Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1264/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tə ləb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti) qarşı “əmrin ləğv olunması, əmək haqqı və işə bərpa” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1812/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixidək isə Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində ça lışmışdır.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloqa müraciət etmişdir. İddiaçı elə bu tarixdən K52.8 Qeyri-infeksion qastroentrokolit diaqnozu ilə ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq xx.xx.2023-cü il tarixinə qədər uzadılmışdır. xx.xx.2023-cü il tarixdə xəstənin vəziyyətində pisləşmə qeyd olunduğundan, “Unikal klinika” tərəfindən stasionar müalicəyə götürülmüşdür. xx.xx.2023xx.xx.2023-cü tarixlərə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi İddiaçı təqdim olunaraq ambulator müalicə təyin olunmuşdur. Şikayətlərin davamının səbəbilə xx.xx.2023-cü tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroente roloq tərəfindən ******* nömrəli xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə sinədə yaranan ağrı, sol kürəyə, qola yayılması səbəbi ilə “Medistyle” Hospitala kardiologiya şöbəsinə yerləşdirilmişdir. İddiaçı koronar angioqrafiya olunaraq stent olunmuşdur. Burada İddiaçı 09-xx.xx.2023 tarixlərə qədər ******* nömrəli xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2023-cü il tarixində ARMX poliklinika şöbəsində həkim-kardioloqa müraciət edərək əmək qabiliyyəti olmaması vərəqəsi uzadılmışdır. Təkrarən xx.xx.2024-cü il tarixdə ürək nahiyəsində ağrıların artması səbəbilə Abşeron Mərkəzi Rayon Xəstəxanasının Terapiya şöbəsinə qəbul olunmuşdur. 03-xx.xx.2024-cü iı tarixlərdə ******* nömrəli xəstəlik vərəqəsi açılaraq xx.xx.2024-cü il tarixə qədər uzadılmışdır. Vəziyyəti həkim-kardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmışdır. xx.xx.2024-cü il tarixdən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır.
3. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə ilə o, xəstəliyi ilə əlaqədar olaraq (ürəyinə iki ədəd stend taxıldığı üçün) ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər öz hesabına məzuniyyət verilməsini xahiş etmişdir. İddiaçı öz hesabına məzuniyyət çıxmasına işəgötürən tərəfindən razılıq verilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. 4. xx.xx.2024-cü il tarixdə tərəflər arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə) işəgötürən tərəfindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 32 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt Bələdiyyəsi Ümumi şöbənin müdiri Aygün Məhərrəmova tərəfindən otağına çağırılaraq, işdən çıxmaq üçün öz razılıq ərizəsini yazmağını tələb etmişdir. O, səbəbini soruşduqda səbəbini bilmədiyini, sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 tapşırıq aldığını demişdir. O, həmin dəqiqə üzr istəyib otaqdan çıxaraq, qəbul otağına getmiş, Cavabdeh2 qəbuluna girmiş və işdən çıxma əriz əsini istədiyini soruşanda, cavab olaraq bildirmişdir ki, o istəmişdir. İşdən çıxarılmaq istəmə səbəbini, işində hər hansı bir nöqsanının olub-olmadığını soruşmuşdur. Həqiqətən xəstəlikdən əziyyət çəkib-çəkmədiyi və xəstəliyinin fəaliyyət qabiliyyətinə təsir edibetmədiyi araşdırılmışdır. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları 1070 saylı məktublarına, xx.xx.2024-cü ildə cavab məktubu olaraq, üzrlü hal hesab edilməsi ilə bağlı ərizəsinin sürətini və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5005/********** saylı teleqramlarına, xx.xx.2024-cü ildə təkrar olaraq cavab məktubu göndərərək, üzrlü hal hesab edilməsi ilə bağlı ərizəsinin və xəstəliyi haqqında bütün sənədlərin sürətini tə qdim etmişdir. Sumqayıt Bələdiyyəsindən may ayının əvvəllərində işdən guya yayındığına görə xx.xx.2024-cü il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyini səbəb göstərərək, onu işdən azad etmək üçün Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (Bİ HİRK) məktub göndərmişlər. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Məhəmməd müəllim (***-***-**-**) onunla əlaqə saxlayaraq, işə getməmə səbəbini araşdırmaq üçün onlara xəstəliyi haqqında bütün sənədlərinin göndərilməsini xahiş etmişdir. Nəticədə araşdırılaraq məlum olmuşdur ki, onun öz hesabına məzuniyyətə çıxmaq üçün göndərdiyi ərizə və sənədlər əsasında xəstəlikdən əziyyət çəkməyi, xəstəliyinin fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olduğu müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5000/********** saylı sonuncu xəbərdarlıq teleqramlarına təkrar cavab olaraq bildirmişdir ki, hər dəfə onlara xəstəliyi ilə bağlı sənədləri təqdim etsə də, onlar qərəzli şəkildə qeyd edir ki, sənədlər təqdim olunmamışdır. İşdən çıxmağa məcbur etmək üçün bu addımı atdıqlarını bilir. Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatından xx.xx.2024-cü il tarixdə gələn AZ5005/********** saylı teleqramda bildirilir ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatına göndərdiyi onunla Sumqayıt Bələdiyyəsinin sədri (işə götürən) arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, N-1745 saylı təqdimata baxılmağı üçün Sumqayıt Bələdiyyəsinin AKT zalında xx.xx.2024-cü il tarixində saat 11:00-da iclas keçiriləcəkdir. Onun iştirakı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumun xəstələnməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Evin tək işləyəni o olduğundan işdən haqsız yerə çıxarmaqları onun, ailəsinin, uşaqlarının vəziyyətini çətinləşdirmişdir. İşlədiyi dövr ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Yuxarıda qeyd etdikləri ilə bağlı bütün sübutları məhkəmə yə təqdim edəcəkdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilsə də nəticəsi olmamışdır.
7. Cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirin tətbiq olunmasına dair əmrə qiymət verərkən aşkar səhvlərə və yanlışlığa yol vermişdir. İddiaçı iddia ərizəsində hər hansı sübut və dəlillərə söykənmədən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 və ümumi şöbənin müdiri A.Məhərrəmova haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirmiş, özünün üzrlü səbəblər olmadan 2 aya yaxın müddətdə işə çıxmamasını əmək və icra intizamının pozuntusu kimi qəbul etməyərək bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmri əsassız və hüquqazidd saymışdır. Halbuki işdə olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif xəstəlik diaqnozları ilə ayrı-ayrı sağlamlıq müəsissələrindən aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələri əsasında işə çıxmamışdır. Adı çəkilən xəstəlik vərəqələrində iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnozlar fərqli diaqnozlardır və onun 6 ayadək işə çıxmamasına əsas verən ağır xəstəliklər deyildir. İddiaçının bacısı X1 Abşeron Rayon Xəstəxanasında işlədiyini və İddiaçı da əmək qabiliyyətinin itirilməsi barədə tibbi arayışların Abşeron Rayon Xəstəxanasının həkimləri tərəfindən v erildiyini nəzərə alaraq, onun əmək qabiliyyətini belə uzun müddətə itirməsi barədə tibbi sənədlərə şübhələr yaranmış və bununla bağlı onlar tərəfindən 29 mart 2024cü il tarixli məktubla Abşeron Rayon Xəstəxanasına müraciət ünvanlanmışdır. Həmin müraciətdən sonra iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı yeni sənəd verilməmiş və sonuncu arayışda iddiaçının artıq sağalaraq 01 aprel 2024-cü il tarixdə işə çıxması barədə qeyd olunmuşdur. Ancaq İddiaçı 01 aprel 2024-cü il tarixdə işə çıxmaq əvəzinə 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək ona ödənişsiz məzuniyyətinin verilməsini tələb etmişdir. İddiaçının 6 aya yaxın müddətdə işə çıxmadığını və İddiaçı 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsi üçün qanunvericiliklə hər hansı əsas olmadığı səbəbindən on a belə bir məzuniyyət verilməmişdir. İddiaçı isə bələdiyyəyə ünvanladığı ərizəni əsas gətirərək ona ödənişsiz məzuniyyətin verilməli olduğunu bildirmiş və məzuniyyətin verilməməsinə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etmişdir. Dəfələrlə iddiaçıya yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə istinad edərək işə çıxmaqdan imtina etmişdir. Nəticədə iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatının iclası keçiririmiş, həmin iclasda bələdiyyə sədri vəzifəsini icra edən Cavabdeh2 təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədrinin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstərilən əmrdən də görünür ki, iddiaçı hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Bununla belə, iddiaçı bu güzəştə baxmayaraq üzrsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, sözügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçılmaz olmuşdur. İddiaçının guya səhhətində problemlər olması və bu səbəbdən işə çıxa bilməməsi barədə bildirdikləri iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dönəmlərdə verilmiş müvafiq tibbi sənədlər olduğu kimi, 01 aprel 2024-cü il tarixdən sonra da səhhətində problemlər olması səbəbindən işə çıxa bilməməsini təsdiq edən sübutlar olmalıdır ki, tibb müəssisəsinin verdiyi sonuncu arayışda İddiaçı sağaldığı və 01 aprel 2024-cü il tarixdən işə çıxmalı olması öz əksini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrinin qanunsuz və əsassız olması barədə mülahizəsinin də səhv olduğu qənaətindədirlər. Qanunvericiliklə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti dəqiq müəyyən edilmişdir ki, həmin qanun normasında iddiaçı nın istinad etdiyi hala görə və verilməsini istədiyi müddətlərdə ödənişsiz məzuniyyətin verilməli olması nəzərdə tutulmamışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 32 saylı əmrinin ləğv edilməsi, İddiaçı 31 may 2024-cü ildən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri vəzifəsinə bərpa olunması qət edilmişdir (hakim Aynur Behbudova).
9. Məhkəmə mövqeyinə dair qeyd etmişdir ki, tərəflər arasında mübahisəli olmayan hissə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi id diaçının xəstəliyi ilə əlaqədar müalicə almasıdır. Sumqayıt Bələdiyyəsi tərəfindən sorğu göndərildikdən sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən cavab verilərək qeyd edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Həmin tarixdən sonra isə cavabdeh tərəfindən iddiaçıya teleqramlar ünvanlanaraq, işə çıxması təklif olunmuş, iddiaçı da öz növbəsində cavab məktubları ünvanlayaraq, işə səhhəti ilə əlaqədar çıxa bilməməsini öz hesabına məzuniyyəti (ödənişli) qeyd etmişdir.
10. Cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli (iddiaçının müraciətl ərinə qiymət vermədən, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 139 nömrəli müraciətə cavabda bu hal öz əksini tapmışdır), habelə məhkəmə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılması ilə bağlı qanunvericiliyin göstərişini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı əvvəlki işinə bərpa olunmalıdır.
11. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79 -cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüquq unun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 79-cu maddənin 1-ci hissəsinə, 154-cü maddənin 1-ci hissəsinə, 172-ci maddəsinin 5-ci bəndinə, 187-ci maddəsinə, 292ci maddəsinə, 296-cı maddənin 2-ci hissəsinə, 296-cı maddəsinin 3-cü hissəsinə, 296-cı maddənin 4-cü hissəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-c u maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti əsasən iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə İddiaçı əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirin tətbiq olunmasına dair əmrə qiymət verərkən aşkar səhvlərə və yanlışlığa yol vermişdir. İddiaçı iddia ərizəsində hər hansı sübut və dəlillərə söykənmədən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 və ümumi şöbənin müdiri A.Məhərrəmova haqqında həqiqətə uyğun olmayan böhtan xarakterli fikirlər səsləndirmiş, özünün üzürlü səbəblər olmadan 2 aya yaxın müddətdə işə çıxmamasını əmək və icra intizamının pozuntusu kimi qəbul etməyərək bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmri əsassız və hüquqazidd saymışdır. Halbuki işdə olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif xəstəli k diqnozları ilə ayrı-ayrı sağlamlıq müəssisələrindən aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələri əsasında işə çıxmamışdır. Adıçəkilən xəstəlik vərəqələrində iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş xəstəlik diaqnozları fərqli qiaqnozlardır və onun 6 ayadək işə çıxmamasına əsas verən ağır xəstəliklər deyildir. İddiaçının bacısı X1 Abşeron rayon xəstəxanasında işlədiyini və İddiaçı da əmək qabiliyytətinin itirilməsi barədə tibbi arayışların Abşeron rayon xəstəxanasının həkimləri tərəfindən verildiyini nəzərə alaraq, onun əmək qabiliyyətini belə uzun müddətə itirməsi barədə tibbi sənədlərə şübhələr yaranmış və bununla bağlı tərəflərindən 29 mart 2024-cü il tarixli məktubla Abşeron rayon xəstəxanasına müraciət ünvanlanmışdır. Həmin müraciətdən sonra iddiaçıya əmə k qabiliyyətinin müvəqqqəti itirilməsi ilə bağlı yeni sənəd verilməmiş, sonuncu arayışda iddiaçının artıq sağalaraq xx.xx.2024-cü il tarixdə işə çıxması barədə qeyd olunmuşdur. Ancaq İddiaçı 01 aprel 2024-cü il tarixdə işə çıxmaq əvəzinə 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək ona ödənişsiz məzuniyyətin verilməsini tələb etmişdir. İddiaçının 6 aya yaxın müddətdə işə çıxmadığını və İddiaçı 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsi üçün qanunvericiliklə hər hansı əsas olmadığı səbəbindən ona belə bir məzuniyyət verilməmişdir. İddiaçı isə bələdiyyəyə ünvanladığı ərizəni əsas gətirərək ona ödənişsiz məzuniyyətin verilməli olduğunu bildirmiş və məzuniyyətin verilməməsinə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etmişdir. Dəfələrlə iddiaçıya yazılı və şifahi qayda da xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə istinad edərək işə çıxmaqdan imtina etmişdir. Nəticədə iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar İttifatı təşkilatının iclası keçirirlmiş, həmin iclasda bələdiyyə sədri vəzifəsini icra edən Cavabde h2 təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədrinin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Azərbaycan Reaspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstəriən əmrdən də görünür ki, iddiaçı hər hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Bununla belə, iddiaçı bu güzəştə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, sözügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçınılmaz olmuşdur. İddiaçının guya səhhətində problemlər olması və bu səbəbdən işə çıxa bilməməsi barədə bildirdikləri iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dönəmlərdə verilmiş müvafiq tibbi sənədlər olduğu kimi, 01 aprel 2024-cü il tarixdən sonra da səhhətində problemlər olması səbəbindən işə çıxa bilməməsini təsdiq edən sübutlar olmalıdır ki, tibb müəssisəsinin verdiyi sonuncu arayışda İddiaçı sağaldığı və 01 aprel 2024-cü il tarixdən işə çıxmalı olması öz ək sini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrirnin qanunsuz və əsassız olması barədə mülahizəsinin də səhv olduğu qənaətindədirlər.
15. Qanunvericiliklə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti dəqiq müəyyən edilmişdir ki, həmin qanun normasında iddiaçının istinad etdiyi hala görə və verilməsini istədiyi müddətlərdə ödənişsiz məzuniyyətin verilməli olması nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X1 1 tərəfindən Sumqayıt Bələdiyyətinin sədri vəzifəsini icra edən Cavabdeh2 ünvanlanmış 16 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, İddiaçı Vidadi oğlu xx.xx.2023-cü il tarixində epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloqa müraciət etmiş və ona xəstəlik vərəqəsi açılmışdır. Sonuncu dəfə vəziyyəti həkim-kardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024 tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmış və xx.xx.2024 tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Beləliklə, tibbi sənəddən də görünür ki, iddiaçı 01 aprel 2024-cü il tarixdən işə çıxmaq imkanına malik olmuşdur və onun guya xəstəliyinin davam etməsi barədə bil dirilənlər müvafiq tibbi sənədlərlə təkzib olunmaqdadır. Buna baxmayaraq işə çıxmayan iddiaçıya qarşı Sumqayıt Bələdiyyəsi tərəfindən uzun müddət hər hansı tədbir görülməyərək ona işə çıxmamaq kimi qanunazidd əməllərinə son qoyması üçün imkan yaradılmışdır. Möhürlə təsdiq edilərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş aktlardan görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı işə başlaması qeyd olunsa da, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günü olsa da bütün iş günü ərzində işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmiş və bu barədə məlumat verməmişdir. Lakin məhkəmə bütün bu halları da lazımi şəkildə araşdırmayaraq iddiaçının hərəkətlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan iddiaçının iddia ərizəsində göstərdiyi halları dəlil kimi qəbul edərək sanki iddiaçının xəstəliyinin 01 apr el 2024-cü il tarixdən sonra da davam etdiyi, bu səbəbdən onun işə çıxmaq qabiliyyətində olmadığı şəklində mövqe bildirərək bələdiyyənin onun ödənişsiz məzuniyyətin verilməsi barədə tələbini icra etməli olması qənaətini formalaşdırmışdır. Bu zaman da mübahisəyə hər hansı aidiyyəti olmadığı halda, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanlanmış və qərəzli xarakter daşıyan 14 iyun 2024-cü il tarixli, 139 nömrəli müraciətə cavaba istinad etmişdir. Halbuki İddiaçı müvafiq şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən də aidiyyəti üzrə müvafiq araşdrma aparılmış və Sumqayıt Bələdiyyəsinin hərəkətlərində və mübahisələndirilən əmrin qəbulu zamanı hər hansı qanun pozuntusu aşkar e dilməmşdir ki, bu barədə iddiaçıya yazılı şəkildə bildirilmişdir. Lakin məhkəmə nədənsə nə həmin araşdrlıma materiallarını tələb eyməmiş, nə də formalaşmış məhkəmə praktikasına əsasən aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətini üçüncü şəxs qismində məhkəmə prosesinə belə cəlb etməmişdir. Hesab edirik ki, bu kimi hallara görə məhkəmənin iş üzrə müəyyən etmiş saydığı hallar müəyyən edilməmiş vəziyyətdə qalmış və mötəbər sübutlarla təsdiqlənməmişdir. Belə olan halda məhkəmənin iddiaçının iddia tələbini təmin etməsini qanunsuz və əsassız olaraq qiymətləndiririk. Bütün bu sadalananlar birinci instansiya məhkəməsinin işə səthi yanaşdığını və işə baxarkən müvafiq maddi hüquq normalarını pozduğunu sübuta yetirir. Təəssüf ki, məhkəmə sa dalanan maddi hüquq normasına fərqli hüquqi qiymət vermişdir ki, məhkəmənin bu yanlış mövqeyi sözüdegən maddi hüquq normasının tələblərinə zidd olmaqla yanaşı,əmək qanunvericiliyinin müvafiq müddəalarının pozulması kimi qiymətləndirilməlidir.
16. Hazırki işdə məhkəmənin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi əsasları ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2247/2024 saylı, 23 iyul 2024-cü il tarixli, 2(102)-2353/2024 saylı, 23 avqust 2024cü il tarixli, 2(102)-2515/2024 saylı, 23 avqust 2024-cü il tarixli və bir sıra digər qərarlarında qeyd edilən maddə üzrə yaranan münasibətlərə dair gəlinmiş nəticə ilə tamamilə ziddiyyət təşkil etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(105)-1812/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə ( X9 (sədrlik edən və məruzəçi), X2 və X10) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia rədd edilmişdir.
18. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasının xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, İddiaçı üzrsüz səbəbdən işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə Həmkarlar İttifaqı Təşkilatı etiraz etməmişdir.
19. İşin digər hallarından görünür ki, iddiaçı tər əfindən xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək öz hesabına məzuniyyət verilməsi ilə bağlı işəgötürənə müraciət edilmişdir. Lakin məzuniyyətin verilməməsinə baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. İddiaçı işə gəlməməyin səbəbi kimi xəstə olmasını göstərsə də, buna dair məhkəməyə heç bir təsdiqedici sübutu təqdim etməmişdir.
20. Belə ki, Abşeron Mərkəzi Rayon Xəstəxanasının Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Vidadi oğluna xx.xx.2023-cü il tarixində əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq, müddəti müxtəlif vaxtlarda bir neçə dəfə uzadılmış, axırıncı dəfə əmək qabiliyyətinin olmaması vərəqəsi xx.xx.2024-cü il tarixə qədər uzadılmış, xx.xx.2024-cü il tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan İddiaçı işə yazılmışdır.
21. Lakin buna baxmayaraq, işçi ona dəfələrlə işəgötürən tərəfindən xəbərdarlıq edilsə də heç bir üzrlü səbəb olmadan 2 ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işə gəlməmişdir.
22. Məhkəmə işin hallarını nəzərə alaraq və apellyasiya şikayətində göstərilən dəlillər ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
23. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəl ərini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Həmin Məcəllənin Maddə 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə1 Bayram oğlu) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən bu günə kimi heç bir sə bəb olmadan çoxlu sayda işçiləri işə götürərək, işdən azad edib (misal olaraq bir işçini bu gün işdən azad etdiyi halda, sabah həmin işçiyə yenidən işə götürmə əmri verib və ya əksi olaraq bügün bir işçiyə işə götürmə əmri veriyi halda, sabah isə həmin işçini heç bir səbəb olmadan işdən azad edib). Bəzi işçilərin öz hesabına məzuniyyətə çıxmaq üçün verdikləri ərizələr təsdiq olunub, lakin iddiaçı qanuni şəkild xəstə olduğu halda, xx.xx.2024cü il tarixində rəsmi qaydada xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərinə qədər öz hesabına (xəstəliyi ilə əlaqədar olaraq) məzuniyyət verilməsinə dair ərizəsinə qərəzli şəkildə heç bir cavab verilməmişdir.
27. İddiaçı 2023-ci il tarixində mədə əməliyyat olunduğuna görə stresdən uzaq olmalı idi. Həmin vaxtı çox stress yaşadığına görə mədə ağrısından xx.xx. 2023-cü il tarixindən büllütenə çıxmışdır. Vəziyyəti ağırlaşaraq mədə-bağırsaq qan axmasından xx.xx.2023-cü il tarixlərində xəstəxanaya yerləşdirilmiş və davamlı olaraq müalicə olunmuşdir. 28. xx.xx.2023-cü il tarixində səhər saatlarında özünü pis hiss etdiyi üçün həkimə müraciət etmiş, şikayətini soruşduqlarında qollarını hiss etmədiyini və təzyiqinin yüksək olduğunu bildirmiş, həkimlər dərhal EKQ və EXO yoxlanışı edərək, səhər tezdən qan analizi verməli olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixində səhər tezdən X3 analiz vermiş və analiz nəticələrinin yaxşı çıxmadığı üçün təcili koronarangioqrafiya olunmağı üçün icbari sığorta ilə “Medistyle Hospital”a göndərilmişdir. Orada yenidən analizlər verərək, müayinə elədikləri zaman məlum olmuşdur ki, damarlarında 100% tutulma var, həmin dəq iqə ürək damarına 2 ədəd stent taxılmışdır. O gündən xx.xx.2024-cü il tarixinə qədər həkim nəzarətində olaraq büllütendə olmuşdur.
29. Sumqayıt Bələdiyyəsindən mart ayının ortalarından, iddiaçının işdən yayındığına görə yalandan xəstəlik vərəqələri verdiyi düşünülərək, X4 qərəzli şəkildə sorğu göndərilmişdir. Həqiqətən xəstəlikdən əziyyət çəkib-çəkmədiyi və xəstəliyi fəaliyyət qabiliyyətinə təsir edib-etmədiyi araşdırılmışdır.
30. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları 1070 saylı məktublarına, xx.xx.2024- cü ildə cavab məktubu olaraq, üzürlü hal hesab edilməsi ilə bağlı ərizənin sürətini və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir.
31. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5005/********** saylı teleqramlarına, xx.xx.2024- cü ildə təkrar olaraq cavab məktubu göndərərək, üzürlü hal hesab edilməsi ilə bağlı ərizənin və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir.
32. Sumqayıt Bələdiyyəsindən may ayın əvvəllərində işdən yayındığına görə xx.xx.2024-cü il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyini səbəb göstərərək, onu, işdən azad etmək üçün, Bələdiyyə İşçiləri Həmkarlarİttiaqı Respublika Komitəsinə (Bİ HİRK) məktub göndərmişlər. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Məhəmməd müəllim (050 648-18-10) onla əlaqə saxlayaraq, işə getməmə səbəbini araşdırmaq üçün onlara xəstəliyi haqqında bütün sənədlərinin göndərilməsini xahiş etmişdir. Nəticədə araşdırılaraq məlum olmuşdur ki, o, öz hesabına məzuniyyətə çıxmaq üçün göndərdiyi ərizə və sənədlər əsasında xəstə likdən əziyyət çəkir, xəstəliyinin fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olduğu müəyyən edilmişdir.
33. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5000/********** saylı sonuncu xəbərdarlıq məktubuna cavab olaraq bildirmişdir ki, hər dəfə xəstəliyi ilə bağlı sənədləri təqdim etsə də, qərəzli şəkildə qeyd edilir ki, sənədlər təqdim olunmayıb.
34. O, işlədiyi dövr ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
36. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
37. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiya sını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
38. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
39. Maddə 80, 1-ci hissə. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
40. Maddə 80, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan i şçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək qanunvericiliyinin normaları işin müəyyən edilmiş hallarına düzgün tətbiq edilmiş, işəgötürən tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1812/2024 nömrəli iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.