Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-127/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, həbs, ev dustaqlığı, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublik ası Dövlət Sərhəd Xidməti) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5020/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə bəraətin verilməsi və İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.
2. Həmin hökmdə qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı tədbiri ilə əvəz edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(105)-120/2021 saylı qərarı ilə apellyasiya protestinin təmin olunmaması və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012) 15/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(102)1001/2021 saylı qərarı ilə İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi zərərin əvəzi olaraq 40.000 manat iş fəaliyyətindən məhrum edilməsi ilə bağlı, həkim qəbulları, müayinə və müalicələrin əvəzi olaraq 5.000 manat, satılmış daşınmaz əmlakın dəyəri olan 50.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona qarşı sözügedən ittiham irəli sürüldükdən sonra işlədiyi iş yerində ondan 14 iyun 2018-ci il tarixində “öz xahişi əsasında işdən çıxarılmağı barədə” ərizə yazaraq işdən çıxması tələb edilmişdir. Onların təkidi ilə işdən çıxdığı tarixdən etibarən işsiz qalmışdır. Halbuki, aylıq 270 manat əmək haqqı, 100 manat həvəsləndirmə (iki aydan bir 200 manat köçürülüb), yarışlardan 500 manat orta hesabla (dəfələrlə 1-ci yer tutmuş, 1-ci yerə 500 manat, 2-ci yerə 350 manat, 3-cü yerə isə 250 manat mükafat verilib. Bunda n əlavə olaraq yarışın şərt və digər meyarlarına əsasən mükafat fondları dəyişilib) aylıq ümumilikdə 1.000 manat civarında gəliri olub. Barəsində cinayət işinin başlandığı 14 iyun 2018-ci il tarixindən bu günədək (14 iyun 2018-ci il – 01 dekabr 2021-ci il tarixinədək) 41 ay müddətində gəliri orta hesabla 41.000 manat olmalı idi. Əgər iş fəaliyyəti davam etsəydi həmin 4 ilə yaxın müddət ərzində onun vəzifəsinin artması səbəbilə gəliri dəfələrlə arta bilərdi. Beləliklə də ümumilikdə iş fəaliyyəti ilə əlaqədar olaraq ona dəyən zərər 40.000 manat məbləği ötmüşdür. İş fəaliyyətindən məhrum olunduğu üçün və ailədə ondan başqa gəlir əldə edən şəxs olmadığına görə məcbur qalıb yaşadıqları evi də sataraq həm ailəsinin ehtiyaclarına, həm də bu işlə bağlı olan müddət ərzində məhkəmə iclaslarında işti rak üçün yol pullarına, hüquqi yardım xərclərinə və sair bu kimi xərcləri qarşılamaq üçün həmin pulu istifadə etmişlər. Bundan başqa bank və digər fiziki şəxslər qarşısında onların aylıq ödəməli olduqları öhdəliklər olduğuna görə ailəsi bu problemdən dolayı ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin istintaq və məhkəmə araşdırması müddətində o və ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün psixoloq və digər həkim qəbullarında olmuş və müalicələr almışlar. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər onun cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə də, o, ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı həbs edilməsi, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri onu həm maddi, həm də mənəvi zərərə məruz qoyu b.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1769/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 41 ay ərzində işsiz qalmasını əsas gətirərək, nəzəri hesablanma yolu ilə (aylıq əmək haqqı, əldə edəcəyi gəlir və s.) ona 40.000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, iş materialları ilə, habelə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində cinayət işi başlanana qədər öz ərizəsi ilə işdən azad edilmişdir. Həmçinin, iddiaçı istintaq və məhkəmə araşdırması ilə əlaqədar həkim qəbulları, müayinə və müalicə üçün 5.000 manat ödədiyini, habelə cinayət işinin istintaqı ilə əlaqədar olan məsrəfləri ödəmək üçün 50.000 manat dəyərində evi satdığını qeyd edərək, həmin pul vəsaitlərinin əvəzini tələb etsə də, onun tərəfindən bu tələbləri təsdiq edəcək hər hansı bir əsaslı sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir.
9. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2-ci, «Təhqiqat, ibtidai ist intaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 57.1, 58.1, 58.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Həmin qətnamədən iddiaçı, cavabdeh və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra – üçüncü şəxs) apellyasiya şikayətləri vermişlər.
12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri həmin vaxtlar hadisənin şokundan ayılmadıqları üçün öz addımlarını rəsmiləşdirməmişlər. Bundan əlavə, psixoloji sarsıntı iddiaçıda indi də qalmaqdadır ki, hazırda bu, nə maddi xərclərlə, nə də digər xərclərlə qarşılanaraq əvəzi ödənilə bilmir. Bu qədər müsibətlərdən sonra zərərin əvəzi olaraq 5.000 manat məbləğində kompensasiyanın təyin edilməsi ədalətsiz mövqe daşımağın bariz nümunəsidir. Nəzərə alınması zəruridir ki, iddiaçı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkumluq qeydiyyata alınmışdır. İşəgötürənlər tərəfindən iddiaçıya məhkum rəftarı edilərək, qeyri-qanuni olaraq işə götürülməmişdir. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir.
13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəv i zərərə görə 5.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi CPM-in 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatd ır. CPM-in yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır.
14. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Daxili İşlər Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Daxili İşlər Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. İddiaçının təqsirləndirilən şəxs qismində cəlb olunmasının onun etirafedici ifadəsi əsasında həyata keçirilməsi, bəraətin isə məhkəmə tərəfindən onun dəyişdirilmiş ifadəsinə əsaslanması iddiaçıya hər hansı ziyanın əvəzinin ödənilməsini istisna edir. Daxili İşlər Nazirliyi tərəfindən heç bir qanunsuz hərə kət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Daxili İşlər Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5020/2022 nömrəli, 5 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və H.Həmidov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, iddiaçıya vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətl ərinin təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə nəzərdən keçirərək iddiaçının 23 ay ev dustaqlığında qalmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı vurulmuş mənəvi zərərə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına 15000 manat məbləğində pul ödənilməsi ədalətlidir.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, CPM-in 190-cı maddəsi zərərçəkmiş şəxsin kompensasiya almaq hüququnu özündə ehtiva edir. Hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs statusunda deyil, bəraət almış təqsirləndirilən şəxs statusunda olmuşdur. Bu səbəbdən də CPM-in 190-cı maddəsində nəzərdə tutulmuş kompensasiyadan faydalanma q iddiaçıya şamil edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual pozuntulara yol verilmişdir. Məhkəmə iddiaçı nın mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 15.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi CPM-in 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Ümumiyyətlə, son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) məhkəmələr tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mülki Məcəllə
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nətic əsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
24. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
25. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanuns uz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu 26. 4-cü maddənin 1-ci bəndi. Bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 27. 5-ci maddənin 1-ci və 5-ci bəndləri. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 28. 6-cı maddənin 1- ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 29. 7-ci maddənin 1, 2 və 3-cü abzasları. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 30. 12-ci maddəsinin 3 və 4-cü abzasları. Fiziki və mənəvi ziyan, Azərbaycan Res publikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36. 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər... Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktından yalnız cavabdeh kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində qanunsuz iddiaçının mənəvi zərərə məruz qalması və həmin zərərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olması hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Belə ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
42. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənə dlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
43. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
44. Cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəməli olduğu Mülki Məcəllənin 1101.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur.
45. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır (4cü maddənin 1-ci bəndi). Təhqiqat, ibtidai istintaq, prokurorluq v ə məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir (7-ci maddənin 1, 2 və 3-cü abzasları). Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir (12-ci maddəsinin 3 və 4-cü abzasları).
46. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbayca n Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
47. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsin in idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
48. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası mənəvi zərərin məbləğinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
49. Azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət ol maqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konsti tusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
51. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
52. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
53. Mənəvi zərər ödəni lərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
54. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının 7 gün həbsdə və 22 ay 4 gün ev dustaqlığında olmasını, sonradan isə bəraət almasını nəzərə alaraq ona dəymiş mənəvi zərərin məbləğini 15000 manat müəyyən etmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir edilsə də (CPM, 158.2.1) qanunsuz həbsdə saxlanılan şəxslə barəsində qanunsuz ev dustaqlığı qətimkan tədbiri seçilmiş ş əxsin məruz qaldığı məhrumiyyət və iztirablar, onlara dəymiş mənəvi ziyanın məbləği eyniləşdirilə bilməz.
56. Çünki azadlıq hüququnun tam məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq ev dustaqlığında saxlanılan şəxs cəmiyyətdən tam təcrid olunmur, müəyyən məhdudiyyətlərlə əvvəlki sosial mühitində yaşamaqda davam edir, sosial həyatdan, digər şəxslərlə ünsiyyətdən tam təcrid olmur.
57. Bu baxımdan Məhkəmə kollegiyası iddiaçının cəmi 7 gün həbsdə olduğunu, qalan 22 ay 4 gün ərzində ev dustaqlığında olduğunu nəzərə alaraq ona dəymiş mənəvi zərərin 10000 manat qiymətləndirilməsini ağlabatan və ədalətli hesab edir.
58. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, iddiaçıya dəymiş mənəvi z ərərin həcmi 10000 manat müəyyən edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5020/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.