Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1267/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və “Quba Palace” Hotelinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1267/2025 Açar sözlər: daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi, daşınar əşyaları vicdanlı əldə etmək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1502/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2018-ci ildə Cavabdeh2 25.000 manata dəmir anbar konstruksiyadan ibarət əşya almışdır.
2. İddiaçı 2022-ci ildə Quba Rayon Polis şöbəsinin İstintaq bölməsində aparılan ilkin yoxlama zamanı həmin əşyanın ondan alındığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, bu mümkün olmadıqda həmin dəmir konstruksiyanın alınması üçün verdiyi 30.000 ABŞ dollarının Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, Cavabdeh2 Cavabdeh1 inşa edilən zaman 2012-ci il tarixdə “ZQAN” Holding bağlanan vaxt həmin şirkətdən 30.000 ABŞ dollara anbar almışdır. Anbara daxil olmuşdur: iki ədəd dəmir konstruqsiyadan ibarət komplekt və palatka. Həmin zaman orada 3 ədəd anbar olmuş, anbarlardan birini Cavabdeh2 almışdır. Cavabdeh2 dediyinə görə həmin anbarın sökülməsi 6 günə başa çatmışdır. Bu zaman həmin anbarın sökülməsində 7 ədəd işçi, 1 səbət yük maşını, 2 ədəd kran işləmişdir. Anbarın yüklənib ərazidən çıxarılması 4 ədəd tır yük maşını ilə mümkün olmuşdur. Daha sonra 2018-ci ildə o, həmin anbara daxil olan dəmir konstruksiyadan ibarət olan komplekti Cavabdeh2 25000 manata almışdır. Bir müddət sonra həmin əmlak lazım olmadığı üçün internet vasitəsi ilə satışa çıxarmışdır. Elə əsas məsələ də bu ndan sonra başlamışdır. Belə ki, polis əməkdaşları Cavabdeh1 şikayəti əsasında onu, oğlunu və qardaşı oğlunu polis şöbəsinə aparmış, orada heç bir əsas olmadan saxlamışlar. Onlar polis şöbəsində olan zaman anbar konstruksiya ondan icazə alınmadan polis əməkdaşları tərəfindən götürülmüşdür. X5 Hotel 7 ədəd dəmir çatışmazlığı əsasında şikayət etmişdir. Cavabdeh2 tərəfindən ona satılan dəmir anbar 11 ədəd sütundan ibarətdir. Hazırda əmlakının hara olmasından xəbəri yoxdur. Qanunsuz olaraq onun sahibliyində və mülkiyyətində olan dəmir anbarı aparmışlar. Qeyd olunan dəmir anbar oğurluq olmamışdır. Əmlakı əsassız olaraq ondan alınmışdır. Bununla bağlı Quba Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, mübahisə predmetini təşkil edən dəmir konstruksiya onun tərəfindən iddiaçıya satılmışdır.
6. Quba Rayon Məhkəməsinin 2(027)-1590/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilərək, Cavabdeh2 25.000 manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materillarından müəyyən olunmuşdur ki, həmin əmlak "xxxx" MMC-yə məxsus olmuş və Cavabdeh2 həmin əmlak üzərində hüququnu təsdiq edəcək heç bir sübut mövcud deyildir. Cavabdeh2 özünə məxsus olmayan əmlakı İddiaçı 25.000 manat pul müqabilində satmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “Cavabdeh1” yəni, "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Lakin mübahisə predmetini təşkil edən dəmir konstruksiya Cavabdeh2 tərəfindən iddiaçıya 25.000 manata satıldığından həmin pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Çünki Cavabdeh2 “Cavabdeh1” yəni, "xxxx" MMC-yə məxsus əmlakı onun icazəsi olmadan başqa şəxsə satmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 567-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddia çı ona qarşı iddiasının heç bir hüquqi əsası yoxdur, məhkəmə iddianı rədd etmək əvəzinə ona məlum olmayan səbəbdən belə bir qanunsuz qətnamə çıxarmışdır. İşin mübahisəsiz halı qeyd olunan dəmir konstruksiyaların iddiaçı tərəfindən ondan götürülüb aparılmasıdır. Yəni qanununun tələbinə uyğun olaraq iddiaçı əmlakın dəyərini ona ödəmiş, o da satılan əmlakı ona təhvil vermişdir. Bununla da aralarında olan razılaşma tam icra edilmişdir. Sonradan həmin əmlak hər hansı bir yolla onun sahibliyindən çıxmışdırsa da, bunun ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə qətnamə çıxararkən sırf formal mülahizəyə əsaslanaraq belə bir absurd nəticəyə gəlmişdir ki, əmlak tərəfindən 25.000 manata iddiaçıya satıldığına görə onun əmlakın dəyəri kimi ödədiyi 25.000 manat pul ondan alınaraq iddiaçıya qaytarılmalıdı r. Halbuki, iddiaçı özü etiraf etmişdir ki, qeyd olunan dəmir konstruksiyanı ondan alıb aparmış, bir müddət sonra həmin əmlak lazım olmadığı üçün internet vasitəsilə satışa çıxarmışdır. Qeyd olunan əmlak 2012-ci ildə tərəfindən alınmış, daha sonra Eyvaz Heybətov adlı şəxsə tərəfindən satılmış, onun və qardaşı Elşadın xahişi ilə qeyd olunan dəmir konstruksiyaları 25.500 manata iddiaçıya satılmasına köməklik etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1502/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul e dilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 25.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələbin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Hazırkı iddianın qanuni əsasını mübahisələndirilən hissədə Mülki Məcəllənin 572 və 573-cü maddələri təşkil edir. Qeyd olunan maddənin dizpozisiya şərtinə görə qanunvericilik satıcını üzərinə alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi qoymuşdur.
14. İşdən göründüyu kimi, Cavabdeh2 İddiaçı digər cavabdeh “Cavabdeh1” məxsus əmlakı satmış və nəticədə həmin əmlakın sonuncuya qaytarılması ilə nəticələnmişdir. Bu hal "xxxx" MMC-nin (Cavabdeh1) 19 sentyabr 2023-cü il tar ixli məktubu və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 may 2022-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. Bu baxımdan, Cavabdeh2 tərəfindən iddiaçıya üçüncü şəxsin hüquqları ilə yüklü olan dəmir anbar konstruksiyalar satıldığından, həmin əmlakın satışından əldə olunmuş 25.000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya qaytarılmalıdır.
15. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 572.1, 572.2, 573.1, 573.2, 574.1, 574.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahi ş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan metal konstruksiyalar, istifadə olunmuş və artıq qalmış əmlak kimi Cavabdeh2 tərəfindən 2012-ci ildə X4 inşasını aparmış ZQAN Holdinq Şirkətindən satın alınaraq birbaşa Qusar rayon sakini Eyvaz Heybətova, 2018-ci ildə də cavabdehin vasitəsilə iddiaçıya satılmış, 2022-ci ildə də məhz iddiaçı tərəfindən satışa çıxarılaraq internetdə elan verilmişdir. Bundan sonra da "xxxx" MMC-nin müraciəti əsasında Quba rayon polis şöbəsində araşdırma aparılaraq, hər hansı cinayət faktının olması sübuta yetmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının iddia ərizəsində və izahatlarında göstərdiyinə görə də həmin konstruksiyalar polis şöbəsində aparılan araşdırma ilə əlaqədar polis əməkdaşları tərəfində n qanunsuz olaraq götürülüb aparılmışdır və harada olmasından xəbəri yoxdur.
18. Göründüyü kimi, iddiaçının özü tərəfindən də təsdiq olunur ki, həmin metal konstruksiyaların 2012 və 2018-ci illərdə satın alınması ilə əlaqədar heç bir qanun pozuntusuna yol verilməmiş və həmin konstruksiyalar 2022-ci ildə onun tərəfindən satışa çıxarılıb internetdə elan verildikdən sonra polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz şəkildə götürülmüşdür. Belə olan halda məhkəmənin həmin metal konstruksiyaların Cavabdeh2 tərəfindən 2018-ci ildə iddiaçıya satılarkən alqı-satqıya dair maddi hüquq normalarının, eləcə də Mülki Məcəllənin 572 və 573-cü maddələrinin tələblərinin pozulması qənaətinə gəlməsi absurddur, həmin maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
19. İş materiallarında istinad olunacaq yeganə hüquq müəyyənedici sənəd cinayət işi başlanmasının rədd olunmasına dair Quba RPŞ İstintaq Bölməsinin 22 may 2022-ci il tarixli qərarıdır. Həmin qərarda açıq şəkildə göstərilir ki, “...Beləliklə toplanmış materialdan görünür ki, “Fəsil Turizm MMC”- nin məktubu əsasında aparılmış araşdırma zamanı 40.000 manat dəyərində metal konstruksiyaların naməlum şəxslər tərəfindən xeyli miqdarda ziyan vurulmaqla oğurlanması hadisəsinin olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Üstəlik belə bir oğurluq hadisəsinin nə vaxt törədilməsi də müəyyən edilmir. Qeyd olunan dəmir konstruksiyaları söküb apardığı bildirən Cavabdeh2 bildirdikləri əsas tutulduqda isə həmin konstruksiyalar 2012-ci ildə qanuni yolla alınıb aparılmışdır. Bu isə həmin hadisənin məsuliyyətə cəlbetmə müddətinin keçməsi deməkd ir. Belə olan halda aparılmış araşdırma zamanı hər hansı cinayət faktının olmasının sübuta yetmədiyini nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir...”
20. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunan, Cavabdeh2 tərəfindən iddiaçıya digər cavabdeh “Cavabdeh1” məxsus əmlak satılması və bunun həmin əmlakın sonuncuya qaytarılması ilə nəticələnməsi barədə fikirlər reallığa və iş materiallarına ziddir. Məhkəmə tərəfindən işə baxılarkən, həmçinin tərəflər arasında 2012 və 2018-ci illərdə baş vermiş alqı-satqı münasibətlərindən qanunla müəyyən edilmiş iddia müddətlərinin keçməsi halı da nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasassiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi:
22. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.
23. Maddə 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
28. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
29. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
30. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.
31. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
32. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
33. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdans ız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
34. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
35. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
38. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr müəyyən etmişlər ki, mübahisənin obyekti dəmir anbar konstruksiyasından ibarət olan əşyadır. İşdə iştirak edən edən şəxslərin verdikləri məlumatlardan belə aydın olur ki, həmin əşyanı Cavabdeh2 2012-ci ildə əldə etmiş, 2018-ci ildə onu İddiaçı satmış, 2022-ci ildə isə əşya sonuncunun sahibliyindən götürülməklə "xxxx" MMC-yə aid olan “Cavabdeh1”inə verilmişdir. Səbəb kimi əşyanın daha əvvəl həmin oteldən oğurlandığı göstərilir.
49. İddiaçı əşyanın onun sahibliyindən alınmasını qanunsuz hesab edərək iki alternativ tələb irəli sürmüşdür: 1) əşyanın adıçəkilə n otelin qanunsuz sahibliyindən alınaraq ona verilməsi; 2) birinci tələbin təmin olunması mümkün olmadıqda əşyanı almaq üçün ödədiyi 30.000 ABŞ dollarının Cavabdeh2 alınaraq ona verilməsi.
50. Quba Rayon məhkəməsi birinci tələbi rədd etmiş, ikinci tələbi isə qismən təmin edərək 25.000 manat pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsini qət etmişdir. Məhkəmə hesab etmişdir ki, əşya "xxxx" MMC-yə məxsus olmuşdur, Cavabdeh2 həmin əşya üzərində hüququ yoxdur, Cavabdeh2 özünə məxsus olmayan əşyanı İddiaçı 25.000 manata satmışdır.
51. İddiası göstərilən həcmdə təmin olunan İddiaçı nəticə ilə razılaşmış, lakin Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
52. Apellyasiya məhkəməsi işə Cavabdeh2 şikayət verdiyi hissədə baxdığını vurğulayaraq çıxardığı yeni qətnamə ilə eyni nəticəyə gəlmiş, lakin mövqe yini belə əsaslandırmışdır ki, “iddianın qanuni əsasını Mülki Məcəllənin 572 və 573-cü maddələri təşkil edir, Cavabdeh2 İddiaçı digər cavabdeh “Cavabdeh1” məxsus əmlakı satmış və nəticədə həmin əmlakın sonuncuya qaytarılması ilə nəticələnmişdir”.
53. Göründüyü kimi, hər iki instansiya məhkəməsi mübahisənin obyekti olan əşyanın iddiaçıya və ya Cavabdeh2 deyil, "xxxx" MMC-yə (“Cavabdeh1”ə) məxsus olduğu qənaətinə gəlmişdir.
54. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.
55. Kollegiya bildirir ki, əvvəlcə əşyanın qanunsuz sahibdən geri qaytarılması haqqında birinci tələb yoxlanılmalı, bu iddianın təmin edilməsi mümkün olmadıqda isə Cavabdeh2 qarşı pul tələbinə qiymət verilməlidir.
56. Məlum olduğu kimi, birinci tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya iddiası - § 26).
57. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin aşkar edilməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
58. İlk növbədə iddiaçının tələb etdiyi əşyanın növü - daşınar, yoxsa daşınmaz əşya olması aydınlaşdırılmalıdır. Çünki, mübahisə tərəflərinin (eləcə də marağı olan digər şəxslərin) həmin əşyaya hüquqlarının nədən ibarət olması məhz əşyanın hüquqi vəziyyətindən asılıdır.
