Məhkəmə qərarları › İş №2(102)-1270/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1270/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1270/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1-a qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1270/21 (Açar sözlər: prosessual müddətin bərpası ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-834/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları İddiaçı cavabdeh X1na qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə, X1nun İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(029)-314/2016 saylı qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı cavabdeh X1na qarşı pul tələbinə dair ilk iddiası rədd edilərək, X1nun İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə X1 arasında bağlanmış və Bakı şəhəri 12 saylı X1 tərəfindən təsdiq edilmiş xx xxxxx 2015-ci il tarixli «mövcud borcun etirafı haqqında» müqavilənin etibarsız hesab edilməsi və qarşılıqlı iddianın 30 (otuz) manat məbləğində d övlət rüsumunun qaytarılmasına dair hissədə rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə və X1nun hərəkətlərində dələduzluq cinayətinin əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(105)-834/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakimlər T.Quliyev, A.Hüseynov və G.Tağızadə ) ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(029)-314/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh X1na qarşı pul t ələbinə dair ilk iddiası təmin edilmişdir. X1ndan 127.000 (bir yüz iyirmi yeddi min) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi dolların manata olan məzənnəsi ilə hesablanmaqla tutularaq İddiaçı verilməsi, X1nun İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməyib, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 (on altı) manat məbləğində dövlət rüsumunun X1ndan tutularaq İddiaçı verilməsi və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun X1nun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehov xx xxxxxx 20 20-ci il tarixdə kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-834/2017 saylı qərardadı ilə (sədrlik edən hakimlər T.Quliyev, Z.Məmmədov və F.Məmmədov) Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(105)-834/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehovun verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(105)834/2017 saylı qərardadı ilə (sədrlik edən hakimlər T.Quliyev, F.Tağızadə və L.Məmmədova) Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(060)-834/2017 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehovun verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi prosessual müddəti bərpa etməyərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh X1 apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardaddan şikayət müddətini ötürməmiş, pandemiya ilə əlaqədar cari ilin mart ayında məhkəmələr öz fəaliyyətini dayandırmışdır. Həmçinin xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək xəstəxanada Covid-19 xəstəliyindən müalic ə olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin əriz əsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, ya xud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin 325-326-cı vərəqələrində olan qəbzlərdən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehovun əmisi Rafiq adlı şəxs Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(060)-834/2017 saylı qərardadını xx xxxx 2020-ci il tarixdə almışdır. Kassator şikayətində həmin qərardadı almaması, hansı səbəbdən müddətin ötürülməsi ilə bağlı heç bir əsaslanma gətirməmiş, şikayətdə ancaq prosessual normalar sadalmnışdır (mülki iş səhifə 331-334). Azərbaycan Res publikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kassasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehov Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(060)-834/2020 saylı qərardadından xx xxxxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti vermişdir. Apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(060)-834/2017 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh qərardadı almasını mübahisələndirmir və onun üzrlü buraxılmasına istinad edir. Lakin, bur axılmış müddətin üzrlü hesab olunması üçün mötəbər sübut təqdim edə bilmir. Kassatorun xx xxxx 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Covid-19 virusundan müalicə olunması yenə müddətin bərpası üçün əsas deyil. Çünki şikayət onun müalicəsindən 5 ay 7 gün sonra, xx xxxxxxxx 2020-ci il tarixdə verilmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-834/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar