Məhkəmə qərarları › İş №2(102)-127/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-127/2020

21.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-127/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “özəlləşməsi aparılmiş əraziyə mülkiyyət hüququnun verilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan şəhəri Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.X.Səfərəliyeva) İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşməsi aparılmiş əraziyə mülkiyyət hüququnun verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassiz olduğundan rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Y.S.Qurbanov, hakimlər S.Qarayev və Ə.Xıdırov) İddiaçı və onun nümayəndəsi X1 apellyasiya şikayıti təmin edilmımiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı Naxçıvam MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşməsi aparılmiş əraziyə mülkiyyət hüququnun verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Naxçıvan MR Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq xx xxxx 2006-cı il tarixli xx xxxxxxxx 2013-cü il tarixli qərarlar əsasında özəlləşməsi aparılmış ərazilərə yerində mövcudluğu müəyyənləşdirilməklə 46 nömrəli ərazi üzrə artıq 120 kv, 42 nömrəli əraziyə verilmiş 600 kv.m əraziyə süni yolla yayındırılmış 100 kv.m ərazinin, 2013-cü ildə özəlləşməsi aparılmış ərazinin təkrarən 140 kv.m özəlləşmiş, ümumilikdə isə 360 kv.m əraziyə onun adına mülkiyyət hüququnun verilməsi, əks halda mümkünsüzlüyü ortaya çıxarsa onunla aparılmış bazarlığın tam əksinə mövcud tənzimlənmiş qiymətlə ödənilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddi açı iddia ərizəsinə əlavə edərək Naxçıvan şəhər 1 saylı notariat kontoru tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 4/Ə-02-395 saylı müqavilənin ləğv olunmasını, özəlləşməsi aparılmış ərazidən qalan 391 kv.m İ.Qasımovda, 128 kv.m, R.Sadiqovda 64 kv.m, Y.Abdullayevdə 59 kv.m əraziyə mülkiyyət hüququnun verilməsi və ona vurulmuş 34239 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialların dan görünür ki, Naxçıvan şəhəri 2 saylı dövlət notariat kontorunda xx.xx.2019-cu il tarixdə qeydiyyatı aparılmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasın X3 mülkiyyətində olan ünvan 1 ünvanında 472.0 kv.metr torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 253,79 kv.m, yaşayış sahəsi 168.01 kv.m, yardımçı sahəsi 85,78 kv.m olan 8 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamış və bağışlama müqaviləsinə əsasən göstərilən daşınmaz əmlaklara xx.xx.2019-cu il tarixdə İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq ona çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydad a məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüquq məhkəmə tərəfindən bərpa edilir. Odur ki, məhkəmə icraatında ola n hər bir iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Al i Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehti va edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin “birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olub olmamasını araşdırmaması, subyektiv hüququ olmayan İddiaçı tələbinə mahiyyəti üzrə baxıb ona hüquqi qiymət ver məklə səhv nəticəyə gəlməsi barədə mövqeyi ilə razılaşır. Belə ki, işin müəyyən olunmuş hallarından aydın olur ki, bağışlama müqaviləsi əsasında iddiaçının ünvan 2 ünvanında 472.0 kv.metr torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 253,79 kv.m, yaşayış sahəsi 168.01 kv.m, yardımçı sahəsi 85,78 kv.m olan 8 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmış, onun həmin əmlaklar üzərindəki mülkiyyət hüququna hər hansı formada müdaxilə baş verməmiş və bununla əlaqədar iddiaçının tələbi olmamışdır. İddiaçının tələbi oğlu R.İsmayılovun mülkiyyətində olmayan, ona görə də bağışlama müqaviləsində əks edilməyən torpaq sahəsinə münasibətdə pozulmuş hüquqularının bərpasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı oğlu X3 tərəfindən ona bağışlanan torpaq sahəsindən əlavə, torpaq sa həsi tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, onun torpaq sahəsinə mülkiyyət hüququ bağışlama müqaviləsində göstərilən torpağın ölçüsü ilə məhdudlaşır və o,bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçən torpaq sahəsindən əlavə torpaq sahəsini tələb edə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı başqa şəxslərdən tələb etmək hüququ olmadığına görə bununla əlaqədar kassasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilə bilməz. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənl əri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar