Məhkəmə qərarları › İş №2(102)-1265/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1265/2023

04.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisəsi, işə bərpa, əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqının razılığının alınması qaydasının qorunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6676/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla X3 Şöbəsinin Mülki Mühafizə Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, X3 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı bildirir ki, işlədiyi müddət ərzində işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Ona qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanı olmadığı halda, qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, “Tik-Tok” sosial şəbəkəsində “senan_010” adı ilə xidmətə başladığı dövrədək qeydiyyatdan keçmiş, xidmətdə olduğu zaman həmin profildən istifadə etməmiş və orada polisə aid, həmçinin digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməmiş, “canlı yayım” açmamış, Daxili Təhqiqatlar İdarəsindəki izahatını həmin məzmunda yazacağı təqdirdə işdən çıxarılmayacağı vədi verildiyi üçün yazmış, lakin həmin izahatda da “Tik-Tok” sosial şəbəkəsində özünə aid məlumatlar paylaşmadığını bildirmişdir. İşdən çıxarılması Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş və o iclasda iştirak etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayar aq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ona təqdim edilmədiyindən, o, əmək kitabçasını 2022-ci ilin fevral ayında Baş İdarəyə şəxsən müraciət edərək almışdır. Əmək kitabçasını alandan sonra mediasiya şurasına müraciət etmiş, lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməmişdir.

3. Cavabdeh bildirir ki, iddiaçının işdən çıxarılması qanuni və əsaslıdır, onun iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir.

4. İşin mübahisəsiz halına görə, İddiaçı xx.xx.2019-cu il tarixdə X3 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir.

5. DİN-in xx.xx.2012-ci il tarixli göstərişinə əsasən, sosial şəbəkələrdə özləri barədə məlumat yayan, xidməti vəsiqəsini, silahını, xüsusi vasitələri nümayiş etdirən, polis geyimi formasında, iş otaqlarında, au ditoriyalarda, təlim meydançalarında və xidməti nəqliyyat vasitələrində çəkilmiş fotoşəkillərini yerləşdirən əməkdaşların, o cümlədən müdavimlərin hərəkətləri polis etikasına yaraşmayan və konfidensiallığı pozan əməllər kimi qiymətləndirilmiş, belə faktlar üzrə xidməti yoxlamaların aparılması və nəticələrinin sıravi və rəis heyəti yığıncaqlarının müzakirəsinə çıxarılması barədə göstəriş verilmişdir.

6. DİN BMİ-nin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlının BMİ-nin xidmət sahələrinin rəislərinə, respublika mühafizə hissələrinin rəhbərlərinə və Alay komandirinə (siyahı üzrə) ünvanlanmış 31 oktyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, əməkdaşların internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədi ilə istifadə etmələri barədə DİN-in və BMİ-nin çoxsaylı əmr və göstərişlərinin olmasına baxmayaraq, son dövrlər bəzi polis əməkdaşlarının, mülki mühafizəçilərin və mülki işçilərin sosial şəbəkələrdə xüsusi geyim formasında, həmçinin tabel silahının, xüsusi texnikanın əksini yerləşdirdikləri, eləcə də Respublika ərazisində hərbi vəziyyət dövründə döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı paylaşımlar və yersiz müzakirələrdə iştirak etdikləri, bunun nəticəsində X4nın işgüzar nüfuzuna xələl gətirilməsi kimi hallara yol verildiyi müəyyən edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması məqsədilə tələb olunmuşdur ki, Respublika ərazisində hərbi vəziyyət dövrü nəzərə alınaraq döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə paylaşımlar, bəyənmələr və yersiz müzakirələrdə iştirak etmək qadağan olunsun, vaxtaşırı sosial şəbəkələrə baxış keçirilməklə adekvat tədbirlərin görülməsi, habelə internetdən yalnız xidməti fəaliyyət istisna olmaqla, başqa məqsədlə istifadələrin tam qarşısı alınsın, hər bir polis əməkdaşının və mülki işçilərin iltizamlarının alınması təmin edilsin, vəzifə təlimatlarının, müvafiq əmr və göstərişlərin tələblərinə, qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərə riayət olunması gündəlik nəzarətdə saxlanılsın, “X4 X2 Kodeksi”nin şəxsi heyət tərəfindən bir daha öyrənilməsi təşkil edilsin. Məktubdakı göstərişin icrasına şəxsən məsuliyyət daşıyan mühafizə hissələri rəislərinin nəzərinə çatdırılmaqla onun tələblərini pozan hər bir əməkdaş və mülki işçinin bu sahəyə cavabdeh olan şəxslərlə birlikdə intizam tənbehlərinə cəlb olunacaqları barədə onlara xəbərdarlıq edilmişdi r.

7. DİN-in xx.xx.2021-ci il tarixli əmrinə əsasən, Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın tələblərini və əmək müqaviləsinin şərtlərini pozaraq vəzifəsinə aid olmayan danışıqlarda iştirak etməklə vətəndaşa təhrif olunmuş məzmunda arayışın verilməsində vasitəçilik etdiyinə görə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

8. DİN-in xx.xx.2021-ci il tarixli bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə əmrinin 10-cu bəndinə əsasən “Polis haqqında” Qanunun 3, 13 və 29-cu, “X4 X2 kodeksi”-nin 1, 2, 3, 4, 20 və 22-ci maddələrinin, “İntizam nizamnaməsi”-nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli göstərişinin tələblərini pozaraq “TikTok” sosial şəbəkəsində q eydiyyatdan keçib orada polisə aid və digər müxtəlif məzmunlu foto və videogörüntülər yerləşdiklərinə, ayrı-ayrı vaxtlarda “canlı yayım” açdıqlarına, bu hərəkətləri ilə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə bir neçə şəxslə, o cümlədən analoji qəbahətlərə yol verdiyinə görə İddiaçı ilə bağlanmış müqaviləyə əmək qanunvericiliyinə əsasən xitam verilməsi BMİ rəisinə həvalə olunmuşdur.

9. DİN BMİ-nin xx.xx.2021-ci il tarixli saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

10. DİN Daxili Təhqiqatlar İdarəsinin 22 iyun 2022-ci il tarixli məktubuna əsasən, 2021-ci ilin oktyabr ayında aparılmış xidməti təhqiqat nəticəsində İddiaçı Nazirliyin aidiyyəti normativ-hüquqi aktları nın tələblərini pozub “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açması müəyyən olunmuş, qeyd edilən xüsusatları xidməti təhqiqat zamanı özü də izahatında təsdiqləmişdir.

11. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı DİN X1 Komitəsinin 10 avqust 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı işdən azad olunarkən DİN X1 Komitəsi ilə razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

12. Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)-2424/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, işin materiallarındakı sənədlərin araşdırılmasının nəticəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuş, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin aidiyyati normalarının tələblərinə riayət etmiş, Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş və iddiaçının işdən azad olunması DİN X1 Komitəsi ilə razılaşdırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinin məzmununa u yğun əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6676/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq iş üzrə yeni qətnamənin çıxarılması, Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə1736Ş/H-03821 saylı əmrinin ləğv olunması, İddiaçı X3 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi və 05 noyabr 2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il t arixli əmr qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Bundan əlavə, iddiaçının işdən çıxarılması üçün əsas təşkil edən halların mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, həmin hallarla bağlı sübutların (İddiaçı xidmətdə olduğu dövrdə “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində polisə aid, həmçinin digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, “canlı yayım” açması və s.) məhkəməyə göndərilməsi barədə cavabdeh quruma göndərilmiş sorğuya heç bir cavab verilməmişdir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən, həmkarlar ittifaqı təşkila tının qabaqcadan razılığının alınmalı olması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmamış, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməyərək, həmin təşkilatın əsaslandırılmış yazılı qərarı alınmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə də əmrə əsas təşkil edən sənəd kimi həmkarlar ittifaqı təşkilatının qərarı göstərilməmişdir və həmin təşkilatın birinci instansiya məhkəməsinə ünvanladığı məktub müvafiq qərar kimi qəbul oluna bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 70, 71, 72, 80, 83, 186, 187 və 300-cü, X4 X2 Kodeksinin ümumi müddəaları, 8, 20 və 22-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassas iya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə şəxsin işdən çıxarılmasına əsas təşkil edən halların mövcudluğunun təsdiqini tapmaması və buna dair materialların məhkəməyə göndərilməməsi qeyd olunsa da, bu halların iddiaçının özü tərəfindən yazılan və imzası ilə təsdiq edilən izahatı ilə də sübut olunmuş və qeyd olunanları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilmədiyi və həmin təşkilatın əsa slandırılmış yazılı qərarın alınmadığı barədə məhkəmənin mövqeyi qanunun müddəalarının yanlış olaraq hərfi təfsir edilməsini özündə ehtiva edir və onun mənasını əhatə etmir. Burada normanın mənası müvafiq təşkilatın şəxsin işdən çıxarılması ilə bağlı razılığının alınmasından ibarətdir və prosesin uğurlu olmasını bu razılığın alınmasından asılı edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

23. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

24. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d ) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

25. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

26. Maddə 80 (2-ci hissə). Həmkarlar itti faqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

27. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 v ə 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. Maddə

186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

29. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

30. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r.

37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

40. Maddə

420. Kas sasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi ndən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

44. İşin hallarından göründüyü kimi, “Polis haqqında” Qanunun 3, 13 və 29-cu, “X4 X2 kodeksi”-nin 1, 2, 3, 4, 20 və 22-ci maddələrinin, “İntizam nizamnaməsi”-nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli göstərişinin tələblərini pozaraq “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçib orada polisə aid və digər müxtəlif məzmunlu foto və videogörüntülər yerləşdirməsi, ayrı-ayrı vaxtlarda “canlı yayım” açması, bu hərəkətləri ilə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

45. İddiaçı hazırkı iddia tələbini irəli sürərək bildirir ki, işini daima vicdanla və qüsursuz yerinə yetirmiş, əmək funksiyasını pozmamış, heç bir nöqsanı olmadığı halda, qanunsuz olaraq işdən çıxarılmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi qətnaməni iddiaçının işdən çıxarılması üçün əsas təşkil edən halların mövcudluğunun məhkəmə araşdırması zamanı təsdiqini tapmaması və iddiaçının əmək müqaviləsinə xitam verilərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmalı olması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmaması ilə əsaslandırmışdır.

47. Məhkəmə kollegiyası birinci əsasla bağlı apellyasiya in stansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. İddiaçının işdən çıxarılması üçün əsas təşkil edən halları təsdiq edən fotoşəkillərin, videoların və digər materialların məhkəməyə təqdim olunmasa belə, aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş həmin hallar iddiaçının özü tərəfindən etiraf edilmişdir.

49. Belə ki, iş materiallarında olan DİN Daxili Təhqiqatlar İdarəsinin məktubundan (mülki iş, səhifə 97) görünür ki, qeyd olunan pozuntuları xidməti təhqiqat zamanı iddiaçı öz izahatında təsdiqləmişdir.

50. Bununla yanaşı, iddiaçının daxili işlər nazirinə ünvanlanmış izahatından (mülki iş, səhifə 155) görünür ki, iddiaçı “Tik-Tok” sosial şəbəkəsində hesabı olduğunu, həmin hesabda polisə aid videolar paylaşdığını və canlı yayım açdığını bildirmişdir.

51. Həmçinin, birinci instansiya məhkəməsinin 01 iyul 2022-ci il tarixli protokolundan da (mülki iş, səhifə 102) görünür ki, məhkəmə iclasında iddiaçı hakimin suallarına cavab olaraq xidməti təhqiqat zamanı qeyd edilən pozuntulara yol verdiyini təsdiq etdiyini, “Tik-Tok” sosial şəbəkəsindəki hesabında şəxsi olmasa da, polisə aid foto və videolar paylaşdığını, habelə canlı yayım açdığını etiraf etmişdir.

52. Məlum olduğu kimi, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müay inə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-in 76.1, 76.2 və 106.1-ci maddələri).

53. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması barədə mövqeyi əsaslı deyildir.

54. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı digər hal – həmkarlar ittifaqının razılığının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasıdır.

55. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, bu Məcəllənin 70-c i maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

56. Göründüyü kimi, əmək qanunvericiliyi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasını imperativ qayda olaraq müəyyən etməklə yanaşı, həmin razılığın alınması üçün müraciət qaydasını və müraciətə baxılma müddətini təsbit etmişdir.

57. DİN X1 Komitəsinin 19 nömrəli, 10 avqust 2022-ci il tarixli məktubunda (mülki iş, səhifə 115) qeyd edilmişdir ki, iddiaçı işdən azad olunarkən komitə ilə razılaşdırılmışdır.

58. Lakin cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatına ünvanlanmış yazılı təqdimat, müvafiq əsaslandırma sənədləri, habelə həmkarlar ittifaqı təşkilatının iclas təyin etməsini, iddiaçının həmin iclasa dəvət olunmasını və iclasın keçirilməsini təsdiq edən sənədlər həmin məktuba qoşma edilməmiş, a pellyasiya instansiyası məhkəməsi isə həmin sənədləri tələb etmədən, qanunvericiliyin tələblərinin pozulması qənaətinə gəlmişdir.

59. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması qaydasının pozulması əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi və işçinin işə bərpası üçün müstəqil əsasdır. Buna görə də, həmin əsasın mövcudluğu ehtimala deyil, konkret faktlara söykənməlidir.

60. Bunlarla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin “apellyasiya instansiyası məhkəməsi həmkarlar ittifaqı təşkilatının razılığının alınması barədə qanunvericiliyin müddəalarına hərfi yanaşmışdır” dəlilini əsassız və qanunsuz hesab edərək xüsusilə vurğulayır ki, həmkarlar ittifaqlarının təyinatı və başlıca vəzifəsi işçilərin hüquqlarının, qanuni maraqlarının və mənafelərinin müdafiə edilməsindən ibarətdir. Bu mənada, əmək qanunvericiliyinin istinad edilən normalarının məzmunu birmənalı və konkret olmaqla, əlavə təfsirə ehtiyacı yoxdur və həmin normalar əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinin realizəsini təmin edir.

61. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 19-cu maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

62. «Həmkarlar ittifaqları haqqında» Qanunun 1-ci maddəsinə əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

63. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mülki işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

64. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§38).

65. Beləliklə, m əhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin yenidən baxılması zamanı hazırkı qərarda qeyd olunan sənədləri tələb etməklə araşdırma aparmalı və araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verməlidir.

66. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

67. Qeyd edilənlərə əsasən Kolleg iya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6676/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar