Məhkəmə qərarları › İş №2(102)-1269/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1269/2022

11.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1269/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə, Cavabdeh MMC-nin İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1269/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6537/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2012-ci ildən 2017-ci ilədək "xxxx" MMC-də tibb bacısı işləmişdir. Həmin cəmiyyətin təsisçisi eyni zamanda Cavabdeh MMC-nin qanuni təmsilçisidir. İddiaçı hesab edir ki, işlədiyi müddət ərzində onun əmək hüquqları dəfələrlə kobud surətdə pozulmuş və ona maddi zərər vurulmuşdur. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. Cavabdeh şirkət isə həmin məlumatların onun işgüzar nüfuzuna xələl gətirməsi əsası ilə qarşılıqlı tələblə çıxış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək, Cavabdeh MMC-dən əmək hüquqlarının pozulması nəticəsində vurulmiş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş maddi zərərə görə 50.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)1901/2021 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı AR Əmək Məcəlləsinin 296-cı maddəsinin d ispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.

6. Həmçinin, məhkəmə ilkin iddia üzrə iddiaçının sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olmasına, iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfind ən sığorta olunmadığına, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulmasına, əlavə işə cəlb edilərək ödənişini almadığına dair dəlilləri ilə bağlı hesab etmişdir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillər əsaslı sayıla bilməz. Məhkəmə ilkin iddia üzrə İddiaçı 50000 manat məbləğində maddi ziyan, 20000 manat məbləğində mənəvi ziyan vurulmasına dair tələblərinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməməsini qeyd etmişdir. İddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.

7. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

8. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək onun da təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı 50000 manat məbləğində mənəvi ziyanın vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

10. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə, pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə müraciət edərək yalnız onun pozulmuş hüquqlarının bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddiaçı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamış, heç bir kütl əvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir.

11. Beləliklə də, məhkəmə qarşılıqlı iddia tələbinə də hüquqi qiymət verərək hesab etmişdir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və belə müraciət onların məsuliyyətə cəlb olunmasına əsas vermir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh MMC apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6537/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli ) İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)-1901/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin hissəvi - Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə yoxlanılır.

33. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, İddiaçı müraciətləri nəticəsində Cavabdeh MMC-nin işgüzar nüfuzu zərər vurulmuş, bunun nəticəsində MMC maddi ziyana uğramışdır.

34. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən onun iş güzar nüfuzuna zərər vurulmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, qeyd olunan hal məhkəmə araşdırmaları nəticəsində də öz təsdiqini tapmamışdır.

35. Mülki Prosessual Məcəlləyə (§21, §24, §25) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazları nı əsaslandırdığı halları sübut edir.

37. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, qarşılıqlı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, kassasiya şikayətinin dəlilləri formal mülahizə, aşağı instansiya məhkəmələri tərəfindən gəlinən nəticə isə qanuni və əsaslıdır. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhk əməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6537/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar