihəsi çərçivəsində müəyyən olunmuş hüdudları daxilində yerləşir. İddiaçının mülkiyyətində olan digər 0,2232 ha k/t təyinatlı torpaq sahəsi mübahisələndirilən ərazidən 1 km məsafədən kənarda yerləşməsi müəyyən olunmuşdur.
16. Mütəxəssis rəyi ilə Cavabdeh1 ASC-i və podratçı şirkət "xxxx" MMC-i tərəfindən İddiaçı mülkiyyətində olan 0,3593 hektar torpaq sahəsində magistral su kə məri çəkməklə iddiaçıya mane olduğu müəyyən edilmişdir.
17. Astara Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 2(018)-11/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olan 0,3593 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC tərəfindən çəkilmiş magistral su kəmərinin həmin torpaq sahəsindən çıxarılması, magistral su kəməri həmin torpaq sahəsindən çıxarıldıqdan sonra torpaq sahəsinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, həmin işlərin görülməsi və xərclərin çəkilməsi öhdəliyinin bir vəzifə kimi ikinci cavabdeh "xxxx" MMC-nin üzərinə qoyularaq onun tərəfindən görülməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ASC və podratçı şirkət "xxxx" MMC-nin tərəfindən iddiaçnın mülkiyyətində olan 0,3593 hektar torpaq sahəsində magistral su kəməri çəkməklə maneələr yaradılmış, iddiaçı öz mülkiyyətindən tam olaraq istifadə edə bilməmiş, daşınmaz əmlakı aldığı müddətdən keçən vaxt ərzində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə tam şəkildə sahiblik edə bilməmişdir. Odur ki, həmin hissədə iddia qismən təmin olunmalı, iddiaçının mülkiyyətində olan 0,3593 hektar torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 ASC-i və podratçı şirkət "xxxx" MMC-nin tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və magistral su kəməri həmin torpaq sahəsindən çıxarıldıqdan sonra torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.
19. Məhkəmə magistral su kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi ilə bağlı işlərin görülməsi və xərclərin çəkilməsinin kimin üzərinə qoyulması ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsində magistral su kəmərinin çəkilməsi ilə bağlı işləri Cavabdeh1 ASC-nin sifarişi əsasında "xxxx" MMC həyata keçirmişdir. Eyni zamanda həmin hüquqi şəxslər arasında bağlanmış müqavilədə “İctimai təhlükəsizlik və ətraf mühitin qorunması üzrə ehtiyat tədbirlərə dair” şərtə əsasən qaydalırn pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görülməsi, qüsur və pozuntuların ara dan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır.
20. Məhkəmə hesab etmişdir ki, magistral su kəmərinin İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi ilə bağlı işlərin görülməsi və xərclərin çəkilməsini öhdəliyi bir vəzifə kimi ikinci cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.
21. Məhkəmə iddiaçının cavabdehlərə qarşı “yararsız hala düşmüş torpaq sahəsinə görə 30.000 manat və əldən çıxmış faydaya görə 20.000 manat pulun” ödənilməsi tələbi ilə bağlı bu nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Çünki, iddiaçı cavabdehlərdən həmin pulu tələb etsə də dəymiş zərəri niyə 30.000 manat və əldən çıxmış faydanı 20.000 manat kimi irəli sürsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən magistral su kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi ilə bağlı işlərin görülməsi və xərclərin çəkilməsini bir vəzifə kimi ikinci cavabdeh "xxxx" MMC-nin üzərinə qoyduğu üçün ziyanla bağlı iddia tələbi təmin oluna bilməz.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə, 111-ci, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndin, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azad lıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən ikinci cavabdeh "xxxx" MMC-nin icra orqanının rəhbəri X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın onlara münasibətdə rədd olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, qətnamədə qeyd olunan mübahisə predmetinin onların müəssisəsinə heç bir aidiyyəti yoxdur. Çünki onların müəssisəsi həmin işləri icra etməmişdir. Su kəmərini "xxxx" MMC çəkməmişdir. Onlar iş üzrə cavabdeh ola bilməz. Məhkəmə qətnaməsindən belə məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən su xətti çəkilmişdir. Nəticədə iddiaçının torpaq sahəsi yararsız hala salınmışdır. "xxxx" MMC-nin həmin layihə üzrə iş icra etməsi faktı yoxdur. MMC-nin belə bir müqaviləsi mövcud deyildir. Qeyd olunan tikinti-layihə işləri üzrə "xxxx" MMC-nin qeyd olunan işlərin icrası ilə əlaqədar Cavabdeh1 ASC ilə müqaviləsi yoxdur və həmin işi MMC icra etməmişdir. Həmin iş üzrə "xxxx" MMC cavabdeh ola bilməz. Məhkəmə qətnaməsi "xxxx" MMC-yə münasibətdə qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsi öhdəliyin əmələ gəlmə əsaslarını aşağıdakı qaydada müəyyən edib: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. "xxxx" MMC olaraq qeyd olunan layihə üzrə tərəf olmamışlar, həmin işlərin icraçısı olmamışlar, yəni nə müqavilə üzrə, nə də qanun üzrə öhdəlikləri yaranmamışdır. Bu baxımdan onlara münasibətdə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsi üzrə mübahisəli məsələ ilə əlaqədar "xxxx" MMC Astara rayonu ərazisində su çəkilişi proyekti işləri üzrə işləri icra etməmişdir. Ona görə də iş üzrə cavabdeh ola bilməz. Məhkəmə iş üzrə cavabdeh olmaqlarını düzgün müəyyən etməmiş dir. Beləliklə onlar, tərəf olaraq cavabdeh olmaqlarını, yəni qeyd olunan işlərin MMC tərəfindən icra edilməsi iddiaçı tərəfindən sübut olunmadığı halda, məhkəmə onlara qarşı qərar qəbul etmişdir.
25. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul edərək, dəlilləri ilə razılaşıb izahatında göstərmişdir ki, əslində onların da "xxxx" MMC-yə qarşı hər-hansı bir tələbləri olmamışdır. Bu səbəbdən də, iddianı yalnız Cavabdeh1 ASC-yə qarşı qaldırmışlar. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC əlavə cavabdeh qismində Cavabdeh1 ASC-nin vəsatəti əsasında cəlb edilmişdir. Göründüyü kimi bu yanlış olmuşdur. Çünki mübahisəli ərazidə içməli su xəttinin çəkilişində podratçı təşkilat kimi "xxxx" Azərbaycan-X7 və X14 X18.Tic.LTD.Sti” Konsorsiumu iştirak etmişdir. Şifahi olaraq əldə etdiyi məlumata görə layihənin icrası başa çatandan sonra həmin müəssisənin fəaliyyəti dayandırılmışdır. Faktiki olaraq iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən keçən magistral su kəməri birinci Cavabdeh1 ASC-nin mülkiyyətidir, balansında və istismarındadır. Məhz bu baxımdan da tərəflərindən iddia birbaşa Cavabdeh1 ASC-yə qarşı qaldırılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərindən apellyasiya qaydasında ona görə mübahisələndirilməmişdir ki, onlar üçün kəmərin torpaq sahəsindən çıxarılmasının və torpağın əvvəlki vəziyyətinin bərpa olunmasının kim tərəfindən icra olunacağı əhəmiyyət kəsb etməmişdir. Lakin göründüyü kimi su xəttinin çəkilməsi sonradan cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən icra edilməmişdir.
26. Məhkəm ə iclasında birinci Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, maqistral boru xəttinin keçəcəyi ərazilər layihədə nəzərdə tutulub və yerinin dəyişdirilməsi mümkün deyildir. İddiaçı bununla bağlı yalnız müvafiq kompensasiyanın ödənilməsini tələb edə bilər. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasında ikinci cavabdeh "xxxx" MMC-nin icra orqanının rəhbəri X5 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, "xxxx" MMC ilə "xxxx" Azərbaycan-X7 ayrı-ayrı hüquqi şəxslərdir. Bunu məhkəməyə təqdim etdiyi müəssisələrin ayrı-ayrı VÖEN nömrələri olmasına dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəsmi çıxarışları təsdiq edir.
28. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin və Cavabdeh1 ASC-nin mütəxəsisləri cəlb edilməklə, aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7280 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır:
29. Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 oktyabr 2015-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0,223222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda, kəndin digər yerində yerləşməsi müəyyən olunmuşdur;
30. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli çıxarışa əsasən Məmməd Məmmədovun xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0,359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koor dinatları, döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur;
31. Su kəmərinin layihə sənədində qeyd olunan koordinatlara və sxemə əsasən, su kəmərinin keçməli olduğu ərazinin xəritəsində (layihədə) su kəmərinin iddiaçıya məxsus torpaq sahəsinin cənub tərəfində olan torpaq yolun cənub istiqaməti ilə çəkilməsi nəzərdə tutulmuşdur;
32. Astara şəhərinin su ilə təmin edən su kəmərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli çıxarışla Məmməd Məmmədovun və qeyrilərinin xüsusi mülkiyyətində və qanuni sahibliyində olan 0,359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur.
33. Şirvan Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-96/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçının cavabdehlər Cavabdeh1 ASCyə və "xxxx" MMC-yə qarşı “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.
34. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmet i ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, apellyasiya instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunub ki, Podratçı "xxxx" Azərbaycan-X7 və X14 X18.Tic.LTD.Sti” konsorsiumu tərəfindən Cavabdeh1 ASC-yə 11 iyul 2014-cü il tarixdə ünvanlanmış podratçının tender təklifindən görünür ki, Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi - A1/CW/02/2014 tender sənədlərinin alındığı təsdiq olunaraq, 16 sayda əlavələr və qoşmalar daxil olmaqla tender sənədləri nəzərdə keçirildikdən sonra Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işlərinin 86.573.431,62 manat məbləği qarşılığında əlavə edilmiş müqavilə şərtlərinə uyğun icra edilməsi təklif edilmişdir. Cavabdeh1 ASC tərəfindən X17 ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və kanalizasiya Layihəsi” proqramı çərçivəsində “Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” üzrə "xxxx" Azərbaycan-X7 və X14 X18.Tic.LTD.Sti” konsorsiumunun tender təklifinin akseptinə dair 24 dekabr 2014-cü il tarixli bildirişdən görünür ki, 11 iyul 2014-cü il tarixli təklifləri 18 dekabr 2014-cü il tarixdə razılaşdırılmış müqavilə danışıqları protokoluna əsasən mövcud vəsaitə uyğun olaraq iş həcmləri iştirakçılar üçün təlimata müvafiq düzəldilərək və dəyişdirilərək 37.183.914,82 manat dəyərində sifarişçi tərəfindən qəbul edilmişdir.
35. Azərbaycanda 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Layihəsi çərçivəsində 25 dekabr 2014-cü ildə satınalan təşkilat Cavabdeh1 ASC ilə podratçı “Kaspi-Yıldız Azər-Türk MM və X15 İ.T.San.Tic. şirkəti” konsorsiumu arasında bağlanmış A1/CW/02/2014 saylı müqavilədən görünür ki, müqavilənin predmetini Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi işlərinin icrası təşkil etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 157.9, 169.1, 169.2, 169.3, 246.1-cı, “Torpaqların dövlət ehtiyacl arı üçün alınması” haqqında Qanunun 3.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, 3.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 384.0.2 və 385.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
37. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin təkrar baxışa göndərilərək iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mülkiyyət hüquqlarını qorumamışdır. Məhkəmə bu layihənin mühüm dövlət əhəmiyyətli layihə olaraq qiymətləndirərək iddiaçının mülkiyyət hüquqlarının pozulmasını ədalətl i hesab etmiş, pozulmuş mülkiyyət hüququna haqq qazandırmışdır. Hərçənd məhkəmə qərəzsiz olmalıdır. Dövlətin maraqları ilə vətəndaşın hüquqları eyni səviyyədə müdafiyyə olunmalıdır. İddiaçının mülkiyyət hüquqlarının qorunmasına konsitutsiya təminat verilir və həmin hüquqların təminatçısı dövlətdir. Belə olan halda dövlətin maraqları vətəndaşın maraqlarından üstün ola bilməz və mülki hüququn bərabərlik prinsipi pozulur. Apellyasiya instansiya məhkəməsində yeni sübut olaraq məhkəmə ekspertiza təyin etmiş və araşdırmışdır. Halbuki məhkəmə həmin ekspertiza rəyində olan ziddiyyətləri araşdırmamış və onlara qiymət verməmişdir. Layihədə su kəmərinin iddiaçıya aid torpaq sahəsindən keçmədiyi halda ekspertiza həmin su kəmərinin iddiaçının torpaq sahəsindən keçməsini qeyd etmişdir. Bu ziddiyyətli hal məhkəmə tərəfindən araşdırılmamış və aradan qaldırılmamışdır. Bundan əlavə tərəflərin bərabərlik prinsipi pozulmuş, məhkəmə dövlət maraqlarının üstün olmasını qətnamədə qeyd edərək, guya dövlətin maraqlarını müdafiə edərək qətnaməni ləğv edib, guya dövlətin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Bununlada məhkəmə tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
39. İkinci cavabdeh "xxxx" MMC-nin direktoru Cəmaləddin Əliyev iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
40. Maddə 13, hissə İ. Azərbaycan Respub likasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Maddə 29, hissə İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
42. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyaclar ı üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
43. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
44. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqə dar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
45. Maddə 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
46. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanun.
47. Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: Maddə 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; Maddə 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; Maddə 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; Maddə 3.1.5. dəniz limanının ərazisinin artırılması.
48. Maddə 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən hidrotexniki qurğ u dedikdə - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndistexniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular başa düşülür. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanı.
49. Bənd
5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:
50. Bənd 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə et mək hüququna malikdirlər.
52. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
53. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
54. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
55. Maddə 261.0.1. İş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
56. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
57. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın rədd edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddianın ikinci cavabdeh "xxxx" MMC-yə qarşı rədd edilməsi barədə nəticəyə gələrkən haqlı olsa da, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, iddia tələbinin Cavabdeh1 ASC-yə qarşı rədd etməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmamışdır.
65. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
66. Məhkəmə kollegiyası aşağıdakı lara əsasən hesab edir ki, Cavabdeh1 ASC-yə qarşı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün yuxarıda qeyd olunan prosessual hüquq norması pozulmuşdur.
67. Məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə müvafiq olaraq iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
68. Qeyd olunmalıdır ki, “iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası işə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (inzibati, cinayət, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
69. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı) inzib ati orqandır. İddianın mahiyyəti nəzərə alındıqda cavabdehə qarşı xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi deyil, publik səlahiyyətləri həyata keçirən dövlət orqanı kimi tələblər irəli sürüldüyü aydın olur.
70. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətləri publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir. Həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. 71. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
72. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümum i və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
74. Tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, yuxarıda göstərilən qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarına əsasən nəzərə alınmaqla qarşılıqlı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı halda məhkəmələr bu hissədə qətnamə çıxarmışlar.
75. Buna baxmayaraq birinci instansi ya məhkəməsi Cavabdeh1 ASC-yə münasibətdə istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
76. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi isə, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işin qeyd olunan halını yoxlamalı olduğu halda bunu etməmiş, eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.1 və 387.2.8-ci maddələrini tətbiq etməmişdir.
77. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - birinci Cavabdeh1 ASC-yə qarşı iddianın rədd edilməsi hi ssəsində ləğv edilməli və həmin hissədə mülki iş üzrə icraata xitam verilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçıya izah olunmalıdır ki, həmin tələblə bağlı aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-96/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi qismən - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(106)-96/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçıya izah olunsun ki, həmin tələblə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.