Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1266/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(075)-285/19) iddiaçı “Mağara” X7 Təsərrüfatının cavabdehlər X4 və Cavabdeh2 qarşı “dəymi ş zərərin əvəzi olan 10000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, iddiaçı “Mağara” X7 Təsərrüfatına dəymiş zərərin əvəzi olan 5000 manat pulun Cavabdeh2 alınaraq iddiaçı “Mağara” X7 Təsərrüfatına ödənilməsi qət edilmiş, iddia tələbi cavabdeh X3 qarşı olan hissədə və eləcə də iddianın qalan hissəsi təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov-sədrlik edən və məruzəçi, İ.Quliyev və V.Məlikov, iş № 2(107)-2080/19) apelyasiya şikayəti qismən təmin olunaraq Şəki Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi qismən təmin edi lmiş və iddiaçı “Mağara” X7 Təsərrüfatına dəymiş zərərin əvəzi olan 3172 manatın Cavabdeh2 alınaraq iddiaçı “Mağara” X7 Təsərrüfatına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissəsədə təmin olunmamışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “Mağara” X7 Təsərrüfatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin əvəzi olan 10.000 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Cavabdeh2 iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda g östərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azə rbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlərdən vurulmuş zərərin əvəzi olaraq 10.000 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və müəyyən etmişdir ki, Cavabdeh2 tərfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin 50 hektarına arpa əkilmiş və nəticədə iddiaçıya 5000 manat zərər vurulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı qismən təmin etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh tərəfindən iddiaçı “Mağara” X7 Təsərrüfatının istifadəsində olan torpaq sahəsinin hər hansı bir hüquqi əsası olmadan əkilib-becərilməsi, yəni istifadə edilməsi nəticəsinə gəlsə də, həmin torpaq sahəsinin ölçüsünün və dəymiş zərərin məbləğinin müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin apelyasiya baxışı zamanı verdiyi 26 avqust 2019-cu il tarixli rəydən görünür ki, cavabdehlər X4 və Cavabdeh2 tərəfindən 2017-ci ilin oktyabr ayında Acınohur çölündə şumlayaraq arpa əkdikləri sahə iki hissəli olub bir hissəsi **********84 nömrəli reyestr çıxarışında göstərilən “xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsinə (17.0 ha) və bir hissəsi isə X8 Təsərrüfatına ayrılmış torpaq sahəsinə (31.72 ha) düşür. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X1 təsisisçisi olduğu “Mağara” X7 Təsərrüfatının istifadəsinə verilmiş və Qax rayon ərazisində "Acınohur" adlanan sahədə yerləşən torpaq sahəsinin 31.72 hektarına iddiaçı təşkilatın məlumatı olmadan Cavabdeh2 tərəfindən 2017-ci ilin taxıl əkini vaxtı taxıl əkilmiş və həmin taxıl 2018-ci ildə taxıl biçini vaxtı biçilmişdir. Bununla da qeyd edilən müddət ərzində “Mağara” X7 Təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsinin 3 1.72 hektarından Cavabdeh2 istifadə etmiş və həmin torpaq sahəsindən iddiaçının öz məqsədləri üçün istifadə edilməsi mümkünsüz olmuşdur. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçıya dəymiş ziyanın əvəzi olaraq Cavabdeh2 istifadə etdiyi 31.72 hektar torpaq sahəsinin hər hektarı üçün 250 kiloqram olmaqla arpa verməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş həqiqi hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçı “Mağara” X7 Təsərrüfatına dəymiş ziyanla əlaqədar Cavabdeh2 təqsirli hərəkətinin olması, yəni iddiaçının istifadəsində olan torpaq sahəsinin 31.72 hektarının Cavabdeh2 tərəfindən hər hansı bir hüquqi əsas olmadan əkilib-becərilməsi, istifadə edilməsi aşkardır. İşin bu halları iddiaçı tər əfindən məhkəməyə təqdim edilmiş sənədlərlə, mütəxəssis rəyi və şahid ifadəsi ilə tam şəkildə öz təsdiqini tapmışdır. Bu baxımdan iddiaçı ona dəymiş zərəri Cavabdeh2 tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi 2018-ci ilin may ayının əvvəllərinə 1 kiloqram arpanın orta satış bazar qiymətinin 40 qəpik olması barədə «xxxx» ASC tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli, 15 nömrəli məktubu əsas götürərək hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməli olan 7930 kiloqram arpanın orta satış bazar qiyməti 3172 manat (31.72 X 250 X 0.40= 3170) təşkil edir. Apelyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhk əməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci və MPM-nin 77.1, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası qərara aldı: Cavabdeh2kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 oktyabr 2019-cu il tarixli, 2(107)-2080/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1266/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1266/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver