Məhkəmə qərarları › İş №2(102)-1266/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1266/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1266/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » mart 2019-cu il İş № 2(102)-1266/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkii Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Tağıyev, iş № 2(009)-94/17) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası və eləcə də Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, T.Əliyev və İ.Şirinov, iş № 2(103)-5064/17) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsi İddiaçı qızıl-zinət əşyalarının dəyərinin tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv olunmuş və həmin hissədə iddia təmin edilərək Cavabdeh 23000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun manatla tutularaq İddiaçı verilməsi qət olunmuş, qətnamə İddiaçı şubaya görə 2000 ABŞ dollarının tutulması tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev-sədrlik edən və məruzəçi, A.Kalbalıyev və Q.Allahverdiyev, iş № 2(102)-7146/17) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov, iş № 2(103)-485)İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-94/2017 saylı 03 fevral 2017-cı il tarixli qətnaməsi mübahisələ ndirilən hissədə, yəni ilkin iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-4087/18) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 yanvar 2018-ci il tarixli, 2(103)-485/18 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərimişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-8369/2018-saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi, S.Hacıyev və F.Talışinski) İddiaçı Cavabdeh qarşı «pul tələbi»barədə ilk, həmçi nin Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(009)-94/2017 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(009)-94/2017 saylı qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı «pul tələbi»barədə ilk iddia ərizəsi təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi»barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən ona verdiyi qızıl əşyaları və şubanın qarşılığında 25.000 ABŞ dol ları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 700 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddiaçı məhkəməyə 9 ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar barə də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçini: iddiaçı iddia müddətinin bərpası ilə əlaqədar məhkəməyə vəsatətlə də müraciət etməmişdir. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən ona 2009, 2011, 2013, 2015-ci illərdə ona hər dəfə 50 manat ödəməsini, bununla da iddia müddətinin axımının kəsilməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Həmçinin cavabdeh bu halı inkar edərək iddiaçıya qeyd edilən illərdə mübahisə üzrə hər hansı pul vəsaiti ödəmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının qeyd edilən dəlilləri də tam əsassızdır qənaətinə gəlməsi qanunsuz, əsassız və ədalətsizcir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-cı il tarixli 2(103)-8369/2018 nömrə li qətnaməsi kassasiya qaydasında tamamilə ləğv edilməli və birinci və apellyasiya instansiyası məhkəmələrində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkii Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-cı il tarixli 2(103)-8369/2018 nömrəli qətnaməsi kassasiya qaydasında tamamilə ləğv edilməli və birinci və apellyasiya instansiyası məhkəmələrində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Re spublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi qismən ilkin iddia münasibətdə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2006-cı ilin sentyabr ayında yaranmış, iddiaçı cavabdeh tərəfindən qızılların pulunu təşkil edən 23000 ABŞ dolları pulu 4 ay ərzində ödəməli olmasını bildirmiş, beləliklə də iddia müddətinin axımının başlanğıcı həmin tarixdən hesablanmışdır. İddiaçı məhkəməyə 9 ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir, hazırki tələb üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan h allar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı iddia müddətinin bərpası ilə əlaqədar məhkəməyə vəsatətlə də müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona 2009, 2011, 2013, 2015-ci illərdə ona hər dəfə 50 manat ödəməsini, bununla da iddia müddətinin axımının kəsilməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və cavabdehin ona qızılı-zinyət əşyalarına 23000 ABŞ dolları, şubaya görə 2000 ABŞ dolları verməli olma sını sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi heç bir maddi hüquq norması olaraq AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 372.1, 372.2, 373, 375.1, 375.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülkivə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, iddiaçının tələbi satmaq üçün verdiyi qızıl əşyalarının və bir ədəd kürkün dəyəri kimi cavabdehdən 25 000 ABŞ dolları məbləğində pulun tutulması barədədir. Cavabdeh izahatlarında iddiaçıdan satmaq üçün qızıl əşyaları götürdüyünü eti raf etsə də, onları qaytardığını bildirərək iddianı etiraf etməmiş və öz növbəsində A.Talıboya qarşı 700 ABŞ dolları məbləğində pul tələbinə dair qarşılıqlı iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən həm ilk iddia, həm də qarşılıqlı iddia rədd olunsa da, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız İddiaçı ilk iddia ilə bağlı hissədə mübahisələndirmiş və bu baxımdan apellyasiya baxışının da predmeti ancaq apellyasiya qaydasında mübahisələndirilən həmin hissə, yəni ilk iddiaya aid hissə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə əvvəlki kassasiya instansiyası məhkəməsinin 22.06.2018-ci il tarixli qərarında şərh edilmiş göstərişləri rəhbər tutaraq iddia müddətinin tətbiqi barədə ərizəni müzakirə edərək İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qənaətinə gəlməzdən əvvəl iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırılması ilə bağlı sübut təqdim edə bilməməsini, təqdim edilmiş şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməmiş, iddia tələbinin əsassız olması və sübuta yetirilməməsi üzrə nəticəsini isə hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi maddi hüquq normaları isə yalnız iddia müddəti və onun tətbiqi barədə ərizənin müzakirəsi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın əsassız və sübut olunmaması ilə bağlı nəticəsi maddi hüquq n ormaları ilə əsaslandırmamasını məhkəmə kollegiyası tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq olunmaması kimi qiymətləndirilir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin təbirincə hazırki iş üzrə ilk iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etsə idi belə, iddiası hər bir halda iddia müddətinin ötürməsi əsası ilə rədd edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsassız olması və sübuta yetirilməməsi ilə yanaşı həmçinin də ilk iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı nəticələri ilə razılaşmaq olmaz. Belə ki, kollegiyanın iş materiallarına əsasən gəldiyi mövqeyinə görə iddiaçı pozulmuş hüquqlarıın müdafiəsi üçün iddia müddəti daxilində hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin dövlət orqanlarında pozulmuş hüquqlarının bərpasına çalışmışdır. Axırıncı dəfə isə 04.03.2016-cı il tarixində cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsindən sonra iddiaçı məhkəməyə iddia ilə müraciət etmişdir. Belə olan halda iddia müddətinin buraxılması barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hallar hüquqa uyğun deyildir. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə uyğun olaraq fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Yuxarıda qeyd edilən nor malara əsasən tərəflərin hərəkətləri nəticəsində iddia müddətinin axımı kəsilir və bundan sonra iddia müddətinin axımı kəsilmiş müddət nəzər alınmadan yenidən başlanır. Bununla iddia müddətinin axımının kəsilməsi axımın dayandırılmasından fərqlənir; belə ki, axımın dayandırılmasından sonra müddətin axımı başlandıqda, axım dayandırılana qədər keçən müddət bir qayda olaraq iddia müddətinə daxil edilir. Bu halda iddia müddətinin axımı onun dayandırıldığı gündən başlayır. İddia müddətinin axımının kəsilməsi tərəflərin aşağıdakı 2 hərəkəti nəticəsində baş verir:

1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, o, iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Bu qaydaya əməl edilmədikdə, iddia müddətinin axımı kəsilmir və axım davam edir.

2. Borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə: həmin hərəkətlər real olmalıdır: məsələn, rəsmi sənədlə öz öhdəliyinin ödənilməsi müddətinin uzadılmasını xahiş etməli; öhdəliyi hissələrlə ödəməklə qalan hissəsini ödəyəcəyini bildirməli və s. Bu zaman həmin hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər. Bütün bu hərəkətlər iddia müddəti ərzində edilməlidir ki, bu müddətin axımının kəsilməsinə səbəb olsun. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekt i hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İşin materiallarından görünür ki, iddianın predmeti satmaq üçün verdiyi qızıl əşyalarının və bir ədəd kürkün dəyəri kimi cavabdehdən 23 000 ABŞ dol ları məbləğində pulun tutulmasından ibarətdir və belə olan halda apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbinin məhz daşınar əşyaların alqı-satqısı təşkil etməsinə və bununla da bağlı 3 illik iddia müddətinin tətbiqinə dair nəticəsini məhkəmə kollegiyası qanuni saymır. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən isə iddia müddəti şəxsi qeyri əmlak hüqüqların və digər qeyri maddi nemətlərin müdafiəsi haqqında tələblərə şamil edilmir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini iddiaçının cavabdehə qızılla rı və şubanı verdiyini bilavasitə görmədikləri, sadəcə iddiaçının onlara bildirdikləri əsasında cavabdehin iddiaçıya pul borcu olması qənaətinə gəldiklərini bildirmələri kimi qiymətləndirərək nəyə görə bu ifadələri sübut qismində qəbul edilməli olmamasını təhlil edib əsaslandırmamışdır. Halbuki,AzərbaycanRespublikasınınmülkiprosessualqanunvericiliyintələblərinəəsa sənməhkəmətərəfindənmübahisənindüzgünhəlliməqsədiiləişinhallarıbarədəməlumatıolanh ərbirşəxsşahidqismindədindiriləbilər. Şahid işüzrəonaməlumolanməlumatlarıvəhallarıməhkəməyəşifahibildirməyə, düzgünifadəverməyəborcludur. (MPM-nin 62-civə 104.1-cimaddələri) Həmçinin, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilav asitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən i şdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sözügedən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətlən dirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamış, bununla da mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələbləri pozulmuş, yol verdiyi prosessual pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əvvəlki kassasiya instansiyası məhkəməsinin 22.06.2018-ci i l tarixli qərarında şərh edilmiş göstərişlərlə kifayətlənsə də, AzərbaycanRespublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 09.10.2017ci il tarixli qərarında əks edilmiş digər göstərişlərə də diqqət yetirməmişdir. Belə ki, kassasiya instansiyasının həmin qərarında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi və izahatları ilə təsdiq olunur ki, o, Cavabdeh məhz 2006-cı ilin sentyabr-dekabr aylarında satmaq üçün verdiyi 23.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının dəyərini tələb etmişdir. İddiaçı iddia ərizəsi və izahatları ilə təsdiq olunur ki, 2006-cı ilə kimi Cavabdeh satmaq üçün verdiyi qızıl-zinət əşyalarının dəyərini cavabdeh ona ödəmişdir. İş üzrə Cavabdeh izahatlarında və qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı 2001-ci ildən tanıyır, həmin dövrdən t əxminən 2006-cı ilə kimi o ondan qızıl-zinət əşyaları alıbsatmış və pulunu da tam ödəmişdir O, istintaq zamanı dəfələrlə dindirilmiş, həmişə də göstərmişdir ki, İddiaçı ilə qızıl alveri edib, qazanc əldə etmiş, aldığı qızıl-zinət əşyalarının pulunu da, tam ödəmiş, lakin İddiaçı ümumilikdə 300 ABŞ dolları və 140 manat borcu qalmışdır. Onun İddiaçı 700 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarım vardır. İddiaçı həmin qızıl-zinət əşyalarını qaytardığı halda, o da ona olan borcunu tam qaytaracaqdır. Beləliklə, müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi özünün qeyd etdiyi kimi 2006-cı ilin sentyabr-dekabr aylarında cavabdehə verdiyi 23.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları ilə bağlıdır. Cavabdeh 2006-cı ildə iddiaçıdan qızıl-zinət əşyaları aldığını təsdiq etmə miş və bildirmişdir ki, ona 23.000 ABŞ dolları məbləğində borcu yoxdur. Apellyasiya Məhkəməsi qeyd edilən xüsusatları araşdırıb hüquqi qiymət verməmiş, bununla da MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. AzərbaycanRespublikasıMPM-nin 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlər həminişəyenidən baxanməhkəməüçünməcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əs asında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsimaddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün t ədbirləri görməli,mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi qismən ilkin iddia münasibətdə ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsg

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar