Məhkəmə qərarları › İş №2(102)-1267/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1267/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1267/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil X2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı bağ evindən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehd ən 14.000 manat məbləğdə pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostu mərhum X4 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi Cavabdeh atasından qeyri-rəsmi miras əmlak kimi qalmış və iddiaçının köməkliyi ilə onun adına 2021-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evi 2014-cü ildə satmış və rayona köçüb getmək qərarına gəlmişdir. Əlində 40 min manatdan artıq pulu olmuş, rayonda ev tikib, sonrakı ömrünü orada yaşayıb başa vurmaq fikrində olmuşdur. Cavabdeh həyat yoldaşı rəhmətə getmiş və maddi imkanları da çox aşağı olmuşdur. Mübahisə predmetinə çevrilmiş ərazi onların bağ sahəsi olmuş, orada mövcud olan tikililər bərbad vəziyyətdə olmuşdur. Yaşamaq üçün heç bir şərait olmamı şdır. Cavabdeh təklifi ilə qarşılıqlı razılaşma əsasında həmin bağ evinin bir otağını iddiaçı öz hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq və ümumi həyətdə kommunal şəraiti yaratmaq müqabilində 10 il müddətində yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarxinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahı müqavilə bağlamışlar. Həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək 2016-cı ildən başlayaraq orada yaşamışdır. Evin təmirinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərcləmişdir. Həmin evin təmir işlərini elektrik ustası X1, dam, su quyusu, su anbarı, kafel, metlax, suvama, divar kağızı işlərini isə X6 işləmişdir. Tikinti materiallarını və lazımı avadanlıqları da ust alar almış pulunu isə iddiaçı vermişdir. Həmin evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator hava təmizləyicisi kimi avadanlıqları da iddiaçı almışdır. 2016-cı ilin sentyabr ayının 1-dən köçüb orada yaşamağa başlamışdır və bu gün də orada yaşayır. Bütün bu müddət ərzində aralarında heç bir münaqişə və ya narazılıq olmamışdır. Bu yaxınlarda Cavabdeh, ola bilsin bağı satmaq fikrinə düşərək, birdən-birə iddiaçının evdən çıxmasını tələb etməyə başlamış və iddiaçının etirazından sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbini həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq ona verilməsi ilə izah ed ir. Cavabdeh iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsi yalandır. Belə ki, aralarında belə bir razılıq olmamışdır. Evin təmirinə xərclədiyi pul vəsaiti yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı idi. Bu hər ikisinin razılığı əsasında şahidlərin iştirakı ilə olmuşdur. Razılığa əsasən 01 sentyabr 2026-cı ilə qədər həmin mənzildən istifadə edərək orada yaşamalıdır. Bu onların şifahi olaraq aralarında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. Əks halda Cavabdeh yaşamadığı aylar və illərə görə təmirə xərclədiyi vəsaitin yaşadığı illər üzrə icarə haqqı çıxılmaqla qalan hissəsini iddiaçıya geri qaytarmalıdır. Onun evinə 35 min manatdan artıq pul vəsaiti xərcləmişdir. Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onu n evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir və istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14.400 manat pulun geri qaytarılmasını tələb edir. Həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə iddiaçıya 14.400 manat pul geri qaytarılmalıdır.

4. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında 10 illik yaşama barədə razılaşma ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Evin təmirindən artıq xeyli müddət keçmişdir və ev təmir edilsə də belə, iddiaçı artıq 8 ildir ki, həmin evdə yaşamış və evin təmirli halından isti fadə etmişdır. Buna görə də amortizasiya faktı da nəzərə alınmalıdır.

5. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçıı 1990-cu ildən, Sevda xanımın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilməz. Çünki, bağ evini təmir etməyə imkanı yoxdur. Həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. İddiaçı isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25.600 manat məbləğində pul xərclənmişdir. Hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevd a xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra İddiaçı evə dair məişət avadanlıqları, soyuducu, televizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Sevda xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Sevda xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qaldığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O, da qonaqlıqda iştirak etmişdir. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kirayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım onunla zarafat etdiyini bildirmişdir. İki mərtəbəli bağ evi idi. İkinci mərtəbədə mətbəx olmamışdır. Ancaq birinci mərtəbə də mətbəx var idi. Orada zibillə dolu idi. Evdə yaşamaq üçün şərait yox idi.

6. Birinci instansiya məhkəməsi tərəfindən şahid qism ində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Cəbrayıl və Sevda ilə onu dostu Sergey tanış edib. Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanırdı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır. Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir. Ev yararsız vəziyyətdə idi. Evdə 2 nəfər, Sergey və o, işləmişdir. Evin təmirinə Cəbrayıl 25.000 manatdan çox pul xərcləmişdır. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl qeyd edirdi. Sevda zarafatla Cəbrayıldan soruşmuşdur ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab vermişdir ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırmışlar. Cəbrayılın evin təmirinə xərclədiyi pul aylı q kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Razılaşma vaxtı o, həmin şəxslərin yanında olmamışdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qonşu bağ evində mühafizəçi işləyir. Mübahisəli evdə Sevda və onun əri yaşayırdı. Evi Cəbrayıl təmir etdirdi və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25.000-30.000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4.200 manat pul xərcləmiş və usta haqqı ki mi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cəbrayıla evdə yaşamağa müvəqqəti icazə vermişdir. Daha sonra onların xəbəri və razılığı olmadan evdə təmir işləri aparmışdır. Onlara məxsus evdə yaşamağı Cəbrayıl təklif etmişdir. Ev təmirdən əvvəl normal vəziyyətdə olmuş, orada gəlib yaşamışlar. Təmir vaxtı evə gəlməmişlər. 9. "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 059/Mİ/23 nömrəli qiymətləndirmə işinə dair hesabata əsasən, fərdi yaşayış evinin 02 mart 2023-cü il tarixə aylıq kirayə haqqı 500-700 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarix li məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-375/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 8.802 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 350 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MM C-yə ödənilməsi, 100 manat məbləğdə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin mövcud olması və ya belə bir razılaşmanın olması hissəsinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasıında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisia l xarakter daşıyır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Məhkəmə iş üzrə t ədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyinə əsasən müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğdə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin in 14.1, 16.1, 21.1, 21.2, 135.4, 135.10, 157.6, 157.7, 157.8, 329.2, 329.3, 329.4, 386.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.2, 1092.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cava bdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul etmişdir. Belə ki, ilk öncə işin faktiki hallarından əvvəl qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsinin hazırkı iş üzrə tədbiq edilməsi tamamilə səhvdir və bu işlə onun heç bir əlaqəsi olmamış, habelə həmin iş üzrə tərəflərin hansı münasibətlərdə olması məsələsi ümumiyyətlə aydınlaşdırı lmadan heç bir hüququ qiymət verilməmiş, habelə sözgüdən iş qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, iddiaçının iddiasının predmeti olan 14.400 manat vəsait iddiaçının 4 ili üçün yəni iddia qaldırdığı dövrə olan yerdə qalan müddət olmaqla yaşamadığı dövr üçün pul tələbi olmuş, lakin, məhkəmə isə iddia tələbində göstərilənlərə əhəmiyyət verməyərək və iddia tələbində nəzərdə tutulmayan əsaslarla iddiaçının tələb etmədiyi 2016-cı il tarixə olan təmir işlərinin əvəzini tutmuşdur. Hansı ki, iddiaçı həmin pulun tutulmasını yəni qoyduğu yaxşılaşdırmanı yox, yerdə qalan yaşamadığı müddət üçün olan dövr üzrə iddiaçıdan pulun tutulmasını xahiş etdiyi halda məhkəmə işin hallarına düzgün qiymət verməyərək, tərəflər arasında yaranmış münasibətləri təhrif edərək, qanunsuz qətnamə qəbul etmişdir. Han sı ki, tərəflər arasında olan münasibətlər xarakterinə görə kirayə münasibətləri olmaqla iddiaçı tərəfindən 2016-cı ildə aparılmış təmir işlərini, öz yaşayışı üçün edilmiş, yəni həmin yaxşılaşdırmalar məhz iddiaçının öz istifadəsi üçün edilməsi və həyat şəraitini yaxışlaşdırmaq niyyəti ilə edilməklə, hazırkı tarixə kimi, həmin təmir işlərinə uyğun olaraq iddiaçı tərəfindən istifadə edilir. Başqa sözlə deyilsə, nəzərə alınsa ki, müvafiq olaraq 2016-cı il tarixə olan təmir xərcinin dəyəri 8.802 manat məbləğdə olmuş hazırda üzərindən keçən müddət ərzində, yəni 7 il ərzində həmin təmirdən iddiaçının özü istifadə etdiyi halda həmin təmirin hazırkı dövrə olan amortizasiyası nəzərə alındıqda qeyd edilən təmirin tamamı ilə əhəmiyyətini itirdiyi açıq aşkardır. Çünki, mövcud praktikaya əsasən orta t əmir müddəti 8-10 il arası təşkil edir, hazırda cavabdehin qeyd edilən təmirdən hər hansı bir fayda əldə etdiyi müəyyən edilmir. Məhkəmənin artıq əhəmiyyətini və vəziyyətini itirmiş təmir xərcinə görə, hansı ki, iddiaçının tələbi bununla bağlı olmamasına baxmayaraq cavabdehdən pul tutması tamamı ilə anlaşılmaz olmaqla qəbul edilməzdir. Nəticə etibarı ilə iddiaçı qeyd edilən evdə 7 il yaşamaqla hər hansı bir kirayə pulu ödəməmiş, hazırda da qeyd edilən evi tərk edəcəyi halda müvafiq olaraq cavabdeh üçün heç bir maddi dəyəri olmayan və əhəmiyyətini itirmiş təmirə görə 2016-cı il təmir xərcinin tutulması isə qəbul edilməzdir. Məhkəmə düzgün olaraq ekspertiza rəyini mötəbər sübut kimi qəbul etsə də bu məbləği bütövlükdə deyil qalan müddət üçün tələb edilməsini nəzərdən qaçırmışdır.

16. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, şikayətin birinci dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsinin hazırkı iş üzrə tədbiq edilməsi səhv olmuşdur.

18. MPM-in 82.3-cü maddəsi ilə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə i ştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübutuna ehtiyac olmaması təsbit olunmuşdur.

19. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi nin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

20. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Qərarı).

21. Bu konteksdə vurğulanmalıdır ki, hazırkı iş üzrə tərəflərin əvvəlki məhkəmə mübahisəsi – Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə da ir iş üzrə qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilmiş faktiki hallar hazırkı iş üzrə də müəyyən edilmiş hallar kimi qiymətləndirilməlidir. Bunun əksini iddia etmək üçün hər hansı əsas da mövcud deyil.

22. Həmin iş üzrə qəbul edilən məhkəmə aktlarında müəyyən edilmiş hal isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmamasıdır.

23. Sözügedən işdə olduğu kimi, bu iş üzrə də İddiaçı Cavabdeh ilə aralarında kirayə münasibətləri ilə bağlı şifahi razılaşma olduğunu iddia etsə də, iddiasının faktiki əsasını evin təmirinə çəkdiyi xərclərin tələb edilməsi üzərində qurmuşdur. Belə ki, sonuncu öz iddia ərizəsində qeyd edir: “Bir halda ki, o, aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmas ını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir.”

24. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddianın faktiki halları baxımından, təmirə çəkilmiş xərclərin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

25. Şikayətin növbəti dəlili təmirə çəkilmiş xərcin məbləği ilə bağlıdır ki, bu hissədə cavabdeh iddiaçı tərəfindən görülmüş təmir işlərinin xərci tutularkən təmirin amortizasiyasının nəzərə alınmalı olduğunu iddia edir. Belə ki, cavabdehin qənaətinə görə hazırda qeyd edilən təmir öz əhəmiyyətini itirmişdir.

