Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1273/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Mahmudov Vidadi Cəmil oğlunun iştirakları ilə, X8 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X8 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərdab rayon məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Qubadov, iş 2(035)-06/2018) cavabdeh X8 İddiaçı icarəsində olan torpaq sahəsinin zəbt olunmuş 49.5 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, tərəflər “Dövlət rüsumu haqqında” Аzərbаycаn Respublikаsı Qаnunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iş üzrə ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul un cavabdeh X8 tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1199/2018) X8 oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman, iş № 2(102)-2879/2019) cavabdeh X8 kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyas iya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), G.Abbasov və R.Rəfiyev, iş № 2(107)-2296/2019) X8 oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: X8 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayət inə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Mahmudov Vidadi Cəmil oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmas ına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 02.12.2011-ci il tarixli, 123 saylı sərəncamının surətindən görünür ki, Zərdab rayonu Bəyimli qəsəbəsində məskunlaşan Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini İddiaçı Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun Bəyimli qəsəbəsi ərazisindən 25 il müddətinə heyvandarlığın inkişafı üçün 80 hektar, əkinçiliyin inkişafı üçün 20 hektar, cəmi 100 hektar torpaq sahəsi ayrılmışdır. Zərdab Rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında bağlanmış 02.12.2011-ci il tarixli, 123 saylı torpaq icarəsi haqqında müqavilənin surətindən görünür ki, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 02.12.2011- ci il tarixli, 12 3 saylı sərəncamına əsasən İddiaçı heyvandarlığın və əkinçiliyin inkişafı üçün 25 il müddətinə 100 ha torpaq sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli, 14840 saylı rəyindən görünür ki, İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən hazırlanmış dövlət torpaq kadastrı kitabında 22 sentyabr 2014-cü il tarixli A № 516360 saylı və 775 nömrə ilə qeyd olunmuş torpaq sahəsinin plan və ölçüsü Zərdab rayon İcra Hakimiyyəti Başçısının 02 dekabr 2011-ci il tarixli 123 nömrəli sərəncamına əsasən ona icarəyə verilmiş 100 ha torpaq sahəsi iş materiallarında təqdim edilən yerquruluşu sənədinə uyğun tərtib edilmişdir. Cavabdeh X3 rayon İcra Hakimiyyəti Başçısının 10 iyul 2002-ci i l tarixli sərəncamı ilə ayrılmış 70 ha torpaq sahəsi i. Materiallarında təqdim edilən sənədlərə əsasən Zərdab rayon İcra Hakimiyyəti başçısının 08.11.2013-cü il tarixli 121 a nömrəli sərəncamı ilə ləğv edildiyindən tərəfimizdən tədqiqat aparılmır. 25 oktyabr 2016-cı il tarixli sərəncamla ayrılmış 73 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur və torpaq sahələri üstüstə düşmür. İddiaçı icarəyə verilmiş 100 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən 49.5 ha hissəsində zəbt edilməsi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1, 706.2, 706.3, 706.4, 700.1, 700.2-ci maddələrini tətbiq etmişdir. X8 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarını (G.Q.Abbasov (sədrlik edən və məruzəçi), hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) qəbul etmiş məhkəmə tərkibi yenidən hazırkı mülki işə baxmaqla iş üzrə artıq müvafiq mövqeyi və qərarı formalaşmış məhkəmə tərəfindən araşdırma aparılmaqla, hazırda həmin şikayətə yenidən eyni tərkibdə olan hakimlər tərəfindən baxılması onların obyektivliyinə və qərəsizliyinə şübhə yaratmaqla yanaşı həmçinin işə əvvələr baxmış məhkəmə tərkibi tərəfindən baxılmışdır. Hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 19.1.3-cü maddəsinə əsasən O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, 19.2.2-ci maddəsində hakimin tərəflərdən biri və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumu olması, 19.2.3-cü maddəsində isə hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların olması hakimə etiraz edilməsi üçün əsaslar kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə məhkəmədə qabaqcadan fo rmalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Bu baxımdan, mülki prosesdə hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki prosessual qanunvericiliyində əksini tapan hakimə etiraz institutu isə hakimin qərəzsizliyini təmin edən vasitələrdən biridir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır. Belə k i, apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli 2(102)-2879/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edərək göstərmişdir ki, X8, X1 və X2 rayon İcra Hakimiyyətinə qarşı “Zərdab rayon İcra Hakimiyyəti başçısının 02.12.2011-ci il tarixli 123 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia qaldırmış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin iş üzrə iddiaçılar qərarı apelyasiya qaydasında mübahisələndirmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Şəki İnzib ati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edildiyi kimi hazırki tələbin hüquqi əsasını iddiaçıya icarəyə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması təşkil edir. Digər iş isə həmin torpaq sahəsinin verilməsinə əsas olmuş Zərdab rayon İcra Hakimiyyəti başçısının 02.12.2011-ci il tarixli 123 saylı sərəncamının ləğv edilməsi barədədir. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını torpaq sahəsindən çıxarılma təşkil etdiyindən və onun verilməsinə əsas olmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamının ləğv edilməsi başqa bir inzibati iş üzrə məhkəmə mübahisəsinin predmeti olduğundan həmin mübahisə mahiyyəti üzrə həll edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır. İş üzrə təkrar apelyasiya baxışı zamnı qeyd edilən göstərişə əməl edilmiş, iş üzrəicraat dayandırılmışdır. X8, X1 və X2 rayon İcra Hakimiyyətinə qarşı “Zərdab rayon İcra Hakimiyyəti başçısının 02.12.2011-ci il tarixli 123 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Аzərbаycаn Respublikаsı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 04.09.2019-cu il tarixli, 2-1(102)-2270/2019 nömrəli qərar qəbul edilmiş və Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı 21(107)-165/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.” Beləliklə, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmə tərəfindən inzibati icraat qaydasında baxılacaq işin həmin iç üçün əhəmiyyət kəsb etdiyini qətnaməsində vurğulamış, buna baxmayaraq inzibati qaydada işə baxarkən məhkəmə tərkibində işə baxan hakim, həmin işə mülki qaydada baxılarkən məhkəmə tərkibinə sədrlik etmişdir. Belə halda Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxarkən hakim tərəfindən qərəzsizlik prinsipi pozulmuşdur. Bu xüsusat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi “Fətullayev Azərbaycana qarşı” işdə də öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Fətullayev Azərbaycana qarşı” iş üzrə 22 aprel 2010-cu il tarixli qərarında qeyd etmişdir ki: “136. Məhkəmə bir daha xatırladır ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna ed ib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir (bax: Fay Avstriyaya qarşı, 24 fevral 1993-cü il, 28-ci bənd, A seriyaları, № 255-A). Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur (bax: Hausşildt Danimarkaya qarşı, 24 may 1999-cu il, 47-ci bənd, A seriyaları, № 154). Sadəcə hakimin ərizəçinin bütün və ya əksər vəsatətlərini rədd etməsi faktı bu cür sübut təşkil etmir. Müvafiq olaraq, hazırkı işdə obyektiv test tətbiq edilməlidir.
137. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə təqsirləndirilən şəxsdə doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən təqsirləndirilən şəxsin mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir (bax: Fayın işi üzrə yuxarıda adı çəkilən qərar, 30-cu bənd).
138. Məhkəmə digər məsələlərlə yanaşı qeyd edir ki, mülki hüquqdakı məsuliyyətin xarakteri cinayət hüququndakı məsuliyyətin xarakterindən fərqlidir, mülki və cinayət işlərində fərqli sübutetmə standartları tətbiq edilir, cinayət işi üzrə məhkum edilmə eyni faktlar əsasında mülki məsuliyyət barədə qərar çıxarılmasına mane olmur və əksinə, mülki məsuliyyəti n mövcudluğu heç də o demək deyil ki, cinayət işində müttəhimin eyni hərəkələri cinayət hüququ əsasında onun təqsirkar olduğu barədə qərar çıxarılmasına səbəb olmalıdır. Bu əsaslara görə Məhkəmə hesab edir ki, eyni hakimin eyni faktlardan irəli gələn mülki və cinayət məsuliyyəti məsələsinə baxması onun qərəzsizliyinə bunun hökmən təsir göstərəcəyi demək deyil. Bununla belə, Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hakimin qərəzsiz olmamasından ehtiyatlanmasının obyektiv əsaslara söykənən ehtiyatlanma hesab edilməsi hər bir konkret işin xüsusi hallarından asılıdır (bax: Hausşildtin işi üzrə yuxarıda adı çəkilən qərar, 49-cu bənd).
139. Məhkəmə hesab edir ki, hazırkı işin konkret xüsusiyyətlərini qiymətləndirərkən belə bir fakta önəm verilməlidir ki, sözügedən məhkəmə icraatları fərdlər ə qarşı baş verdiyi iddia edilən diffamasiya ilə bağlı idi. Məhkəmə icraatlarının predmeti məhz bu məsələ olduğuna görə hazırkı işdəki situasiya eyni faktların mülki və cinayət məsuliyyətini doğurduğu digər situasiyalarla müqayisəyə gəlməyə bilər. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin hakimin qərəzsiz olmamasından ehtiyatlanması belə bir fakta əsaslanırdı ki, hakim İsmayılov eyni vaxtda, lakin ayrı-ayrı məhkəmə icraatlarında onun mülki və cinayət məsuliyyəti məsələlərinə baxmışdı, özü də mülki işə cinayət işindən əvvəl baxılmışdı. Məhkəmə qeyd edir ki, hər iki məhkəmə icraatı ərizəçi tərəfindən ifadə edilən və diffamasiya xarakterli olduğu iddia edilən eyni fikirlərlə əlaqədar idi. Xanım Çaladze birinci məhkəmə icraatında şikayətçi idi, ikinci məhkəmə icraatında isə xüsusi ittihamçı qismində çıxış edən bir neçə Xocalı qaçqınının nümayəndəsi idi. O, mahiyyət etibarı ilə hər iki məhkəmə icraatında eyni arqumentlər irəli sürmüşdü. Hər iki məhkəmə icraatında ərizəçinin mülki və ya cinayət hüququ əsasında diffamasiyaya görə təqsirkar olubolmadığını müəyyən etmək üçün hakim digər məsələlərlə yanaşı əmin olmalı idi ki, ərizəçinin bildirdiyi fikirlər ―yalandır‖ (və ya sübut olunmayıb) və belə olan halda həmin fikirlər Xocalı hadisələrində sağ qalanların ləyaqətini ləkələyib. Bunu müəyyən etmək üçün hakim mahiyyət etibarı ilə eyni və ya oxşar sübutedici materialları qiymətləndirməli idi. Görünür, diffamasiyaya dair cinayət qanunvericiliyinə əsasən, hakim bundan əlavə cinayətkar niyyət elementinin olub-olmadığını da qiymətləndirməli və bunun üçün ərizəçinin ―bilə-bilə‖ böhtan xarakterli fikirləri yayıb-yaymadığını müəyyən etməli idi (yuxarıda 47-ci bəndə bax). Lakin Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı mülki işi həll etməklə hakim artıq ərizəçinin bildirdiyi fikirlərə qiymət vermiş və bu qənaətə gəlmişdi ki, Xocalı hadisələrində sağ qalanların ləyaqətini ləkələyən yalan məlumatlardır. Belə olan halda, ərizəçi sonradan cinayət hüququna əsasən böhtana görə cinayət təqibinə məruz qaldıqda, ərizəçi tərəfindən bildirilən və diffamasiya xarakteri daşıdığı iddia edilən fikirlər barəsində rəyini artıq elan etmiş hakimin qərəzsizliyi ilə bağlı şübhələr yarana bilərdi. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu konkret işin xüsusi halları baxımından ərizəçinin hakimin qərəzsiz olmamasından ehtiyatlanması obyektiv əsasa söykənən ehtiyatlanma sayıla bilərdi.
140. Müvafiq olaraq, bu məsələdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib”. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində ekspert rəyinə istinad etsə də belə bir xüsusata diqqət yetirməmişdir ki, ekspert rəyində qeyd olunur ki, “cavabdeh X8 oğluna rayon İcra Hakimiyyəti Başçısının 10 iyul 2002-ci il tarixli sərəncamı ilə ayrılmış 70 ha torpaq sahəsi 08.11.2013-cü il tarixli 121 a nömrəli sərəncam ilə ləğv edildiyindən tərəfimizdən tədqiqat aparılmır.” Eyni zamanda mülki işin materialları ilə müəyyən edilir ki, cavabdeh Zərdab rayon İHB-nın 10 iyul 2002-ci il tarixli sərəncamının 08.11.2013-cü il tarixli sərəncamla ləğv edilməsini məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə torpaq sahəsindən istifadəyə hüqu q verən sərəncamların sərəncamın verildiyi orqan tərəfindən ləğv edilməsi hüququ əldə edilmiş şəxsin əldə etdiyi hüquqlara müdaxiləni təşkil edir. Bu prizmadan yanaşdıqda mübahisənin həlli üçün cavabdeh X8 oğlunun istifadəsinə 10 iyul 2002-ci il tarixli sərəncamla verilmiş torpaq sahəsinin 02 dekabr 2011-ci il tarixli sərəncam ilə iddiaçıya verilmiş torpaq sahəsinin üst-üstə düşməsi, həmçinin Zərdab rayon İHB-nın 08.11.2013-cü il tarixli 121 a saylı sərəncamının qanunauyğunluğunun müəyyən edilməsi əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, ona görə də kassasiya şikayəti təmin edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilsin. Şəki A pelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.