Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1272/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 000nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhəri 000nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-6610/2022 nömrəli qətnamə sindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 3 sentyabr 2002-ci ildən Bakı şəhəri 000nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş, məktəbin direktoru tərəfindən verilmiş 9 fevral 2022-ci il tarixli 14 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
2. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə qeyd olunmuşdur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 ”a” bəndinə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı ma ddəsinin 2 “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini YYY 6 fevral 2022-ci il tarixdə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə iddiaçının ona audiosəslər vasitəsilə təhqiredici səslər göndərməsi göstərilmişdir. YYY onlayn dərslərə (xx.xx.2021-xx.xx.2022) nəzarət edərkən 8 “a” sinfinin dərslərə qoşulmadığını müşahidə etmişdir. Buna görə 8 ”a” sinfinin qrupuna səs göndərib ki, şagirdlər dərslərə qoşulsunlar. 8 “a” sinfinin rəhbəri riyaziyyat müəllimi İddiaçı bundan əsəbiləşərək məktəbin direktor müavini YYY haqqında 8 “a” sinfinin qrupuna təhqiredici audiosəslər göndərib. Bundan əlavə riyaziyyat müəllimi İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris edib, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olub, lakin müəllim buna əhəmiyyət verməyib. İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixdə 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmayıb. Məktəbin riyaziyyat müəllimi İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyinə və əmək funksiyalarını düzgün yerinə yetirmədiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Bakı şəhəri 000nömrəli tam orta məktəbə (bundan sonra - cavabdeh, yaxud məktəb) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 f evral 2022-ci il tarixli 14 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu riyaziyyat ixtisası üzrə bitirib. Son illərdə çalışdığı məktəbin direktoru Gülnarə Məmmədova və həmin məktəbin direktor müavini YYY ilə onun arasında münaqişə yaranmışdır. Buna iddiaçının dərs yükünün heç bir qanuni əsas olmadan həftəlik 18 saatdan 15 saata azaldılması və məktəbdə mövcud korrupsiya hallarına iddiaçının sərt etiraz etməsi səbəb olmuşdur. İddiaçı 2020 və 2021-ci illər ərzində dərs yükünün azaldılması ilə bağlı davamlı şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı şikayətlər etmiş, həmin şikayətlərlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2020 və xx.xx.2021ci il tarixli cavab məktubları göndərilmişdir. Məktəbin direktoru G.Məmmədova iddiaçının nazirliyə şikayət məktublarından sonra daha qərəzli davranaraq, onu vaxtaşırı kollektivin içində təhqir etmiş, təhqiramiz sözlərlə alçaltmış, bununla kifayətlənməyərək iddiaçıya bir ildə üç dəfə intizam tənbehi vermişdir. Bu kəskin münasibətlərin nəticəsi olaraq iddiaçı ilə cavabdeh qurum arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbi ilə razı olmadığını bildirərək göstərmişdir ki, iddiaçı şagirdlərinə kameranı açmasını tələb edib, lakin özü dərs keçən zamanı kamer asını açmayıb. O, işdən çıxdıqdan sonra nazirliyə şikayət edib və orada yazdıqları və məhkəmədə dedikləri tamamilə əsassızdır. İddiaçı öz səhvlərinə görə işdən azad olunmuşdur, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş edir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3036/2022 saylı, 9 iyun 2022ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasın dan ibarətdir. Əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
8. Məhkəmə qeyd edib ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar Əmək Məcəlləsinin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; işçinin bu hərəkətləri nəticəsində mü lkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.
9. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır.
10. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləs inin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 74, 83, 84 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məktəbdə işlədiyi illər ərzində daim münaqişələr yaratmış, şagirdlərə qarşı kobud davranmış, onları döymüş və bununla bağlı dəfələrlə izahatlar yazılmış, belə hərəkətlər etməyəcəyini bildirsə də, bu hallar davamlı olaraq iddiaçı tərəfindən təkrar olunmuşdur. Son illər çalışdığı məktəbin direktoru və onun müavini ilə əsassız münaqişələr yaratmış, onlar barədə yalan, böhtan dolu şayiələr yaymış, məktəbdə korrupsiya hallarının olmasına dair müəllim və şagird kollektivi arasında onları nüfuzdan salmağa çalışmışdır. İddiaçıya bir ildə üç dəfə intizam tənbehi verilmişdir. Bütün bunlardan nəticə çıxartmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsi 9 fevral 2022-ci il tarixli 14 saylı əmrlə ləğv edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən sübutlara yalnız iddiaçının mənafeyi hissəsində qiymət vermiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 26 oktyabr 2022-ci il tarixli, 2(103)-6610/2022 nömrəli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 09 fevral 2022-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam verilməsi aş ağıdakı hallarla əsaslandırılmışdır: - İddiaçı 21 oktyabr 2021-ci il və 14 dekabr 2021-ci il tarixli əmrlərlə intizam tənbehi verilmişdir; - İddiaçı məktəbin direktor müavini YYYnın ünvanına “WhatsApp” mesencerində məktəbin kollektivi tərəfindən yaradılmış qrupda təhqiredici səsli mesajlar göndərmişdir. YYY bu barədə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir; - İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris etmiş, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olsa da, buna əhəmiyyət verməmişdir; - 02 fevral 2022-ci il tarixində 6“b” və 8“a” siniflərində riyaziyyat dərsi tədris olunmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmrdə qeyd olunan hallarla bağlı (direktor müavininin təh qir olunması, dərslərin qapalı kamera ilə tədris olunması, dərs keçilməməsi) məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
17. Direktor müavini YYYnın iddiaçı tərəfindən təhqir olunması, yəni ünvanına təhqiramiz səsli mesaj göndərilməsinin əks olunduğu iddia olunan fləş kartdakı səs yazıları apellyasiya icraatı zamanı məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilərkən İddiaçı tərəfindən YYYnın ünvanına hər hansı təhqiramiz səsli mesaj göndərilməsi müəyyən olunmamışdır.
18. Bundan əlavə, əmrdə iddiaçı tərəfindən konkret olaraq hansı tarixdə və hansı sinifdə dərslərin qapalı kamera ilə tədris olunması qeyd olunmamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. 2 fevral 2022-ci il tarixində 6“b” və 8“a” siniflərində riyaziyyat dərsinin tədris olunmaması barədə də cavabdeh tər əf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onlayn dərslərin tədris olunması barədə “Teams” proqramından çıxarışdan isə görünür ki, iddiaçı tərəfindən 2 fevral 2022-ci il tarixində 6“b” və 8“a” siniflərində riyaziyyat dərsi tədris olunmuşdur.
19. Apellyasiya şikayətində qeyd olunan iddiaçının əvvəllər il ərzində 3 dəfə intizam məsuliyyətinə cəlb olunması, şagirdlərlə və məktəb kollektivi ilə kobud davranması və sair halların mübahisələndirilən əmrlə bağlılığı olmadığından və qeyd olunan intizam xətalarına görə İddiaçı əvvəllər intizam məsuliyyətinə cəlb olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsin in “ç” bəndinə, 71-ci maddənin 2 və 3-cü hissələrinə, 72-ci maddənin “e” bəndinə, eləcə də həmin məcəllənin 186 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmaqla, hər iki şikayətin dəlilləri eynilik təşkil edir. Əlavə olaraq qeyd olunur ki, qətnamədə şahidlərin ifadələrinə, cavabdehin istinad etdiyi sənədlərə qiymət verilməmiş, araşdırılmış sinif jurnallarına baxışın nəticələrinə istinad olunmamışdır.
23. Kassator şikayətini əsas landırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 76, 79, 84, 186-cı maddələrinə, eləcə də “Müəllimlərin etik davranış qaydalarının” 2 və 4-cü bəndlərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir.
25. İddiaçı etirazını əsaslandırarkən qeyd etmişdir ki, kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Belə ki, kassator şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydala rın minimum normalarını müəyyən edir.
27. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
28. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
29. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu ş ərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən e dilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
33. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırki icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 09 fevral 2022-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam verilməsi aşağıdakı hallarla əsaslandırılmışdır: İddiaçı 21 oktyabr 2021-ci il və 14 dekabr 2021-ci il tarixli əmrlərlə intizam tənbehi verilmişdir; İddiaçı məktəbin direktor müavini YYYnın ünvanına “WhatsApp” mesencerində məktəbin kollektivi tərəfindən yaradılmış qrupda təhqiredici səsli mesajlar göndərmişdir. YYY bu barədə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir; İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris etmiş, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olsa da, buna əhəmiyyət verməmişdir; 02 fevral 2022-ci il tarixində 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmamışdır.
45. İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqavilə sinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilən halların hər birini təhlil edərək, cavabdehin əsaslandığı bu halların heç birinin sübuta yetirilmədiyini müəyyən etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi direktor müavini YYYnın iddiaçı tərəfindən təhqir olunması, yəni ünvanına təhqiramiz səsli mesaj göndərilməsinin əks olunduğu iddia olunan səs yazılarını da tədqiq edərək, İddiaçı tərəfindən YYYnın ünvanına göndərilən səsli mesajın təhqiramiz məzmunda olmadığını müəyyən etmişdir.
48. Araşdırılmış sinif jurn allarına baxışın nəticələrinə istinad olunmaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır və işə aidiyyəti yoxdur. Çünki iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə, sinif jurnalları ilə bağlı hər hansı intizam xətasına yol verilməsi əksini tapmayıb.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-6610/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.