Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1261/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, ilkin müqavilə, öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və X2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-717/2024 nömrəli iş üzrə, 12 dek abr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli ilkin müqaviləyə əsasən, icraçı MTK Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli binanın 1-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzili payçı İddiaçı 12 ay müddətinə təhvil verilməsini, İddiaçı isə mənzilin dəyəri olan 61.600 manat məbləğində pulu MTK-ya ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X1 qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər tərəfindən ona təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh "xxxx" MTK mənzili 12 ay müddətinə alıcıya təhvil verməyi öhdəsinə götürsə də, bu günədək mənzil ona təhvil verilməmişdir. Bununla bağlı özünü MTK-nın təsisçisi kimi təqdim edən X7 və özünü MTK-nın hüquqşünası kimi təqdim edən X4 dəfələrlə məlumat verilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdehlərə pretenziya məktubu ilə müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. MTK-nın rəhbərliyi onun mənzildən istifadə hüququna maneələr yaratmaqda davam edir. Belə ki, ona mənzilin giriş qapısının açarları verilmir, mənzili təmir etmək istəyinə mənfi cavab verilir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun yaşayış hüququ pozulmuşdur.
3. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda İdarənin arxiv sənədlərində və e lektron baza məlumatlarında Göygöl rayonu R.Nəsibov məhəlləsi, Göygöl-Hacıkand yolunun sol tərəfində Cavabdeh1 MTK-nin inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin qeydiyyata alınmadığının müəyyən olunduğu göstərilmişdir.
4. Göygöl Rayon Məhkəməsinin 2(066)-1147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İddiaçı) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinə istinad edərək iddia tələbini əsaslı hesab etmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh1 MTK qətn amədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə heç bir sübut olmadan, heç bir sübutu tədqiq etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin hansı şəraitdə və hansı zərurətlə bağlandığı barədə məlumatı olmamışdır. Həmçinin, iddiaçı ilə aralarında mənzilin alqı-satqısı olan zamanadək və mənzilin alqı-satqısından sonra binanın layihə sənədlərində ümumiyyətlə 4 otaqlı mənzil nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə qətnamələri qanuni və əsaslı olmalı, işdə tədqiq edilmiş sübutlar əsasında çıxarılmalı və qətnam ənin icrası da mümkün olmalıdır. Hazırkı iş üzrə çıxarılmış qətnamənin isə icrası mümkün deyildir.
9. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş 10 yanvar 2016-cı il tarixli ilkin müqavilədə və maliyyə arayışında olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulması müəyyən edilmişdir.
11. Daha sonra məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü tarixli rəyindən müəyyən olunmuşdur ki, tərtib edilmiş maliyyə arayışında “Cavabdeh3D” yazıları və yazıların qarşısındakı imza və 10 yanvar 2016-cı il tarixl i ilkin müqavilənin 2-ci vərəqində olan “İnzalar: 1.” qrafasında “Cavabdeh3D” yazıları və yazıların qarşısındakı imza X3 tərəfindən icra olunmuşdur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-717/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Günay Cavadova və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad etsə də heç bir əsaslandırma aparmamışdır. Belə ki, tərəflər arasında bağlanmış x x.xx.2016-cı il tarixli müqavilə Mülki Məcəlləsinin 402-cı maddəsinə uyğun ilkin müqavilə olmaqla, qanunla müəyyən edilmiş müddətdə əsas müqavilə bağlanmamışdır. Yəni, ilkin müqavilənin bağlanmasından səkkiz ildən artıq vaxt keçməsinə baxmayaraq, tərəflər arasında əsas müqavilə bağlanmamışdır. İddiaçı isə öz növbəsində onlar arasında əsas müqavilənin bağlanması ilə bağlı cavabdeh tərəfə təklif göndərməmişdir.
14. Belə olan halda, kollegiya hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir.
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərində MTK tərəfindən müqavilədə nəzərdə tutulmuş 4 otaqlı mənzilin ümumiyyətlə mövcud olmadığını göstərmişdir.
16. Məhkəmə kollegiyası cavabdehin MTK tərəfindən m üqavilədə nəzərdə tutulmuş 4 otaqlı mənzilin ümumiyyətlə mövcud olmadığı dəlilini əsaslı hesab etməklə qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli yaşayış binasına baxış keçirilmiş, baxış zamanı iddiaçının ona verildiyini bildirdiyi 50 saylı mənzil 2 otaqlı olmuş, həmin mənzil ilə üzbəüz mənzil isə 1 otaqlı mənzil olmuş, iddiaçının göstərdiyi mərtəbədə 4 otalı mənzil müəyyən edilməmişdir. Həmçinin binanın layihə sənədləri əldə olunaraq işə əlavə edilmiş və 7 mərtəbədən ibarət olan binanın layihə sənədlərində ümumiyyətlə 4 otaqlı mənzilin nəzərdə tutulmadığı müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 402-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 82.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
18. İ ddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellaysiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 402-ci maddəsinə istinad etmiş və tərəflər arasında mübahisəyə qeyd olunan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə tərəflər arasındakı xx.xx.2016-cı il tarixli müqaviləni ilkin müqavilə kimi qəbul etmiş və Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən cavadehin iddiaçıya qarşı öhdəliklərinə xitam verildiyini qeyd etmişdir. Məhkəmə müqavilənin mahiyətinə, müqavilənin predmetinə, tərəflərin müqavilədə əks olunan öhdəliklərinin mahiyyətinə diq qət yetirməmiş, müqaviləyə formal yanaşmış, müqavilənin adı ilkin müqavilə olaraq qeyd edilsə də, əslində ehtiva etdiyi qarşılıqlı öhdəliklər və şərtlər baxımından alqı-satqı müqaviləsi olmasına diqqət yetirməmişdir. Hazırkı müqavilədə isə belə öhdəliklərin götürülməsi gələcəkdə bağlanılacaq müqaviləyə saxlanılmamış, elə bağlanmış müqavilə ilə öhdəlik olaraq müəyyən edilmişdir. Bağlanmış müqavilə mahiyyət etibarilə alqı-satqı müqaviləsi olmuş, Mülki Məcəllənin 567-cı maddəsində nəzərdə tutulan qaydada satıcının əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi ilə müşahidə olunmuşdur. Həmin müqavilə ilə mənzilin alqı-satqısı razılaşdırılmış, payçı tərəfindən mənzilin dəyəri də tam olaraq ödəni lmişdir. Belə olan halda müqavilə ilkin müqavilə deyil, alqı-satqı müqaviləsi mahiyyətində bağlanmışdır. Əgər müqavilə ilkin müqavilə idisə və alqı-satqı sonraya saxlanılmışdısa, onda icraçının mənzilin dəyərini əvvəlcədən alması hansı əsasla icra edilmişdir. Göründüyü kimi, məhkəmə qeyd olunan xüsusatlara diqqət yetirməmişdir. Bundan başqa, mənzil iddiaçıya dörd otaqlı olaraq həm layihədə, həm də yerində təqdim edilmiş və göstərilmişdir. Daha sonra həmin dörd otaqlı mənzil hansısa məqsədlə qanunsuz olaraq iki mənzil olaraq bölünmüş, layihədə qanunsuz dəyişikliklər edilmişdir. Ona təqdim olunmuş layihə sənədində də mənzil dörd otaqlı olaraq əks olunmuş, bir giriş mövcud olmuşdur. Qətnamə yalnız cavabdehin maraqlarına xidmət edir. Məhkəmə nəticədə MPM-nin 265-ci maddəsinin tələblərinə də ri ayət etməmişdir.
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
22. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
23. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
24. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə göt ürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
25. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
27. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir 41.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası mübahisələndirilən məhkəmə aktını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq aşağıdakıları qeyd edir:
43. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında MM-nin 402-ci maddəsinə uyğun olaraq ilkin müqavilə bağlansa da, həmin müqavilənin və qanunun tələblərinə uyğun olaraq sonradan əsas müqavilə bağlanmamış, belə müqavilənin bağlanması ilə bağlı iddiaçı cavabdeh tərəfə təklif göndərməmişdir.
44. Mülki Məcəllənin ilkin müqavi lənin bağlanması şərtlərini və qaydasını tənzimləyən 402-ci maddəsinin dispozisiya şərtlərinə görə, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlərin göstərilməlidir (MM-nin 402.3-cü maddəsi). Burada “əsas müqavilənin mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər” məfhumu bir sıra önşərtlər müəyyən etməklə müvafiq sövdələşmələrin edilməsini ehtiva edir. Bu mənada ilkin müqavilədə əsas müqavilənin mühüm şərti kimi satılacaq əmlakın qiyməti də müəyyən edilən bilər. Amma bu, həmin qiymət üzrə məbləğin tam və ya hər hansı hissəsini ödəmək kimi başa düşülməməlidir.
45. Doğrudur, MM-in 402-ci maddəsində ilkin müqavilə bağlandığı zaman hər hansı ödənişin edilməsi nəzərdə tutulmadığı kimi, qadağan da edilmir. Lakin ilkin mü qavilənin anlayışına və məqsədinə nəzər yetirdikdə, bu müqavilə çərçivəsində ödəniş edilməli olması görünmür.
46. Həmçinin, 402.5-ci maddədə əsas müqavilənin tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmadığı və ya tərəflərdən birinin digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyi halda ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilməsi imperativ qaydada müəyyən edilib.
47. Bu normanın məzmunundan da belə nəticə çıxır ki, ilkin müqavilədə gələcəkdə bağlanmalı olan əsas müqavilə üzrə ödəniş edilməsi istisna edilir.
48. Göründüyü kimi, tərəflər arasında bağlamış müqavilə ilkin müqavilənin mülki qanunvericiliklə müəyyən edilmiş qaydalarına və şərtlərinə uyğun olmamışdır.
49. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkə məsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, tərəflər arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən, cavabdeh təşkilat Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli binanın 1-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzili İddiaçı 12 ay müddətinə təhvil verməyi, İddiaçı isə mənzilin dəyəri olan 61.600 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
50. Göründüyü kimi, bu müqaviləni tərəflər ilkin müqavilə kimi imzalasalar da, həmin müqavilədə faktiki olaraq tərəflər üçün podrat münasibətləri üzrə hüquq və vəzifələr yaradan müddəalar öz əksini tapmışdır.
51. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsində müəyyən edilmi şdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
52. Hazırkı iş üzrə tərəflər tikilməkdə olan binanın hansı mərtəbəsində və hansı ölçülü mənzilin hansı müddətdə alıcıya təhvil veriləcəyini və sonuncunun hansı məbləğdə pulu satıcıya verəcəyi ilə bağlı razılaşmışlar.
53. Həmin müqavilə bağlandıqdan dərhal sonra iddiaçı həmin müqavilə üzrə yaranmış öhdəliklərini tam icra edərək razılaşdırılmış məbləği cavabdehə ödəmiş, lakin sonuncu müqavilədən irəli gələn öhdəliyinin icrasından yayınaraq, həmin müqavilə ilə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmişdir.
54. Göstərilənlərlə yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müqavilə üzrə nəzərdə tut ulmuş mənzilin mövcud olmadığını müəyyən edərək bu əsasla iddianı rədd etməsi düzgün olmuşdur.
55. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin yuxarıda şərh edilən mənasına görə, cavabdeh MTK müqavilədə nəzərdə tutulan mənzili tikərək iddiaçıya təhvil vermək vəzifəsi daşısa da, öz öhdəliyini icra etməmiş, nəticədə müqavilədə göstərilən ölçüdə və otaq sayı ilə mənzil tikilmiş binada ümumiyyətlə mövcud olmamışdır.
56. Mövcud olmayan mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığından, iddia tələbinin bu əsasla təmin edilməməsini Məhkəmə kollegiyası düzgün hesab edir.
57. Qeyd edilməlidir ki, bu hal iddiaçının müqavilə üzrə öhdəliklərin icra edilməməsinin nəticələri ilə bağlı iddia qaldırmasına mane olmur.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-717/2024 nömrəli iş üzrə, 12 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.