Məhkəmə qərarları › İş №2(102)-1268/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1268/2019

12.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1268/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-1268/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, maraqlı tərəfin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-xx/18) Ərizəçi "hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi təmin olunaraq, Ərizəçi 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək Ermənistanın ev1 fəhlə işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)xx/18) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: Ərizəçi Ərizəçi ərizə ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci tarixdən 28.11.1988-ci il tarixədək Ermənistan SSR, ev1 fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci ildə Ermənistan SSR-in Novemberyan rayonunda doğu lmuşdur. 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək Ermənistan ev1 fəhlə olaraq işləmişdir. Lakin 1988-ci il tarixdə məlum hadisələrlə bağlı əmək kitabçası Cil kənd kolxozunda qalmışdır. O, təqaüd alması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etsə də, 12 illik stajı əmək kitabçasında öz əksinin tapmadığından şöbə bundan imtina edərək ona bildirmişdir ki, əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada iş stajı təqdim edilmədiyindən əmək pensiyası hüququ yaranmamışdır. O, hal-hazırda heç bir yerdə işləmir və əlavə gəlir yeri yoxdur. O, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmiş, lakin əmək kitabçası itdiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorun nümayəndəsi E.Musayev və vəkili R.Qənbərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin oumasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Ərizəçi və vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: A zərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ciil tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya i nstansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlillər üzrə heç bir araşdırma aparmamış və onlara qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada a la bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində i ki qrupa bölmək olar: - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; - hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İşdən göründüyü kimi, ərizəçinin tələbi 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci tarixdən 28.11.1988-ci il tarixədək Ermənistan SSR, ev1 fəhlə işləməsi faktının müəyyən edilməsindən ibarətdir. Qətnamənin məzmunundan göründüyü kimi, məhkəmə bu faktı müəyyən edərkən ərizəçinin izahatına və iki nəfər şahidin ifadəsinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müə yyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin 5-ci vərəqində olan məktubdan görünür ki, ərizəçi bundan əvvəl yaşa görə (güzəştli şərtlərlə) əmək pensiyası təyin olunması barədə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmiş, lakin qanunvericiliklə müəyyən olunmuş qaydada iş stajı olmadığından ərizəsi təmin olunmamışdır. İş materiallarından ərizəçinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin bu hərəkətini in zibati qaydada mübahisələndirib-mübahisələndirmədiyi görünmür. Halbuki, ərizəçi inzibati orqanın hərəkətini (hərəkətsizliyini) mübahisələndirmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi tələbə uyğun gələn qanuni əsasın tapılmasından və ərizəçinin məhkəməyə bildirdiyi faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsinə dair mövqeyini əsaslı saymayaraq hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən təqdim olunan sübutlar (şahid ifadələri) əsasında Ərizəçi ərizəsinin təmin olunması üçün qanunda göstərilən dispozitiv şərtlərin mövcud olubolmaması bir daha yoxlanılmalı və qiymət verilməlidir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi ləğv edilsin, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar