Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1274/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X11, X8, X16, X9, X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: əşyanın naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(106)-88/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 1/3 hissədə və İddiaçı 2/3 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X11, X8, X16, X9, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ləngan kəndində yerləşən birgə mülkiyyətdə olan 0.5674 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddi açı daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0.5674 hektar torpaq sahəsindən ona düşən payın yerinin müəyyənləşdirilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarı ilə atası X7 və onun ailə üzvlərinə Masallı rayonu, Ləngan kəndində 1.07 ha paylı torpaq sahəsi verilmiş və bununla bağlı JN-0059 Kod 80520038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(106)-2808/2018 saylı qətnam ələri əsasında X13 və X3 miras qalmış Masallı rayonu, Ləngan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-0059 saylı Dövlət aktında qeyd edilmiş 1.07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0.714 ha sahəsinə onun miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin torpaq sahəsi iki hissədən ibarətdir. Torpaq sahəsinin bir hissəsinə, yəni 0.5674 ha hissəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A-№ 813127 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Xüsusi mülkiyyətdə olan 0.5674 ha torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq təhvil verilməsini istəyir. Cavabdeh həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Torpaq sahəsi paylı mülkiyyətdə olduğu üçün payını naturada ayırıb istifadə edə bilmir. Halbuki, mübahis əli torpaq sahəsinin mülkiyyətçisidir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad edilmişdir.
5. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, cavabdehin sahibliyindədir. Mülki Məcəlləyə görə torpaq sahəsi kimin sahibliyindədirsə ona aiddir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Sonda Vəkil2 iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etdi.
6. Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C. Quliyev), iddianın təmin edilməsi, 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq xx.x x.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 2/3 hissə payının naturada ayrılaraq ona verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. Cavabdehin mübahisəli torpaq sahəsində tikililər inş a etməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdehin digər payçı X4 münasibətdə vərəsə kimi gözlənən mülkiyyət hüququ var. O, mübahisəli torpaq sahəsinə münasibətdə hansı hüquqa sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir, özü də iddiaçının daha çox (2/3) payı var. 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, tikililərin mövcud olması və onların cavabdeh üçün ayrılmış torpaq sahəsində yerləşməsi nəzərə alınmışdır.
8. Məhkəmə iddiaçının paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya məxsus 2/3 hissənin ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq naturada ayrılmasının texnik i cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, hazırki vəziyyətdə torpaq sahəsi naturada bölünməlidir.
9. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə mövqeyinə münasibətdə bildirmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (MM-in 375.2 maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xara kter daşıyır.
10. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 213.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.6, 221, 375.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının” Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-88/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova) Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq ekspert rəyi ilə ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya məxsus 2/3 hissənin ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsində tikililər inşa etməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdehin digər payçı X4 münasibətdə vərəsə kimi gözlənən mülkiyyət hüququ var. O, mübahisəli torpaq sahəsinə münasibətdə hansı hüquqa sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir, özüdə iddiaçının daha çox (2/3) payı var. 15 sent yabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, tikililərin mövcud olması və onların cavabdeh üçün ayrılmış torpaq sahəsində yerləşməsi nəzərə alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilə bilməməsi qəbul edilən deyil.
16. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152.1, 213.1, 215.2, 220.1, 220.2, 220.3, 220.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnaməni n ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulmuşdur. 29 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı müvafiq dövlət aktı ilə ayrılmış 1,07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0,714 ha hissəsini miras əmlak kimi qəbul etmişdir, lakin məhkəməyə təqdim edilmiş çıxarışda 0,5674 ha torpaq sahəsindən söz gedir və həmin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsini xahiş etmişdir. O dəfələrlə məhkəmə iclaslarında bildirsədə ki, qəbul etdiyi vərəsəlik hissəsi olan torpaq sahəsi ilə bu gün tələb edilən sahə uyğunsuzluq təşkil edir, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi bu halı aydı nlaşdırmamışdır. 19. 29 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı müvafiq dövlət aktı ilə ayrılmış 1,07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0,714 ha hissəsini miras əmlak kimi qəbul etmişdir, lakin məhkəməyə təqdim edilmiş çıxarışda isə 0,5674 ha torpaq sahəsindən söz gedir və həmin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsini xahiş etmişdir. O dəfələrlə məhkəmə iclaslarında bildirsədə ki, qəbul etdiyi vərəsəlik hissəsi olan torpaq sahəsi ilə bu gün tələb edilən sahə uyğunsuzluq təşkil edir. Lakin nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsi bu halı aydınlaşdırmamışdır. Göründüyü kimi, məhkəmə işi obyektiv və tam araşdırmamış, nəticə etibarilə də hüquqlarımın pozulması ilə nəticələnən qətnamə qəb ul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Bununla yanaşı, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Müb ahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyanın paylara uyğun naturada bölünməsinin mümkünlüyü ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Cavabdehin etirazının əsasları bu tələbin rədd edilməsinə əsas vermədiyindən iddianın təmin olunması Mülki Məcəllənin 221-ci maddəsinə uyğundur. Həmin normaya görə, əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.
31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(106)-88/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.