Məhkəmə qərarları › İş №2(102)-1264/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1264/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1264/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi) Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5811/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2010-cu il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq müəssisədə mühasib vəzifəsində işləməyə başlamış, 2012-ci il yanvar ayında həmin müəssisədə böyük mühasib, 2014-cü ilin iyul ayında ticarət mərkəzləri üzrə maliyyə meneceri, 2017-ci ilin fevral ayında ticarət mərkəzləri üzrə maliyyə və kommersiya işləri üzrə menecer vəzifələrinə təyin edilmişdir. 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayına qədər Cavabdeh MMC-nin təsisçisinə məxsus olan müxtəlif şirkətlərdə maliyyə direktoru, direktor vəzifələrində çalışmışdır. 2. xx.xx.2019-cu il tarixli A0154/1 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də maliyyə nəzarətçisi işinə qəbul edilmişdir. Əmək müqaviləsini işəgötürənin adından kadrlar və inzibati işlər üzrə direktor Andrey Sipilin imzalamışdır. 3. xx.xx.2021-ci il tarixli iclasının 05 saylı protokolundan çıxarışa əsasən, iclasın gündəliyində duran məsələ Cavabdeh MMC-nin strukturunun optimallaşdırılmasının davam etdirilməsi tədbirləri olmuşdur. 4. xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmrə əsasən, Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılmasını nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Əməliyyat bölməsində Maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar Cəmiyyətdə Maliyyə nəzarətçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu maliyyə nəzarətçisi vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi barədə əmr verilmişdir. X7 üzrə direktor X6 tərəfindən imzalanmış və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir. 5. xx.xx.2022-ci il tarixli, 004/22-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə ), İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin onunla olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi və 28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə onun tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) man atın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində iddiaçı ona yaranan ehtiyac səbəbi ilə MMC- yə qayıtmış və xx.xx.2022-ci il tarixinə qədər orada maliyyə nəzarətçisi vəzifəsində işləyərək, müəssisənin bütün daşınmaz əmlak üzrə əməliyyat bölümünə maliyyə hissəsində nəzarəti həyata keçirmişdir. İddiaçı MMC-də işlədiyi 12 illik dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. İşlədiyi müddət ərzində ona nə xəbərdarlıq edilib, nə də inzibati tənbeh tətbiq edilib. 16 yanvar 2022-ci il tarixində cavabdehin insan resursları üzrə direktoru X6 iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə “540/21-k” saylı əmr imzalamışdır. Əmrdə qeyd olunmuşdur ki, “xx.xx.2022-ci il tarixindən MMC-də əməliyyatlar bölməsində maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar cəmiyyətdə maliyyə nəzarətçisi vəzifəsində çalışan iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu maliyyə nəzarətçisi vəzifəsindən azad olunsun və əmək müqaviləsinə xitam verilsin”. İddiaçı qeyd etmişdir ki, cavabdeh MMC-nin “maliyyə nəzarətçisi” ştatının ləğv olunmasını əsaslandıran heç bir əmri (qərarı) mövcud olmamışdır. Cavabdehin ştatın ixtisarı haqqında yazılı əmri (qərarı) olsaydı, onun surətini iddiaçıya təqdim edərdi. Lakin iddiaçıya nə belə bir sənəd təqdim olunmuş, nə də bu yöndə əmrin (qərarın) verilm əsi barədə məlumat verilmişdir. Çünki əslində heç cavabdeh MMC-də “maliyyə nəzarətçisi” ştatı ləğv olunmamış və bu gün də orada həmin vəzifədə işləyən işçilər var. Burada məqsəd iddiaçı ilə soyuq münasibətləri olan yeni rəhbərliyin iddiaçını işdən çıxarmasına “hüquqi don” geyindirmə cəhdidir. Çünki cavabdeh iddiaçının işində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun pozuntu tapa bilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh 16 yanvar 2022-ci il tarixli “540/21-k” saylı əmrində iddiaçı ilə arasındakı əmək müqaviləsinin ləğv edilməsini bir cümlə ilə belə əsaslandırmamışdır. Beləliklə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur. Təkcə bu fakt belə, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsızlığına kifayət edir. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehin 16 yanvar 2022-ci il tarixli “540/21-k” saylı əmri müəssisənin direktoru deyil, insan resursları üzrə direktoru X6 tərəfindən imzalanmış və imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd əmrə əlavə edilməmişdir. Onun cavabdeh adından əmr imzalamağa səlahiyyətinin olub-olmaması isə iddiaçı üçün qeyri-müəyyəndir. Çünki iddiaçıya əmrin surəti verilərkən X1 təsdiq edən etibarnamənin surəti təqdim edilməmişdir. Bundan başqa, iddiaçı ilə əmək müqaviləsi ləğv edilməmişdən əvvəl iddiaçının ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərlə müqayisə edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı bildirir ki, cavabdehin “maliyyə nəzarətçisi” ştatını ixtisar etməsi real deyil, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək üçün planlaşdırılmış bir vasitədir. xx.xx.2022-ci il tarixdə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin aralarında razılaşma əldə olunmamışdır. Buna görə də xx.xx.2022-ci il tarixli MSB/5-00374 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. Cavabdehin hansı səbəblə ştatı ixtisar etməsi barədə əsaslandırmasının olmaması, müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə səlahiyyətli vəzifəli şəxs tərəfindən əmrin (qərarın) olmaması, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə ixtisarın əsaslandırılmaması, daha yüksək ixtisasa və peşəkarlıq səviyyəsinə malik olan işçilərin işdə saxlanılması barədə (iddiaçının peşəkar olmasının sübutu isə işlədiyi müəssisədə 10 ildən artıq işlə məsi ilə yanaşı daimi həmin müəssisədə yuxarı vəzifələrə təyin edilməsi ilə öz təsdiqini tapır).

8. Birinci instansiya məhkəməsində cavabdehin məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda bildirilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinə tam uyğundur və əmrin təsviri hissəsində Cavabdeh MMC-də “iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı stuktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması” əmrin verilməsi üçün əsas səbəb olaraq qeyd edilmişdir. Həmçinin, bildirilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq iddiaçıya Cəmiyyətdə ştatların ixtisarı ilə əlaqədar rəsmi xəbərdarlıq göndərmiş, xəbərdarlıqda hansı səbəbdən ştatın ixtisar ed ildiyi iddiaçıya bildirilmiş, iddiaçı bu xəbərdarlıqla rəsmi qaydada tanış olmuş və hətta bu xəbərdarlıqda göstərilmiş hüququndan istifadə edərək xəbərdarlıq müddəti əvəzinə pul ödənişindən imtina etdiyini bildirmişdir. MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyinin edilməsi, strukturun optimallaşdırılması və bununla bağlı ştatların ixtisar edilməsi Cəmiyyətin rəhbərliyi tərəfindən son dövrdə təşkil edilərək keçirilmiş bir sıra iclasların mövzusu olmuşdur ki, bununla bağlı Cəmiyyətin xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasının 05 saylı protokoldan çıxarışı da əlavə edilmişdir. Etirazda, həmçinin, iddiaçının “ixtisarın son çarə olması barədə əsaslandırmalar mütləq şəkildə işəgötürən tərəfindən verilməli olan yazılı əmrdə (qərarda) detallı şəkildə əks olunmalıdır” barədə iddiasının tam əsassız olması və əmək müqaviləsinin ləğv edilməsi əmrində bu kimi geniş təsvirlərin edilməsinə qanunvericiliklə yol verilməməsi bildirilmişdir. Buna görə də iddiaçının əmək müqaviləsinin ləğv edilməsi əmrində əsaslandırmanın son dərəcə təhrif edilmiş və öz xeyrinə olaraq mütləq və detallı şəkildə verilməsini tələb etməsinin tam əsassız və mənasız olması vurğulanaraq, mütləq və detallı məlumatların işəgötürənin digər lokal sənədləşməsində öz əksini tapa bilməsi və əmək müqaviləsinin ləğv edilməsi əmrində bu məlumatların sadə formada öz əksini tapmalı olduğu qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi əmrinin MMC-nin direktoru tərəfindən deyil, İnsan Resursları üzrə direktoru tərəfindən imzalanmasının iddiaçı üçün qeyri-müəyyən olması və e tibarnamənin surətinin ona təqdim edilməməsi ilə bağlı iddiasına etiraz olaraq bildirilmişdir ki, iddiaçı əmək müqaviləsi ləğv edilərkən bununla bağlı işəgötürənə şifahi və ya rəsmi qaydada müraciət etməmiş, MMC hüquqi şəxs statusunda olduğu üçün direktorunun səlahiyyətlərinin daxili iş bölgüsü əsasında öz əmri ilə əmək müqavilələrinin bağlanılması, onlara dəyişikliklər edilməsi və ləğv edilməsi səlahiyyətlərini İnsan Resursları üzrə direktora həvalə etmişdir və bütün işçilərlə münasibətdə bu məsələ ilə bağlı eyni qaydalar tətbiq olunur. İddiaçının işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsini qəbul etməsi, lakin işəgötürən tərəfindən bununla bağlı hər hansı sənədin tərtib edilməməsi ilə bağ lı iddiasına münasibətdə cavabdehin nümayəndəsi tərəfindən verilmiş etirazda bildirilmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə işçilərin attestasiyasının keçirilməsi, qanunvericiliyə uyğun olaraq rəsmiləşdirmənin aparılması və yaxud hər hansı bir qaydada rəsmiləşdirmənin aparılması proseduru Əmək Məcəlləsində nəzərdə tutulmadığından, işəgötürən iddiaçının işdə saxlanılmağa üstünlük təşkil edən kateqoriyaya aid olub-olmadığını işçi qaydada müəyyən etmiş və qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə edərək, iddiaçının ştatının ixtisar edilməsini müəyyən edərək ona xəbərdarlıq etmiş, təminatlarını ödəmiş və əmr vermişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2126/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə MMC-yə maliyyə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli onlayn qaydada keçirilmiş iclasında ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu əməliyyat bölümündə maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılması və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla iddiaçıya ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilməsi yekdilliklə qərara alınmışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmr verilmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə əmrl ə tanış olması barədə həmin əmrdə imza etmişdir. xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişi ilə iddiaçıya ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. Beləliklə, MMC-də xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə ştat vahidinin ləğv edilməsi həyata keçirilmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X5 və Ra ndolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətini İnsan Resursları üzrə direktor X3 həvalə etmişdir.

11. Məhkəmə həmin vəzifə üzrə 2 ştat olduğu halda məhz onun tutduğu ştatın ləğv edilməsi məsələsini mübahisələndirməsi ilə əlaqədar qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürənin müəyyən etməsi qanunla müəyyən edilmiş və hansı işçinin tutduğu vəzifənin ixtisar edilməsinə işəgötürən tərəfindən qərar verilərkən onun qeyriqanuni hərəkəti aşkar olunmamışdır.

12. Məhkəmə hazırkı mülki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hal kimi İnsan Resursları üzrə direktor Fəxri Qurbanovun səlahiyyətinin olub-olmaması məsələsinə tətbiqindən belə nəticəyə gəlinmişdir ki, Fəxri Qurbanov xx.xx.2021-ci il tarixdən başlayaraq müəssisənin qanuni təmsilçisi Randolph Decker tərəfindən imzalanmış əmrə əsasən, cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətlərinə malik şəxs təyin olunmuşdur. Beləliklə, Fəxri Qurbanovun işçinin işdən çıxarılmasına dair əmri imzalamaq səlahiyyəti iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir.

13. Məhkəməyə sübut qismində təqdim edilən sənədlər araşdırılmış və belə qənaətə gəlinmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə müvafiq qaydada hərəkət etmiş və bununla bağlı qanun pozuntusuna yol verməmişdir.

14. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə ə mək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmişdir. Bundan başqa iddiaçı ilə son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər isə məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Xüsusən, iddiaçının MMC-nin İnsan Resursları üzrə direktorunun ölkədə olmadan keçirilən iclasın protokolunu imzalaması və onu işdən çıxararkən rəsmi olaraq başqa vəzifə təklif etməmələri (digər tələblərə yuxarıda münasibət bildirilmişdir), etdiyi təkliflərin şifahi şəkildə olması məsələlərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilən izahatdan da aydın olduğu kimi, şirkətdə formalaşan təcrübəyə əsasən, həm pandemiya, həm də işçilərin xaricdə olması ilə əlaqədar bir sıra iclaslar “ZOOM” proqram təminatı vasitəsilə onlayn-konfrans şəklində aparılmış və bu iclaslar protokollaşdırılaraq sonradan imzalanmışdır. Bu məsələdə qanunsuz heç bir hərəkət məhkəmə tərəfindən aşkar edilməmişdir. Başqa vəzifənin iddiaçıya təklif edilməsi ilə əlaqədar isə qanunvericilikdə belə bir göstəriş olmadığından cavabdehin şifahi etdiyi təklifləri sənədləşdirməsi və rəsmiləşdirməsi zəruri hesab olunmamışdır.

15. Birinci instansiya məhkəməsi iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsa ssız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

16. Məhkəmə həmçinin iddia tələbinin “28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manatın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddia ərizəsi üzrə digər tələblər təmin edilmədiyindən, vəkilə ödənilmiş 1.200 manat məbləğində məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, iddiaçının cavabdehin onunla olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi dair tələbləri əsassız old uğundan, iddia tələblərinin digər hissəsi (hüquqi yardım xərclərinin tutulması) isə bu tələblərlə birbaşa əlaqəli olduğundan, iddia digər hissədə də təmin edilməməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia müddəti keçdiyindən iddiaçının cavabdehə qarşı işə bərpa tələbinə dair iddiası təmin olunmamalıdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 3-cü maddəsinin 3-cü hissəsinə, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1 h və 3-cü hissələrinə, 76-cı maddəsinin 1-2-ci hissələrinə, 77-ci maddəsinin 1-4-cü hissələrinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 83, 84, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.1, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən məsələy ə birtərəfli yanaşmış, hüquqi əsaslandırmanı isə cavabdehin xeyrinə edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, məhkəmə, protokolun əmr (qərar) mahiyyətində bir sənəd olmamasına, çıxarış üzrə cavabdeh tərəfindən əsas protokolun məhkəməyə təqdim edilməməsinə, çıxarışda qeyd olunan iclasda səlahiyyətli şəxslərin iştirak etməməsinə, protokolun səlahiyyətli şəxslər tərəfindən imzalanmamasına, protokolu imzalayan şəxslərdən birinin protokolda qeyd olunan tarixdə Azərbaycanda olmamasına, iclasın “Zoom” platformasında keçirilməsinin cavabdeh tərəfindən sübuta yetirilə bilməməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli iclasının 05 saylı protokolunu mötəbər sübut kimi nəzərə almışdır. Cavabdeh eyni zamanda Əmək Məcəlləsinin bir neçə normasını pozmuşdur, belə ki, işdən çıxma barədə əmr əs aslandırılmamış, ştatların ixtisarını əsaslandıracaq şirkət daxili hər hansı sənəd sübut kimi məhkəməyə təqdim edilməyib, eyni zamanda işçi ixtisar edilərkən də ixtisar zamanı onun işdə qalma üstünlüyü nəzərə alınmayıb ancaq məhkəmə bu əsasların hər birini rədd etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5811/2022 nömrəli mülki iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70, 71.1, 71.3, 78.1, 83.1, 84.1 və 84.2-ci maddələri pozulmuşdur. Məhkəmənin bildiriş mahiyyətində qəbul etdiyi 540/21-k saylı Əmri əmək müqaviləsinin ləğv edilməsi barədə əmr kimi nəzərə alınsa belə, orada ümumiyyətlə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bundan başqa cavabdehin ixtisarın əsası kimi məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iclasın 05 saylı protokolundan çıxarışda da ciddi pozuntular vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

26. Maddə 3-cü maddəsinin 3-cü hissəsinə görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

27. Maddə 11-ci maddəsinin 1-ci hissəsinin “b” və “ə” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şə raitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır

28. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

29. Maddə 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 76-cı maddəsinin 1-2-ci hissələrində qeyd olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarda n yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz

31. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildə n on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

32. Maddə 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən tərəfindən 78-ci maddənin 1-ci hissəsinin pozuntusu da məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçının həmin vəzifə üzrə 2 ştat olduğu halda məhz onun tutduğu ştatın ləğv edilməsi məsələsini mübahisələndirməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürənin müəyyən etməsi qanunla müəyyən edilmişdir və hansı işçinin tutduğu vəzifənin ixtisar edilməsinə işəgötürən tərəfindən qərar verilərkən onun qeyri-qanuni hərəkəti aşkar olunmamışdır.

33. Maddə 83.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir

34. Maddə 84.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcə llənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özün ün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt ki mi çıxış etməlidir”.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır» MPM

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İddia ərizəsi, apellyasiya şikayəti və kassasiya şikayətində iddiaçının istinad etdiyi dəlillər eyni məzmunludur və işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən səlahiyyətləri daxilində qiymətləndirilmiş, kassasiya instansiyası məhkəməsi isə həmin əsaslandırma ilə razılaşır.

48. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə maliyyə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli onlayn qaydada keçirilmiş iclasında ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu əməliyyat bölümündə maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılması və bununla bağlı Azərbaycan Respublikasının Əm ək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla İddiaçı ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilməsi yekdilliklə qərara alınmışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmr verilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir. xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişi ilə İddiaçı ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə ) əsasən xitam verilmişdir.

49. İşin digər hallarından isə aydın olur ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X5 və Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətini İnsan Resursları üzrə direktor X3 həvalə etmişdir.

50. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsini iddiaçının İnsan Resursları üzrə direktor Fəxri Qurbanovun səlahiyyətinin olmamasına dair dəlilinə tətbiq edər ək belə nəticəyə gəlmişlər ki, Fəxri Qurbanov xx.xx.2021-ci il tarixdən başlayaraq müəssisənin qanuni təmsilçisi Randolph Decker tərəfindən imzalanmış əmrə əsasən, cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətlərinə malik şəxs təyin olunmuşdur.

51. Əmək qanunvericiliyi işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqlarını işəgötürənin əsas hüquqları kimi tanıyır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərə findən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

52. Qeyd edilməlidir ki, Cavabdeh MMC-nin maliyyə nəzarətçisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi kimi Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması” qeyd olunmuşdur. Müəssisədə iclasların keçirilməsi qaydası müvafiq olaraq həmin müəssisədə qəbul olunmuş qaydalarda, qanunvericilik belə iclasların keçirilməsinin nümunəv i qaydası müəyyən edildiyi halda isə məhz həmin qaydada və müddətdə keçirilməlidir, Baxılan iş üzrə isə ixtisarla bağlı keçirilmiş iclasın qanunda nəzərdə tutulmuş qayda və şərtlərlə keçirilməməsi, onun iştirakçılarının səlahiyyətsiz olması ilə bağlı sübutların mövcudluğu müəyyən olunmur.

53. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

54. Hazırki mübahisə üzrə məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında belə qənaətə gəlinmişdir ki, işəgötürən tərəfindən yuxarıda istinad edilən müvafiq normanın tələblərinə əməl olunmuş, iddiaçının tutduğu vəzifədən azad olunması zamanı yeganə əsasa istinad edilmiş, aparılmış işdən azad olma prosesduru düzgün və maddi əsaslıdır.

55. Qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmişdir. Bundan başqa iddiaçı ilə son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir. Belə xəbərdarlığın edilməsi iş materiallarında olan sübutlarla yanaşı xx.xx.2021-ci il tarixli əmr, onun məzmunu və iddiaçının bundan məlumatlı olması ilə təsdiq olunur. Həmin əmr iddiaçının işdən azad olmasına əsas olmamış, yalnız xəbərdarlıq edilməsi məqsədi daşımışdır, cavabdeh tərəf mövqeyini məhz bu istiqamətdə əsaslandırır. İddiaçının işdən azad olması barədə əmr isə göstərildiyi kimi xx.xx.2022-ci ildə qəbul olunmuşdur. Bu baxımdan onun işdən azad olunmasına dair iki əmrin mövcud olmasına dair iddiaçının dəlilləri əsaslı hesab edilmir. Cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında ifadə etdiyi ayrı-ayrı fikir və ifadələr isə dəlillərin əsaslı olmasını təsdiq etmir, çünki hər iki əmr baxılan işin icraatı başlanan zamandan iş materiallarına əlavə edilmişdir.

56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(103)-5811/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar