Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Fətəliyev XXXna qarşı iş üzrə QƏRARİ № 2(102)-1263/2022 (Açar sözlər: mənzilin boşaldılması, mənzilin təhvil verilməsi) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9506/2021 nömrəli, 19.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Hüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sabunçu rayon məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamə icra olunarkən məlum olmuşdur ki, mənzildə, adları icra sənədində qeyd olunmayan borclunun ailə üzvləri yaşayırlar. Ona görə mülkiyyətçi hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı iddia ərizəsi və iddianın dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hüseyn oğlunun adı çəkilən mənzilə dair istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması barədə məhkəmə aktları olmuşdur. Lakin, verilən icra vərəqəsində cavabdehin mənzildən çıxarılması göstərilib, lakin mənzilin boşaldılması və qeydiyyatda olmayan ailə üzvlərinin çıxarılması göstərilməyib. Ona görə də, qətnamə bu günə qədər icra edilməyib.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4213/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh Hüseyn oğlu tərəfindən boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 13, Mülki Məcəllənin 152.1, 152.5 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə ə saslandırmışdır.
8. Həmin qətnamədən Cavabdeh Hüseyn oğlu apellyasiya şikayətləri vermişlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Q.Əsgərov sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 19 oktyabr 2021-ci il tarixli 2(103)9506/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4213/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh və ailə üzvlərinin iddiaçı Süleyman Süleymanın mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 6 saylı evin 10 saylı mənzilində yaşamaları iş materialları ilə tam təsdiq olunur və onların orada yaşamalarının qanuni əsası yoxdur.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, tələbin qanuni əsası kimi mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarının tətəbiqi ilə razılaşmışdır.
12. Həmin qətnamədən Cavabdeh Hüseyn oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh Hüseyn oğlu apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzildə onun 3 azyaşlı övladı, həyat yoldaşı, anası və atası yaşayır. Həmin mənzildən çıxarıldıqları təqdirdə, onların yaşayacaqları mənzil sahəsi yoxdur. İddiaçı cavabdeh kimi yalnız onu göstərmiş, mənzildə yaşayan digər şəxslər cavabdeh qismində işə cəlb olunmamışdır. Halbuki, mənzildə yaşayanların hamısının yaşamaq hüququ vardır. Cavabdehin bir fərd olaraq, mənzildə yaşayan digər şəxsləri zorla mənzildən çıxararaq mənzili təhvil vermək səlahiyyəti yoxdur. Yaşayış yeri üzrə heç bir rəsmi qurum cavabdehin mübahisəli mənzildə yaşadığını təsdiq etməmişdir. Mənzildə yaşaması barədə dəlil yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsin in dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
15. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tan ınan və qorunan hüququdur.
18. Maddə. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələ b edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. İşin mübahisəsiz halı bundan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.9 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli, 18.08.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir.
32. Mübahisə predmeti olan evin mülkiyyətçisi İddiaçıdur və onun bu hüquqları mübahisələndirilmir. Mülki Məcəlləyə (§16, §18) əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tələbin qanuni əsası kimi məhkəmələrin həmin normalara istinad etmələri düzgündür. Çünki işin faktiki halları istinad edilən normanın dispozisiya şərtlərinə uyğun gəlir.
33. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar ilə qanuni qüvvəyə minmiş məhkəmə qər arının icra edilməməsi, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə yaşamağa davam etməsi, bununla da, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaranması müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən kassasiya şikayətində qeyd edilən hallar işin faktiki hallarıdır. Kassasiya məhkəməsində isə, işin faktiki halı araşdırılmır. MPM-yə (§25) əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Eyni zamanda kollegiya bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilin borc əvəzi olaraq verilməsi, əslində ipoteka barədə razılığa gəlmələri, borcu verə bilmədiyi üçün hazırkı tələbin irəli sürülməsi ilə bağlı dəlillər artıq yoxlanıla bilməz. Çünki cavabdehin analoji dəlilləri rəhbər tutaraq tərəflər arasında bağlanmış alıqsatqı müqaviləsinin etibarsız hesab olunması barədə irəli sürdüyü iddia əvvələr məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə həmin tələb təmin edilməmiş, alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarlı hesab olunmuşdur.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9506/2021 nömrəli, 19.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova