Məhkəmə qərarları › İş №2(102)-1267/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1267/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1267/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:sığorta hadisəsi faktının baş verməsinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)366/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasi ya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdehlər "xxxx" Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra 1-ci cavabdeh) və Cavabdeh2 Sığorta Şirkəti” ASC-yə (bundan sonra 2-ci cavabdeh) qarşı iddia qaldıraraq, 1-ci cavabdehlə aralarında bağlanmış 13 iyun 2016-cı il tarixli, 04 saylı podrat müqaviləsinə əsasən 07 noyabr 2016-cı il tarixdə iş vaxtı, iş yerində vəzifəsini icra edərkən yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə, yəni sığorta faktının baş verməsinin müəyyən edilməsi və qanunverciliklə müəyyən edilmiş qaydada hesablanmaqla sığorta ödənişinin veri lməsi barədə qətnamə çıxarılmasını, habelə əməllərində ayrı-ayrı cinayətlərin əlamətləri olan cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokorora məlumat verilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə 1-ci cavabdeh arasında “elektrik işlərinin görülməsi haqqında” 13 iyun 2016-cı il tarixli, 04 saylı podrat müqaviləsi bağlanıb və müqavilənin şərtlərinə görə iddiaçı 1-ci cavabdehin tapşırığına əsasən elektrik kabellərinin quraşdırılması; elektrik şəbəkəsinin qurulmasına yardım edilməsi; elektroəlaqə sistemi ilə elektrik s isteminin işə salınması və idarəedilməsinə köməklik göstərilməsi və bununla əlaqədar baş fəhlənin göstərişlərinə əməl etməyi öz öhdəsinə götürüb. Eyni zamanda, iddiaçı ilə 2-ci cavabdeh arasında “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanıb və müqavilənin şərtlərinə görə, sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş formada tərtib edilmiş akt, yaxud istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə olması əsasları ilə müəyyən olunur. Göründüyü kimi iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq 1-ci cavabdehlə podrat müqaviləsi bağlayıb xidmətlər göstərib. Həmçinin iddiaçı müstəqil şəkildə 2-ci cavabdehlə müqavilə bağlayaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunub. Ümumiyyətlə bədbəxt hadisə faktının müəyyən edilməsinə dair ərizədə qeyd edilən tarixdə 1-ci cavabdehin iş yerində istehsalat qəzası, başqa sözlə sığorta hadisəsi baş verməyib və iddiaçı sığorta hadisəsinin baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Həmçinin iddiaçı ilə 1-ci cavabdeh arasında bağlanmış müqavilədə iddiaçının görəcəyi i şlər konkret göstərilməyib, yəni iddiaçının bədən xəsarəti aldığını qeyd etdiyi tapşırıq podrat müqaviləsində öz əksini tapmayıb. Bu tapşırığın rəhbərlik tərəfindən verilibverilməməsi açıq mübahisə predmetidir və iddiaçı müqaviləyə əsaslanaraq bu tapşırığın öz öhdəlikləri daxilində olduğunu irəli sürə bilməz. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 883.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu i l tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədov və İ.R.Xələfov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin edilərək, iddiaçının 07 noyabr 2016-cı il tarixdə iş yerində vəzifəsinin icrası zamanı istehsalatda bədbəxt hadisə baş verməsi nəticəsində xəsarət alması faktı müəyyən edilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla 1-ci cavabdehlə podrat müqaviləsi bağlayaraq xidmətlər göstərib. Həmçinin, o, müstəqil şəkildə 2-ci cavabdehlə müqavilə bağlayaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunub. Birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd edilən tarixdə 1-ci cavabdehin iş yerlərində istehsalat qəzasının baş verməməsini qeyd edib iddianı rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, işdə olan şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş hadisə bilavasitə 1-ci cavabdehin iş yerində baş verib. Bundan başqa, hadisənin baş verməsini 1-ci cavabdehin nümayəndəs i də izahatında inkar etməyib və iddiaçının əmək müqavilə üzrə deyil, mülki müqavilə üzrə xidmət göstərdiyini bildirib. İşin qeyd edilən hallarını, eyni zamanda iddiaçıya təyin edilmiş diaqnozla uzun müddət müalicədən kənar qalmasının ağlabatan olmadığını, 07 dekabr 2016-cı il tarixdə bel nahiyəsindən əməliyyat olunduğunu nəzərə alaraq, hadisənin onun öhdəliklərinin icrasını dayandırdığı 07 noyabr 2016-cı il tarixdə baş verdiyinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Eyni zamanda iddiaçının istehsalatda xəsarət alması ilə əlaqədar hər hansı bir təsdiqləyici sənəd olmadığı üçün ekspertin onda onurğa sütununda mövcud olmuş patoloji dəyişikliyi onurğa sütununun travması ilə əlaqələndirə bilməməsini iddianın bütövlükdə rədd edilməsi üçün əsas saymır. Belə ki, iddiaçının 13 sentyabr 2016-cı ildən 07 noyabr 2016-cı il tarixədək 1-ci cavabdehdə öhdəliklərini hər hansı irad olmadan qüsursuz icra etməsini, səhhətinə zərər vura biləcək hər hansı digər hadisənin baş verməsinin təsdiq edilmədiyini, sadalanan patoloji dəyişikliklərin özü-özündən yaranıb inkişaf etməsinin mümkün olmadığını nəzərə alaraq, patoloji dəyişikliklərin 07 noyabr 2016-cı ildə işdə baş vermiş hadisə nəticəsində əmələ gəlməsini işin hallarına uyğun sayır. Bundan başqa, tərəflər arasında bağlanmış və podrat müqaviləsi adlandırılan 13 iyun 2016-cı il tarixli müqavilənin məzmunu və şərtləri Əmək Məcəlləsinin 42-44-cü maddələrində göstərilən hallara uyğundur. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsinə xas olmayan, əmək münasibətlərini əks etdirən müddəalar əks olunub. 1-ci cavabdeh iddia çını da əmək münasibətində olduğu işçiləri ilə yanaşı tibbi müayinəyə göndərib və bu zaman onu işçisi olaraq təqdim edib və müayinə xərclərini işəgötürən olaraq özü ödəyib. Sadalanan bu hallar iddiaçı ilə 1-ci cavabdeh arasında münasibətlərin podrat deyil, əmək münasibətləri olmasını təsdiq edir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 07 noyabr 2016-cı ildə 1-ci cavabdehdə öhdəliklərinin icrası zamanı xəsarət alıb. İddiaçı ilə 1-ci cavabdeh arasında münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlər müddətli podrat müqaviləsinin bağlanması ilə pərdələnib. Daha sonra, iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalandığından, ona 07 noyabr 2016-cı il tarixdə işdə baş vermiş istehsalatda bədbəxt hadisə ilə bağlı ödənişin verilməsi 2-ci cavabdehə aiddir. Habelə müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı olmadığından, hazırkı vəziyyətdə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmaqla sığorta haqqının ödənilməsini tələb etmək hüququ yaranmayıb. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şika yətinin dəlilləri 1-ci cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Eitarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Həmin Məcəllənin 340.2-ci maddəsində göstərilir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsində göstərilir ki, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən bir i işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43-cü maddəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 44-cü maddəsində göstərilir ki, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 307.2.7-ci maddəsinə əsasən, məhkəmə bədbəxt hadisə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməl idir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. 1-ci cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir, ********** nömrəli VÖEN vardır və o, “elektrik işlərinin görülməsi haqqında” 1-ci cavabdehlə 13 iyun 2016-cı il tarixli, 04 saylı podrat müqaviləsi bağlayıb. Həmin müqavilənin şərtlərinə görə, 1-ci cavabdehin tapşırığına əsasən, o, aşağıdakı işlərin görülməsini öz öhdəsinə götürüb: a) elektrik kabellərinin quraşdırılması; b) elektrik şəbəkəsinin qurulmasına yardım edilməsi; c) elektroəlaqə sistemi ilə elektrik sisteminin işə salınması və idarəedilməsinə köməklik göstərilməsi; d) bununla əlaqədar baş fəhlənin (foreman) göstərişlərinə əməl etmək. Daha sonra, işdən görünür ki, iddiaçı ilə 2-ci cavabdeh arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya dair” 01 iyul 2016-cı il tarixli müqavilə bağlanıb və həmin müqavilənin predmetinə görə, sığortalı hesab edilən iddiaçının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı olaraq 2-ci cavabdeh bu Qanunun 18-ci maddəsində müəyyən edilmiş qadada sığorta ödənişinin verilməsi öhdəliyini öz öhdəsinə götürüb. Hazırda iddiaçı, 1-ci cavabdehdə işə başladıqdan bir müddət sonra, yəni 07 noyabr 2016-cı il tarixdə podrat müqaviləsi üzrə vəzifələrini icra edərkən, iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq bədən xəsarətləri aldığını, bədbəxt hadisənin iş yoldaşlarının gözü qarşısında baş verdiyini, al dığı xəsarətə görə 07 dekabr 2016-cı il tarixdə bel nahiyyəsindən əməliyyat olunduğunu, sığorta ödənişinin verilməsi üçün 2-ci cavabdehə müraciət etsə də baş vermiş hadisənin sığorta hadisəsi kimi tanınması üçün qanuni əsasların olmadığı göstərilərək sığorta ödənişinin verilməsindən imtina edildiyini, 1-ci cavabdehin isə qanunverciliklə müəyyən edilmiş formada istehsalatda bədbəxt hadisə haqqında akt tərtib etməməklə, əksinə bu faktı gizlətməklə qanunverciliyin tələblərini pozduğunu göstərib, podrat müqaviləsinə əsasən 07 noyabr 2016-cı il tarixdə iş vaxtı, iş yerində vəzifəsini icra edərkən yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə, yəni sığorta faktının baş verməsinin müəyyən edilməsini iddia edir. 1-ci cavabdeh isə iddiaçıya münasibətdə işəgötü rən qismində çıxış etmədiyini, iddiaçının onun işçisi olmadığını, iddiaçı ilə aralarında əmək müqaviləsinin bağlanmadığını, fərdi sahibkar statusuna malik olmaqla iddiaçının özünün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən günü bölgə üzrə X1 məlumat verməli olduğunu göstərib, iddiaya etiraz edir. 2-ci cavabdeh isə baş vermiş hadisənin sığorta hadisəsi kimi tanınması üçün faydalanan şəxs kimi iddiaçının imzaladığı sığorta tələbinin; qanunverciliklə müəyyən edilmiş formada tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında akın; yaxud iddiaçı ilə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının; habelə iddiaçının peşə əmək qabiliyyətini itirməsi dərəcəsini təsdiq edən şəhadatnamənin və ona 2015-ci ilin av qust ayından 2016-cı ilin avqust ayınadək hər ay üzrə ödənilmiş tarif (vəzifə) maaşı və digər ödənişlər barədə arayışın təqdim olunmadığını və bu səbəbdən də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edildiyini göstərib, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini belə əsaslandırıb ki, iddiaçı 07 noyabr 2016-cı ildə 1-ci cavabdehdə sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən xəsarət alıb. İddiaçı ilə 1-ci cavabdeh arasındakı münasibətlər əmək münasibətləri olsa da, bu münasibətlər müddətli podrat müqaviləsinin bağlanması ilə pərdələnib. Belə ki, şahid ifadələri ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi işdə olarkən onun xəsarət alması ilə nəticələnmiş hadisə bilavasitə 1-ci cavabdehdə baş verib. Həmçinin, iddiaçının onurğa sütununda olan patoloji dəyişikliklərin 13 sentyabr 2016cı il tarixdən sonrakı dövrdə yaranması işin hallarına uyğundur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırki halda iddiaçı 2-ci cavabdehlə bilavasitə heç bir vasitəçi olmadan müqavilə bağlayaraq icbari sığorta olunub. Bu ona deməyə əsas verir ki, bu halda mübahisə müqavilə tərəfləri, yəni iddiaçı ilə 2-ci cavabdeh arasında yaranıb. Belə olan halda 1-ci cavabdeh qeyd olunan müqavilə üzrə tərəf olmadığı üçün iddiaçı qarşısında heç bir öhdəlik daşımır. Bundan başqa, ekspertin rəyi ilə müəyyən olunur ki, xəsarətin məhz iş yerində baş verməsi ni təsdiq edən heç bir sənəd olmadığı üçün iddiaçıdan baş verən patoloji dəyişikliklərin onurğa sütununun travması ilə əlaqələndirmək mümkün deyil. Həmçinin, iddiaçının onurğa sütununda əvvəllər mövcud olmuş patoloji dəyişikliklər xroniki xarakter daşıyır və bu əməliyyat 13 sentyabr 2016-cı il tarixdə hadisədən 2 ay əvvəl icra edilib. Bundan əlavə, iddiaçıya aid "xxxx" MMC tərəfindən təqdim edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, əməliyyatdan qabaq işə qəbul edilərkən iddiaçı tibbi müayinə olunub və ona 1 il müddətinə işə yararlı olmağına dair rəy verilib. Lakin, hadisədən 2 ay əvvəl icra edilmiş əməliyyatdan sonra iddiaçı məhdudiyyətlə işə yararlı hesab edilib. Bu hal bir daha onu təsdiq edir ki, iddiaçının səhhətində yaranan xəstəlik onun iddia etdiyi kimi güman edilən hadisədən sonr a deyil, lap əvvəldən mövcud olub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu iddia çərçivəsində iddiaçının cavabdehlərə qarşı “sığorta faktının tanınması və sığorta ödənişinin verilməsi” barədə tələb irəli sürməsi üçün heç bir hüquqi əsas olmayıb. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən, aylıq sıbğorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, birdəfəl ik və əlavə sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Həmin Qanunun 18.7-ci maddəsinə görə, sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2010-cu il tarixli, 196 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin T ibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və ödənilir. Göründüyü kimi iddiaçıya icbari sığorta çərçivəsində sığorta ödənişinin verilməsi üçün ilk növbədə istehsalatda bədbəxt hadisənin olması və onun peşə əmək qabiliyyətini itirməsi (müvafiq faiz göstərilməklə) halının müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi tələb olunur. Hazırki işdə, nəinki istehsalatda bədbəxt hadisə faktının olması, habelə iddiaçının peşə əmək qabiliyyətini itirməsini təsdiq edən heç bir yazılı sübut yoxdur. Əksinə, işə əlavə edilmiş sübutlarda iddiaçının iş zamanı xəsarət almadığı, onun keçirdiyi əməliyyatın isə onurğa nahiyyəsində mövcud olmuş əvvəlki xəstəliklə bağlı olduğu qeyd edilib. Belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərdə onun 13 sentyabr 2016-cı ildə, yəni yıxılaraq xəsarət aldığını iddia etdiyi hadisədən 2 ay əvvəl “X3”də müayinə olunub və tibbi arayışa görə onda “L-4-5 diksdə dural kisəni sıxan sükulyar qabarma, L-5-S-1 diskdə dural kisəni sıxan 3 mm ölçüdə arxa-mərkəzi protuziya” olması qeyd edilib və həmin tibbi sənədlərin heç birində onun iş yerində xəsarət alması faktına istinad edilməyib. Nəzərə alınmalıdır ki, sözügedən Qanunun 10-cu maddəsində göstərilir ki, sığorta hadisəsinin müəyyən olunması məhz X2 tərəfindən tərtib olunmuş təhqiqat aktı, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda b ədbəx hadisənin baş verməsi barədə məhkəmə qərarı; Tibbi-Sosial Ekspert Komissiyasının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında həyata keçirilir. Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müəddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Lakin, işin hallarına görə iddia olunan sığorta hadisəsinin baş verməsi barədə iddiaçı hadisədən xəbər tutduqdan dərhal sonra və mümkün olan ən qısa müddət ərizəndə nəinki sığortaçıya və ya onun nümayəndəsinə, heç həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanına, yəni X1 belə hər hansı vasitə ilə xəbər verməyib. Hətta tibb müəssisəsinə müraciət zamanı da hər hansı xəsarət faktına istinad etməyib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, 1-ci cavabdehə müraciət etməkdən fərdi sahibkar statusuna malik olan fiziki şəxs kimi iddiaçı özü də sığorta hadisəsinin müəyyən olunması üçün müvafiq təhqiqat aktı tərtib etməklə sığorta ödənişinin verilməsini 2-ci cavabdehdən tələb edə bilərdi. Daha sonra, iddiaçı ilə 1-ci cavabdeh arasında bağlanmış “elektrik işlərinin görülməsi haqqında” 13 iyun 2016-cı il tarixli podrat müqaviləsinə əsasən, iddiaçı 1-ci cavabdehin tapşırığına əsas ən elektrik kabellərinin quraşdırılması; elektrik şəbəkəsinin qurulmasına yardım edilməsi; elektroəlaqə sistemi elektrik sisteminin işə salıması və idarə edilməsinə köməklik göstərilməsi və bununla əlaqədar baş fəhlənin (foreman) göstərişlərinə əməl etməyi öhdəsinə götürüb. İddiaçı, iddia edir ki, sözügedən podrat müqaviləsi yalan əqddir və həmin əqd əslində onunla 1-ci cavabdeh arasında olan əmək müqaviləsini pərdələmək məqsədilə bağlanıb. Bundan başqa o, müstəqil deyil, 1-ci cavabdehin tabeçiliyi, rəhbərliyi altında fəaliyyət göstərib və aralarında işçi, işəgötürən münasibətləri olub. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Maddə nin 5-ci bəndində göstərilir ki, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 6-cı maddəsinin “d” bəndinə əsasən isə Əmək Məcəlləsinin tələbləri podrat, tapşırıq, komision, müəlliflik və başqa mülki-hüquqi müqavələlər üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə 1-ci cavabdeh arasında bağlanmış podrat müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməklə yuxarıda sadalanan, habelə Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələrinin tələblərini pozub, Əmək Məcəlləsinin tələblərinin ümumiyyətlə podrat mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmədiyini nəzərə almayıb. Halbuki, həmin maddələrin mənasına görə, podrat müqaviləsinə əsasən, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İşdən görünür ki, iddiaçı 1-ci cavabdehlə podrat müqaviləsini adi fiziki şəxs olaraq deyil, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş sahibkar kimi bağlayıb. Podrat müqaviləsinin şərtləri, o cümlədən muzdun ödənilməsi qaydası mülki qanunverciliyin tələblərinə və müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında sərbəst müəyyən edilib və podrat müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı tələb irəli sürülməyib. Əksinə, məhz podrat müqaviləsində id diaçının görəcəyi işlər sadalanıb və bunun müqabilində ödəniləcək muzd razılaşdırılıb. İddiaçının gördüyü işin xarakteri də həmin işin daimi xarakterli olmadığını və konkret sifarişdən, tikinti quraşdırma işlərindən asılı olduğunu göstərir və bütün bunlar isə tərəflər arasında əmək müqaviləsindən irəli gələn münasibətlərin olması anlamına gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi, podrat və əmək müqavilələrinin fərqli anlayışlar olduğunu nəzərə almayıb. Belə ki, podrat müqaviləsi üzrə öhdəlik, borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu keyfiyyətinə görə podrat müqaviləsi digər müqavilədən, o cümlədən əmək müqaviləsindən fərqlənir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ö dəməyi öhdəsinə götürür. Əmək müqaviləsindən fərqli olaraq podrat müqaviləsində mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Başqa sözlə, podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsindən ibarətdir. Əmək müqaviləsi isə əmək hüququnun həyata kesirilməsinin əsas və aparıcı formasıdır. Məhz əmək müqaviləsi əməyin muzdlu xarakterinə əsaslanan bazar əmək münasibətlərinin təlabatına tam cavab vermək qabiliyyətinə malikdir. Əmək münasibətləri sahəsində əməyin azadlığı məhz əmək müqaviləsinin azadlığında təzahur edir. Əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqavil əsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, podrat müqaviləsi üzrə tərəflər arasında yaranan öhdəliklər onlar arasında işəgötürən işçi münasibətlərinin olması anlamına gəlməyə əsas vermir. Digər tərəfdən, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçün cü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermisə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi). Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin təfsirində səhvə yol verərək, bir tərəfdən sözügedən podrat müqaviləsinin yalan əqd olmaqla, başqa əqdi, yəni əmək müqaviləsini pərdələmək məqsədilə bağlandığı qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından lazımi şəkildə əsasl andırmayıb. Nəzərə alınmalıdır ki, sığorta hadisəsinin anlayışı sözügedən Qanunun 2.0.12-ci maddəsində nəzərdə tutulub və sığorta hadisəsi- icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Hazırki işdə, iddiaçının iddia etdiyi hadisənin sığorta hadisəsi hesab edilməsi üçün əsas olan yuxarıda göstərilən hallardan heç biri mövcud deyil və ümumiyyətlə sığorta hadisəsinin baş verməsi faktının müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin 307.2.7, 308 və 310-cu maddələrində nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, qanunun mənasına görə, məhkəmə hüquqi əhəmiyyəti olan bədbəxt hadisə faktını o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında da ifadə olunub. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini i tirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). Məhkəmələrə tövsiyə olunur ki, bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin fa ktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədbəxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətin in dəlillərini qismən əsaslı sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə sadalanan maddələrin və Ali Məhkəmənin Plenum Qərarının tələblərini pozub. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)-366/2021 saylı qətnaməsi qismən- İddiaçı 07 noyabr 2016-cı il tarixdə iş yerind ə vəzifəsinin icrası zamanı istehsalatda bədbəxt hadisə baş verməsi nəticəsində xəsarət alması faktının müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar