Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X23 üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1261/2023 Açar sözlər: (yaşayış sahəsinə istifadə hüquqlarının bərpası, evə köçürülmə) Bakı şəhəri, 26 aprel 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X9 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X23 üçüncü şəxs qismində cəlb edilməklə) yaşayış evindən istifadə hüququnun bərpa edilməsi və yaşayış evinə köçürülmə tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-2003/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 13 noyabr 2002-ci il tarixdə X24 ilə rəsmi nikaha girərək ailə qurmuş və X13 valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə gəlin köçmüşdür.
2. Onların birgə nikahlarından 11 may 2003-cü il tarixdə X21 və 26 dekabr 2005-ci il tarixdə X31 adlı 2 uşağı anadan olmuşdur.
3. X2 xx.xx.1993-cü il tarixdə, X1 xx.xx.2006-cı il tarixdə, X12 isə 15 mart 2019cu il tarixdə vəfat etmişdir.
4. Qusar rayon Notariat ofisindən verilmiş 21 aprel 2022-ci il tarixli X-575 saylı cavab məktubunun surətindən görünür ki, Qusar rayon notariat ofisinə X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə xx.xx.2022-ci il tarixdə X15 və Cavabdeh müraciətləri daxil olmuşdur. Qeyd olunan şəxslərin müraciətləri əsasında Qusar rayon notariat ofisində 191/2022 nömrəli vərəsəlik işi açılaraq müvafiq qeydiyyat aparılmışdır. Həmçinin sorğuda qeyd olunan X3 miras qalmış əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. Axtarış 2010- cu ildən 2022-ci ilədək aparılmışdır. 5. xx.xx.2022-ci il tarixli **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi isə birgə mülkiyyət hüququ üzrə X8, X5, X15, X16, X17 və X11 adlarına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh və üçüncü şəxs X20 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanda yerləşməklə mərhum X6 valideynlərindən miras qalmış yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsinə və onların həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ünvan 1 evdə yaşayan X24 ilə ailə həyatı qurmuşdur. O, X24 ilə ailə həyatı qurduğu zaman gəlin kimi onun valideynlərinə məxsu s, ünvan 1 ünvanda yerləşən yaşayış evinə gəlin köçmüş və özünə məxsus bütün cehiz əşyalarını da həmin evə gətirmişdir. X24 ilə birgə nikahda olduqları müddətdə onların 11 may 2003-cü il tarixdə X21 və 26 dekabr 2005-ci il tarixdə X31 adlı 2 uşağı anadan olmuşdur. Cavabdeh onun X6 qardaşıdır. O, X24 ilə evlənib gəlin kimi onun valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçdüyü vaxt həmin evdə X1, X12 və o, habelə ərinin kiçik qardaşı X23 və onun ailəsi yaşamışdır. Cavabdeh isə o zaman Rusiya Federasiyasında yaşamışdır. X12 mühəndis olmuş və Bakı şəhərində işləmişdir. Buna görə də o, bir müddət ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşadıqdan sonra ərinin yanına Bakı şəhərinə köçmüşdür. Lakin, ona məxsus bütün cehizləri, ərinə məxsus əmlakları ünvan 1 ünvanda yerləşən y aşayış evində qalmışdır. O, X12 və uşaqları ilə hər ay həmin evə gəlibgetmişdir. Hər yay onlar həmin evə gəlib istirahət etmişlər. Həmin ev üstündə X6 qardaşları X23 və Cavabdeh ilə heç bir mübahisəsi olmamışdır. X1 29 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra da o, X12 və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər. Yaşayış evinin ikinci mərtəbəsinin iki otağında ərinin kiçik qardaşı X15 ailəsi yaşamışdır. Yaşayış evinin birinci mərtəbəsinin iki otağı isə onların ailəsinin istifadəsində olmuş, onun cehiz əmlakları da həmin otaqlarda olmuşdur. Təxminən 2007- 2008-ci illərdə ərinin kiçik qardaşı X23 ailəsi ilə birlikdə həmin evdən çıxıb özü üçün tikdirdiyi yeni evə köçmüşdür. Bundan sonra artıq həmin evdə yalnız onların ailəsi qalıb yaşamağa başla mışdır. Onlar, Bakı şəhərinə gedərkən evi bağlayıb gedirdilər. Bayramlarda, yay tətili günlərində rayona gələndə isə həmin evdə yaşayırdılar. X12 həmin evi təmir etmiş, evə xarici suvaq vurdurmuş, evdə hamam tikdirmiş və başqa təmir işlərini aparmışdır. 2007-2008-ci illərdən etibarən artıq həmin evi faktiki olaraq onun X12 təkbaşına idarə edirdi. X12 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra yenə də o, və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər və hər yay həmin evə gəlib istirahət etmişlər. X6 ölümündən sonra Cavabdeh Rusiya Federasiyasından qayıdıb öz arvadı ilə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh yaşayış evinin ikinci mərtəbəsinin iki otağında, əvvəllər ərinin kiçik qardaşı X15 ailəsinin yaşadığı otaqlarda yaşayırdı. Cavabdeh ərinin ölümündən sonra bir müddət ona və uşaqlarına həmin evdən istifadə etmələrinə, hər bayramda, yayda həmin evə gəlib istirahət etmələrinə heç bir etiraz etmirdi. 19 mart 2022-ci il tarixdə o, Novruz Bayramı günlərində istirahət etmək üçün uşaqları ilə birlikdə Bakı şəhərindən ünvan 1 ünvanda yerləşən X6 valideynlərindən miras qalmış yaşayış evinə gəlmiş, lakin həmin evdə yaşayan Cavabdeh evin bütövlüklə özünə məxsus olduğunu bildirərək onu və uşaqlarını evə buraxmamışdır. Cavabdeh hətta oğlu X7 surətdə “sizin eviniz atanızın dəfn edildiyi qəbiristanlıqdadır” deyib təhqir də etmişdir. ünvan 1 ünvanda yerləşən yaşayış evi X6 valideynlərindən miras qalmış evdir. Ərinin atası X14 06 fevral 1993-cü il tarixdə, anası X10 29 noyabr 2006-cı il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra birinci n övbədə vərəsələri X12, onun qardaşı X23 və digər qardaşı, Cavabdeh qalmışlar. Valideynlərin ölümündən sonra həmin yaşayış evini X12 və onun kiçik qardaşı X23 faktiki qəbul edərək həmin evdə yaşamışlar. Həmin yaşayış evinin torpaq və əmlak vergiləri də X12 tərəfindən ödənilirdi. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında yaşamış, valideynlərindən miras qalmış əmlakı, evi nə faktiki, nə də ki, notariata ərizə verməklə qəbul etməmişdir. Cavabdeh həmin evə yalnız onun əri öldükdən sonra qayıtmışdır. Belə olan halda həmin evdə atasının və anasının birinci nöbədə vərəsəsi olaraq X6 malik olduğu vərəsəlik payına onun və uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Həmin yaşayış evinin çıxarışı olmadığı üçün vərəsələrin heç biri yaşayış evindən və həyətyanı torpaq sahəsindən miras paylarını rəsm iləşdirə bilməmişlər. Yaşayış evinə dair mövcud sənədlər də həmin evdə, Cavabdehdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh və onun qardaşı X23 mərhum ataları X4 miras qalmış ünvan 5 ünvanda yerləşən yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişlər. O da, mərhum X8 birinci növbədə vərəsəsi olan ölmüş X6 vərəsəsi olaraq 21 aprel 2022-ci il tarixdə Qusar rayon Notariat Ofisinə müraciət edərək X4 miras qalmış ünvan 5 ünvanda yerləşən yaşayış evindən mərhum X6 payına düşəcək miras payına irsi transmissiya qaydasında onun adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O, ünvan 1 evə 13 noyabr 2002-ci il tarixdə X24 ilə rəsmi nikah bağlamaqla köçmüşdür. Onun ünvan 5 evdə yaşayış sahəsindən istif adə hüququ Azərbaycan Respublikasının həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Lakin, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, özü Rusiya vətəndaşı olan Cavabdeh onların əmlaklarının olduğu mənzili özbaşına zəbt edərək onları yaşayış sahəsindən məhrum etmiş, mənzil h üquqlarını kobud şəkildə pozmuşdur. Mübahisəli yaşayış evi X6 və Cavabdeh valideynlərindən miras qalmış evdir. Həmin evdən X6 vərəsəlik payı vardır. Lakin, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, özü Rusiya vətəndaşı olan Cavabdeh onları ərinin payı olan mülkiyyətdən məhrum etmişdir.
8. Məhkəmə icraatı zamanı X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. 1999-cu ildə Rusiya Federasiyasına getmiş, 2020-ci ildə isə Azərbaycana qayıtmışdır. Atası 1993-cü ildə, anası isə 2006-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra həmin evdə Cavid yaşamışdır. O, hazırda həyat yoldaşı ilə mübahisəli evdə yaşayır. 1 il lik miqrasiya qeydiyyatına alınmışdır. Onun başqa yaşamağa evi yoxdur. Qusar rayon ərazisində olan bağlarda işləyir. İndiyədək onlar iddiaçıya heç bir söz deməmişdir. İddiaçı uşaqları ilə birlikdə yay aylarında gəlib getmişlər. Axırıncı dəfə iddiaçı ona hörmətsizlik edərək, əlində olan çirkli qabları onun qabağında stolun üstünə atmışdır. Buna görə də, o, iddiaçının mübahisəli evə gəlməsini istəmir. İddiaçı hər ayda yox, ildə bir dəfə həmin evə gəlib getmişdir. Bu barədə bütün qohumlar və qonşular bilir. İddiaçı onun qardaşının arvadıdır. Onlar 2002-ci ildə evlənmiş, evləndikdən bir müddət sonra Bakı şəhərinə getmiş, orada yaşamış və işləmişdir. İddiaçının Bakı şəhərində 2 evi var. Hər iki evdə o, olmuşdur. Bir ev 1 otaqlı, o biri ev isə 2 otaqlıdır. İddiaçıya məxsus bəzi əmlaklar mübahisə li evdə 1 otaqdadır. Çarpayı, stol-stul vardır. Mübahisəli ev, həyət evi olmaqla 4 otaqdan ibarətdir. İddiaçının Qusar şəhərində, 6 nömrəli məktəbin yanında da evi var, torpaqları da var. İddiaçı özünə məxsus cehiz əmlakını götürsün və həmin evdə yaşasın. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında üçüncü şəxs X23 izahatında göstərmişdir ki, o, iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsinə razı deyildir. Həmin evdə o yaşamış, indiyədək həmin evdə qeydiyyatdadır, anasına, atasına baxmış, həmin şəxslərin dəfn və yas mərasimlərini də o, özü təşkil etmişdir. Anası xəstə vaxtı iddiaçının evinə gedəndə, iddiaçı onun anasını xəstə vəziyyətdə evdən qovmuşdur. İddiaçının əri X30 şəhərində yaşamış, onun orada evi olmuş, 1986- cı ildə həmin evi s atıb Bakı şəhərində ev alaraq 1990-cı ildən Bakı şəhərində yaşamağa başlamış, həmçinin orada mühəndis işləmişdir. İddiaçı da, Əhmədlə Bakı şəhərində ailə həyatı qurmuş və birlikdə orada yaşamışlar. İddiaçının uşaqları da Bakı şəhərində anadan olmuşlar. O, özünə ev tikəndə qardaşı Əhməd ona heç bir köməklik etməmişdir. İddiaçının 3 yerdə torpaq sahələri var. Köhnə Xudat kəndində və Qusar şəhəri təzə konserv zavodunun arxasında 4 sot, X39 kəndində 16 sot torpaq sahələri vardır. Bundan başqa, iddiaçının Qusar şəhərində evi vardır. Həmçinin, iddiaçının əri öləndən sonra onun avtomobili iddiaçıya qalmış, həmin avtomobili iddiaçı istifadə etmişdir. O, mübahisəli evdə anadan olmuş, böyümüş və həmin evə baxmışdır. Qardaşı Əhməd ailəsi ilə birlikdə 2 aydan bir gəlmiş, 1 gecə qalmış, sonra çıxıb get mişdir. Qardaşı Əhməd evi idarə etməmiş, evi o özü idarə etmişdir. Evin kommunal xərclərini də o özü ödəmişdir. Evdə telefon lazım olmadığına görə özləri telefon xəttini bağlatdırmışlar. Qardaşı Əhməd evin həyətində 20-30 ədəd kubik daşını üst-üstə yığaraq yuyunmaq üçün yer düzəltmişdir. Lakin, hörgü hörülməmiş, ona hamam demək olmaz. Əhməd iddiaçının ikinci əri olmuş, gəlin köçərkən iddiaçıda heç bir cehiz-əmlak olmamış, özü ilə geyməyə paltar gətirmişdir. Mübahisəli evdə 1 otaqda iddiaçıya məxsus çarpayı vardır. 2007-2008-ci illərdə o, özünə ev tikmiş və öz evində yaşamışdır. Buna baxmayaraq, mübahisəli evə mütəmadi gəlib getmiş, evi idarə etməkdə davam etmişdir. Valideynləri öləndən sonra onların miras əmlaklarını faktiki olaraq o, qəbul etmiş və idarə edir. İddiaçı isə Bakı şəhərində y aşayır və işləyir, belə olan halda o, mübahisəli evi necə idarə edə bilər, bu barədə onun dedikləri yalandır. Onun mülkiyyətində olan əmlakı necə ola bilər ki, o, özü deyil, iddiaçı Bakı şəhərində yaşayıb işlədiyi halda idarə edir? Evin yerləşdiyi torpaq sahəsi də onun və ailə üzvlərinin mülkiyyətindədir, iddiaçının və onun uşaqlarının həmin evə və torpaq sahəsinə heç bir hüquqları yoxdur. Mübahisəli evin açarları Əhməddə də olmuş, Əhməd 2 aydan bir evə gəlib getmişdir. O, iddiaçının uşaqlarının həmin evə gəlib getməsinə razı deyildir. Belə ki, onun anası ölməmişdən əvvəl iddiaçı və uşaqları həmin evə gəlməmişlər. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) xx.xx.2022-ci il tarixli, e2(029)-543/2022 nömrəli qətnaməsi ilə i ddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X8, X5, X15, X16, X17 və X11 adlarına qeydiyyata alınmışdır. X14 xx.xx.1993-cü il tarixdə, X10 xx.xx.2006-cı il tarixdə ölmüşlər. İddiaçı mərhum şəxslər X27 Sultanovanın övladları olan X24 ilə 13 noyabr 2002-ci il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar və daimi olaraq birlikdə Bakı şəhərində yaşamışlar və işləmişlər. Onların birgə nikahlarından 11 may 2003-cü il təvəllüdlü X21 və 26 dekabr 2005-ci il təvəllüdlü X31 anadan olmuşlar. Həmin uşaqların hər ikisi Bakı şəhərində anadan olmuşlar. İddiaçının əri Əhməd Sultanov xx.xx.20 19-cu il tarixdə ölmüşdür. İddiaçı hazırda Bakı şəhəri Nərimanov rayonu X42 prospekti ev 110 mənzil 54 ünvanda qeydiyyatda olmaqla daimi olaraq orada yaşayır. Bununla da, İddiaçı daimi yaşayış yeri ünvan 1 ünvanda yerləşən ev olmamış, özünün də qeyd etdiyi kimi həmin ünvana aradabir qonaq kimi gəlib getmişdir. Onun daimi yaşayış yeri isə Bakı şəhərində yerləşən, mərhum əri və uşaqları ilə birlikdə yaşadığı ev olmuş, hazırda da daimi yaşayış yeri həmin evdir. Həmçinin, iddiaçının özünün dediyi kimi, Qusar şəhəri ərazisində fərdi yaşayış evi vardır. Mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə evin daimi sakinləri olmuş üçüncü şəxs Cavid Sultanovun, onun həyat yoldaşının, uşaqlarının və mərhum valideynlərinin mülkiyyətlərinə verilmişdir.
13. İddiaçı 2002-ci ildə mübahisəli evin sah ibi olan mərhum X18 Sultanovla Bakı şəhərində ailə həyatı qurmuş və həmin vaxt Əhməd Sultanovun özünün daimi yaşayış yeri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmamış, daimi olaraq Bakı şəhərində yaşamış, iddiaçı da onunla birlikdə daimi olaraq Bakı şəhərində yaşamış, hazırda da Bakı şəhərində yaşayır və işləyir. İddiaçı həmin vaxt ünvan 1 ünvanda yerləşən evin sahibi olmuş şəxsin icazəsi və iradəsi əsasında həmin evə daimi olaraq köçməklə orada yaşamamış, yalnız həmin evə qonaq kimi gəlməklə müvəqqəti, qısa müddətə yaşamışdır. Həmçinin, həmin vaxt mübahisəli evin sahibi olmuş Mahmud Sultanov ölmüş olmuş, evin daimi sakinləri həmin şəxsin həyat yoldaşı Saniyat Sultanova, oğlu Cavid Sultanov və onun ailə üzvləri olmuşlar. Həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi də həmin vaxt evi n daimi sakinləri olan Saniyat Sultanovanın, onun oğlu, iş üzrə üçüncü şəxs Cavid Sultanovun, sonuncunun ailə üzvlərinin, həmçinin mərhum Mahmud Sultanovun mülkiyyətlərinə verilmişdir. İddiaçı isə Qusar şəhərində başqa bir fərdi yaşayış evi əldə etmişdir ki, bu da onun istər qaynanası Saniyat Sultanovanın və əri Əhməd Sultanovun sağlığında, istərsə də, onların ölümündən sonra mübahisəli evə sahiblənmədiyini, oradan daimi istifadə etmədiyini, belə bir niyyətinin olmadığını təsdiq edir. Həmçinin, məhkəmə iddiaçı Bakı şəhərində daimi yaşadığı və orada işlədiyi halda, yuxarıda göstərilən başqa şəxslərin mülkiyyətlərində olan əmlakları qəbul edərək idarə etməsini məhkəmə inandırıcı hesab etməmişdir.
14. Bununla da, İddiaçı mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun qaydada həmin evə d air istifadə hüququ əmələ gəlməmiş, buna hər hansı əsas da olmamışdır. Bundan başqa, hazırkı iddianın yönəldiyi Cavabdeh mübahisəli evin mülkiyyətçisi və ya sahibi deyil, həmin evdə daimi istifadə hüququ da yoxdur, Rusiya Federasiyasının vətəndaşıdır. Ona görə də, hazırkı iddianın ona qarşı yönəlməsi qanuni və əsaslı deyil, həmin iddia həm də, düzgün olmayan şəxsə qarşı yönəlmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, onun və uşaqlarının mübahisəli evə dair istifadə hüquqları olmadığından o və uşaqları həmin evə köçürülə bilməz.
15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217- ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi tərəfindən xx.xx.2022 tarixli, e-2(029)- 543/2022 saylı qətnamə qəbul edilərkən iddia ərizəsində qeyd olunan faktiki hallar nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci və 1243.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arva d (ər), valideynlər (övladlığa götürənlər) ölənin birinci növbədə vərəsələri sayılırlar. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. ünvan 5 ünvanda yerləşən yaşayış evi İddiaçı X6 valideynlərindən miras qalmış evdir. X13 atası X14 06 fevral 1993-cü il tarixdə, anası X10 29 noyabr 2006-cı il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra birinci növbədə vərəsəlX12, onun qardaşı X23 və digər qardaşı, Cavabdeh qalmışlar. Valideynlərin ölümündən sonra həmin yaşayış evini iddiaçının X12 və onun kiçik qardaşı X23 faktiki qəbul edərək həmin evdə yaşamışlar. Həmin yaşayış evinin torpaq və əmlak vergiləri də iddiaçının X12 tərəfindən ödənilmişdir. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında yaşamış, valideynlərindən miras qalmış əmlakı nə faktiki, nə də ki, notariata ərizə verməklə qəbul etməmişdir. Cavabdeh həmin evə yalnız iddiaçının əri öldükdən sonra qayıtmışdır. Valideynləri ölən zaman həmin yaşayış evinin çıxarışı olmadığı üçün vərəsələrin heç biri yaşayış evindən və həyətyanı torpaq sahəsindən miras paylarını notariat qaydasında rəsmiləşdirə bilməmişlər. Mərhum valideynlərin birinci növbədə vərəsələri olan İddiaçı X12 və onun qardaşı X23 yaşayış evini faktiki qəbul etmişlər. Belə olan halda həmin evdə atasının və anasının birinci növbədə vərəsəsi olaraq İddiaçı X6 malik olduğu vərəsəlik payına irsi transmissiya qaydasında iddiaçının və uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Buna uyğun olaraq İddiaçı və onun uşaqları həmin yaşayış evindən istifadə hüquqlarına malikdirlər. Lakin məhkəmə qətnaməni qəbul edərkən bu halları nəzərə almamış, bununla da mövcud qanunvericiliyin tələblərini pozmuşdur.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və İ.K.Dəmirov) 2(105)-2003/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli evə gəlin gələrkən (13 noyabr 2002-ci il) mübahisəli ev mərhum Mahmud Sulta novun mirası kimi onun vərəsələri olan arvadı Saniyət Sultanova və oğlu Cavid Sultanov tərəfindən həmin evdə faktiki yaşamaqla qəbul edilmişdir, başqa sözlə, bu miras əmlak qəbul edildiyi andan onların mülkiyyətində olmuşdur. İddiaçının isə mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. İddiaçının ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut yoxdur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisəli evdən istifadə hüququnun gerçəkləşdirilməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir.
20. İstər iddia ərizəsinin məzmunundan, istər tə rəflərin izahatlarından məlum olur ki, iddiaçı ailə qurduqdan sonra mübahisəli evdə daimi yaşamamış, yəni əri ilə birlikdə daimi yaşamaq üçün Bakıya köçmüş, orada yaşamışdır, onun övladları da Bakıda doğulmuş, böyümüş, hal-hazırda da onlar Bakı şəhərində yaşamaqla, qeydiyyatları da Bakı şəhərindədir. Bu halda onun istər qaynanası Saniyat Sultanovanın və əri Əhməd Sultanovun sağlığında, istərsə də, onların ölümündən sonra mübahisəli evə sahiblənmədiyini, oradan daimi istifadə etmədiyini, belə bir niyyətinin olmadığını təsdiq edir. Həmçinin, iddiaçının Bakı şəhərində daimi yaşadığı və orada işlədiyi halda, mübahisəli mənzili qəbul edərək idarə etməsini inandırıcı hesab etmək olmaz.
21. Kollegiya qeyd etmişdir ki, iddiaçı mənzil şəraiti olmayan, yaxud mənzil şəraitinin yaxşılaşdırılmasına eht iyac olan şəxs hesab edilə bilməz, habelə onun iddia etdiyi mübahisəli mənzilə köçürülməsinə sadalan xüsusatlar baxımından hər hansı zərurət yoxdur. Həmçinin iddiaçının Bakı şəhərində daimi yaşayış yerinin olduğu halda Qusar şəhərində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası özlüyündə ağlabatan hesab edilə bilməz. Göstərilən hallar təsdiq edir ki, İddiaçı mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun qaydada həmin evə dair istifadə hüququ əmələ gəlməmiş, buna hər hansı əsas da olmamışdır və o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz, bu barədə mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına tam uyğundur.
22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 28.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, mübahisəli yaşayış evi iddiaçının həyat yoldaşının valideynlərindən miras qalmışdır. Onların ölümündən sonra birinci növbədə vərəsəl əri iddiaçının X12, X23 və Cavabdehdur. Həmin evdə miras qoyanların ölümündən sonra iddiaçının əri və qardaşı X23 vərəsəliyi faktiki qəbul edərək yaşamışlar. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında olmuş, mirası heç bir formada qəbul etməmişdir. X13 vərəsələri olaraq iddiaçının və uşaqlarının vərəsəlik hüquqları vardır. Buna görə də onların qeyd olunan yaşayış evindən istifadə hüquqları vardır. İddiaçının ərinin valideynlərindən sonra onların əmlakının əri tərəfində idarə olunmasını təsdiq edən, həmin yaşayış evində yaşadıqları barədə sübutlar, vergi və kommunal ödəmələr barədə Qusar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli sənədi, mirasın iddiaçının əri tərəfindən qəbulu yönündə məhkəməyə təqdim edilən digər sübutlar düzgün qiymətləndirilməmişdir.
25. İddiaçı qeyd edir ki, 13 noyabr 2002-ci il tarixdə X24 ilə nikaha daxil olaraq Qusar şəhəri, F.Musayev küçəsi, 96 saylı evə gəlin köçmüşdür, cehiz əmlakını da ora aparmış və hal-hazırda oradadır. X24 valideynlərinin sağlığında və onların vəfatından sonra miras əmlakı faktiki olaraq idarə etmişdir, vəfat edənədək orada yaşamışdır. O, 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı və uşaqları Sultanov Əhmədin vərəsələri olaraq evdən istifadə etmişlər. O, vəfat etdikdən sonra cavabdeh Rusiya Federasiyasından qayıtmış və bu evdə yaşamışdır. Əvvəlcə iddiaçının evdən istifadə etməyisinə heç bir etiraz etməyən cavabdeh 19 mart 2022-ci ildə iddiaçını və uşaqlarını evə buraxmamışdır. Halbuki evin iki otağı və ümumi istifadə hissəsi həmişə iddiaçının və uşaqlarının istifadəsində olmuşdur. Sumqayıt Apelly asiya Məhkəməsi hər hansı sübutun mövcud olub-olmamasına baxmayaraq qətnamədə bir cümlə ilə göstərmişdir ki: “Beləliklə iddiaçının 1993-cü ildə vəfat etmiş valideynlərinin ünvan 9 ünvanda yerləşən miras əmlakda payları vardır. Məhkəmə qeyd olunan halları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
32. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdi kdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.
35. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddı
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində dilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
38. Maddə 53.1. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə mü qaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
39. Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
40. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvləri nin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.
49. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçının evdən istifadə hüququnun bərpası və evə köçürülmə tələbi əslində onun mərhum həyat yoldaşı tərəfindən mübahisəli yaşayış evindən ibarət mirasın qəbulu, onun ölümündən sonra isə həmin payın onun vərəsələrinə keçməsi faktına əsaslanır və iddiaçı mirasda payı olan şəxs kimi mirasdan istifadə hüquqlarına yaranan maneələrin aradan qaldırılmasına çalışır.
50. Məhkəmələr isə mübahisəni yalnız iddiaçının gəlin köçdüyü evə istifadə hüququnun yaranıb-yaranmaması, həmin yaşayış evinə yaşayı sahəsi kimi ehtiyacının olub-olmaması istiqamətində araşdırmış və daimi əsaslarla həmin evdə yaşamadığına görə onun həmin evə istifadə hüququnun yaranmadığı qənaətinə gəlmişdirlər.
51. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev iddiaçının qaynatasından miras qalan əmlak olduğuna görə, 1993-cü ildə miras aşılandan sonra onun X41 tərəfindən mirasın faktiki qəbul edilib-edilməməsi, ərinin vəfatından sonra isə ondan miras qalmış hər hansı əmlakı iddiaçının qəbul edib-etməməsi istiqamətində hər hansı araşdırma aparmamışdırlar.
52. Halbuki işdən görünür ki, həmin yaşayış evindən ibarət miras əmlakla bağlı həm cavabdeh və 3-cü şəxs, həm də iddiaçı mirasın rəsmiləşdirilməsi ilə bağlı notariat orqanına rəsmi müraciət etsələr də bu məsələ hələ öz həllini tapmamışdır.
53. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
54. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o za man qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.
55. İşdən görünür ki, mübahisəli əmlaka dair mərhum X8 mülkiyyət hüququ xx.xx.2022-ci ilmtarixdə qeydə alınmışdır. Yəni həmin şəxs vəfat edən zaman 1993-cü ildə və iddiaçının əri vəfat edən zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamışdır, buna görə də, həmin əmlakın formal üsulla qəbulu mümkün olmamışdır.
56. Mirasın faktiki qəbulu üsulu isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki c əhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
57. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçının iddia tələbində övladları X21 və X31 ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etsə də, həm iddia ərizəsində, həm apellyasiya şikayətinin dəlillərin də mübahisəli evə dair miras əmlakdan övladlarının vərəsə kimi pay hüquqlarının mövcudluğuna istinad edir ki, konkret olaraq belə bir tələb olmadığından məhkəmə yalnız verilən iddia üzrə qətnamənin maddi və prosessual hüquq normaları baxımından düzgünlüyünü yoxlayır.
58. Lakin məhkəmə kollegiyası bu qənaətlə razılaşmır və hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcud olub-olmamasını yoxlamaq məhkəmənin səlahiyyətindədir.
59. Eyni zamanda, apelyasiya məhkəməsi tələb olmadığına görə iddiaçının mərhum ərinin mirası qəbul etməsi məsələsini araşdırmadığını qeyd etsə də, qətnaməsində iddiaçının mübahisəli evə gəlin gələrkən (13 noyabr 2002-ci il) mübahisəli evin mərhum Mahmud Sultanovun mirası kimi onun vərəsələri olan arvadı Saniyət Sultanova və oğlu Cavid Sultanov tərəfin dən həmin evdə faktiki yaşamaqla qəbul edildiyini, başqa sözlə, bu miras əmlakın qəbul edildiyi andan onların mülkiyyətində olduğunu müəyyən etməklə ziddiyyətli mövqe sərgiləmişdir.
60. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
61. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinin Bakı şəhərində işləməsi, yaşay ış üçün başqa evlərinin olması onun tərəfindən atadan qalan mirası faktiki qəbul etməməsini demək üçün yetərli deyil. Məhkəmə iddianın əsasını təşkil edən bu faktiki halı yoxlamaqla, iş üzrə düzgün və ədalətli qərar qəbul edə bilər.
63. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli evə istifadə hüququnun yalnız Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci və köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsi tələbləri baxımından yaranmaması barədə gəlinən qənaət natamam olmuşdur.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edi lməsinə dair” 26 iyul 2021-ci il Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
65. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni t am həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2003/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.