Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1268/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Maraqlı şəxs cəlb edilməklə) qarşı, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı tələblər üzrə QƏRARİ (Açar sözlər: əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X11 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı Cavabdeh1, X6 qarşı, Maraqlı şəxs cəlb edilməklə ”qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia ü zrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6192/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.1993-cü il tarixli Müqaviləyə əsasən, X15 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 26,3 kv metr yaşayış sahəsindən 17,5 kv metr yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır.
2. Bakı şəhəri İcra Hakimiyyətinin Aparatının yanında Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsin ə əsasən, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 2 otaq y/s 26,3 kv metr və 17,5 kv metr Cavabdeh2 adına xüsusi mülkiyyət qeydiyyat alınmışdır.
3. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı 3 otaq y/s-51,7 kv metr, k/s6,0 kv metr payda, 1 otaq y/s 26,3 kv metr k/s 17,5 kv metr isə Cavabdeh2 paylı xüsusi mülkiyyətlərindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
4. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 1 10 kv metr yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Əliqulu oğlunun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2002-cı il tarixdə dövlət qeydiyyatı aparılmışdır.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktuba əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi küçəsindəki köhnə tipli 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin yerləşdiyi məhəllə daxili sahələrdə, müraciət müəllifinin yaşadığı evin pəncərəsinin bilavasitə qarşısında, eləcə də həmin evə keçid hissəsindəki dalanda uzun müddət öncə müvafiq icazə sənədləri olmadan kiçik həcmli yardımçı tikililər inşa edilmiş və artırma işləri aparılmış, göstərilən ünvanda yeni tikinti aparılması faktı aşkar edilməmişdir.
6. Nərimanov Rayon MKTB-nin İddiaçı ünvanlanan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarına əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı yaşadığı ünvanda qonşuları Şair Kəlbiyev və Piri Quliyev tərəfindən müxtəlif vaxtlarda yaşadıqları özbaşına tikilmiş evin yaxınlığında ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə əlavə tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Son baxış zamanı yeni tikinti işlərinin aparılması faktı müəyyən edilməmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X16, X8, X12, X17, X7 və X9 imzaladıqları xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, həqiqətən də qonşuları X6 məxsus olan ünvan 10 ünvanınd a yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
8. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X8, X12, X7 və X21 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları X6 məxsus olan ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir. 9. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X15 xüsusi mülkiyyətində olan evini İddiaçı bağışlamışdır
10. Mütəxəssis rəyinə görə ünvan 5 ünvanında X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındak ı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X5 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Sarıyev X13 Əli Alqulu oğluna və Cavabdeh2 qarşı qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi 1989-cu il tarixdə alınıb. Həmin tarixdən ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar, qonşuları yaxın qohumlarıdır. Cavabdehləri n sözügedən ünvandakı evlərini atası X19 öz halal pulu ilə alıb və cavabdehlərə hədiyyə edib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan, çoxsaylı xahişlərini, narazılıqlarını nəzərə almadan gediş-gəliş yolunda və gediş-gəliş yolunun üstündə qeyri-qanuni yeni tikililər inşa edir, evinin pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə ailəsini təbii havaya, təbii işığa həsrət qoyur, yollarını, evlərini qaranlıq edir, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Hal-hazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa etməyə məcbur olmuşdur. Tualetin şambosu (quyusu) dold uğundan üfunət qoxusundan, həşəratlardan həyətlərində oturmaq mümkün deyildir. 2020-ci ilin iyununda pandemiya dövründə cavabdehin oğlu X31 gediş-gəliş yolunun üstündə yeni tikililər tikərkən sakitcə ona yaxınlaşaraq yolun üstündə tikinti işlərinin aparılmaması xahişini etdikdə, cavabdehin övladları X31 və X32 qardaşları onun üstünə hücum çəkərək onu təhqir etmiş, Quliyev Piri onun qarın nahiyəsinə bıçaqla cızaraq onu öldürəcəyini demiş, hər ikisi onu döymək istəyəndə qonşular bunun qarşısını almışlar. X31 gediş-gəliş yolunda heç bir icazə olmadan qanunsuz ev tikmiş, ona məxsus evin həyətinə pəncərə açmışdır. Bunun qarşısını almaq istəyərkən Pirinin qardaşı X32 onun üstünə hücum çəkərək çənə nahiyəsinə bir-neçə yumruq zərbələri vurmuş, çənəsi bir ay şiş vəziyyətdə qalmışdır. Cavabdehin oğl u X22 qardaşı X23 Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri vəzifəsində işləmiş cənab Mədət Quliyevlə və kollektiv işçilərlə birgə şəkilini ona göstərərək, qardaşının vəzifəli olduğuna görə ona hədə-qorxu gəlmişdir. Cavabdeh2 onun ailəsindən heç bir icazə almadan ona məxsus yaşayış evinin pəncərəsinin önündə ara məsafəsi saxlamadan qeyri-qanuni ikimərtəbəli ev tikdirmişdir. Cavabdeh2 sözügedən tikintini sökməsi barədə çoxsaylı xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh2 oğlu X2 qeyri-qanuni tikilinin pəncərəsindən çəkdiyi siqareti, yediyi mağaza yeməklərinin plastik qablarını sözügedən pəncərənin önünə atıb və nəticədə pəncərənin önü zibillik olub, pəncərəni zibilliyə görə aça bilmir. Evlərini neçə dəfə təmir etmişlər, pəncərələrinin önündə cavabdeh Esmiralda xanım ev ti kdiyindən evləri havasız, təbii işıqsızdır, rütubətlədir, divar kağızları qopub yerə tökülür, sağlamlıqlarına çox böyük zərər dəymişdir.
13. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafə saxlamadan Cavabdeh2 qeyri-qanuni zəbt edərək inşa etdiyi ikimərtəbəli evin birinci mərtəbəsindəki hamam, tualet, həyət və birinci mərtəbəyə aid olan dəmir darvazalı qapı, ikinci mərtəbəsindəki hamam, tualet, koridor və 1 otaq ev tikintilərinin Cavabdeh2 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ona məxsus fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyriqanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 o taq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin Cavabdeh1 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək, yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi, Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə Cavabdeh1 hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması, cavabdeh Əlin Quliyevin ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qanunsuz zəbt edərək inşa etd iyi mətbəxə (3 kv metr) dair həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 kv metr) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 kv metr) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6,60 kv metr) dair, dəhliz (2,40 kv metr) dair, 1 otaq evə (19,30 kv metr) dair və ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15,50 kv metr) 2 metrə artırılmasına dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh1 İddiaçı qarşı “qanuns uz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 6 ünvanında inşa edilmiş qanunsuz tikililərin və hasarın onun hesabına sökülməsi, qeyd edilən ünvana əvvəllər mövcud olmuş gediş-gəliş yolunun bərpa olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İlk İddiaçı qeyd edilən ünvanda ona məxsus yaşayış evinə demək olar ki, bitişik, qanunsuz tikililər tikmiş, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu, eyni zamanda bu tikililərlə ümumi istifadədə olan yola çıxışını kəsmiş, həmin yolu zəbt edərək qanunsuz olaraq inşaat və hasa rlama işləri aparmışdır.
16. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Cavabdeh1 1988-ci il qaçqınlıq dövründə həyat yoldaşı və uşaqları ilə birgə Bakı şəhərinin Türkan kəndinə köç edərək çətin həyat şəraitində yaşamışlar. Cavabdeh1 və onun yaxın qohumların xahişlərinə əsasən mərhum atası cavabdehə və bacısına fərdi yaşayış evinin bir hissəsini bağışlamışdır. Hər dəfə qanunsuz olaraq ümumi istifadədədəki gediş-gəliş yolunda olan torpaq sahəsində tikinti işləri apararkən Cavabdeh1 evə giriş-çıxışa yol saxlanmasını xahiş etsə də, əhəmiyyəti olmamış, hətta istifadə etdikləri tualeti söküb yerində mağaza tikmişlər, məcbur qalaraq şəhər yerində şambodan istifadə edirlər, amma şambo dolduğundan, ikinci şambo qazaraq istifadə edirlər və bu səbəbdən həyətdə üfunətdən oturma q mümkün deyildir. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən ümumi istifadə tualetlərinin sökülməsinə hətta qonşuları tərəfindən mənfi fikir bildirilib. Cavabdeh1 Covid19 Koronovirusun yayılmasına səbəb olan və qanunlara zidd olan Baki şəhərinin mərkəzində tualetlərini söküb, kanalizasiya sistemini özbaşına ləğv edib və yerində mağaza inşa edərək sahibkarlıqla məşğul olur, tikinti işləri aparır.
17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 həm iddia müddətinin ötürüldüyü, həm də ilk iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, 2000-ci ilin sentyabrın 1-dən əvvəl yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikası MM-nin 73-cü maddəsi, həmin dövrdən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə Azərbaycan Respublikası MMnin 373-cü maddəsində göstərilən iddia müddətləri tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsi ilə ümumi iddia müddəti on il kimi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi tikililər ötən əsrin 70-90-cı illərində tikilmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini məhkəmədən xahiş edir. 18. 2(005)-3765/2021 saylı mülki iş üzrə 17 yanvar 2022-ci il tarixli 10/5366 № №-li ekspert rəyinə əsasən, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin ünvan 10 ünvanında tərəflərin ümumi istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50- 0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam, sanitar q ovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı arasında ara məsafə 2,10 metr (7,0 x 0,3) əvəzinə 0,50-0,60 metr saxlanıldığından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir. 19. 2(005)-163/2022 №-li mülki iş üzrə 2 dekabr 2022-ci il tarixli 10/5968 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi, Cavabdeh1 istifadəsində olan tikililə rin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həm in tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmadığı, Cavabdeh2 istifadəsində olan həyətyanı sahədə inşa edilmiş tikililərin (1ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik i nşa edilmiş sahəsi 4,6 kv metr və 3,8 kv metr olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv metr olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin, eyni zamanda yuxarıda qeyd olunan tikililərin texniki pasportda qeyd olunmadığını, həmin tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədinin mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mö vcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; Cavabdeh2 istifadəsində olan həyətyanı sahədə inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, digər tikililərin İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi, Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış e vinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşmədiyini nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçının iddia etdiyi sanitar qovşağı tikilisi ilkin iddia üzrə Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikilidir. Faktiki vəziyyətdə həmin 11 saylı tikilinin arakəsmə divarları sökülərək dəhliz kim i istifadə edilir. 20. 2(005)-34/2023 №-li iş üzrə 05 iyun 2023-cü il tarixli 10/2752 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X10 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, X10 tərəfindən inşa edilmiş tikilinin (birinci mərtəbədəki hamam sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı və digər tikililər) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi müəyyən edilir. Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilm əsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı, X10 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam sanitar qovşağı və 2-ci mərtəbədə yerləşən, sanitar qovşağı və digər tikililər, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv metr və 3,8 kv metr olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv metr olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 6 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa ed ilməsini və sözügedən tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədi mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı, X10 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, balkon və 1 otağın İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin, eləcə də 13 saylı tikilinin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyi tikililərin, o cümlədən 11 saylı ayaqyolu tikilisinin İddiaçı məxsus hər-hansı tikilinin sökülər ək üzərində inşa edilmədiyi, Cavabdeh1 adına tərtib edib edilmiş, xx.xx.2002-ci il tarixli Texniki pasportda olan 11 saylı sanitar qovşağı tikilisinin İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmədiyi; İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisinin Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikili olduğu, faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı 2 kv metr sanitar qovşağı, 12 saylı 6,6 kv metr, 10 saylı 2,4 kv metr, 3 saylı 19,30 kv metr, 8 saylı 3 kv metr, 13 saylı 39 kv metr və 9 saylı 15,5 kv metr tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 114599 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmadığı müəyyən edilir. (Qeydiyyat vəsiqəsində evin sadəcə ümumi sahəsi göstərilmişdir. Hər hansı tikili göstərilməmişdir.) İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 12 saylı, 10 saylı, 8 saylı, 3 saylı, 13 saylı tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, həmin tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda göstərildiyi müəyyən edilir. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0,9 metr hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gedişgəliş yo lunda inşa edildiyi müəyyən edilir. ünvan 9 ünvanda X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X5 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığından, ünvan 9 ünvanda X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin sökülməsinin bütövlüklə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub olmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin havalandırılması, işıqlandırılması, rütubətin t ənzimlənməsinə mənfi təsir göstərmədiyi müəyyən edilir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə ”qeyri-qanuni tikililərin sökülməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiasının rədd olunması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı ”qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 0 (üç yüz) manat məbləğində pulun 50 %-i, yəni 150 manat pul ilk iddia üzrə İddiaçı, 50%-i, yəni 150 manat pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50-0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcud olsa da, ilk iddia Ca vabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə, yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. Həmçinin X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. İlk iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üstüstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56 və 66.1-cı, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikas ı Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1, 155.2, 171.1, 171.2, 171.3, 180.1, 180.4, 372.1, 373.1, 375.1 və 375.2-ci, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 25- ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixl i 4 №li Qərarının 3.3-cü bəndinə, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarına, «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüqu qları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 103.1 və 206.1-cı maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək ilk iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv olunmasını və ilkin iddia üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ünvan 13 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Bakı Kadastr və Reysteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 məxsus fərdi yaşayış evinin 1997-ci il tarixli texniki pasportu möhürlənmiş, imzalanmış şəkildə göndərilmiş və tikinti altında olan sahə 113 kv metr qeyd olunmuşdur. Cavabdeh1 adına olan 2002-ci il tarixli texniki pasportda isə tikinti altında olan sahə 178 kv metrdir və bu texniki pasport 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmamışdır. Cavabdeh Quliyev X14 Rayon Məhkəməsindən özünə aid 1997-ci il tarixli texniki pasportunu gizlətməsində əsas səbəb budur ki, sözügedən fərdi yaşayış evinin köməkçi sahəsində ayaqyolu olmuşdur. Eyni zamanda 1997-ci il tarixli texniki pasportunda tikinti altında olan sahəsi 113 kv metr göstərilmişdir. Lakin, Cavabdeh1 məhkəməyə təqdim etdiyi 2002- ci il tarixli texniki pasportda əvvəlki texniki pasportda köməkçi sahədə olan ayaqyolu göstərilməmiş və tikinti altında olan sahə 178 kv metr qeyd olunmuşdur. Uyğunlaşdırdıqda 65 kv metr sahə əlavə qeyri-qanuni tikilinin olduğu məlum olur. Məhkəmə həmçinin bu hala düzgün hüquqi qiymət verməmişdir.
26. Bundan başqa iş üzrə təyin edilmiş ekspertiza rəyi və mütəxəssis rəyi ilə cavabbeh tərəfindən əlavə tikililərin olması, həmin tikililərin iddiaçının mənafeynə zidd olması, onun mülkiyyət hüququnun pozması müəyyən olunsa da, rayon məhkəməsi həmin halları da diqqətdən qaçırmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə çıxarılmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-6192/2023 nömrəli, 29 n oyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiyada baxan məhkəmə ilkin iddia tələbini təmin etməmək barədə nəticəyə gələrkən işin araşdırılmış hallarını və mülki prosessual normaların tələbləri baxımından qeyd edilən rəylərin mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir.
29. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə yalnız 2020-ci ilin iyun ayında pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X15 xüsusi mülkiyyətində olan evini İddiaçı bagışlamışdır. Tərəflərin izahatlarından məlum olur ki, X15 bağışlama müqaviləsindən bir müddət sonra vəfat etmişdir. Müəyyən edilmişdir ki, X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inş a etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. Bu faktı mübahisəli evin yerləşdiyi küçədə yaşayan qonşular, ilk iddiaçı tərəfindən mübahisə edilən Cavabdeh2 məxsus tikilinin 1997-ci ildən əvvəl tikildiyini tərtib etdikləri xx.xx.2022-ci il tarixli “Akt”la və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə təsdiq etmişlər.
30. Həmçinin, ekspert rəylərində də mübahisə predmeti olan tikililərin nə vaxt tikilməsi müəyyən edilməmiş, konkret olaraq göstərilmişdir ki, “ünvan 14 ünvanda Cavabdeh2 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evini pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müə yyən etmək mümkün olmamışdır. Lakin, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur”.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin bu halları iddiaçının mübahisəli tikilinin bir neçə il bundan əvvəl tikilməsi ilə bağlı dəlillərini tam əsassız və işdə olan sübutlarla tam təkzib olunması qənaətinə gəlməyinə kifayət qədər əsas verir.
32. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. İlk iddianın Cavabdeh1 aid hissəsinə də qiymət verərək apell yasiya instansiyası məhkəməsi göstərmişdir ki, aparılmış ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyinin müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.
34. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 münasibətdə də iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı məxsus ünvan 9 mənzil in torpaq sahəsinin gedişgəliş yolunda inşa edilmiş tikilinin də Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əksini tapmış 9 saylı tikilinin 0,9 metr hissəsinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini, başqa sözlə, bu tikilinin 2002-ci il və ya ondan əvvəl inşa edilərək texniki pasporta əlavə edilməsini nəzərə alır və qeyd etməyi zəruri sayır ki, 20 ildən artıq bu mövcud vəziyyətdə yaşayaraq hazırda ilk iddiaçının sözügedən və digər tikililərin sökülməsi və sair tələbləri cavabdehlə aralarında yaranmış qərəzli və münaqişəli mübahisələrin nəticəsidir. Cavabdeh tərəfin izahatlarından görünür ki, ilk iddiaçının atasının sağlığında mövcud tikililər inşa edilmiş və heç bir narazılıq olmamışdır. Yalnız son illərdə ilk iddiaçının onlara qarşı yaranmış qərəzli münasibət in nəticəsində illərlə istifadədə olan tikililərin qanuniliyini mübahisələndirməyə başlayıb. Halbuki, bu tikili ona maneə yaradırdısa, inşa edilən vaxtı bunu mübahisələndirərdi.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda 0,9 metr hissəsinin genişləndirilməklə cavabdehin evinə aid Texniki Pasportda olan 9 saylı tikilinin inşa ediməsi ilə ilk iddiaçının subyektiv hüquqlarını pozmasına dair iddia dəlilləri kifayət qədər mötəbər sübutlarla əsaslandırılmaması və bu tikilinin sökülməsi ilə tərəflər arasında yaranmış mübahisəli vəziyyətə tamamilə son qoyulmaması əsası ilə təmin edilməsi mümkün sayıla bilməz.
36. Məhkəmə kollegiyası ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab etmişdir ki, bu tələblər əsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçının Konstitusiya hüquqları ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bunun nəticəsində isə Konstitusion hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qanunsuz və əsassız hüquqlarını bərpa etməmiş cavabdehlərin bu əməllərini göz yummuşdur. Məhkəmənin qəbul etdiyi qanunsuz və əsassız qərarlar nəticəsində cavabdehlər öz əməllərini bugünədək davam etməkdədir. İddiaçı hesab etmişdir ki, məhkəmə qərar qəbul edərkən qanunun aliliyinə təqdim etdiyi sübutların mötəbərliliyinə əsaslanmadan cavabdehlərin şəxsi mülahizələrini əsas götürərək maddi hüquq normalarını pozaraq qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi
40. Maddə
56. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
41. Maddə 66.1. Dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.
43. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı t ələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
45. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
46. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
47. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür tə sirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
48. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır
49. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
50. Maddə 384.0 və 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu
51. Maddə
10. Təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
52. Maddə
25. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər və qarşılıqlı iddiaçı apellyasiya şikayəti verməmiş, İddiaçı isə yalnız ilk iddianın rədd olunması hissədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin həddə işə baximışdır. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə, yəni ilk iddianın rədd olunması ilə bağlı yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara ilk i ddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
65. Belə ki, iddianın rədd olunmiası barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabbeh Cavabdeh2 tərəfindən inşa olunmuş və sökülməsi tələb olunan özbaşına tikililərin hansı tarixlərdə inşa edilməsini iddiaçı dəqiq göstərə bilməmiş, yalnız 2020-ci ilin iyun ayında qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət yaranmasını qeyd etməklə kifayətlənmiş, həmçinin iddiaçının atası Nurəli Kəlbiyev sağlığında cavabdehə qarşı hazırkı tələbləri irəli sürməmiş, hər hansı formada tikintilərə etiraz etməmişdir. Bu hallar əsas verir ki sökülməsi tələb olunan (t exniki pasportda əksini tapan və tapmayan) tikililər 2016-cı ildən xeyli əvvəl, yəni iddiaçı mülkiyyət hüququnu əldə edənə kimi inşa olunmuşdur. İddiaçı isə yaşayış evinə mülkiyyət hüququnu hazırkı mövcud vəziyyətdə əldə etmişdir ki, bu baxımdan Cavabdeh2 qarşı hazırkı tələblərlə çıxış etməyə subyektiv hüquqa da malik olmamışdır.
66. İddianın Cavabdeh1 aid hissəsinə gəldikdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur ki, bu da Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçının hər hansı hüququnun pozulmamasına dəlalət edir.
67. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 qarşı hazırkı iddia tələblərini irəli sürməkdə iddiaçının iddia müddətini ötürməsi bapədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, həmçinin iddiaçı cavabeh Cavabdeh1 qarşı iddia tələblərini irəli sürməkdə də qanunla müəyyən edilmiş iddia müddətlərini üzrlü səbəblər olmadan ötürmüşdür.
68. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı iddiası özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi ilə bağlıdır. O adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlanmadan Cavabdeh2 inşa etdirdiyi evin birinci mərtəbəsindəki hamam n, tualetin və birinci mərtəbəsinə aid olan dəmir qapının, ikinci mərtəbəsindəki hamamın, tualetin, dəhlizin və 1 otaqın sökülməsini, boşaldılmasını, əvvəlki vəziyyətinə gətirilməsini, Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsinin gediş-gəliş yolunda inşa etdirdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evə aid 2 metr artırma, ona bitişik daş pilləkən, dəmir balkon, tualet, hamam, mətbəx və dəhliz kimi özbaşına tikililərinin sökülməsi, boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh1 ümumi istifadədə olan tualetin və onun kanalizasiya sistemini söküb yerində özbaşına inşa etdirdiyi mağaza binasının və 1 otaq evin sökülməsini, həmin tikililərin əvvəlki vəziyyətə gətirilməsini və özbaşına tikililərin işləndiyi Texniki pasportun ləğv olunmasını xahiş etmişdir.
69. Gör ündüyü kimi iddiaçının tələbləri mülkiyyətində olan yaşayış evindən təyinatına uyğun istifadəyə cavabdehlərin özbaşına tikililər inşa etdirməklə mane olmalarının qarşısınnı alınması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Cavabdehlər bu hərəkətləri isə özbaşına tikili inşa olunduğu andan davam edən hərəkətlərdir. İddiaçının cavabdehlərin bu hərəkətlərinə son qoyulmasını tələb etmək hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə müddət şamil edilmir.
70. İşə baxan apellyasiya məhkəməsi isə göstərilənləri nəzərə adlmadan iddia tələblərinin rədd olunması əsaslarından biri kimi İddiaçı iddia müddətlərini ötürməsi barədə düzgün nəticəyə gəlməmişdir.
71. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Digər Cavabdeh1 məxsus yaşayış evi isə iddiaçının qonşuluğunda, ümumi həyətdə yerləşir. İş üzrə təyin edilmiş ekspertiza rəylərinə görə isə hər iki cavabdehin həm ümumi həyətdə, həm də evin özlərinə aid hissələrinə bitişik olaraq özbaşına tikililər inşa etdirmələri müəyyən olunmuşdur.
72. Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililərin iddiaçı yaşayış evinə mülkiyyət hüququnu əldə edənə qədər, yəni 19 aprel 2016-cı il tarixə kimi inşa olunduğu, iddiaçının yaşayış evini mövcud vəziyyətdə qəbul etdiyi, ona görə də hazırkı iddia tələbləri ilə müraciət etmək hüququnun olmadığı qənaətinə gələn apelly asiya məhkəməsi cavabdehin bu bardə olan izahatına, qonşuların notarial qaydada təsdiqlənmiş ərizələrinə, yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının göstərdiyinə görə tərəflər arasındakı hazırkı mübahisə Cavabdeh2 uşaqlarının 2020-ci ildə özbaşına tikili aparmaları ilə yaranmış, həmin şəxslər özbaşına tikililər inşa edərkən iddiaçı mane olmaq istədikdə münaqişə baş vermiş, iddiaçıya bədən xəsarətləri yetirilmişdir. Məhkəmə Cavabdeh2 inşa etdirdiyi tikililərin hansının xx.xx.2016-cı il tarixə kimi, hansının həmin tarixdən sonra aparılmasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, iddiaçı tərəfindən irəli sürülən həmin hallar üzrə araşdırma aparmamış, iddiaçı ilə Cavabdeh2 uşaqları arasında baş vermiş münaqişə il ə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılıb-aparılmaması, əgər aparılmışdırsa özbaşına tikililərə dair həmin materialda əksini tapmış məlumatlar tədqiq edilməmişdir. Ümumiyyətlə məhkəmə Cavabdeh2 tərəfindən çoxsaylı özbaşına tikililər inşa olunmass, həmin tikililərin iddiaçının hüquqların pozması qənaətinə gəlsə də, hər bir tikiliyə münasibətdə tədqiqat aparmamış, kifayət qədər əsas olmadan ümumilikdə tikililərin xx.xx.2016-cı il tarixə kimi inşa olunması, habelə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir.
73. Cavabdeh1 aid hissədə iddianın rədd olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən özbaşına tikililərin inşa olunması müəyyən edilsə də, həmin tikililər iddiaçıya məxsus yaşayış evi və torpaq sahəsi ilə üst-üst ə düşmədiyinə görə iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi əsası ilə iddianın rədd edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı iddia tələbi təkcə yaşayış evinin havalandırılmasının, işıqlandırılmasının qarşısının alınması, rütubətin artmasına şərait yaratması ilə bağlı olmamışdır. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh1 inşa etdirdiyi özbaşına tikililər ümumi istifadədədəki gediş-gəliş yolunu bağlamış, kanalizasiya sistemini özbaşına ləğv edib, tualeti söküb yerində mağaza tikməsi nəticəsində şambodan istifadə etməyə məcbur olduqlarından həyətdə pğır qoxunun yayılması, həşəratların artması baş vermiş, nəticədə antisanitariya şəraiti yaranmışdır.
74. İşdə olan 2 dekabr 2022-ci il tarixli 10/5968 №- li ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmamış özbaşına tikililərdir. Lakin həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmir. Lakin tikinti-texniki ekspertizasına aid olmadığından rəydə həmin tikililərin iddiaçıya məxsus yaşayış evinə və orda yaşayan şəxslərə digər təsirlərin, həmçinin qoxunun təsirinin olub-olmadığını, vardırs a bü təsirlərin iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaradıb yaratmamasını, iddiaçının hüququnun hansı dərəcədə pozulmasını müəyyən etməmişdir.
75. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 -ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6192/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.