Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1271/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs x1 və onun vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil3, Cavabdeh3 vəkili Vəkil4 iştirakları ilə, İddiaçı və müsətqil tələb irəli sürən üçüncü şəxs x1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9766/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsin dən ayrı-ayırılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Fikrət Mirzəyev) 05 fevral 2018-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə müstəqil tələb irəli sürən 3-cü şəxs x1nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi və dəymiş mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin olunaraq cavabdehlərdən 526 avro məbləğində pulun alınıb müstəqil tələb irəli sürən 3-cü şəxs x1na ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 3-cü şəxs x1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 fevral 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yeganə oğlu olan 10 yanvar 2002-ci il təvəllüdlü X2 qohumu olan X6 ilə birlikdə Azərbaycan Respublikasından kənara, X4 şəhərinə 2 həftəlik təhsil kursu ilə əlaqədar getməyinə bir ana kimi icazə vermişdir. 2017-ci ilin aprel ayında Kaspian Plazada “xxxx” Şirkətinin fiziki şəxsləri - Cavabdeh2 və Cavabdeh1 Böyük Britaniyada 2 həftə müddətində İELTS kursları keçmək məqsədilə etibardan sui-istifadə etməklə ondan əvvəlcədən xx2 tərəfindən viza üçün 300 ABŞ dollar məbləğində pul istəmişlər. O, həmin məbləği S.Əzimovanın bibisi qızı in yanında vermişdir. Sonra isə onlar 2077 ABŞ dolları məbləğində pul istəmişlər və Cavabdeh3 verməyi təklif etmişlər. O, bu şirkətdə işləyən şəxsləri tanımırdı. Onlarla ünsiyyətdə olan qohumu X6 olmuşdur və ona da təklifi Surə irəli sürmüşdür. O da, sonuncunun qohum olduğundan ona arxayın olaraq cavabdehləri görmədən, tanımadan, rəsmi müqavilə bağlanılmadan razılaşmış və bu şirkətdə işləyən Cavabdeh3 2077 ABŞ dolları məbləğində pulu xx2nın yanında vermişdir. O da ona mədaxil orderinin qəbzinə özünün şəxsi imzasını atmış, lakin nə rəhbərlik tərəfindən imza edilməmiş, nə də möhür vurulmamışdır. Bu müddət ərzində həmin şəxslər müxtəlif bəhanələr gətirərək aprel ayından bu günə qədər bu işi sona çatdırmamışlar. Hesab edir ki, “xxxx” Şirkətinin vəzifəli şəxsləri cinayət hərəkəti etməklə, ona maddi ziyan vuraraq 2377 ABŞ dollar məbləğində pulunu, təyyarə bileti üçün ödədiyi 800 manat məbləğində pulunu, mənəvi ziyana görə 1000 manat məbləğində təzminat cavabdehlərdən alınaraq ona verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxs x1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi və dəymiş mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, aprel ayında in gilis dili kursuna gedirdi. Tanıdığı şəxs olan Cavabdeh3 dedi ki, o, x1 və bir neçə müəllimlər 15 günlük Londona İELTS kursuna gedirlər. Ona təklif etdi ki, o da gəib, imtahanlarını orada versin. O, Simnarə müəlliməni tanıdığı və onun da getdiyini bildiyi üçün razı oldu. Lakin heç güman etməzdi ki, onu aldadaraq 4200 manat pulunu alıb onu aparmayacaqlar. Həmin məbləği borc almışdır. O, 4200 manat pulu Cavabdeh3 verdi, o da pulu onun yanında Cavabdeh1 və Cavabdeh2 verdi və qeyd etdi ki, işi görən bu şəxslərdir. Özü şəxsən cavabdehləri tanımır. Tünzalə və Raminin viza almaq üçün qruplarında 10 nəfər şəxs var idi. Lakin onların qeyri-peşəkar işləməsi nəticəsində cəmi 3 nəfər şəxsə viza gəlmişdi. Ona, İddiaçı oğlu ə və tanımadığı digər şəxsə. Viza gəldikdən sonra onlara iyul, avqust və sonra n oyabr ayında gedəcəklərini vəd etdilər. Lakin bir müddət keçdikdən sonra qrup yığılmadığını və pulların batdığı bildirmişlər. Cavabdehlər ona nəinki maddi ziyan, həm də mənəvi ziyan vurublar. Bu müddət ərzində həmin şəxslər müxtəlif bəhanələr gətirərək bu işi başa çatdırmamışlar. Hesab edir ki, “xxxx” şirkəti cinayət hərəkəti etməklə, ona 4200 manat pulu qaytarmalı, mənəvi ziyana görə 1000 manat məbləğində təzminat verməlidirlər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 4200 manat verdiyi pulun və mənəvi ziyana görə 1000 manat məbləğində təzminatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sənədlərə əsaslanaraq cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirdiyi qənaətinə gəlmiş və iddianı təmin etməmişdir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş nə yaşayış sifarişi təsdiqləmə formasında, nə də qısa müddətli tələbə viza dəvətnaməsində cavabdehlər tərəfindən bu xidmətlərin göstərilməsi ilə bağlı hər hansı bir ödənişin olunması barədə qeyd yoxdur. Dolayısı ilə də həmin sənədlə ri cavabdehlərin iddiaçıdan aldıqları vəsaiti təyinatı üzrə xərcləməsinin sübutu kimi qəbul etmək düzgün deyildir. X13 A.O. tərəfindən verilmiş 16 yanvar 2018-ci il tarixli məktubda birbaşa qeyd olunmuşdur ki, 01 iyul 2017 - 01 avqust 2017-ci il tarixlərində aparılan sorğuda sərnişinlərdən ə aid 5 ədəd rezervasiya əldə edilmişdir. Ancaq sistemdə ata adı, pasport nömrəsi, doğulduğu tarix kimi məlumatlar saxlanmadığından, 5 fərqli sərnişinə aid məlumatlar olma ehtimalı vardır. Lakin, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi göstərilən sənədə mötəbər sübut kimi yanaşmış və nəticədə yanlış qətnamə qəbul etmişdir. Göstərilən sənəddə verilən məlumatları diqqətlə nəzərdən keçirdikdə bunu görmək mümkündür.Belə ki, məktubun 2-ci sütununda göstərilən rezervasiya üm umiyyətlə ləğv olunmuşdur və bu biletə görə heç bir ödəniş olunmmamışdır. Digər 4 sütunda yerləşən biletlərin isə İddiaçı oğlu ə aid olmaması isə aşağıdakılarla sübut olunur:İş materiallarına əlavə olunmuş yaşayış sifarişi təsdiqləmə formasına və qısa müddətli tələbə viza dəvətnaməsinə, o cümlədən cavabdehlərin ifadələrinə əsaslansaq müəyyən olunur ki, 16-30 iyul 2017-ci il tarixlərində London şəhərində təlimə getməli idi. Lakin, informasiya sistemindən çıxarışda həmin biletlərin heç biri BakıLondon-Bakı reysi ilə əlaqədar deyildir. Bundan başqa bu biletlərin heç birində tarixlər cavabdehlərin verdiyi tarixlərlə uyuşmur və bu blietlərin arasında nə 16.07.2017-ci il tarixli uçuş, nə də 30.07.2017-ci il tarixli geriyə dönüş bileti yoxdur. Bundan başqa, əgər həqiqətən də ə təyyarə bileti si fariş edilmişdisə, o zaman nə üçün ödənişi təsdiq edən sənədin olmaması və məhkəməyə təqdim olunmaması da əsaslı şübhə yaratmaqdadır. İş materiallarında olan xxxx tərəfindən verilmiş 13.06.2017-ci il tarixli mədaxil qəbzi ilə bağlı qeyd olunmalıdır ki, bu qəbzə əsasən ödənişi edən tərəfin Cavabdeh1 olduğu müəyyən olunsa da, 3020 Britaniya funtu miqdarında ödənişi qəbul edən ********************7 saylı hesabın kimə aid olması və ödənişin hansı təyinatla həyata keçirilməsi göstərilməmişdir. Qəbzin üzərinə sonacan diyircəkli qələmlə ingilis dilində yay məktəbi üçün ödəniş sözünün yazılması sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə onu da nəzərə almamışdır ki, Londonda iki həftəlik təlim üçün cəmi 2377 ABŞ dolları məbləğində vəsait ödənilsə də, həmin qəbzdə daha artıq məbləğ olan 3020 Br itaniya funtu göstərilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi işi araşdırarkən təqdim olunmuş sübutları lazımi qaydada araşdırmamış, cavabdehlərin hansı əsasla xarici valyutada olan vəsaiti kassa mədaxil orderinin qəbzinə əsasən qəbul etdiklərini araşdırmamış və yanlış nəticəyə gəlmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmin məhkəmənin belə nəticəyə gəlməs inə səbəb təyyarə bileti xərcləri istisna olunmaqla, digər xərclərin ödənildiyi və təyyarə biletinin bronlanmamasının səbəbi kimi isə onun guya getməkdən imtinası olmuşdur. Halbuki, bunun üçün heç bir səbəb yox idi.Məhkəmə ona münasibətdə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs x1nın təyyarə bileti xərcləri istisna olmaqla digər xərcləri ödənilmişdir. Təyyarə biletinin bronlanmamasının səbəbi isə S.Nəzərovanm getməkdən imtinası olmuşdur. Halbuki, o, getməknə imtina etməmiş, bunu nə yazılı, nə də şifahi qaydada cavabdehlərə bildirməmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil1, müstəqil tələb irəli sürən üçüncü şəxs x1 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xah iş etdilər. Cavabdeh1 vəkili Vəkil3 və Cavabdeh3 vəkili Vəkil4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, in xaricdə kurs keçməsi ilə bağlı 2077 ABŞ dolları məbləğində pul Cavabdeh3 xeyrinə ödənilmişdir. Bu barədə işə 141805 sayl ı kassa mədaxil orderi əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş yaşayış sifarişi təsdiqləmə formasından görünür ki, in 16 iyul 2017-ci il tarixdən 30 iyul 2017-ci il tarixə kimi London şəhərində qalma ünvanı təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş qısa müddətli tələbə viza dəvatnaməsindən görünür ki, tələbə, Tünzalə Cəfərova və Cavabdeh1 tərəfindən müşaiyət olunmuş qrupa daxil olunmuşdur. X13 A.O. tərəfindən verilmiş 16 yanvar 2018-ci il tarixli məktubundan görünür ki, X13 A.O.sistemində qeyd olunan 01 iyul 2017-01 avqust 2017-ci il tarixlərində sərnişinlərdən ə aid 5 ədəd rezervasiya əldə edilmiş, x2ya aid isə məlumat sistemdə tapılmamışdır. “xxxx” ASC tərəfindən verilmiş 13.06.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən 3020 Britaniya funtu ** ****************** saylı hesaba köçürülmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı oğlu X7 şəhərində “İslington” tədris mərkəzində İELTS proqramı üzrə (ingilis dili tədrisi) hazırlıq kursu keçmək üçün cavabdehlərə müraciət etmiş və zəruri xərcləri ödəmişdir. Müstəqil tələb irəli sürən x1 da eyni məqsədlə həmin şəxslərə ödənişlər etmişlər. in həmin tədbirdə iştirak etməsi üçün cavabdehlər bütün öhdəlikləri yerinə yetirərək onun orada qalması üçün yaşayış sahəsi sifariş verərək xərclərini ödəmiş, viza məsələsini həll edərək təyyarə biletini bronlamış və pulunu ödəmişlər. Lakin İddiaçı oğlu X8 göndərməkdən imtina etmişdir. Müstəqil tələb irəli sürən x1nın isə təyyarə bileti xərcləri istisna olunmaqla digər xərcləri ödənilmişdir. Təyyarə biletinin bronlanmamasının səbəbi isə S.Nəzərovanın getməkdən imtinası olmuşdur. Cavabdehlər S.Nəzərovaya 526 avro məbləğində pulun qaytarılması hissəsində iddianı qəbul edirlər. Hər iki iddiaçının mənəvi ziyanla bağlı tələbləri təmin olunmamalıdır. Belə ki iddiaçılar onlara mənəvi ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuş, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nə birinci instansiya məhkəməsi, nədə ki apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə üzrə heç bir maddi hüquq normasına istinad etməmiş, tərəflərin hazırki mübahisələrinin hansı mülki hüquq münasibətlərindən irəli gəldiyini müəyyən etməmiş dir. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. İddiaçı oğlu in və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 şəhərində İELTS proqramı üzrə “İslington” tədris mərkəzində (ingilis dili tədrisi) hazırlıq kursu keçmək üçün cavabdehlərə müraciət etməsi və bununla bağlı zəruri xərclər ödəməsi işin mübahisə edilməyən hallarıdır. İddiaçılar cavabdehlər tərəfindən işin başa çatdırılmadığını iddia edirlər. Cavabdehlər isə iddia tələbinə etiraz edərək bildirirlər ki, iddiaçıların müraciəti ilə bağlı bütün zəruri hərəkətlər edilmiş, lakin iddiaçılar getməkdən imtina etmişlər. Hazırki işdə tərəflər arasında olan münasibətlər şifahi tapşırıq müqaviləsinə əsaslanmışdır. Belə ki, iddiaçılar London şəhərində keçiriləcək kursda iştirakları üçün cavabdehlərə haqq ödəməli, cavabdehlər isə bu işin həyata keçirilməsi üçün lazımi hərəkətləri etməli idilər. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 785.2-ci maddəsinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnı z birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. Hazırki mübahisə üzrə aydınlaşdırılmalı olan məsələ tərəflərin razılaşması əsasında hansı hərəkətlərin edilməli olmasıdır. Cavabdehlər tərəfindən iddiaçıların onlara tapşırdığı xidmətin yerinə yetirilib-yetirilməməsi müəyyən edilməlidir. İşə baxan məhkəmələr cavabdehlərin iddiaçıların tapşırığı əsasında hansı hərəkətləri yerinə yetirməli olmasını, tapşırığın vaxtında icra edilib-edilməməsini araşdırmamışdır. İddiaçılar London şəhərinə getmək üçün sənədlərin vaxtında hazır olmadığını bildirmişlər. Cavabdehlər isə sənədlərin vaxtında hazırlandığını, lakin iddiaçıların Londona getməkdən imtina etdiklərini göstərmişlər. Bunun üçün zəruri olan sənədlərin (viza a lınması, təyyarə biletlərinin sifarişi və digər sənədlərin) cavabdehlər tərəfindən vaxtında hazır olub-olmamasını məhkəmə müəyyən etməmişdir. Hazırki mübahisə ilə bağlı iş materiallarına Bakı şəhər Yasamal RPİ-nin 23.11.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında qərarı əlavə edilmişdir. Həmin qərarda göstərilir ki, Cavabdeh3 izahat verərək bildirmişdir ki, həqiqətən İddiaçı onun oğlu in X4 şəhərində təşkil olunacaq kursda iştirak etmək üçün 1900 Britaniya Funtu almışdır və S.Nəzərova viza alınması üçün sənədləri bütövlüklə təqdim etmədiyinə görə viza iyul ayında deyil, avqust ayında gəlmiş və x2 artıq kursa getməkdən imtina etmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Cavabdeh1 və X3 eyni məzmunlu izahatlar verərək bildirmişlər kı, onlar həqiqətən X1 və x1nın London şəhərində keçiriləcək iki həftəlik İELTS hazırlıq kursunda iştirak etmələri üçün müvafıq sənədlər toplayaraq bununla əlaqədar aldıqları məbləği viza alınmasına, kursun təşkilatına və təyyarə biletinə xərcləmişlər. Sənədlər hazır olduqdan sonra N.Musayevin anası İddiaçı və Sevinc Nəzərli kursda iştirak etməkdən imtina etmiş və pullarını geri istəmişlər. Onlarda vəsaitləri sənədlərə və təyyarə bileti üçün ödədiklərinə görə pulu geri qaytara bilməyəcəklərini qeyd etmişlər. Qərardan göründüyü kimi, Cavabdeh3 vizanın iyul ayında deyil, avqust ayında hazır olduğunu göstərmişdir. İşə baxan məhkəmələr cavabdehlər tərəfindən tapşırığın vaxtında icra edilibedilməməsini araşdırmamış, xx2in və 3-cü şəxsin xaricdə təşkil edilmiş kursa getmələri üçün cavabdehlər tərəfindən vizanın vaxtında alınıb-alınmamasını və o cümlədən bunun üçün digər zəruri hərəkətlərin edilib-edilməməsini araşdırmamışdır. İş materiallarında iddiaçının oğlu in və 3-cü şəxs 22nın xaricdə təşkil edilmiş kursa getmələri üçün vizanın verilməsi və yaxud hansı tarixdə hazırlanmasına, onlar təyyarə bileti alınmasına, yaşayış sahəsi üçün xərclərin ödənilməsinə dair sübutlar yoxdur. Bütün sənədlərin hazırlandığını bildirən cavabdehlər bu barədə məhkəməyə sübutlar təqdim etməmişlər. İşdən görünür ki, X13 A.O. tərəfindən verilmiş 16 yanvar 2018-ci il tarixli məktubda birbaşa qeyd olunmuşdur ki, 01 iyul 2017 - 01 avqust 2017-ci il tarixlərə aparılan sorğuda sərnişinlərdən ə aid 5 ədəd rezervasiya əldə edilmişdir. Ancaq sistemdə ata adı, pasport nömrəsi, doğulduğu tarix kimi məlumatlar saxlanmadığından, 5 fərqli s ərnişinə aid məlumatlar olma ehtimalı vardır. İnformasiya sistemindən çıxarışda həmin biletlərin heç birinin BakıLondon-Bakı reysi ilə əlaqədar olması, biletlərdəki tarixlərin cavabdehlərin verdiyi tarixlərlə eyni olması və bu biletlərin arasında nə 16.07.2017-ci il tarixli uçuş, nə də 30.07.2017-ci il tarixli geriyə dönüş biletinin olması da müəyyən edilmir. Ümumiyyətlə iş materiallarında ə təyyarə biletinin alınması, bununla bağlı ödənişi təsdiq edən sənədin olması müəyyən edilmir. İşə əlavə edilmiş xxxx tərəfindən verilmiş 13.06.2017-ci il tarixli mədaxil qəbzində isə ödənişi edən tərəfin Cavabdeh1 olduğu müəyyən olunsa da, 3020 Britaniya funt sterlinqi miqdarında ödənişi qəbul edən ********************7 saylı hesabın kimə aid olması və ödənişin hansı təyinatla həyata keçirilməsi işə baxan məhkəmə tərəfindən araşdırılmamışdır. 3020 funt sterlinq məbləğ iddiaçıların ödədikləri məbləğlərlə uyğunsuzluq təşkil edir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs x1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9766/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1271/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1271/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver