Məhkəmə qərarları › İş №2(102)-1264/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1264/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1264/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-217/2019 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Şəki rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Mehdiyev, iş № 2(075)-346/2018) İddiaçı QSC-nin ca vabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 07R000007239 saylı kredit razılaşması üzrə cəmi 6762,11 ABŞ dollarının qətnamənin icra edildiyi günə olan məzənnəyə uyğun olaraq manatla, 007R********** saylı kredit razılaşması üzrə cəmi 106.595,43 ABŞ dollarının qətnamənin icra edildiyi günə olan məzənnəyə uyğun olaraq manatla, 007KK**********01 saylı kredit müqaviləsi üzrə cəmi 11.502,31 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manatın, xidmət haqqına görə ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1 və qeyrilərindən müştərək qaydada tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh3, Cava bdeh2 məxsus daşınmaz əmlaklara yönəldilməsi, onların hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına cəmi 113.357,54 ABŞ dolları məbləğində borcun ödənilməsi, Cavabdeh5 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 100.000 manat, cavabdehlər Cavabdeh4, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 270.000 manat, Cavabdeh3 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 32.000 manat, Cavabdeh2 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə edilmiş pul vəsaiti kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 və qeyrilərinin banka qarşı zaminlik və ipoteka müqavilələr inin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və M.İ.Vəzirov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək Şəki rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində ləğv edilmiş, bankın iddiasının qismən təmin edilib xx xxxx 2013-cü il tarixli 07R000007239 saylı kredit razılaşması üzrə cəmi 1657,38 ABŞ dollarının manatla, xx xxx 2014-cü il tarixli 07R000010077 saylı kredit razılaşması üzrə cəmi 86.096,36 ABŞ dollarının manatla, xx xxxxxx 2015-ci il tarixli 007KK**********01 saylı kredit müqaviləsi üzrə cəmi 10.002,31 manatın tutulması, tutmanın ipoteka predmetlə rinə yönəldilməsi, Cavabdeh5 əmlakının ilkin satış qiymətinin 137.000 manat, Cavabdeh4 və Cavabdeh1 əmlakının ilkin satış qiymətinin 505.000 manat, Cavabdeh3 mənzilinin 48.000 manat, Cavabdeh2 mənzilinin 38.500 manat müəyyən olunması, həmin əmlakların açıq hərracdan satılaraq hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə olunmuş vəsaitin hesabına 87.753,74 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla və 10.002,31 manat məbləğində borcun banka ödənilməsi qət edilmişdir. İşin halları: xx xxxx 2011-ci il tarixdə bankla Cavabdeh1 arasında 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində Cavabdeh1 xx xxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 100.000 ABŞ dolları, xx xxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müdətinə 90.000 ABŞ doları, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən 10.000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi digər cavabdehlərlə zaminlik və ipoteka müqavilələri bağlanmışdır. 2017-ci ilin noyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməməsini əsas göstərməklə borclu və zaminlərdən bankın xeyrinə 07R000007239 saylı kredit razılaşması üzrə cəmi 8389,05 ABŞ dolları, 07R000010077 saylı kredit razılaşması üzrə cəmi 135.494 ABŞ doları, 007KK0**********01 saylı kredit müqaviləsi üzrə cəmi 15.662,71 manat məbləğində borcun və digər xərclərin tutulm ası, tutmanın Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşılıqlı iddia verərək bankla bağlanmış bütün zaminlik və ipoteka müqavilələrində yalnız kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməsini, digər zəruri şərtlərin göstərilməməklə Mülki Məcəllənin 269, 307.4, 470, 472.2-ci maddələrinin tələblərinin pozulmasını və s. əsas göstərməklə onlarla bağlanmış zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılmasını xahiş etmişlər. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İd diaçı ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək cavabdehlərdən faiz borcu və cərimənin düzgün olmayan ekspert rəyi əsasında tutulmasını, həmin rəyin və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hesabatların işin həqiqi hallarına uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin borc məbləğinin və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissələrdə ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək bütün zaminlik və ipoteka müqavilələrində yalnız kredit xəttinin ümumi məbləği və müddətinin göstərilməklə əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əm ələ gəlmə əsasları, faiz dərəcəsi və icra müddətinin göstərilməməsini, zaminlik və ipoteka müqavilələrinin sonradan bağlanmış kredit razılaşmalarının təminatı kimi çıxış etməsinin mümkün olmamasını, kredit razılaşması müqavilələrinin bağlanmasının onlarla razılaşdırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məs ələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, borclu Cavabdeh1 bankla kredit xətti müqaviləsini və onun əsasında kredit razılaşmaları barədə müqavilələri bağlamaqla götürdüyü krediti müqavilədə müəyyən olunmuş məbləğdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 borcun qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra edə bilmədiyi üçün bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən kredit razılaşmaları üzrə borcun məbləğinin müəyyən olunması məqsədi ilə ekspertiza təyin olunmuş və məhkəmə ekspertizası tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxx 2013-cü il tarixli kredit razılaşması üzrə xx xxxx 2016-cı il tarixə əsas borcu 1436,55 ABŞ dolları, faiz borcu üzrə 20,83 ABŞ dolları, xx xxx 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 69.787,69 ABŞ dolları, faiz borcu 14.308,67 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borcu 9999 manat, faiz borcu 320,42 manat təşkil edir. Apellyasiya icraatı zamanı X5 tərəfindən aparılmış xx xxxx 2019-cu il tarixli qiymətləndirmə h esabatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh5 mülkiyyətində olan mənzilin xx xxxx 2019-cu il tarixə ilkin satış dəyəri 137.000 manat, Cavabdeh4 və Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin ilkin satış dəyəri 505.000 manat, Cavabdeh3 məxsus mənzilin ilkin satış dəyəri 48.000 manat, Cavabdeh2 məxsus mənzilin ilkin satış dəyəri 38.500 manat təşkil edir. Borcun məbləği və ipoteka predmetlərinin dəyəri ilə əlaqədar mütəxəssis rəylərinin şübhə altına alınması üçün əsaslar olmadığından, eləcə də, bank tərəfindən həmin rəylərin düzgün olmaması barədə məhkəmə kollegiyasına mötəbər sübutlar təqdim olunmadığından, apellyasiya instansiyası məhkəməsinin həmin rəy və hesabatlara əsaslanmaqla borcun məbləğini və ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməsi qanuni və əsaslı olmuşdur. Göstə rilənlərlə əlaqədar kollegiya bankın kassasiya şikayətini əsassız sayır və hesab edir ki, həmin dəlillər qətnamənin göstərilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya iş üzrə cavabdehlərin kassasiya şikayətinin dəlillərini də müzakirə edərək hesab edir ki, həmin dəlillər zaminlik və ipoteka müqavilələrinin qanunsuz olması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhk əmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İşdən görünür ki, zaminlik və ipoteka müqavilələri borclunun kreditor qarşısında öhdəliklərinin təminatı kimi bağlanmış və cavabdehlər həmin müqavilələri könüllü surətdə bağlamaqla onlardan irəli gələn məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit xətti müqaviləsində müəyyən olunmuşdur ki, borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit razılaşmaları zaminlərin və ipoteka qoyanların bank qarşısında məsuliyyətinin artması ilə nəticələnmədiyindən həmin müqavilələrin qanunun tələblərinə zidd bağlanması nəticəsinə gəlmək üçün əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar