Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1272/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC və “X1 Mərkəzi” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1272/21 (Açar sözlər: Məhkəmə qətnaməsi ilə müəyyən edilən ilkin satış qiyməti ilə bağlı yenidən mübahisə açıb) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC-yə və “X2 Mərkəzi” MMC-yə qarşı evin yenidən qiymətləndirilməsi, hərracın keçirilməsinin dayandırılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (105)-1219/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, X nömrəli mənzil onun mülkiyyətindədir. xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinə əsasən o həmin evi girov qoyaraq bankdan pul götürmüş, bir müddət ödənişləri vaxtıvaxtında etmiş, lakin devalivasiya olduqdan sonra onun gecikmələri olmuşdur. Cavabdeh1 İKB ASC “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə” dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi qismən təmin edilmiş, borc ipoteka predmetinə yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası da Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Qətnamə icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Hal-hazırda onun evinə dair hərrac keçirilməsi üçün gün təyin edilmişdir. Lakin o müqavilədə onun evinə qoyulan qiymət ilə razı deyil. Çünki müqavilədə onun evi 39000 manat dəyərində qiymətləndirilmişdir. Həmin evin dəyəri isə daha yüksəkdir. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, X nömrəli mənzilin yenidən qiymətləndirilməsi və həmi n hərracın keçirilməsinin dayandırılması qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim A.Behbudova) Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2014-cü il tarixli qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi ndəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər- Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1219/20 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia tələbinə uy ğun əsaslandırılaraq ilkin satış qiymətinin evin dəyərindən az olması, əslində real dəyərin artıq olması bildirilmiş, eyni zamanda məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədii qeyd edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məh kəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə do ğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi“resjudicata”prinsipinə (birdəfəhəlledilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alı nmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə xx xxxx 2003cü il tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
416. Kass asiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilən ilkin satış qiyməti ilə bağlı yenidən mübahisə açır və eyni zamanda hərracın keçirilməsinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələbini belə əsaslandırır ki, ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri yüksəkdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-11305/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10918,53 ABŞ dolları əsas, 3818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14757,52 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla tutulmuş, tutma İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv.m ümumi, 27,1 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 saylı evin, 21 saylı mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 39000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evinin açıq hərracdan İxtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və mənzilin satışından əldə olunan vəsaitdən cəmi 14757,52 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Mə hkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi əsasında ilkin satış qiyməti müəyyən edildikdən sonra heç bir əsaslı səbəblər olmadan yenidən analoji tələblər irəli sürülməsi və fərqli qərarlar qəbul edilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinə və hüquqi müəyyənlik prinsipinə xələl gətirmiş olar. Lakin, eyni zamanda qeyd olunur ki, ilkin satış qiyməti ilə bağlı məhkəmə qərarının mövcudluğu həmin iddianın irəli sürülməsini istisna edən hal deyil. Belə iddialar təmin oluna bilər. Amma, bunun üçün elə bir şərait yaranmalıdır ki, məhkəmə qərarı qəbul edildikdən sonra baş vermiş müxtəlif əsaslı səbəblərdən (məsələn əmlakın yaxınlığında böyük investisiyalı işlər görülə bilər, magistral yolun kənarına düşə bilər, ticarət şəbəkəsinin yaxınlığına düşə bilər və.s.) daşınmaz əmla kın dəyərində köklü surətdə artma və yaxud azalma halları baş versin. Yəni istisna deyil ki, ilkin satış qiyməti müəyyən edildikdən sonra daşınmaz əmlakların qiymətində kəskin azalma olarsa (məsələn: pandemiya şəraiti, turist axınının kəsilməsi, iqtisadi böhranla bağloı qiymətlərin aşağı düşməsi və.s.), tələbkar tərəf də məhkəməyə müraciət edərək ilkin satış qiymətinin aşağı salınması ilə bağlı iddia irəli sürə bilər. İşdən görünür ki, ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisə cavabdehin şikayəti əsasında xx xxxx 2018-ci il tarixdə bitmişdir (kassasiya məhkəməsinin qərarının tarixi). Bundan qıssa müddət keçməmiş xx xxxx 2018-ci il tarixdə iddiaçı hazırkı tələbi irəli sürmüşdür. Qeyd olunan qıssa müddət ərzində daşınmaz əmlakın dəyərində kəskin artım baş verməsi halı müşahi də olunmamış, iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün kassasiya şikayəti təmin oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1219/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.