59. İşdəki məlumatlara əsasən iddianın obyekti olan anbar konstruksiyası yük maşını ilə daşınaraq başqa yerdə qurqaşdırıla və ya sökülə bilir. Bu hal ona dəlalət edir ki, sözügedən obyekt daşınmaz deyil, daşınar əşyadır.
60. Qanuna əsasən, daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır (§ 23).
61. İkinci növbədə isə mübahisəli əşyanın mülkiyyətçisinin kim olduğuna hüquqi qiymət vermək üçün daşınar əşyalara mülkiyyət hüququnun (tərəflərin iradəsi əsasında) əldə edilməsi haqqında maddi hüquq normaları – Mülki Məcəllənin 181 və 182-ci maddələri nəzərdən keçirilməli, işin faktiki halları ilə bu normaların dispozisiya şərtləri arasındakı uyğunluq təhlil edilməlidir.
62. Daşınar əşyaya mülkiyyətin qazanılması üçün aşağıdakı şərtlər təsbit edilməlidir: 1)tərəflər arasında razıla şma; 2)əşyanın əldə edənin sahibliyinə verilməsi; 3)əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətinin olması; 4)belə səlahiyyət olmadıqda, əldə edənin vicdanlı olması.
63. Məhkəmə tərkibi bildirir ki, bir şəxsin daşınar əşya üzərində mülkiyyəti qazanması nəticəsinə gəlmək üçün sadalanan şərtlər ardıcıl şəkildə yoxlanılmalıdır. İlk üç şərtdən biri müəyyən edilmədikdə növbəti şərtin yoxlanılmasına keçilmədən araşdırma başa çatdırılır, mülkiyyət hüququnun əldə edilmədiyi nəticəsinə gəlinir. Əgər ilk üç şərtin hamısı birlikdə aşkar edilirsə (onların hər birinə müsbət cavab verilirsə), əşyanı əldə edən mülkiyyəti qazanmış sayılır. Yalnız üçüncü şərtə (tələbə) müsbət cavab verilmədikdə növbəti – sonuncu şərt yoxlanılmaqla məsələ həll edilir.
64. Qeyd edilən şərtlərin mahiyyəti və qanuni əsasları aşağıdakılardan ibarətdir.
65. Qanunverici daşınar əşyalara mülkiyyət hüququnun iradəvi şəkildə əmələ gəlməsi üçün razılıq şərtini Mülki Məcəllənin 181.4-cü maddəsinə belə göstərmişdir: “Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər” (birinci cümlə, § 33).
66. Göründüyü kimi, mülkiyyətin qazanılması üçün tərəflər arasında müxtəlif müqavilələrin bağlanması razılaşdırıla bilər. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 36-38).
67. Bu razılaşmalardan biri də alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müq aviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (§ 39). O da məlumdur ki, daşınar əşyanın alqı-satqı müqaviləsi şifahi formada bağlana bilər.
68. Hazırkı işin mübahisə olunmayan hallarından biri ondan ibarətdir ki, 2018-ci ildə satıcı Cavabdeh2la alıcı İddiaçı əşyanın alqı-saqısı barədə razılığa gəlmişlər, yəni onlar arasında daşınar əşyanın alqı-satqısına dair müqavilə bağlanmışdır.
69. İkinci şərt - əşyanın əldə edənin sahibliyinə verilməsi Mülki Məcəllənin 181.1-ci maddəsində belə əks olunmuşdur: “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir” (§ 31).
70. Qanuna əsasən, sahiblik əşyaya fakt ik sahibliyə nail olmaqla əldə edilir (§ 27). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək, yaxud iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
71. Sahibliyin verilməsini Mülki Məcəllənin 163.1-ci, 163.2-ci və 181.2-ci maddələri tənzimləyir. Həmin normalara görə, “sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı s ahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi” (§ 28-29, 32).
72. Baxılan işdə mübahisəli əşyanın birbaşa özünün satıcı Cavabdeh2 tərəfindən alıcı İddiaçı təqdim edildiyi də mübahisə olunmur.
73. Üçüncü şərt əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətinin olmasıdır. Bu ünsür ona görə vacibdir ki, əşyanı özgəninkiləşdirmək niyyətilə başqasının sahibliyinə təqdim etmək ona sərəncam verməkdir. Çünki bu halda əşyanın hüquqi müqəddəratı həll edilir. Sərəncam vermək hüququ isə yalnız mülkiyyətçiyə məxsus olan səlahiyyətdir (§ 25). Başqa sözlə, əşyaya sərəncam vermək üçün həqiqi hüquqa malik olan şəxs mülkiyyətçidir. Bu səbəbdən, Mülki Məcəllənin 181.1-ci maddəsində ə şyaya sahibliyin “həqiqi hüquq əsasında” verilməsi vurğulanmışdır. Çünki, şəxs daşınar əşyanı başqasına təqdim etmiş olsa da, əgər buna səlahiyyəti yox idisə, o, həmin predmeti sahibliyə həqiqi hüquq əsasında vermiş sayılmır.
74. Daşınar əşyanın mülkiyyətçisinin kim olması ilə bağlı qanuni prezumpsiya (ehtimal) vardır. Belə ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (MM-in 166.1-ci maddəsinin birinci cümləsi - § 30).
75. Bu qayda özündə onu ehtiva edir ki, əksi sübut edilənədək daşınar əşyaya sahiblik edən hüquqən onun mülkiyyətçisi kimi tanınır. Sahiblik vəziyyəti əşyanın mülkiyyətçisini üçüncü şəxslərə açıqladığı üçün bu görüntüyə etimad edilir. Bu səbəbdən sahibin əşyaya verdiyi sərəncam mülkiyyətçinin sərəncamı sayılır və əşya h üquqları üçün xarakterik olan “etimadın qorunması” prinsipi tətbiq olunur.
76. Baxılan işdə isə məhkəmələr qanuni prezupsiyanın əksini, yəni əşyanı daha əvvəl öz sahibliyində saxlayan Cavabdeh2 mülkiyyətçi olmadığını, bu səbəbdən əşyanı İddiaçı sahibliyinə həqiqi hüquq əsasında vermədiyini əsaslandırmamışlar.
77. Göründüyü kimi, daşınar əşyaya mülkiyyətin əldə edilməsi üçün zəruri olan üç şərtdən hər hansı birinin aşkar edilmədiyi qətnamədə göstərilməmişdir. Belə olan halda, iddiaçının mübahisəli əşyanın mülkiyyətçisi olmadığına dair məhkəmələrin gəldikləri nəticə yuxarıda şərh edilən maddi hüquq normalarına uyğun deyil.
78. Kassasiya məhkəməsi təkrarən bildirir ki, daşınar əşyaya sahiblik edənin əslində mülkiyyətçi (əşyaya sərəncam vermək səlahiyyətində) olmadığı iddia və sübut oluna bilə r.
79. Yəni, hazırkı işin halları baxımından Cavabdeh2 əşyanı iddiaçının sahibliyinə verdiyi məqamda əslində mülkiyyətçi olmadığı iddia edilirsə, iddia edən bu halı (MM-in 166.1-ci maddəsində əks olunan qanuni prezumpsiyanın əksini) sübuta yetirməlidir. Belə olan halda məhkəmə Cavabdeh2 da əşyanın mülkiyyətini əldə edib-etməməsini yuxarıda izah olunan şərtlərin ardıcıllığı ilə yoxlamalıdır (§ 62-75).
80. Üstəlik işin bir halı baxımından o da diqqətdə saxlanılmalıdır ki, əşyanın 2012-ci ildən Cavabdeh2 sahibliyində olduğu bildirilir. Əgər əşya iddiaçıya təqdim olunduğu anadək altı il müddətində Cavabdeh2 vicdanlı sahibliyində olmuşsa, həmin əşyaya mülkiyyətin ayrı bir əsasla - əldə etmə müddəti ilə qazanılması da yoxlanılmalıdır.
81. Mülki Məcəllənin 181.4-cü maddəsinin ikinci cümləsində göstərilir ki, əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti - § 33).
82. Lakin mülkiyyətin əldə etmə müddəti ilə qazanılmasının şərtləri vardır. Belə ki, şəxs əşyaya beş il ərzində fasiləsiz və vicdanlı şəkildə sahiblik etmiş olmalıdır. Burada fasiləsizlik əlaməti əşya üzərindəki hakimiyyətin (sahiblik vəziyyətinin) kəsilmədən davam etməsini ehtiva edir. Vicdanlı dedikdə isə əşyanı ona verən şəxsin buna səlahiyyətinin olmadığını əldə edənin bilməsi və ya bilməli olması nəzərdə tutulur. Bu səbəbdən 181.4-cü maddənin üçüncü cümləsində vurğulanmışdır ki, “Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolve rilməzdir” - § 33).
83. O qeyd edilməlidir ki, əşyanın əvvəlki mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxmış olması əşyaya beş il fasiləsiz və vicdanlı sahiblik edən şəxsin bu əsasla mülkiyyət hüququ əldə etməsinə mane olmur.
84. Beləliklə, əgər əşya Cavabdeh2 özünün sahibliyinə də razılıq və həqiqi hüquq əsasında verilmişdirsə, o, mülkiyyət hüququnu Mülki Məcəllənin 181.1-ci maddəsi ilə qazanmış sayılır, hətta bu şərtlər olmadan əşyaya beş il fasiləsiz vicdanlı sahiblik etmişsə, mülkiyyəti həmin Məcəllənin 181.4-cü maddəsinin ikinci cümləsinə əsasən əldə etmiş hesab olunur.
85. Hansı əsasla əldə etməsindən asılı olmayaraq, Cavabdeh2 2018-ci ildə əşyanın mülkiyyətçisi olmuşsa, onun əşyaya sərəncam verməsi (əşyanı özgəninkiləşdirmək məqsədilə iddiaçının sahibliyinə təqdim etməs i) etibarlı sayılır. Bu halda İddiaçı əşyanın mülkiyyətini qazanmış hesab ediləcəyi üçün dördüncü şərtin – vicdanlı əldə etmə qaydalarını yoxlamağa gərək qalmır.
86. Lakin əşya iddiaçının sahibliyinə verildiyi məqamda Cavabdeh2 mülkiyyətçi olmadığı təsbit edilərsə, İddiaçı həmin əşyanın mülkiyyətini əldə edib-etməməsi Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə uyğun yoxlanılmalıdır.
87. Bu normada daşınar əşyaya mülkiyyət hüququnun vicdanlı əldə edilməsi ilə bağlı münasibətlər tənzimlənir.
88. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanması na maneə olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir (MM, maddə 182.1, üçüncü cümlə - § 34).
89. Ona görə də mülkiyyətçinin daşınar əşyasına sahiblik edən başqa biri onu özgəninkiləşdirdikdə (bu məqsədlə başqasının sahibliyinə verdikdə), əsas prinsip (ümumi qayda) ondan ibarətdir ki, əldə edən qanuna əsasən mülkiyyətçi sayılır. Bu qayda Mülki Məcəllənin 182.1-ci maddəsində belə əks olunmuşdur: “Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur” (birinci cümlə, § 34).
90. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur)” qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.
91. Bu səbəbdən əgər mülkiyyətçi əldə edən üçüncü şəxsin vicdanlı olmadığını iddia edirsə, vicdanlı olmamaqla bağlı qanunda nəzərdə tutulan şərtləri sübuta yetirməlidir. Mülki Məcəllənin 182-ci maddəsində əks olunan bu şərtləri subyektiv və obyektiv şərtlər olaraq qruplaşdırmaq mümkündür.
92. Birincisi, əşyanı özg əninkiləşdirənin buna səlahiyyətinin olmadığını əldə edənin özünün bilməsi, yaxud hal və şəraitə görə bilməli olmasıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən “Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır” (ikinci cümlə, § 34).
93. Göründüyü kimi, bu halda əşyanı sahibliyə verənin əslində mülkiyyətçi olmladığı əldə edən üçüncü şəxsə məlum olur, ya da şəraitə görə ondan gözlənilən diqqət və ehtiyyatlılığı göstərsəydi məlum ola bilərdi. Yəni bir şəxs əşyanı əldə edərkən onu təqdim edənin mülkiyyətçisi olmadığını bilmişsə, yaxud vəziyyətə görə bundan şübhə edib lazımi araşdırma aparmaq ehtiyacını göstərən işarələr olmasına (məsələn, qol saatına başqa şəxsin adının həkk olunması) rəğmən bunu etməmişsə, əldə edən özün dən qaynaqlanan subyektiv şərtlərə görə vicdanlı sayılmır. Bu hallardan biri təsdiq olunduqda vicdanlılıqla bağlı araşdırma tamamlanır, digər şərtlərin yoxlanılmasına gərək qalmır.
94. Lakin əldə edənin subyektiv meyarlara görə vicdanlı olmadığı sübuta yetirilmədikdə, növbəti mərhələyə keçilərək obyektiv şərtlər yoxlanılmalıdır. Bu şərtlər Mülki Məcəllənin 182.2-ci maddəsinin birinci cümləsində göstərilmişdir: “Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz” - § 35).
95. Göründüyü kimi, bu hallar daha çox obyektiv vəziyyətdən irəli gələn hallları ehtiva edir. Bu halları aşağıdakı kimi qruplaşdırmaq olar: - əşy anın mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxması. Bu istənilən formada ola bilər – oğurluq, soyğunçuluq, digər talama formaları, itirmə və s. Belə hallarda əşyanı əldə edən üçüncü şəxs onu bilmədən əvəzli şəkildə alsa da vicdanlı sayılmır. Yəni, bu vəziyyətdə qanunverici əldə edəni deyil, mülkiyyətçini qoruyur. Bu qayda əşyanı üçüncü şəxsdən almış sonrakı əldə edənlərə də eynilə tətbiq olunur. - Üçüncü şəxsin əşyanı əvəzsiz əldə etməsi. Yəni, əşya mülkiyyətçinin sahibliyindən iradəsinə uyğun çıxsa da, onu bir dəyər qarşılığında deyil, əvəzsiz qazanmış şəxs vicdanlı sayılmır və müdafiə olunmur. Bu halda da mülkiyyətçi üstün tutulur.
96. Qeyd edilənlər onu deməyə əsas verir ki, sadalanan halların əksi olan vəziyyətlərdə, yəni mülkiyyətçi əşyanı öz sahibliyindən iradəsinə uyğu n şəkildə çıxardıqdan sonra başqası tərəfindən üçüncü şəxsə əvəzli şəkildə özgəninkiləşdirilmişsə (məsələn, mülkiyyətçinin kirayəyə verdiyi kompyuter kirayəçi tərəfindən üçüncü bir şəxsə satılmışsa), əldə edən vicdanlı sayılır. Bu zaman mülkiyyətçi deyil, əldə edənin hüquqları qorunmaqla artıq onun mülkiyyəti qazandığı, əvvəlki mülkiyyətçinin isə əşya üzərindəki hüquqlarını itirdiyi qəbul edilir.
97. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 182.2-ci maddəsinə əsasən vicdanlılığın qorunmadığı hallar pul vəsaitlərinə, habelə auksiondan alınmış əşyalara və sənədli qiymətli kağızlara şamil olunmur. Yəni bu əşyalar mülkiyyətçinin sahibliyindən iradəsi xaricində çıxmış olsa belə, onları əldə edən vicdanlı sayılır və onun hüquqları müdafiə edilir. Sözügedən qayda həmin normanın ikinci cümləsind ə bu məzmunda qeyd edilmişdir: “Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur” - § 35).
98. Baxılan işdə məhkəmələr belə bir məlumata istinad etmişlər ki, “mübahisəli əşya "xxxx" MMC-nin (“Cavabdeh1”) mülkiyyətində olmuş, lakin oğurlanmışdır. Bu səbəbdən Cavabdeh2 özünə məxsus olmayan həmin əşyanı İddiaçı satması qanunsuz olmuşdur”.
99. Lakin, işdə olan, Quba RPŞ İstintaq Bölməsinin 22 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “...“Fəsil Turizm MMC”-nin məktubu əsasında aparılmış araşdırma zamanı 40000 manat dəyərində metal konstruksiyaların naməlum şəxslər tərəfindən xeyli miqdarda ziyan vurulmaqla oğurlanması hadisəsinin olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Üstəlik belə bir oğurluq hadisəsinin nə vaxt törədilməsi də müəyyən edilmir. Qeyd olunan dəmir konstruksiyaları söküb apardığı bildirən Cavabdeh2 bildirdikləri əsas tutulduqda isə həmin konstruksiyalar 2012-ci ildə qanuni yolla alınıb aparılmışdır. Bu isə həmin hadisənin məsuliyyətə cəlb etmə müddətinin keçməsi deməkdir. Belə olan halda “Fəsil Turizm MMC”-nin məktubu əsasında aparılmış araşdırma zamanı hər hansı cinayət faktının olmasının sübuta yetmədiyini nəzərə alaraq toplanmış HK/1-256 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməlidir...”.
100. Bu hal ona dəlalət edir ki, məhkəmələr sözügedən xüsusat üzrə işdəki məlumat və sübutları düzgün qiymətləndirməmişlər.
101. Mülki Məcəllənin 157.2-ci maddəsinin növbəti şərti - əşyanın cavabdehin sahibliyində olması ilə bağlı məhkəmə tərkibi aşağıdakıları diqqətə çatdırmağı z əruri hesab edir.
102. Əvvəla, əşyanın qaytarılması tələbinin yönəldiyi cavabdehin kimliyi, yəni iddiaya cavab verən şəxs olub-olmamaması düzgün müəyyən edilməlidir. Belə ki, həmin tələbin yönəldiyi cavabdeh əşyanı faktiki hakimiyyəti altında – sahibliyində saxlayan fiziki və ya hüquqi şəxs ola bilər.
103. İddia ərizəsində və apellyasiya məhkəməsinin qətnaməsində bu tələb üzrə cavabdeh “Cavabdeh1” kimi göstərilmişdir. Eyni zamanda mübahisəli əşya ilə bağlı polis orqanına müraciət edən şəxsin "xxxx" MMC olduğu qeyd edilir.
104. Əgər “Cavabdeh1” özü mülki hüquq münasibətlərinin müstəqil subyekti kimi mülkiprosessual hüquq qabiliyyətinə malik olmayıb "xxxx" MMC-yə aiddirsə, birinci instansiya məhkəməsi bu xüsusatı iddiaçının diqqətinə çatdırmalı, cavabdehin dəqiqləşdirilməsi və ya əvəz edilmə si məsələsini müzakirəyə çıxarmaqla həll etməli idi. Bu vəzifə rayon məhkəməsi tərəfindən yerinə yetirilməmişdir.
105. Kollegiya bildirir ki, sözügedən pozuntu iddiaçıdan qaynaqlansa da, birinci instansiya məhkəməsi onu aradan qaldırmaq üçün üzərinə düşən prosessual vəzifələri yerinə yetirmədiyi halda həmin pozuntunu apellyasiya məhkəməsi özü aradan qaldırmalı idi.
106. Ona görə də yeni apellyasiya baxışında əşya tələbinə cavab verməli olan cavabdehin dəqiqləşdirilməsi və ya əsl cavabdehlə əvəz edilməsi üçün zəruri olan prosessual tədbirlər görülməklə düzgün cavabdehə qarşı işə baxılması təmin edilməlidir.
107. Vindikasiya tələbinin üçüncü şərti (cavabdehin əşyaya sahibliyinin qanunsuz olması) isə onu nəzərdə tutur ki, cavabdehin hər hansı müqavilə və ya qanuni əsas olmadan əşyaya sahiblik etdiyi müəyyən olunsun. Həmin şərtə həm də əşyanın mülkiyyətçisinin kim olması barədə araşdırma ilə aydınlıq gəlmiş olacaqdır. Bu yoxlama nəticəsində əşyanın mülkiyyətçisinin hazırkı sahibi deyil, iddiaçı olduğu müəyyən edilərsə, iddiaçının iradəsi xaricində cavabdehin əşyaya sahibliyi qanunsuz hesab ediləcəkdir.
108. Beləliklə, kassasiya məhkəməsi göstərilənləri ümumiləşdirərək bildirir ki, birinci instansiya məhkəməsi əşyanın geri qaytarılması tələbi üzrə hüquqi dəyərləndirməni yuxarıda göstərilən normalar və şərtlər əsasında aparmamış, apellyasiya məhkəməsi isə bu hissəni ümumiyyətlə yoxlamamışdır.
109. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
110. Kas sasiya kollegiyası onu da vurğulayır ki, apellyator Cavabdeh2 ikinci tələb üzrə iddiaçı qarşısında məsuliyyəti ancaq birinci tələbin qanuni əsaslarla rəddindən sonra yarana bilərdi. Əgər birinci tələb təmin edilərsə, ikinci tələbin yoxlanılmasına ümumiyyətlə gərək qalmaz. Yəni, ikinci tələb birincinin düzgün həllinə bağlı olmaqla ondan asılıdır.
111. İddiaçı da ərizəsində tələblərini alternativ şəkildə irəli sürərək əvvəlcə əşyasının geri qaytarılmasını istəmiş, bu mümkün olmadıqda pulun Cavabdeh2 tutulmasını xahiş etmişdir.
112. Lakin birinci instansiya məhkəməsi ilk tələbi lazımi yoxlama aparmadan rədd edərək ikinci tələbə keçib Cavabdeh2 25.000 manat pul tutduğu üçün iddiaçı apellyasiya şikayəti verməmişdir.
113. Odur ki, yeni apellyasiya baxışında Cavabdeh2 şikayəti əsaslı hesab edil əcəyi halda iddiaçının əşya barəsində tələbinə şikayət verməməsi səbəbindən baxılmaması aşkar ədalətsiz vəziyyət ortaya çıxara bilər.
114. Bu səbəbdən Kollegiya tələblərin bağlılığı və asılılığını nəzərə alaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən tam hüquqlu məhkəmə kimi Cavabdeh2 iddiaçı qarşısında pul öhdəliyi daşıyıb-daşımadığını müəyyən etmək üçün əvvəlcə əşyanın geri qaytarılması barədə tələbə, sonra isə pul tələbinə baxaraq mübahisəyə bütövlükdə hüquqi qiymət verməlidir. İşə bu qaydada baxılması apellyasiya baxışının hədlərindən kənara çıxma sayıla bilməz.
115. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1502/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.