Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1262/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1262/2025 (Açar sözlər: mənzilə köçürülmə, mənzildən və torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yüksək gərginlikli transformatorun torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-445/2024 nömrəli, 17 dekabr 2024-cü i l tarixli qətnaməsindən cavabdeh "Azərişıq” ASC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyat a alınması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində ölçü işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki və sənəd üzrə istifadənizdə olan sahənin üzərində elektrik xəttinin transformatoru yerləşir. Bundan əlavə torpaq sahəsindən yüksək təzyiqli qaz xətti keçir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanladığı xx.xx.2022-ci il tarixli, 602/06/İ-351/7521 saylı məktubundan görünür ki, Şamaxı rayonu Göylər kəndində layihə əsasında elektrik təsərrüfatının yenidənqurulması işləri aparılmışdır. Aparılan yenidənqurma işləri yerli İcra və Bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihə əsasında ayrılmış ərazilər üzrə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx " Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən mülkiyyətində olan 0,18 ha torpaq sahəsinin boşaldılması, qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,18 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kənd inə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunub. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət edib. Amma müsbət cavab ala blməyib. Həmin transformatorun orada qalması ona öz əmlaklarını, torpaq sahəsi üzərində sərbəst sərəncam verməyinə dair hüquqlarını həyata keçirməyə mane olur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin Şamaxı Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı idd iasında qeyd etdiyi Şamaxı rayonu Göylər kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nin balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin 1 metr hissəsi qeyd olunan torpaq sahəsinin hasarından içəri digər yarısı isə torpaq sahəsinin hasarından kənara düşür. Torpaq sahəsinin kənarı dəmir barmaqlıqlar vasitəsi ilə hasarlanmışdır. Kənardan baxış zamanı torpaq sahəsinin ölçülərinin və transformator məntəqəsinin həqiqətəndə həmin torpaq sahəsinin içərisində yerləşməsinin müəyyən edilməsi qeyrimümkündür.
7. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sanədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "xxxx" ASC-yə məxsus yüksək gərginlikli transformatorun İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799,01 kv.m. həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmad ı. Əlavə olaraq bildiririk ki, İddiaçı məxsus 0,18 ha torpaq sahəsi əvvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus yüksək gərginlikli transformator, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulmuşdur.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3877 saylı ekspert rəyindən görünür ki, Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" ASC-yə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində saxlanılmır.
10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 1799,01 kv.m torpaq sahəsi əvvəllər onun özünə məxsus olmuş yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir.
11. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(074)-149/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X3) iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi, iddiaçıdan 50 manat məbləğində ekspert xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmi şdir.
12. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçı ona məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində ASC tərəfindən quraşdırılmış transformatorun sökülərək torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3877 saylı ekspert rəyinə əsasən ASC-yə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olunmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, işdə olan sübutlarla ASC tərəfindən quraşdırılmış transformatorun iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləş məsi halı təsdiq edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və sübutlara qiymət verilmədən əsassız çıxarılmışdır. Belə ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,18 hektar həyət yanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciəti ilə bağlı ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunmuşdur. O, ASC-yə rəsmi müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Həmin transformatorun orada qalması ona öz əmlaklarını, torpaq sahəsi üzərində sərbəst sərəncam verməyinə dair hüquqlarını həyata keçirməyə mane olur. İşə əlavə olunmuş sübutlardan da görünür ki, onun sübutlarına qiymət verilməmişdir. Məhkəmə qeydiyyat vəsiqəsinə əsasən yanacaq doldurma məntəqəsinin onun mülkiyyətində olması ilə bağlı xeyli sübutlara qiymət verməmişdir. ASC-nin Şamaxı Rayon Məhkəməsinə ünvanlanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun iddiasında qeyd etdiyi Şamaxı rayonu Göylər kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, cavabdeh ASC-nin balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin 1 metr hissəsi qeyd olunan torpaq sahəsinin hasarından içəri digər yarısı isə torpaq sahəsinin hasarından kənara düşdüyü bildirilərsə bu 1 metr ərazinin onun mülkiyyətində olan torpaq sahəsinə düşməsi qeyd olunmuş və birbaşa göstərilmişdir. Lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Həmçinin həmin ərazidə olan yanacaqdoldurma məntəqəsi qeydiyyat vəsiqəsi olan rəsmi sənəd əsasında ona məxsusdur və 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, onun naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sənədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən ASC-yə məxsus yüksək gərginlikli transformatorun ona məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799,01 kv.m. həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, ona məxsus 0,18 ha torpaq sahəsi əvvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, ASC-yə məxsus yüksək gərginlikli transformator, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulması göstərilmişdir. O, sənədləri təqdim etmişdir ki, həmin yanacaqdoldurma məntəqəsi onun mülkiyyətindədir. Lakin hakim bu hallara qiymət vermədən əsassız qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3877 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, ASC-yə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvvəllər gedişgəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olunmuşdur. Hüquqların qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 165 say lı qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı rayon İHB-nın 02 iyun 2005-ci il tarixli 86 saylı sərəncamı ilə həmin yanacaq doldurma məntəqəsi ona məxsusdur. Məhkəmənin bu hallara qiymət verməməsi sual doğurur.
17. Məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/3307 nömrəli ekspert rəyindən görünür ki, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olumuşdur ki, cavabdeh ASC-yə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqə sinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulmuşdur, bundan sonra yanacaq doldurma məntəqəsinə əvvəllər mövcud olmuş gediş-gəliş yolu kəsilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-445/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Vahid Hacıyev və Afiq Hüseynzadə) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsi, iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsinin yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində cavabdeh ASC tərəfindən quraşdırılmış transformatorun çıxarılması, cavabdeh ASC-dən ekspertiza tədqiqatlarının dəyəri 100 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus transformatorun iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi halının təsdiq edilməməsinə əsaslansa da, nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə transformatorun iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan hal apellyasiya baxışı zamanı təyin edilmiş 11 oktyabr 2024-cü il tarixli rəydə də öz təsdiqi ni tapmışdır. Həmçinin həmin rəydə qeyd olunmuşdur ki, transformatorun gediş-gəliş yolunun üzərində qoyulması, bundan sonra yanacaq doldurma məntəqəsinə əvvəllər mövcud olmuş gediş-gəliş yolunu kəsmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi məhz cavabdeh tərəfindən transformatorun iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin mövcud olmuş gediş-gəliş yolununun üzərində yerləşdirilməsi səbəb olduğundan və bu işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinə əvvəllər gedişgəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində cavabdeh ASC tərəfindən quraşdırıl mış transformator çıxarılmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddələsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mötəbər sübut sayıla biləcək mütəxəssis rəyinə əsasən cavabdeh ASC-yə məxsus yüksək gərginlikli transformatorun iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilməmişdir. Yəni faktiki olaraq yüksək gərginlikli transforma torun yanacaqdoldurma məntəqəsinin baş planında yanacaqdoldurma məntəqəsinin gediş-gəliş yolunun üzərində yerləşməsi öz təsdiqini tapsa da, faktiki olaraq həmin yanacaqdoldurma məntəqəsinin gediş-gəliş yolunun iddiaçıya məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799,01 kv.m. həyətyanı torpaq sahəsinin daxilində yerləşməsi iş üzrə sübutlarla öz təsdiqini tapmamışdır. Lakin apellyasiya məhkəməsi iş üzrə qeyd olunan həmin hallara aydınlıq gətirməmiş, iş üzrə sübutları düzgün qiymətləndirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa nunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə
6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
27. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
28. Maddə
152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilə r, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Ma ddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassas iya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişd ir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsini n məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-445/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.