Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1263/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X14 (məruzəçi), X3 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6379/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativinin sədri İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Razılaşma imzalanmış və həmin Razılaşmaya əsasən, Cavabdeh Kooperativin tikintisi və təmiri yarımçıq vəziyyətdə olan mövcud binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərinin aparmaq, rəhbərlik etdiyi inşaatçı briqadasının görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirmək, inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etmək barədə üzərinə vəzifə götürmüşdür. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1856/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan Cavabdeh xeyrinə 132.000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-369/2017 saylı, 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin kooperativin binasında təmir-tikinti işlərinin aparılması həvalə edilmiş Cavabdeh təmir-tikinti işləri ilə əlaqədar məhkəmə qərarına əsasən əldə etdiyi 45.000 manat pulu mənimsəməsi və alacağı 87.000 manat pulu da mənimsəmək fikrində ol ması barədə etdiyi müraciəti üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 4. "xxxx" MTK-nın sədri İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən, Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75.000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTK-nın hesabına pulu olduğu halda ödəməkdən imt ina etmişdir.
5. İddiaçı notarial təsdiq edilmiş ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1856/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi "xxxx" MTKnın nümayəndəsi X6 xx.xx.2016-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, xx.xx.2016-cı il tarixdə qətnamə Şaiq Hüseynov tərəfindən "xxxx" MTK-nın sədri kimi İddiaçı təqdim edilmiş və tərəfindən iş qovluğuna əlavə edilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X4 təyin edilmiş, xx.xx.2016-cı il tarixdə həmin qətnamə qovluqla birlikdə yeni sədr X1 təhvil verilmişdir. 6. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Akif Kazımov tərəfindən imzalanan akta əsasən, “Azin” qroup-un işçilərinə və gözətçilərə hörgü və suvağa 5.000 manat, aqlaya əməkhaqqı üçün 5.000 manat, 3 n əfər gözətçinin 12 aylıq məvacibi 10.800 manat, işıq 12 aylıq 3.800 manat, su və qrunt suyu 4.400 manat, 3 nəfər ofis işçilərinə 13.000 manat, kranın 2 aylıq icarə haqqı 5.000 manat, krançının 3 aylıq əmək haqqı 2.100 manat, texniki nəzarətçi 3 ay üçün 2.400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTK-nın sədri İddiaçı xərcləmişdir. 7. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Akif Kazımov tərəfindən imzalanan xx.xx.2016-cı il tarixli akta əsasən Zərgərpalan və Tolstoy küçələrinin birləşməsində tikilən obyektin görülmüş işlərin həcmi (materiallar kərpic) cəmi 11.113 manat təyin edilir. 8. xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün onun müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və sədri olduğu MTK ilə 16 fevral 2016-cı il tarixdə kooperativin tikintisi və təmir işlərinin yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin yerinə yetirilməsi məqsədi ilə fiziki şəxs olan inşaatçı briqadasının rəhbəri Cavabdeh ilə aralarında "xxxx" tərtib edilmişdir. Cavabdehin rəhbərlik etdiyi inşaat briqadası yalnız işçi qüvvəsi funksiyalarını yerinə yetirirmiş, inşaat işlərinin aparılması üçün zəruri olan hər növ tikinti materiallarının alınması və çatdırılmasını isə MTK təmin etmişdir. Təxminən 5-6 ay ərzində inşaat briqadası nəzərdə tutulan işləri əsasən yerinə yetirmiş və həmin müddətdə cavabdeh ondan 61.750 manat pulu əmək haqqı adı ilə nağd olaraq imzalı qeydiyyatla hissə-hissə qəbul etmiş, briqadanın əlavə xərclərinə sərf olunan 6.000 manat pul isə maddi çətinliklərə görə ödənilməmiş qaldmışdır. Briqadanın icra etdiyi tikinti işlərində istifadə və sərf olunan müxtəlif sahibkarlardan və satıcılardan götürdüyü armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət materialların bir hissəsinin pulunu nağd hesablaşmalarla, müəyyən hissəsinin pulunu isə şəxsi nüfuzundan istifadə edərək sonra ödəmə şərti ilə alıb onları vaxtında inşaat briqadasına çatdırmışdır. İşlər başa çatdırıldıqdan sonra təmir-tikinti işlərinə istifadə edilmiş tikinti materiallarının alınmasına sərf olunan cəmi 132.000 manat pul MTK tərəfindən ödənilməli idi. Lakin, həmin vaxt kooperativdə sədrlik səlahiyyəti ondan alınıb protokolla başqa şəxsə həvalə edildiyindən tikintiyə çəkilən həmin məbləği kooperativ hesablarında pul olmadığını bəhanə gətirərək ödəməkdən boyun qaçırmışdır. Cavabdeh və briqadanın üzvlərindən heç kim kooperativin üzvü olmadığından onunla razılaşmışlar ki, pulun bankdan götürülməsi məhkəmə yolu ilə həll edilsin. Ona tam etibar etdiyindən iddia tələbini də cavabdehin adına hazırlamışlar. Cavabdeh bildirmişdir ki, icra etdikləri inşaat işlərinə görə əmək haqları əsasən ödənilmiş, kooperativdən alınacaq əlavə 6.000 manatdan başqa heç bir təmənnası ola bilməz. Ona görə də hər ikisinin razılığı ilə 132.000 manat pulun kooperativdən alınması məqsədi ilə cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı inzibati məhkəməsinə iddia verilmiş və məhkəmənin 2-2(103)-369/2017 saylı, 13 iyun 2017-ci il tarixli qərarı onun adına çıxa rılmışdır. Məhkəməyə həmçinin, tikintinin aparılması üçün onun tərəfindən alınan armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların məbləği barədə sənədlər, cavabdehlə birgə tərtib etdikləri Aktlar da təqdim edilmişdir. O, cavabdehin vədinə inanaraq əmin olmuşdur ki, cavabdeh razılaşmaya əməl edib tikinti materiallarına görə xərclədiyi və bir hissəsini də borclu qaldığı 132000 min manat pulu ona ödəyəcək. 3 il ərzində onunla tez-tez görüşmüş və bildirirmişdir ki, hələ bankdan pulu ala bilmir. Bu arada borclu qaldığı mal sahibləri də haqlı olaraq onu narahat etməyə başlamış, onlara vəziyyəti bildirmiş və borclarını ödəmək üçün tanışlarından borc pullar almağa məcbur olsa da, indiyə qədər tam ödəyə bilməmişdir. 2019-cu ilin sonlarında öyrənmişdir ki, cavabdeh həmin ilin fe vral-dekabr ayları ərzində pulu kooperativin rəhbərliyinin razılığı ilə "xxxx" SKT Bakı filialından hissə-hissə götürmüş və bunu ondan gizlətmişdir. Cavabdehdən dəfələrlə pulu tələb etsə də, bunun heç bir nəticəsi olmamış, bundan sonra, cavabdehin hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müstəntiqin 01 mart 2021-ci il tarixli qərarı ilə şikayətin mülki xarakterli olduğu bildirilərək aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçını dostu vasitəsilə 2005-2006-cı illərdə tanımış, sonradan onunla iş birliyi olub, cavabdehi isə tanımır. 2016-cı ildə iddiaçı ona müraciət edərək, Zərgərpalan küçəsində tikintisini həyata keçirdiyi obyekt üçün beton lazım olduğunu bildirmiş, o, isə öz beton zavodundan ona beton vermişdir. İddiaçı verilmiş betonun gətirilməsi xərclərini vermiş, betonun dəyərini isə sonradan ona qaytarmışdır. Betonun dəyəri təqribən 11-12 min manat məbləğində olmuş, iddiaçı isə ona daşıma xərcləri ilə birgə 2.000 və 3.000 olmaqla, hissə-hissə 5.000 manat pul vermişdir.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçını 2016-cı ildən kərpic zavodundan tanıyır, cavabdehi bir neçə dəfə görüb, sonradan tanımışdır ki, iddiaçının yanında tikinti işi ilə məşğuldur. İddiaçıya 23.000 manatlıq kərpic vermiş, sonradan verdiyi kərpicin pulunu tam ala bilməmiş, 22.000 manat borcu qalmışdır. Malın sifarişini, gətirilməsini və digər məsələləri idd iaçı ilə danışmış, bu barədə cavabdehlə heç bir danışığı olmamışdır.
13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı atasıdır, cavabdehi 2016-cı ildən tanıyır. O, atası ilə tikintidə iş görüb, lakin atası materialları şəxsən özü alıb. Cavabdeh tikintidə 2016-cı ilin qış aylarından 2016-cı ilin may ayına qədər işləyib. Tikinti MTK-nın olub, cavabdeh qoşulub işləmişdir. Kreditlə bağlı tikinti dayanmış, sonra davam etməmişdir. Tikinti üçün “Dərnəgül” bazarından armatur, taxta almışlar və materiallar bazara məxsus maşınlarda gəlib. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iş getmişdir. 14.300 manat taxtaya, 31.000 manat armatura pul xərclənmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4081/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsin qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmiş, Cavabdeh 132.000 (yüz otuz iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən MTK-nın tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə müraciəti ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı sonuncu dəfə tikintiyə xərclənmiş pul vəsaitlərinin geri ödənilməsi ilə bağlı cavabdehə 2019-cu ilin noyabr-dekabr aylarında müraciət etmiş və sonuncu pulu aldığını bildirərək, iddiaçıya çəkdiyi xərclərinin əvəzini ödəməkdən imtina etmişdir. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Beləliklə də, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciəti nəzərə alınmamalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 377.1, 1091.1, 1092.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 18 Cavabdeh qətnamədən apellyasiya şi kayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 19 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-nın sədri olaraq xx.xx.2016-cı il tarixli podrat müqaviləsini onunla imzalamışdır. MTK-nın tikintisi və təmiri yarımçıq vəziyyətdə olan binada icra edilən işlərin haqqı iddiaçının şəxsi vəsaiti hesabına deyil, kooperativin vəsaiti hesabına “Aqro Kredit” Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmişdir. Podrat müqaviləsi üzrə tərəf kimi MTK çıxış etmişdir. Ona görə də hazırkı iş üzrə iddiaçının ümumiyyətlə ona qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Əgər mübahisə olsaydı, belə bir iddia ilə MTK çıxış etməli idi. Birinci instansiya məhkəməsi mülki i şin bu mühüm əhəmiyyət kəsb edən halına diqqət yetirməmiş, subyektiv hüququ olmayan şəxsin iddiasını icraata qəbul edərək qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmiş və bununla da onun “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması” hüququnu pozmuşdur. Hazırkı mübahisədə müqavilə münasibəti olduğu halda, məhkəmə yanlış olaraq mübahisəni əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə etmişdir. Məhkəmə iclaslarında onun şahidləri dindirilməmiş, məhkəmə əsassız olaraq 3 illik iddia müddətini tətbiq etməmişdir. 20 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-954/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), N amiq Cəfərov və Emin Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4081/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
22. Belə ki, əsassız varlanma ilə bağlı irəli sürülmüş iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “məhrum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən o lunmur.
23. Məhkəmə həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə qiymət verərək qeyd etmişdir ki, MTK tərəfindən aparılan tikintidə istifadə olunan inşaat materiallarının alınması ilə bağlı halların şahid ifadələrinə əsasən təsdiq edilməsi qəbul edilə bilməz. Çünki hüquqi şəxs olan və hər il vergi hesabatları verən MTK tərəfindən yazılı sənədlər (qaimə faktura, elektron qaimə, vergi hesab-fakturası və s.) olmadan tikinti materiallarının əldə etməsi mövcud qanunvericiliyə (Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanuna, Vergi Məcəlləsinə və s.) və işgüzar adətlərə uyğun deyil. Ona görə də, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
24. Həmçinin iş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzdə qeyd olunmuşdur ki, "xxxx" MMC-nin dire ktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. Həmin qəbzdə hansı materialın alınması, materialın həcmi və s. kimi heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa, həmin qəbzdə qeyd olunan tikinti materiallarının məhz "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da hər hansı sübutla təsdiq olunmur. Ona görə də, həmin qəbz də mötəbər sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, iddiaçı artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cavabdehin podrat müqaviləsi üzrə gördüyü işə görə "xxxx" MTK tərəfindən cavabdehə ödənilməli olan 132.000 manat məbləğində pulun, materialın əvəzi olaraq ona ödənilməli olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iddiaçı 2016-cı ildə özünün "xxxx" MTK-nın sədri kimi yazdığı məktublarda bütün işlərin cavabdeh tərəfindən görülməsini və 132.000 manat "xxxx" MTK-nın cavabdehə borcunun olmasını etiraf etmişdir. İddianın əsassız olduğu qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 377-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Qətnamədən iddiaçı (X9) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3023/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, yol verilmiş həmin prosessual pozuntular düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
30. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Akif Kazımov tərəfindən imzalanan və ümumilikdə 52.300 manat pulun kooperativin sədri İddiaçı tərəfindən xərclənməsinə dair akta (i.v.51) və "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini alması barədə xx.xx.2016-cı il tarixli qəbzdə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin sənədlər cavabdehə iddiaçı tərəfindən materialın verilməsinin sübutu kimi qəbul edilə bilməz. Çünki həmin aktd a bununla bağlı heçnə qeyd edilməmişdir, həmiçinin qəbzdə hansı materialın alınması, materialın həcmi və s. kimi heç bir məlumat qeyd edilməmiş, tikinti materiallarının məhz "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da göstərilməmişdir.
31. Göstərilən sənədlərin Cavabdeh MTK-da tikinti üzrə fəaliyyəti ilə bağlı olmaması qənaətinə gələn apellyasiya məhkəməsi həmin sənədin nəyə görə cavabdeh tərəfindən imzalanmasının səbəblərini müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərdən qaçırmışdır.
32. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6379/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 132.000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin miqdarı 58.305 (əlli səkkiz min üç yüz beş) manat müəy yən edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş olsa da, iddianı tam təmin etməkdə səhvə yol vermişdir.
35. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, yol verilmiş həmin prosessual rozuntular düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Göstərilən sənədlərin (aktın) cavabdehin MTK-da tikinti üzrə fəaliyyəti ilə bağlı olmaması qənaətinə gələn apellyasiya məhkəməsi həmin sənədin niyə görə cavabdeh tərəfind ən imzalanmasının səbəblərini müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərdən qaçırmışdır.
36. Yeni apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəflərə çəkilmiş xərclər barədə sübutların təqdim olunması təklif edilmiş və araşdırma zamanı müxtəlif vaxtlarda tərtib olunmuş və hər iki tərəfin də imzaladığı əqdlərə (aktlara) əsasən cəmi 133.305 manat (52.300 + 70.650 + 10.355) pul vəsaitinin xərcləndiyi müəyyən edilmişdir. 52.300 manat xərcləndiyi qeyd edilən əqddə (aktda) pulun Kooperativin sədri İddiaçı tərəfindən xərcləndiyi qeyd olunsa da, 70.650 manat və 10.355 manat məbləğində pul vəsaitlərinin xərclənməsi barədəki digər əqdlərdə (aktlarda) vəsaitin kimin tərəfindən xərcləndiyi konkret olaraq göst ərilməmişdir. Lakin həmin əqdlər (aktlar) iddiaçı tərəfindən imzalandığından məhkəmə kollegiyası həmin vəsaitlərin də məhz onun tərəfindən xərcləndiyi qənaətinə gəlir.
37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən müqavilə (razılaşma) üzrə görüləcək işin ümumi dəyərini təşkil edən 207.000 manat vəsaitin hamısının deyil, yalnız 133.305 manat hissəsinin xərcləndiyi təsdiq olunur. Bundan əlavə qüvvədə olan məhkəmə qərarına əsasən cavabdehə həmin işə görə 132.000 manat da ödənilmişdir. Hər iki məbləğ toplandıqda alınan məbləğ 265.305 manat təşkil edir. Bu məbləğdən cəmi müqavilə üzrə ödənilməli olan məbləğ, yəni 207.000 manat çıxıldıqda isə qalan məbləğ 58.305 manat müəyyən edilir. Deməli, iddiaçı tərəfindən cavabdehə 58.305 manat artıq vəsait ödənilmiş və cav abdeh həmin vəsaiti əldə etməklə hüquqi əsas olmadan iddiaçının vəsaiti hesabına varlanmışdır. Ona görə də yalnız bu məbləğ cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyi aralarında imzalanmış "xxxx"ya uyğun olaraq "xxxx" MTK qarşısında olmuş və həmin öhdəlik tərəfindən icra olunmuşdur. İddiaçı kooperativin adından çıxış etmişdir. O, iddiaçının şəxsi borclusu deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Yeni apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəfl ərə çəkilmiş xərclər barədə sübutların təqdim olunması təklif edilmiş və araşdırma zamanı müxtəlif vaxtlarda tərtib olunmuş və hər iki tərəfin də imzaladığı əqdlərə (aktlara) əsasən cəmi 133.305 manat (52.300+70.650+10.355) pul vəsaitinin xərcləndiyi müəyyən edilmişdir. 52.300 manat xərcləndiyi qeyd edilən əqddə (aktda) pulun Kooperativin sədri tərəfindən xərcləndiyi qeyd olunsa da, 70.650 manat və 10.355 manat məbləğində pul vəsaitinin kimin tərəfindən xərcləndiyi konkret göstərilməmişdir. Lakin həmin əqdlər (aktlar) iddiaçı tərəfindən imzalandığından məhkəmə kollegiyası həmin vəsaitlərin də məhz onun tərəfindən xərcləndiyi qənaətinə gəlmişdir. Bundan əlavə qüvvədə olan məhkəmə qərarına əsasən cavabdehə həmin işə görə 132.000 manat da ödənilmişdir. Hər iki məbləğ toplandıqda alınan məbləğ 265.305 manat təşkil edir. Bu məbləğdən cəmi müqavilə üzrə ödənilməli olan məbləğ, yəni 207.000 manat çıxıldıqda isə qalan məbləğ 58.305 manat müəyyən edilir. Deməli, iddiaçı tərəfindən cavabdehə 58.305 manat artıq vəsait ödənilmiş, cavabdeh həmin vəsaiti əldə etməklə hüquqi əsas olmadan iddiaçının vəsaiti hesabına varlanmışdır. ”Abidə” MTK ilə podrat hüquq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər olmasına baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəmələri subyektiv hüququ olmayan İddiaçı qismində tanımaqla mövcud hüquq münasibətini əsassız varlanmadan irəli gələn hüquq münasibəti kimi xarakterizə etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və qanunun tələbinə zidd olaraq hesab etmişdir ki, o, 58.305 manat əlavə pul əldə edərək əsassız varlanm ışdır. Halbuki, işin faktiki hallarından da göründüyü kimi ona icra olunan işə görə 26.5305 manat deyil, 207.000 manat ödənilmişdir. Belə olan halda əsassız varlanmadan söhbət gedə bilməz. Məhkəmə tərəflərindən məhkəməyə təqdim olunmuş sübutları və ifadələri nəzərə alaraq, öz mövqeyini mötəbər sübutlarla əsaslandırmamış, izahatını və təqdim etdiyi sübutları, yəni “Aqro Kredit” Səhmdar Cəmiyyətinin qəbul etdiyi Aktları nəzərə almamış, qanuni, əsaslı və obyektiv qətnamə qəbul etməmiş, işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.
41. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən ba şlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
43. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdu r. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki iş lər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
61. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstər ilən hallar işin materiallarına uyğun olsun.
63. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması, işin hallarının sübut olunmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
66. İşin faktiki ha llarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6379/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.