26. Məhkəmə kollegiyası bu dəlilə də tənqidi yanaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə köhnəlmə əmsalı tətbiq edilə bilməz ona görə ki, iddiaçı məhz təmirə görə çəkdiyi xərcləri, yəni uğradığı zərərin məb ləğini tələb edir. Həmin məbləğ isə iş üzrə alınmış ekspert rəyi ilə müəyyənləşdirilmişdir. Təmir hazırda bəzi detallara münasibətdə köhnəlsə belə, bu iddiaçının məruz qaldığı zərərin məbləğini dəyişdirmir.

27. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.6,157.7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 82.4, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda işin təkrar apelyasiya baxışına göndərilməsinə dair qə rar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 680.2, 780.1 və 1087.2-ci maddələri hazırkı iş üzrə tədbiq edilməli olduğu halda məhkəmə tərəfindən tədbiq edilməyərək mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Belə ki, qətnamənin 28, 29, 30, 31-ci bəndlərinə əsasən məhkəmə göstərir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansırazılaşmanın olmamasıdır. Hansı ki, sözgedən məhkəmə qətnaməsi işin həmin halı hazırkı işə münasibətdə birtərəfli və yalnız öz məhkəmələrin öz maraqları baxımından tədbiq edilmişdir. Tərəflər hər ikisi kirayə münasibətlərində olmasını təsdiq edir, bu heç bir halda o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə q ərarında təkzib edilmir, sadəcə iddiaçı tərəf həmin kirayə pulu əvəzində apardığı müvafiq təmir və yaxşılaşdırmanın əvəzi kimi orada 10 il qalmalı olduğunu, cavabdeh isə həmin təmir işləri aparmasına dair razılıq verməməsini, həmin təmirin iddiaçının öz istəyi ilə və öz şəraitinin yaxılaşdırmaq niyyəti ilə edildiyini və müvafiq olaraq ona kirayə kimi pul ödəməli olduğu halda iddiaçının bundan yayındığını bildirmişdir. Hər iki tərəfin izahatı ilə tərəflər arasında şifahi kirayə münasibətlərinin yarandığı müəyyən edilir. Hazırda iddiaçı həmin xərclərin müvafiq kirayə pulu ilə əvəz edilidiyini qeyd etsə də, qanunvericiliyin tələbi baxımdan iddiaçı həmin xərclərin zəruri xərclər olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ümumiyyətlə həmin xərclərin zəruri xərc olması məhkəmə i clası gedişində aparılmış sübutlarla da müəyyən edilməmişdir. Belə vəziyyətdə isə zəruri xərclər kimi qanunvercilik yalnız müvafiq olaraq əmlakın qorunun saxlanılmasını ehtiva edən xərclər nəzərdə tutur ki, bu xərclər elə xərclərdir ki, onlar aparılmadan müvafiq olaraq əmlakın ya təyinatı itmiş olur yada əhəmiyyətli dərəcədə azalmış olur, yaxud bu xərclər çəkilmədən müvafiq olaraq həmin əmlakdan istifadə etmək mümkün olmur. Lakin işdə belə bir hal müəyyən edilmir. Qeyd edilən maddənin tələbləri baxımından isə həmin xərclərin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Bu mənada isə qanunvericilik həmin halın yəni yaxşılaşdırmanı sahibkarın bəyənməsi halı ilə əlaqələndirmiş və yalnız işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə buna uyğun tapşırıq münasibətləri çə rçivəsində qiymət verməli olduğunu göstərmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən aparılmış 2016-cı il yaxşılaşdırma işləri isə tamamı ilə cavabdeh tərəfindən bəyənilməmiş, hətta aparılmış təmir işləri artıq əhəmiyyətini itirmiş və heç bir maddi dəyəri qalmamaqla, yalnız iddiaçının öz mənafeyinə uyğun edilmiş və istifadə edilmişdir ki, hazırda həmin təmirin heç bir cavabdeh üçün əhəmiyyətli dəyəri yoxdur. Ona görə bu halda qeyd edilən pul vəsaiti cavabdehdən tutula bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.3. İstifadə hüqu qu - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

36. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

37. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uy ğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

43. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

44. Maddə

456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesab ına əmlak əldə etsin.

46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətna məsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4. Məhkəmə (ha kim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı m əsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsa slı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

70. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində cavabdehin sahiblik və istifadəsində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz vəsaiti hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq müqabilində 10 il müddətində, yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarxinə kimi həmin evdə yaşamağa icazə verilməsi barədə cavabdehlə şifahı müqavilə bağlamasını, razılaşmalarına görə evin təmirinə xərcləyəcəyi pul vəsaitinin yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı olmasını, həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək, e vin təmirinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərcləməsini, evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator-hava təmizləyicisi kimi avadanlıqları da almasını, 01 sentyabr 2016-cı il tarixdən başlayaraq iddianı qaldırdığı 18 oktyabr 2022-ci il tarixə kimi orada yaşanasını, evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq cavabdehə verilməsindən sonra cavabdehin onun evdən çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsini, cavabdehin iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsinin yalan olmasını, cavabdehlə aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb etdiyinə görə onun da ca vabdehdən evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14.400 manat pulun geri qaytarılmasını tələb etdiyini, həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə ona 14.400 manat pulun geri qaytarılmalı olmasını qeyd edərək, cavabdehdən həmin məbləğdə pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

71. İşin birinci və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evinin cavabdehin mülkiyyətində olması, iddiaçının 2016-cı ildən həmin evdə (bağ evində) yaşayaraq orada təmir işləri aparması işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək 5 il müddətinə iddiaçıya evində yaşamasına icazə verdiyini, lakin evi onun icazəsi olmadan təmir etməyə başlamasını, evdə təmir işlərinin aparılmasından məlumatının olmamasının, bu halın ona sonradan məlum olmasını bildirmişdir.

72. Həmçinin məhkəmə araşdırması zamanı əldə olunmuş məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir.

73. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edərək, Cavabdeh ekspert rəyinə uyğun olaraq 8.802 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməli olması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisial xarakter daşıyır. Məhkəmə həmçinin etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqının əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr.

74. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərini araşdırmadan, birinci instansiya məhkəməsinin əsaslandırmasına istinadən belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflərin əvvəlki məhkəmə mübahisəsi – Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iş üzrə qəbul edilmiş məh kəmə aktlarında müəyyən edilmiş faktiki hallar hazırkı iş üzrə də müəyyən edilmiş hallar kimi qiymətləndirilməlidir. Bunun əksini iddia etmək üçün hər hansı əsas da mövcud deyil. Həmin iş üzrə qəbul edilən məhkəmə aktlarında müəyyən edilmiş hal isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmamasıdır. Sözügedən işdə olduğu kimi, bu iş üzrə də İddiaçı Cavabdeh ilə aralarında kirayə münasibətləri ilə bağlı şifahi razılaşma olduğunu iddia etsə də, iddiasının faktiki əsasını evin təmirinə çəkdiyi xərclərin tələb edilməsi üzərində qurmuşdur. Birinci instansiya məhkəməsi hazırkı iddianın faktiki halları baxımından, təmirə çəkilmiş xərclərin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin qənaətinə görə hazırda qeyd edilən təmir öz əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd etmişdir ki, hazırkı mübahisəyə köhnəlmə əmsalı tətbiq edilə bilməz ona görə ki, iddiaçı məhz təmirə görə çəkdiyi xərcləri, yəni uğradığı zərərin məbləğini tələb edir. Həmin məbləğ isə iş üzrə alınmış ekspert rəyi ilə müəyyənləşdirilmişdir. Təmir hazırda bəzi detallara münasibətdə köhnəlsə belə, bu iddiaçının məruz qaldığı zərərin məbləğini dəyişdirmir.

75. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

76. Hazırki iş üzrə tərəflərin iştirak etdikləri və hazırda qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nöm rəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh ilə arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi müəyyən edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan bağ evindən istifadə etmək, orada yaşamaq üçün hər hansı qanuni və ya müqavilə əsasının mövcudluğu isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda həmin qətnamələrlə müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbində evi İddiaçı müvəqqəti yaşamaq üçün verməsini, 2016-cı ilin sentyabr ayından İddiaçı həmin ünvanda yaşamağa başlamasını, sonuncu ilə razılaşmalarına əsasən onun kirayə pulu verməli olmasını qe yd etməklə, evi ona müəyyən müddətə kirayəyə verməsini də qəbul etmişdir.

77. Odur ki, məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsaslanaraq, birinci və apellyasiya instansiya məhkəmələrinin iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmaması barədə gəldikləri nəticəni əsassız hesab edir. Əslində isə qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsasən iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair kirayə münasibətlərinin olması istisna olunmur. Yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən hal, həmin münasibətlərin 10 il ərzində evin abadlaşdırılması müqabilində iddiaçıya orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi ilə bağlı olmuşdur.

78. Hazırkı iş üzrə iddia tələbindən isə görünür ki, iddiaçı iddia tələbində evin bir otağının və ümumi kommunal xidmət yerlərinin təmirinə görə 35.200 manat pul xərclədiyini qeyd etsə də, çəkdiyi həmin xərcləri bütünlüklə deyil, yalnız evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə hesabladığı 14.400 manat pulun geri qaytarılmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinə əsasən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə aylıq kirayə haqqının 500-700 manat təşkil etməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə isə, evdə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş baz ar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı isə nə kirayə haqqının, nə də ekspert rəyində qeyd olunan evin bazar qiymətinin məbləğini mübahisələndirməmişdir.

79. Göründüyü kimi iddiaçı iddia tələbində evə çəkdiyi xərci bütünlüklə deyil, evdə hələ yaşamadığı müddət üçün olan 4 illik dövr üzrə müəyyənləşdirilmiş məbləğin tutulmasını tələb edir. Belə olan halda isə iddiaçının uğradığı zərərin məbləği, onun tələb etdiyi müddətə görə müəyyən olunan məbləğlə məhdudlaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işə baxarkən iddiaçı və cavabdeh arasında olan münasibətlərin evə çəkilmiş təmir xərcləri ilə bağlı olduğunu, iddiaçının cavabdehə məxsus bağ evində onun razılığı ilə yaşamasını qəbul etsələr də, tərəflər arasında həqiqi münasibətin nədən i barət olmasını, iddiaçı tərəfindən bağ evinin təmirinə 8.802 manat məbləğində xərclərin çəkilməsinin səbəblərini araşdırmamış, ümumiyyətlə iddiaçı tələbində evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə xərclədiyi məbləğin geri qaytarılmasını tələb etdiyi, evin tikinti-təmir və quraşdırma işləri üçün 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat, aylıq kirayə haqqı 500-700 manat olduğu halda, həmin məbləğlər nəzərə alınaraq iddiaçının evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan müddətə görə xərclədiyi məbləğinin nə qədər təşkil etməsini aydınlaşdırmamış, işin müəyyən edilmiş halları baxımından cavabdehin dəlillərini qiymətləndirməmiş, ekspert tərəfindən müəyyən edilmiş 8.802 manat məbləğində pulu iddiaçının xeyrinə bütünlüklə tu tmaqda səhvə yol vermişdir.

81. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

82. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

83. Belə ki, tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

84. Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

85. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

86. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

87. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbi t edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

88. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

89. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

90. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, qanuni qüvvəyə minmiş qətnamələrlə müəyyən edilmiş işin hallarına düzgün hüquqi qiymət verməmiş, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

91. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

92. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

93. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

94. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

95. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

96. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının sonradan iddia tələbininin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 27.000 manat məbləğində pulun t utulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının bu məzmunda ərizəsi mövcud deyil. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən təmin olunduğunu qeyd etsə də, nəticə hissəsində iddianın təmin edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin ziddiyyətləri aradan qaldırmaqla bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan hallara hüquqi qiymət verməmişdir.

97. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

98. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaq la yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar