Məhkəmə qərarları › İş №2(102)-1261/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1261/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ fəhlə kimi əmək fəaliyyəti barədə sosial sığorta stajı üzrə hüquqi faktın müəyyən edilməsi ” tələbinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş stajı faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “fəhlə kimi əmək fəaliyyəti barədə sosial sığorta stajı üzrə hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1666/2023 nömrəli, 06 dekabr 2023-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi xx.xx.1962-ci il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuşdur. O, 1993-cü ildə işğal səbəbindən Füzuli rayonundan məcburən köçmüşdür və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmiş. Lakin ona pensiya təyin edilməsindən imtina olunmuş və 06 oktyabr 2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, onun ümumi iş stajı 25 ildən az (19 il 1 ay (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 14 il 2 ay) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmay an pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21795,97 manat təşkil edir. Qeyd olunanları əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə belə əsaslandırılıb ki, o, 01 iyul 1984-cü ildən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləmişdir. 23 oktyabr 1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən sovxozun sənədləri, həmçinin ərizəçinin əmək kitabçası da hərbi əməliyyatlar və işğal zamanı məhv edilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, sənədləri araşdırılmış, ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək fəaliyyəti barəsində sənədlər milli münaqişə zəminində məhv edildiyi üçün onun 01 oktyabr 1976-cı il tarixdən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyinə dair sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İşlədiyi zavodun bütün arxiv sənədləri ermənilərlə aparılan hərbi əməliyyatlar zamanı məhv edildiyindən hazırda həmin zavodun sənədlərini bərpa etmək mümkün deyil. Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər.

5. Maraqlı şəxs tərəfindən məhkəməyə göndərilən yazılı etiraz ərizəsində Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən e dilməsinə dair ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 05 avqust 1986-cı il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işə qəbul edilmiş və xx.xx.1991-ci il tarixədək həmin zavodda fəhlə işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmişdir. Belə ki, Ərizəçi ondan əvvəl zavodda işləmiş və o, işdən çıxdıqdan sonra da işini orada davam etdirmişdir.

7. X6 ifadəsində bildirmişdir ki, o, xx.xx.1983-cü il tarixdə Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda işə qəbul edilmiş və demək olar ki, rayon işğal olunanadək, yəni xx.xx.1993-cü il tarixədək orada anbar müdiri işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmi şdir. Belə ki, Ərizəçi ondan sonra zavoda gəlmiş və rayon işğal olunanadək onlar birlikdə orada işləmişlər.

8. Füzuli Rayon Məhkəməsinin (bundan sonra –birinci instansiya məhkəməsi) 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Yaşar Həşimov) ərizə qismən təmin edilmiş, Ərizəçi 1986-1991-ci illərdə Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü məhkəmədən kənar qaydada aidiyyəti üzrə DSMFyə müraciət etmiş və ona imtina cavabı verildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları ilə həm də o müəyyən olunur ki, Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunun 1984-1993-cü illərə aid sənədlər arxivə təhvil verilməmişdir. Göründüyü kimi, ərizəçi qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəblərdən təqdim edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan yararlanmışdır.

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, ərizəçi onun xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsini xahiş etsə də onun təşəbbüsü ilə dəvət edilmiş şahid G.Novruzovanın ifadəsindən görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəh lə işləmiş, digər şahid T.Hacıyev isə xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda anbar müdiri işləməsini bildirərək Ərizəçi da onlarla birlikdə orada işlədiyini təsdiq etmişlər. Göründüyü ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda əmək fəaliyyətinə başlamasını yalnız bir şahid T.Hacıyev təsdiqləmişdir. Həmçinin yalnız şahid T.Hacıyevin ifadəsi ilə ərizəçinin 1993-cü ilədək həmin zavodda işləməsi təsdiq edilir. Belə ki, digər şahid G.Hüseynova qeyd olunan zavodda xx.xx.1991-ci il tarixədək işləmişdir. Odur ki, məhkəmə şahid ifadələrini qismən əsas götürərək Ərizəçi 1986-1991-cü illərdə Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr) üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edil məsini əsaslı hesab edir.

11. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 307.1, 307.2, 307.2.11, 308-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Tərəflər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

13. Ərizəçi apellyasiya şikayəində qətnamənin ləğv, 01 iyul 1984-cü il tarixdən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsi onun 1984-cü ildən 1993-cü ilə qədər olan əmək stajını tanımaq əvəzinə onun hüquqlarını məhdudlaşdıraraq, cəmi 5 illik əmək stajını tanımışdır. Ona görə də hesab edir ki, Füzuli Rayon Məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq ədalətli olmayan qətnamə qəbul etmişdir. O, Füzuli Rayon Məhkəməsinə ərizə təqdim edərkən ərizəsində xx.xx.1984-cü ildən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməsini məhkəməyə gətirəcəyi şahidlərin təsdiq edəcəyini qeyd etmişdir və iş yoldaşları olmuş şahidlər X2, X8 və X3 əmək kitabçalarının surətlərini ərizəsinə əlavə etmişdir. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə baxışında şahidlərdən X4 və X12 iştirak etmiş və izahat vermişlər. X1 üzrlü səbəbdən məhkəmədə iştirak etmədiyinə görə onun izahatının alınması mümkün olmamışdır. Buna görə də ərizəçi məhkəməyə şifahi vəsatət verərək, məhkəmə iclasının təxirə salınmasını və X3 şah id qismində dindirilməsinin təmin edilməsini xahiş etmişdir. Ancaq məhkəmə onun vəsatətini təmin etməmişdir. Əgər vəsatəti təmin edilsəydi və şahid X5 məhkəmədə izahat versəydi, ərizəçinin xx.xx.1984-cü ildən xx.xx.1993-cü il tarixədək olan əmək stajı təsdiq olunardı. Lakin məhkəmə ərizəsi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq əvəzinə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

15. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətində qətnamənin ləğv, ərizənin təmin olunmamasını xahiş etmişdir.

16. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarının məzmunundan m üəyyən olunur ki, işləmə faktı ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırkı iş üzrə şahid qismində çıxış edən X10 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamədə onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sözügedən müəssisədə işlədiyini qeyd etmişdir. Lakin T.Hacıyevə məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən, onun xx.xx.1983-cü il tarixdə başqa zavodda, yəni Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunda işə daxil olması müəyyən olunur. Həmçinin, sözügedən əmək kitabçasında T.Hacıyevin xx.xx.1993-cü il tarixdə Füzuli rayonu 3 nömrəli üzüm emalı zavodunda anbar müdiri vəzifəsindən işdən azad edildiyi qeyd edilməsinə baxmayaraq, işə daxilolma qeydi mövcud deyildir. Məhkəmə həmçinin qətnamədə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu ilə Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunu eyniləşdirməsinə baxmayaraq, sözügedən müəssisələrin eyni müəssisə olmasını təsdiq edən sübut mövcud deyildir. Həmçinin T.Hacıyevin əmək kitabçasına nəzər yetirən zaman xx.xx.1983-cü il tarixdə Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunda işə daxil olduğu zaman vurulan möhürlə xx.xx.1993-cü il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan işdən azad olunarkən vurulan möhürün fərqli olması aşkardır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində çıxış edən X2 təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Füzuli rayonu 3 nömrəli üzüm e malı zavodunda işləməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ərizəçinin 1986-1991-ci illərin bütün dövrlərində işləməsi faktını təsdiq edərək maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Hesab edir ki, məhkəmə müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Şahidlərin əmək kitabçalarındakı qeydlərdə ziddiyyətli məqamlar kifayət qədər olduğundan müvafiq iş üzrə məhkəmə tərəfindən həmin qeydlər mötəbər sübut kimi qiymətləndirilməməlidir.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiyası) 2(106)-1666/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov) ilə maraqlı şəxsin şikayət təmin edilməmiş, ərizəçin in apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Ərizəçi 01 yanvar 1986-cı ildən 23 oktyabr 1993-cü ilədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işğal və hərbi əməliyyatlar nəticəsində ərizəçinin işlədiyi zavodun bütün arxiv sənədlərinin orada qalması, eləcə də, hərbi əməliyyatlar nəticəsində yaşadığı ərazidən məcburi köçkün düşmüş ərizəçinin onun işlədiyi dövrləri təsdiq edən əmək kitabçasının məhv olması onun hüquqlarının təmin edilməsinə mane olan hallar kimi çıxış edə bilməz. Odur ki, ərizəçinin ərizədə qeyd edilən dövrlərdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməsi faktını təsdiq edən sənədləri məhkəmədənkənar qaydada əldə edə bilməməsi ilə bağlı mövqeyi əsaslıdır.

19. Apellyasiya instansiya məhkəməsi işğal zamanı ərizəçinin əmək kitabçasını özü ilə götürə bilməməsini həmin dövrün reallıqlarına uyğun olmaqla, ağlabatan hesab etmiş, həmçinin qeyd etmişdir ki, şahidlərdən Tarix Hacıyev və Poladxan Hüseynovun əmək kitabçalarının onların özündə olmasının səbəbi isə həmin şəxslərin öz ərizələrinə əsasən müvafiq olaraq 18 avqust 1993-cü ildə və 20 avqust 1993-cü ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan işdən azad olunmaları və ya məzuniyyətə buraxılmalarıdır, lakin ərizəçi işdən azad olunması ilə bağlı əriz ə verməmiş, yalnız Füzuli rayonun Horadiz şəhəri işğal olunarkən zavod öz fəaliyyətini dayandırdıqda həmin müəssisədə olan fəaliyyətini bitirmişdir. Həmçinin, apellyasiya məhkəməsinin iclasında dinlənilən şahid Poladxan Hüseynov da həmin zavoddan hər kəsin öz əmək kitabçasını götürə bilmədiyini təsdiq etmişdir.

20. Məhkəmə kollegiyas Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu ilə “Qırmızı Oktyabr” sovxozunun eyni müəssisə olub-olmaması ilə bağlı maraqlı şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, X6nun adına açılmış əmək kitabçasından da göründüyü kimi, 24 oktyabr 1983-cü il tarixli əmrlə “Qırmızı Oktyabr” sovxozu üzrə şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələrindən asılı olmayaraq azad edilmişlər. 11 yanvar 1984-cü il tarixli əmrlə isə “Qırmızı Oktyabr” sovxozu üzrə sovxozun 24 oktyabr 1983-cü il tarixli əmrində aşağıdakı qaydada dəyişiklik edilmişdir: “Şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələri üzrə sovxozdan şərab zavoduna keçirilsinlər”. Əmr 24 oktyabr 1983-cü ildən qüvvədə hesab edilmişdir. Göründüyü kimi, əvvəllər Füzuli rayonundakı şərab (üzüm emalı) zavodu “Qırmızı Oktyabr” sovxozunun tərkibində olsa da, sonradan ondan ayrılmış, bu səbəblə həmin zavodda işləyən bütün işçilər tutduqları vəzifələri üzrə sovxozdan şərab zavoduna keçirilmişlər. Həmçinin, apellyasiya məhkəməsinin iclasında dinlənilən şahid Poladxan Hüseynov da öz ifadəsində qeyd etmişdir ki, işlədiyi Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu “ Qırmızı Oktyabr” sovxozundan ayrılmışdır. Bu baxımdan məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı hesab etmir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, maraqlı şəxsin şahidlərin əmək kitabçaları ilə bağlı şübhələrini əks etdirən dəlilləri formal mülahizələrdən ibarətdir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin apellyasiya şikayəti qismən əsaslıdır. Ərizəçinin Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməyə başlaması tarixi kimi 01 yanvar 1986-cı il götürülməlidir. Çünki şahidlərdən X12 hələ əvvəlcə 1978-ci ildən “Qırmızı Oktyabr” sovxozunun şərab zavodunda, daha sonra isə 24 oktyabr 1983-cü il və 11 yanvar 1984-cü il tarixli əmrlərlə isə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləmiş, o isə öz ifadəsində ərizəçinin onda n sonra Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməyə başladığını qeyd etmişdir. Eləcə də, 05 avqust 1986-cı ildən həmin zavodda işləməyə başlamış X4 da öz ifadəsində ərizəçinin ondan əvvəl də həmin müəssisədə işlədiyini təsdiq etmişdir.

23. X14 18 avqust 1993-cü ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işdən azad edilmiş, Poladxan Hüseynov isə 20 avqust 1993-cü ildə həmin zavoddan öz hesabına məzuniyyətə buraxılmışdır. Ərizəçi isə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda Füzuli rayonunun Horadiz şəhəri işğal olunanadək işləməyə davam etdiyini, işdən azad edilməsi ilə bağlı ərizə yazmadığını qeyd etmişdir. Füzuli rayonunun Horadiz şəhəri isə 23 oktyabr 1993-cü il tarixində işğal edildiyinə görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizəçinin sözügedən zavodda fəhlə işləməsinin son tarixi kimi 23 oktyabr 1993-cü il müəyyən edilməlidir. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

24. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.

25. Kassasiya şikayətində apelyasiya şikayətində irəli sürülmüş dəlillər təkrarlanmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

30. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

36. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

37. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dö vrlərin məcmusudur.

41. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu (01 yanvar 2006-cı ilədək qüvvədə olmuş)

42. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

43. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşk ilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə

44. Bənd

16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.

45. Bənd

17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən s əbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

49. Belə ki, ərizəçi onun xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə kimi işləməsi faktının müəyyən edilməsini xahiş edir.

50. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar, mahiyyəti konkretləşdirilərək MPM-nin 307.2.1-307.2.10-1-ci maddələrində müəyyən edilmişdir. Eyni zamanda MPM-nin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və hazırki tələb məhz MPM-nin 307.2.11-ci maddəsində müəyyən edilmiş tələblərə aiddir.

51. MPM-nin 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

52. Bu baxımdan müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.

53. Əmək stajının müəyyən olunması barədə tələbə baxılması üçün ikinci zəruri şərt də mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə gö rə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

54. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensi yası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

55. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.

56. Baxılan işdə ərizəçi işğal olunmuş ərazidə yaşamış şəxsdir və apelyasiya instansiyası məhkəməsi tətəfindən ona aid iş stajı sənədlərini işğal və hərbi əməliyyatlar nəticəsində əldə edə bilmədiyi müəyyən edilmişdir.

57. İş üzrə dindirilmiş şahidl T.Hacıyevə ərə aid əmək kitabçasında işə daxilolma qeydinin mövcud olmaması, xx.xx.1993-cü il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan işdən azad olunarkən vurulan möhürün fərqli olması barədə dəlillər işin faktik halları ilə bağlıdır və apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

58. İş üzrə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının işə cəlb olunmaması barədə kassatorun dəlili i lə bağlı qeyd olunur ki, əvvəla bu dəlil aşağı instansiya məhkəmələrində irəli sürülməmiş, Fond tərəfindən maraqlı şəxs kimi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın cəlb edilməsi tələb edilməsi barədə vəsatət verməmişdir. Məhkəmələrdə maraqlı şəxsi Fondu və onun strukturuna daxil olan bütün filial və qurumları təmsil etmək səlahiyyətinə malik nümayəndə təmsil etmişdir. Bundan başqa, müəyyən olunması xahiş edilən staj güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi staj kimi deyil, ümumi staj kimi nəzərə alınmalı stajdır. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir (Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndi).

59. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, A zərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifəsidir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığında n və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1666/2023 nömrəli, 06 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar