Məhkəmə qərarları › İş №2(102)-1273/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1273/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1273/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti nə 27 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 1 otaqlı 905 nömrəli mənzil 1987-ci ildən gənc mütəxəssis kimi İddiaçı sahibliyinə verilmişdir.

2. İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.2004-cü il tarixinə kimi Fizika institutunda böyük mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində işləmiş, xx.xx.2004-cü ildə öz xahişi ilə Fizika institutunda elmi işçi vəzifəsindən azad olunmuş və Dövlət Xüsusi Maşınqayırma və Kommersiya Komitəsində başqa işə keçmişdir.

3. Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X6 2020-ci ildən ünvan 1 ünvanında yerləşən 1 otaqlı 905 nömrəli mənzilə qeydiyyata alınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların yetkinlik yaşına çatmayan azyaşlı övladı 2015-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzilə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzil 170 nömrəli orderə əsasən onun sahibliyinə verilmişdir. Çıxarmaq istədiyi şəxslərin kim olmasından və onların mənzilə necə və hansı yolla qeydiyyata düşmələrindən xəbəri olmamışdır. Cavabdehlər və onların yetkinlik yaşına çatmayan azyaşlı övladı mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımış, bu isə mülkiyyətçinin hüququna əsassız müdaxilə təşkil etmiş və iddiaçı onların həmin mənzildə formal qeydiyyatda olmasına görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olmuşdur.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 27.1, 152, 157.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2 və 9-cu maddələrinə istinad etmişdir.

7. İddiaçı məhkəmə baxışı zamanı izahatında göstərmişdir ki, 1987-ci ildə order əsasında həmin mənzilə köçmüş, iki il orada yaşadıqdan sonra ailə qurmaq üçün rayona getmiş, iki il rayonda yaşamış, geri qayıdanda ona məlum olmuşdur ki, mənzil Xocalıdan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Bundan sonra bir daha rayona qayıdıb geri dönəndə ona məlum olmuşdur ki, mənzildə başqa ailə yaşayır. İddiaçı 1 il Hacıqabul rayonunda, hazırda isə Qobustanda kirayədə yaşayır. O, 14 il Elmlər Akademiyasında işləmiş, mənzili oradan almışdır. Mənzilin orderi ləğv olunmamış, mənzili özəlləşdirməmiş və hazırda orada pasport qeydiyyatındadır.

8. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdeh 2009-cu ilin yay aylarında Əhmədli metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Tağı və Eldar adlı şəxslərə müraciət edərək, 1 otaqlı ucuz qiymətə olan bir ev almaq istədiyini bildirmişdir. Onu mübahisəli mənzilə gətirmişlər. Mənzildə yaşayan X5 adlı şəxslə mənzili 21000 ABŞ dolları məbləğinə almağa razılaşmışlar. Ev- alqı satqısı ilə məşğul olan şəxslər isə mənzilin sənədləşdirilməsini öz üzərilərinə götürmüşlər. O da tələb olunan məbləği verdikdən bir neçə gün sonra, həmin mənzilə köçmüşdür. Lakin bu şəxslər mənzilin sənədlərini düzəldib ona təqdim etməmişlər. Aranı sakitləşdirmək üçün onları qeydiyyata salmışlar; - cavabdeh aldandığını başa düşüb, Xətai rayonun Prokurorluğuna və Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsində aparılmış araşdırılma ilə müəyyən edilmişdir ki, yataqxanadakı həmin otaq boş bir otaq olmuş, Füzuli rayonundan məcburi köçkün düşmüş bir şəxs həmin otağı zəbt etmiş, 2005-ci ilə qədər orada yaşamış, 2005-ci ildə isə həmin otağı X4 vermişdir. X5 da öz növbəsində onun pulunu almış, otağı ona vermişdir. 13 ildir ki, fasiləsiz olaraq ailə üzvləri ilə bu otaqda yaş ayır, kommunal xidmət xərclərini ödəmiş, qeydiyyatda düşmüş, qeydiyyatını isə Dövlət orqanları qanuni və əsaslı şəkildə həll etmişlər; - iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının təqdim etdiyi orderin kim tərəfindən və hansı qərar əsasında verildiyi bəlli deyil. Həmin order Nazirlər Kabinetinin müəyyən etdiyi order tipinə də uyğun deyil. Həm də order mənzilə köçmək üçün əsasdır, iddiaçı isə mənzilə köçməyib.

9. Həmçinin Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1557/2022 nömrəli, 17 iyun 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzildən çıxa rılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, orderə əsasən mənzil iddiaçının sahibliyində və istifadəsində olsa da, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin iddiaçının sahibliyində və istifadəsində olan mənzilə dair mülkiyyət hüququna gözləntisi olmuşdur. İddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun mənzilə dair mülkiyyətə gözləntisi olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövcudluğu iş materialları ilə tam sübuta yetirilir. İşin mübahisəsiz halıdır ki, mənzil order əsasında iddiaçıya məxsusdur. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehin) s ahibliyində olması da iş materialları ilə müəyyən edilir. Cavabdeh2 iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki mənzil iddiaçıya məxsus olduğu halda cavabdehlər heç bir qanuni əsas olmadan onun mənzilində yaşayırlar. Bu isə əmlakın (mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, bütün şərh edilənlər əsasında iddiaçı hazırkı iddia tələbini irəli sürməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, çünki iddiaçı mənzilin qanuni sahibidir.

13. Bununla belə, birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. 118 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 2417 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən cavabdehlər və onların yetkinlik yaşına çatmayan övladları X6 2020-ci il tarixdə Mənzildə qeydiyyata alınmışdırlar. Lakin şəxsin hər hansı mənzildə (evdə) pasport qeydiyyatına alınması istifadə hüququnun yaranması üçün əsas deyil. İddiaçının cavabdehlərin və onların mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq polis orqanına müraciət etmək, müraciəti təmin olunmadığı halda polis orqanının qərarından, yaxud hərəkətsizliyindən inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 152, 157-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır. (bax:8-ci bənd)

17. Apellyasiya baxışı zamanı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 noyabr 2022-ci il tarixli cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Həmin binaya xidmət göstərən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı MKİS-in arxiv sənədləri arasında 905 nömrəli mənzilin iddiaçının istifadəsinə verilməsi barədə heç bir sənəd aşkar edilməmiş, həmin mənzildə uzun illər məcburi köçkün ailəsi məskunlaşmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İ darəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

20. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində təsdiq etmişdir ki, iddiaçı həmin yataqxana otağında bir müddət yaşamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzildən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə idd ianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Akif İsgəndərov)

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya gənc mütəxəssis kimi ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzilə köçmək üçün xx.xx.1987-ci ildə order verilsə də, o cəmi 2 il həmin mənzildə yaşamış, daha sonra başqa ünvanlarda yaşamışdır. Bundan sonra 30 ildən yuxarı müddət ərzində iddiaçı həmin mənzilə köçmək üçün hər hansı təşəbbüs göstərməmiş və 905 nömrəli mənzilə dair orderi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı MKİS-ə də təqdim etməmişdir. Ötən 30 il müddət ərzində iddiaçı qeyd olunan mənz ilə ehtiyacının olmasını nümayiş etdirməmiş, hətta gənc mütəxəssis kimi onu mənzillə təmin edən Elmlər Akademiyası ilə 2004-cü ildən əmək münasibətlərini könüllü olaraq kəsmişdir.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzil münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87 və 108-ci maddələrinin tələbləri baxımından həm mənzili 6 aydan yuxarı müddətə tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyinə, həm də işlədiyi təşkilatla əmək münasibətlərini könüllü şəkildə kəsdiyinə görə qeyd olunan mənzilə bütün hüquqlarını itirmişdir. Həmçinin, mübahisəli 905 nömrəli yataqxana mənzili dövlət mənzil fondunda olmaqla özəlləşdirilməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehləri mübahisəli yataqxana otağından çıxarmaq barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmadığından, iddia müddətinin tətbiqi barədə ərizəni müzakirə etməyə də zərurət qalmır.

25. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, apellyasiya icraatı zamanı iddiaçı cavabdehlərin 905 nömrəli mənzildə deyil, 908 nömrəli mənzildə qeydiyyatda olduqlarını bildirmiş, bunun təsdiqi kimi Xətai RPİ-nin Bakı İnzibati Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunun surətini məhkəməyə təqdim etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası DİN-in verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan və iş materiallarında olan digər sənədlərdən görünür ki, cavabdehlər məhz yataqxananın 905 nömrəli mənzilində qeydiyyatdadır lar.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olmuş) 4, 6, 48, 60, 87, 106, 107 və 108-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayət belə əsaslandırılıb: - iddiaçı sözügedən ünvanda 1987-ci ildən 1992-ci ilə qədər gənc mütəxəssis kimi yataqxana 15, 905 nömrəli mənzildə yaşamışdır. Bakı Apellyasiya Məhkəməsində iddiaçı sözügedən mənzildə Xocalıdan olan qaçqın ailəsinin yerləşdirməsi, özünün isə uzun müddət kirayələrdə qalması barədə izah at vermişdir. Həmin mənzildə iddiaçının bir müddət yaşamasını apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində təsdiq etmişdir; - iddiaçı bir müddət sonra ona verilən mənzilə gələrkən orada Füzuli rayonundan olan qaçqın ailəsinin yaşadığını görmüşdür; - iddiaçı 1987-ci ildən 10 noyabr 1987-ci il tarixli 170 saylı orderlə onun istifadəsinə verilən 905 saylı mənzildən təyinatı üzrə istifadə etmək istəsə də, müxtəlif vaxtlarda ona, müxtəlif şəxslər tərəfindən maneə yaradılmışdır; - iş materiallarında ilkin olaraq diqqət çəkən məqamlardan birincisi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 905 saylı mənzili 21000 ABŞ dollara X5 adlı şəxsdən almaları olmuşdur. Mənzili aldıqdan bir müddət sonra cavabdehlər oraya köçmüşlər. Lakin mənzili cavabdehlərə satan şəxslər cavabdehlərə mənzilə dair heç bir sənəd verməmişlər, ancaq onları həmin mənzilə qeydiyyata alınmaqlarında kömək etmişlər. Cavabdehlərin həmin mənzili 21000 ABŞ dollarına almaları və aldanmaları 905 nömrəli mənzildə yaşamaq və ondan istifadə etmək üçün hüquq yaratmamışdır; - iş materiallarında DİN-in verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan və iş materiallarında olan digər sənədlərdən görünür ki, cavabdehlər 15 saylı yataqxana, 905 nömrəli mənzilə qeydiyyata alınmışlar. İş materiallarında apellyasiya icraatı zamanı iddiaçı tərəf cavabdehlərin 905 nömrəli mənzildə deyil, 908 nömrəli mənzildə qeydiyyatda olmaqları barədə Xətai RPİ-nin Bakı İnzibati Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunun surətini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən bu zidd iyyətli məqamlara, yəni cavabdeh tərəfin gah 905 nömrəli mənzildə, gah da 908 nömrəli mənzildə qeydiyyatda olmalarına münasibət bildirməmiş və araşdırmamışdır; - apellyasiya məhkəməsinin istinad etdiyi 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələbinə görə iddiaçı 905 nömrəli mənzilə tam qanuni əsaslarla yiyələnmiş, onun həmin mənzilə hüquq verən sənədi 10 noyabr 1987-ci il tarixli 170 nömrəli orderi ləğv olunmamış və hər hansı bir qərarla 905 nömrəli mənzildən məhrum edilməmişdir. Həmçinin o, mənzili öz xoşu ilə tərk etməmişdir. 90-cı illərdə Respublikada olan siyasi vəziyyət, ölkədə Qarabağ və ətraf rayonlardan olan qaçqın və köçkünlərin ağır vəziyyətində gənc mütəxəssis və bir vətənpərvər kimi həmin mənzildən istifadə etmələrinə şərait yaratmışdı r. Yəni apellyasiya məhkəməsinin istinad etdiyi 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87, 106, 107, 108-ci maddələrinin heç biri iddiaçının mənzilə olan hüququnun itirilməsi üçün əsas deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə

4. Mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu), Kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictima i təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu), Mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativinin fondu), Vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. Maddə

6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətə ndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Maddə

87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Maddə

106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə

107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Maddə

108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər ya lnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidl iyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

35. Belə ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən 1 otaqlı 905 nömrəli mənzilən cavabdehlərin çıxarılmasından ibarətdir. İddiaçı tələbinin əsası kimi həmin mənzilin 170 saylı xx.xx.1987-ci il tarixli orderə əsasən ona verilməsinə istinad edib.

36. İşin apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçıya gənc mütəxəssis kimi ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzilə köçmək üçün xx.xx.1987-ci ildə order verilsə də, o cəmi 2 il həmin mənzildə yaşamış, daha sonra başqa ünvanlarda yaşamışdır. Bundan sonra 30 ildən yuxarı müddət ərzində iddiaçı həmin mənzilə köçmək üçün hər hansı təşəbbüs göstərməmiş və 905 nömrəli mənzilə dair orderi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı MKİS-ə də təqdim etməmişdir. Ötən 30 il müddət ərzində iddiaçı qeyd olunan mənzilə ehtiyacının olmasını nümayiş etdirməmiş, hətta gənc mütəxəssis kimi onu mənzillə təmin edən Elmlər Akademiyası ilə 2004-cü ildən əmək münasibətlərini könüllü olaraq kəsmişdir.

37. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 22-23 və 26-cı bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, hüquq münaisbətlərinin yarandığı zaman qüvvdə olan maddi hüquq normalarını tətbiq etməklə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 32-23-cü bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir. Üstəlik, işin faktiki halları ilə bağlı olmaqla iddianın əsasını təşkil edən məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməli olması nəticəsinə gəlmişdir.

39. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisədə adı keçən otağın dövlət mənzil fonduna aid olması müəyyən edilib. Həmin otaq iddiaçıya gənc mütəxəssis kimi order əsasında ayrılsa da, iddiaçı ona otaq ayıran işəgötürənlə əmək müqaviləsini pozmuş, hətta özünün dediyi kimi 1992-ci ildən otaqdan çıxmaqla 20 il ərzində ona ayrılan otaqla bağlı hər hansı əsaslı mənafeyini irəli sürməmiş, bununla bağlı heç bir maraq və prosessual fəa llıq göstərməmişdir.

40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzillə bağlı hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87 və 108-ci maddələrinin tələblərinə əsasən iddiaçının ona ayrılmış otaq üzərində hər hansı hüququnun qalmaması barədə gəlinən nəticə əsaslı olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar