Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1273/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2021-ci il tarixli, 2(103)8601/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 03.10.2016-cı il tarixdən Cavabdeh şirkətində «Quyu tamamlanması üzrə texniki məsləhətçi» vəzifəsinə təyin edilmiş və 03.10.2017-ci il tarixdən həmin şirkətdə «Baş icraçı nümayəndə, biznesin inkşafı» vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə Cavabdeh şirkətinin 26.12.2019-cu il tarixli, k-143 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı ixtisar edildikdə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş k-143 saylı 26.12.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqı hesablanmaqla, kompensasiya ödənilməsi, cavabdeh təşkilatdan mənəvi ziyana görə iddiaçının xeyrinə 50000 (əlli min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, işdən azad olunması barədə əmrdə qeyd edilmişdir ki, 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı «baş icraçı nümayəndə, biznes inkişafı» (R505ESG) əmək müqaviləsinə 26 dekabr 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam verilmişdir. Bundan başqa, işdən azad olunma barədə əmrin verilməsi üçün kifayət qədər he ç bir əsaslar mövcud olmamışdır. Onun heç bir müraciəti olmadığı halda, əmrdə onun işdən azad olunması barədə ərizəsinin mövcud olması öz əksini tapmışdır. Həmçinin 26.12.2019-cu il tarixli əmrin məzmunu düzgün tərtib edilməmişdir. Belə olan halda həmin əmrin etibarsız hesab edilməsi üçün əsaslar var. İddiaçı çalışdığı sahə üzrə 13 illik iş təcrübəsi olmaqla, tamamlama işləri üzrə texniki mütəxəssisdən əlavə neft mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır. İddiaçı 2 azyaşlı uşaq anası olmaqla 12 oktyabr 2009cu il doğumlu X3 və 18 avqust 2014-cü il doğumlu X1 onun himayəsindədir. Bundan başqa, İddiaçı ixtisar edilərək vəzifəsindən azad olunan zaman Cavabdeh şirkəti bir neçə şəxsi işə qəbul etmə prosesi aparmışdır. Şirkət tərəfindən bu barədə məlumatlar internet portallarında yerləş dirilmişdir. Belə olan halda, iddiaçının ixtisar edilərək vəzifədən azad olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh şirkəti yerli mütəxəsislər olduğu halda, xarici mütəxəssisləri işə cəlb edərək iddiaçını qanunsuz olaraq ixtisara salmışdır. Həmin şirkət yalnız iddiaçını ixtisar edərək əmək qanunvericiliyinin tələblərini pozmuşdur.
4. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilərin sayının ixtisar edilməsidir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış 0755 saylı 03 oktyabr 2016-cı il tarixli əmək müqaviləsinə xitam verilərkən iddiaçıya bildiriş təqdim edilmişdir. Cavabdeh işçilərin sayının ixtisarı haqqında 27 noyabr 2019-cu il t arixli K-128/2 saylı əmr vermiş və iddiaçının ixtisarını əsaslandırmışdır. Qeyd edilən əmrə əsasən 2017ci ilin sentyabr ayında başlayan “Total” layihəsinin yekunlaşması ilə əlaqədar olaraq və sözügedən layihədə iştirak edən işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılması, həmçinin əmək istehsalında effektivliyin yaxşılaşdırılması məqsədi ilə iddiaçının ixtisar olunması barədə əmr verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə 26 dekabr 2019-cu il tarixli K-143 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsas götürülərək xitam verilmişdir. 26 dekabr 2019-cu il tarixli K-143 saylı əmrdə texniki səhvə yol verilmiş və sonda “Əsas: İşçinin ərizəsi” qeyd edilmişdir. Lakin bu əmrin yuxarı bəndindən göründüyü kimi, Əmək Məcəlləsinin əmək müqaviləsinə işçinin ə rizəsinə əsasən xitam verilməsi bəndinə istinad edilməmişdir. Əmrdə məhz işçinin ixtisarı əmrinə istinad edilmişdir. İşçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilsəydi, işçiyə xitam barədə öncədən bildiriş verilməz, kompensasiya ödənilməz və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində iddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilməzdi. İşçinin əmək müqaviləsinə işçinin ixtisarı əsası ilə xitam verilmişdir. Cavabdehin nəzdində həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmir və bu baxımdan əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalarla bağlı heç bir öhdəliyi yaranmır. İddiaçı öhdəsində iki azyaşlı uşağının olmasını qeyd etmiş və bu ba xımdan da üstünlük hüququna malik olduğunu iddia etmişdir. Lakin Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə əsasən işçilərin üstünlük hüququ yalnız işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda yaranır. Hazırda iddiaçı çalışan şöbədə (departamentdə) çalışan yeganə işçi fəlsəfə doktoru elmi dərəcəsinə malik olan Teyrun Qəhrəmanov əmək müqaviləsinə əsasən iddiaçı ilə eyni vəzifədə çalışsa da, faktiki olaraq iddiaçı Teyrun Qəhrəmanovun tabeliyində çalışırdı. X2 cavabdehin müəssisəsində iddiaçıdan xeyli artıq müddətdə, 12 ilə yaxındır çalışır. Qeyd edilənlərdən də göründüyü kimi, Teyrun Qəhrəmanov daha yüksək ixtisas və peşəkarlıq səviyyəsinə malikdir. Həmçinin iddiaçı ilə eyni layihədə çalışan əcnəbi X6 ilə cavabdehin təsisçisi arasında bağlanmış müqavilə ləğv edilmişdir. Beləliklə, iddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə dair üstünlük hüququ yaranmır. Əmək Məcəlləsində bir işçinin ixtisarının yol verilməzliyi ilə bağlı heç bir müddəa müəyyən edilməmişdir. Həmçinin cavabdeh tərəfdən işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə, həmçinin əmək istehsalında effektivliyin yaxşılaşdırılması məqsədi ilə tək iddiaçı ilə bağlı deyil, digər müxtəlif şöbələr üzrə ixtisarlar aparılmışdır. İddiaçı iddia ərizəsində iddiaçı vəzifədən azad olunan zaman cavabdeh tərəfindən bir neçə işçinin işə götürmə prosesinin aparıldığını qeyd etmişdir. Lakin iddiaçı qeyd edilən halın mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən zamandan bu günədək cavabdeh, iddiaçının çalışdığı vəzifəyə heç bir kəsi işə götürməmiş və heç kimlə əmək müqaviləsi bağlamamışdır. Əmək Məcəlləsinin tələblərinə əsasən, iddiaçıya əmək stajına uyğun olaraq işdən çıxma müavinəti ödənilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı ilə olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 26.12.2019-cu il tarixli əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur və iddiaçının həmin əmrin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi 26.12.2019-cu il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün, digər tələblər - onun əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 46, 74, 78, 81, 84, 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də saxtakarlığa yol vermiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri barədə xüsusi q ərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.2020-ci il tarixli, 2(103)-6651/2020 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi) İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının (nümayəndəliyinin) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair K-143 nömrəli, 26 dekabr 2019-cu il tarixli əmr ləğv edilmiş, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndəliyində) iş yerinə (vəzifəsinə) bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 26.12.2019-cu il tarixli K-143 nömrəli əmrdən göründüyü kimi həmin əmrdə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi göstərilsə də, əmrin verilməsinə digər əsas kimi isə əmrdə İddiaçı özünün ərizəsinin olması göstərilmişdir. Cavabdeh şirkət və məhkəmə həmin halı texniki səhv kimi qiymətləndirsələr də, bu hal əmrin mahiyyətində ziddiyyət yaratmaqla texniki səhv kimi qiymətləndirilə bilməzdi. Yəni, əmrdə göstərilən və Əmək Məcəlləsinin 84-ci maddəsinin 1-ci bəndinə əsasən tələb olunan məlumatlar birbirinə uyğun olmamaqla ziddiyyət təşkil edir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 0755 nömrəli, 03 oktyabr 2016-cu il tarixli əmək müqaviləsinin surətindən göründüyü kimi İddiaçı 03.10.2016-cı il tarixdə Cavabdeh şirkətində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanılmışdır. İddiaçı 03.10.2017-ci il tarixdən həmin şir kətdə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi barədə hər hansı əmək müqaviləsi və ya onunla 03.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik və ya əlavə mövcüd deyildir. İddiaçı iş materiallarına əlavə olunmuş əmək kitabçasında onun “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi ilə əlaqədar 755 №-li əmək müqaviləsinə əlavənin olması qeyd edilsə də, belə bir əlavə təqdim edilməmişdir. Bu hal özü-özlüyündə əmək qanunvericliyinin 81 və 82-ci maddələrinin tələblərinin pozulması olmaqla qanunsuzdur. Buradan belə nəticə hasil olunur ki, İddiaçı 0755 nömrəli, 03.10.2016-cı il tarixli əmək müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmiş, laki n mübahisələndirilən əmrlə 26.12.2019-cu il tarixli K-143 nömrəli əmrlə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. Yəni cavabdeh şirkət İddiaçı ilə bağlamadığı əmək müqaviləsinə xitam vermişdir. İddiaçı Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsində işləməsinə dəlalət edən bir hal da odur ki, İddiaçı struktur sistemində birbaşa olaraq Teyrun Qəhrəmanov adlı əməkdaşa tabe olmuşdur və Teyrun Qəhrəmanov da Cavabdeh şirkətində 11.08.2008-ci il tarixdə “Quyu tamamlanması üzrə kiçik texniki işçi” vəzifəsinə qəbul edilmişdir. İşin mübahisəsiz hallarından həmçinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyində İddiaçı əmək müqaviləsi üzrə təyin olunduğu “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsi ixtisar olunmamışd ır. Göründüyü kimi, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə 26.12.2019-cu il tarixli K-143 nömrəli əmr tamamilə qanunsuz olmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,İddiaçı iddia tələblərində mənəvi zərər də tələb etməsinə baxmayaraq, iş materiallarına əsasən onun mənəvi iztirab və ya sarsıntı keçirməsi sübut olunmamaqla iddia tələbləri həmin hissədə əsassızdır və təmin olunmamalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
14. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2997/2021 saylı, 17.06.2021-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Filialının kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunmasına dair 26.12.2019-cu il tarixli K-143 nömrəli əmrdə deyilir: 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı “Baş icraçı nümayəndə, biznes İnkişafı” (R505ESG) əmək müqaviləsinə 26 dekabr 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam verilsin. Həmin əmrin altında əsas kimi işçinin ərizəsi barədə qeyd var. Apellyasiya Məhkəməsi həmin qeydi əsas tutaraq hesab etmişdir ki, verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun deyil. Apellyasiya Məhkəməsi qeyd olunan normanı düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzif əsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
16. İddiaçının barəsində çıxarılmış əmrdə qeyd olunan normanın məzmununa aid olan bütün məlumatlar yer almışdır. O cümlədən, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edi lməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il göstərilməlidir. İşçinin işdən azad olunması əsasları özü onu ehtiva edir ki, (70-ci maddənin “b” bəndi) belə hallarda işçi işəgötürən tərəfindən (onun təşəbbüsü ilə) işdən azad olunur. Əmrdə Qanunun maddəsindən və bəndindən başqa mötərizə içərisində onun açıqlaması da verilmişdir ki, işçi işçilərin sayının ixtisar edilməsi əsası ilə işdən azad olunur. Bu əsasla işçinin işdən azad olunmasına işçinin ərizəsi əsas ola bilməz və buna zərurət yoxdur. Əks təqdirdə işəgötürən işçini bu barədə əvvəlcədən xəbərdar etməzdi. Əmrin altında yazılmış qeydin texniki səhv olması açıq-aşkardır və bunun hüquqi nəticələri ola bilməz.
17. Məhkəmə kollegiyası iddiaçının çıxarıldığı vəzifə ilə bağlı onunla ümumiyyətlə əmək müqaviləsi bağlanmaması əsası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin dəyərləndirməsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində özü təsdiq edir ki, (mülki iş səhifə 3.) 03.10.2017-ci il tarixdən həmin şirkətdə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı qeydlər aparılmışdır (mülki iş səhifə 16). Qeyddə iddiaçının özünün təsdiq etdiyi kimi 03.10.2017-ci il tarixdən baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilmişdir. İşçi 755 №-li əmək müqaviləsinə 2 saylı əlavə ilə həmin işə keçirilmişdir. Əmək kitabçasında istinad olunan əmək müqaviləsi işçi ilə 03.010.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsidir.
18. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqavilə sinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş, 1-ci instansiya həmin sənədləri tədqiq etmişdir (mülki iş, səhifə130). Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi barədə qeydlər aparılmışdır. Keçən müddət ərzində iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamış, işə apelyasiya icraatında baxılarkən məhkəmə işin müəyyən edilən hallarına düzgün hüquqi qiymət vermə məsi səbəbindən qeyd olunan əsasla əmrin ləğv edilməsi qənaətinə gəlmiş və nəticədə ziddiyyətli qətnamə qəbul etmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi ilə bağlı onunla əmək müqaviləsi bağlanmamış və onun həmin işdən çıxarılması qanunsuzdur. Lakin, məhkəmə öz qətnaməsində iddiaçının hansı işə bərpa olunmasını göstərməməklə ziddiyyətə yol vermiş, gəldiyi nəticəni şübhə altına almışdır. İddiaçı iki il həmin vəzifədə işləmiş, əmək haqqı almış, işdən azad olunduqdan sonra həmin vəzifə üzrə son haq-hesab hesablanaraq ona ödənilmiş, həmin vəsaiti qəbul etmişdir. Məhkəmənin çıxardığı qərar əsasında iddiaçının hansı işə bərpa olunacağı naməlum qalmışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh şirkətinin Az ərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilsin. İddiaçının iş yeri baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi idi və məhkəmə həmin vəzifəni qanuni iş yeri kimi tanımadığı təqdirdə iddiaçının hansı vəzifəyə bərpa olunmasını göstərməli idi. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2021-ci il tarixli, 2(103)8601/2021 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(002)-641/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, i ddiaçı əmək münasibətlərində olduğu müddətdə yalnız bir dəfə əmək müqaviləsinə əlavə olunduğunu, lakin heç bir halda onun vəzifəsinin dəyişdirilmədiyini, onunla əmək müqaviləsinə xitam verilməsi barədə 26.12.2019-cu il tarixli, k-143 saylı əmrdə isə “Baş icraçı nümayəndə, biznes inkişafı” (R505-ESG) vəzifəsi üzrə əmək müqavləsinə xitam verildiyi göstərildiyi, yəni əmək müqaviləsində olmayan vəzifəsi üzrə əmək müqaviləsi ləğv edildiyini göstərsə də, bu dəlillər iş materialları ilə təkzib olunur. İddiaçı iddia ərizəsində özü göstərir ki, 03.10.2017-ci il tarixdən həmin şirkətdə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı qeydlər aparılmışdır. Qeyddə iddiaçının özünün təsdiq etdiyi kimi 03.10.2017-ci il tarixdən “Baş icraçı nümayə ndə, biznes inkişafı” vəzifəsinə keçirilmişdir. Əmək kitabçasında istinad olunan əmək müqaviləsi işçi ilə 03.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsidir və cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş, birinci instansiya məhkəməsi də həmin sənədləri tədqiq etmişdir. Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsi barədə qeydlər aparılmışdır. Göründüyü kimi, iddiaçının gətirdiyi bu dəlil iş materialları ilə tam təkzib olunur.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qey d etmişdir ki, iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamışdır. İşçilərin sayı azaldılarkən və ya ştatların sayı ixtisar edilərkən cavabdeh şirkət Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən müvafiq tədbirlər görmədiyi, bu sahədə onu digər uyğun işlə təmin etmədiyi barədə dəlili də əsaslı ola bilməz. Çünki, həmin sahədə digər uyğun işin olması da təsdiq olunmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmrin verilməsinə əsas kimi əmrdə İddiaçı ərizəsinin olmasının göstərilməsi iddianın əsaslı və təmin olunmalı olmasına dəlalət etmir. Çünki iddia texniki səhvə görə yox, əsaslılığına və qanuniliy inə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, tələbin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Çünki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də idd iaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03.10.2016-cı il tarixli əmək müqaviləsinə vəzifə dəyişikliyi ilə bağlı heç bir əlavə müqavilə tərtib olunmamış və işçi tərəfindən imzalanmamış, lakin işçinin əmək müqaviləsində təsbit olunmayan vəzifəsi üzrə mövcud 03.10.2016-cı il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmələr də mövcud olmayan 03.10.2017-ci il tarixli əmək müqaviləsinə dəyişi kliyə, əmək müqaviləsi bildirişinə istinad etməklə qətnaməni əsaslandırmağa çalışmışdır. 03.10.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik razılaşdırılmadığı, imzalanmadığı və mövcud olmadığı üçün qanunvericiliyin maddi hüquq normaları pozulmuş, “baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsi hissəsində əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına əməl olunmamış, bu hala məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəinki iddiaçının, hətta cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara, maddi hüquq normalarına müvafiq düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh istinad etdiyi halları sübut edə bilməmiş, işçinin əmək müqaviləsinə dəyişikliyə razılığını təqdim edə bilməmiş, guya əlavə müqavilənin itməsinə istinad etmiş, mə hkəmə isə bunu mötəbər dəlil kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi hüquq normasını yanlış tətbiq etməsini düzgün yoxlamamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. İşəgötürən “Total” layihəsinə təhkim olunan işçinin əmək müqaviləsinə xitam verildiyini bildirsə də, işçinin “Total” layihəsinə təhkim olunması barədə sübutu təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh Azərbaycan Respublikası Filialının vəkili Vəkil4 kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
10. Əmək müqaviləsi üzrə işçin in əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan t ərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin say ı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə
300. Əmək m üqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
29. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
31. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
36. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh işçilər in sayının ixtisarı haqqında 27 noyabr 2019-cu il tarixli, K-128/2 saylı əmr vermişdir. Qeyd edilən əmrə əsasən 2017-ci ilin sentyabr ayında başlayan “Total” layihəsinin yekunlaşması ilə əlaqədar olaraq və sözügedən layihədə iştirak edən işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması, həmçinin əmək istehsalında effektivliyin yaxşılaşdırılması məqsədi ilə iddiaçının ixtisar olunması barədə əmr verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə 26 dekabr 2019-cu il tarixli K-143 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsas götürülərək xitam verilmişdir. Cavabdeh müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə işəgötürən tərəfindən riayət edilmişdir. 3
7. Kassatorun “03.10.2016-cı il tarixli əmək müqaviləsinə vəzifə dəyişikliyi ilə bağlı heç bir əlavə müqavilə tərtib olunmamış və işçi tərəfindən imzalanmamış, lakin işçinin əmək müqaviləsində təsbit olunmayan vəzifəsi üzrə mövcud 03.10.2016-cı il tarixli əmək müqaviləsi ləğv edilmişdir” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli qərarında təhlil edilərək rədd edilmişdir (bu qərarın 17 və 18-ci paraqrafları).
38. Məhkəmə kollegiyası həmin nəticə və əsaslandırma ilə razılaşır. İddiaçının bu dəlilini rədd etməyə əsas verən işin xüsusi qüvvəyə malik halı ondan ibarətdir ki, iddiaçının 03.10.2017-ci il tarixdən həmin şirkətdə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi barədə əmək müqavil əsinə dəyişiklik edilməsi haqqında bildiriş mövcuddur. Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi barədə qeydlər aparılmışdır. Keçən müddət ərzində iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamışdır. İşin bu hal onu deməyə əsas verir ki, iddiaçının bu dəlili formal xarakter daşıyır.
39. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi halda, “Əsas: İşçinin ərizəsi” qeydi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, işin halları bu qeydin texniki səhv olması barədə birmənalı nəticəyə gəlməyə kifayət qədər əsas verir. Çünki əmək müqaviləsinə xitam verilməsi üzrə işəgötürənin bütün hərəkətləri, ixtisara əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini ifadə edir.
40. İddiaçının barəsində çıxarılmış əmrin məzmunu, Əmək Məcəlləsinin 84-cü maddəsində əmrin məzmunu üçün nəzərdə tutulmuş tələblərə uyğundur. Əmrdə müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş, Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il göstərilməlidir. Əmrin altında yazılmış qeydin texniki səhv olması açıqaşkardır və işin bu halı, Əmək Məcəlləsinin 76-cı və ya 84-cü maddəsinə əsasən əmrin ləğvi və ya etibarsızlığı kimi hüquqi nəticə törətmir.
41. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aiddir. Kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2021-ci il tarixli, 2(103)8601/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.