Məhkəmə qərarları › İş №2(102)-2714/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2714/2025

10.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2714/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARI (Açar sözlər: payın ayrılması, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsində payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ində yerləşən 0,0595 ha torpaq sahəsi (hazırkı iş üzrə mübahisəli torpaq sahəsi) xx.xx.2017-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında X3, Cavabdeh2 Cavabdeh1 və İddiaçı adına, həmin torpaq sahəsi üzrərində yerləşən 56.3 kv.m sahəsi olan fərdi yaşayış evi isə eyni tarixdə paylı mülkiyyət hüququ ilə 3/5 hissədə X1 və 2/5 hissədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyd olunan fərdi yaşayış evində və onun yerləşdiyi mübahisəli torpaq sahəsində, habelə digər torpaq sahələrində (1,45 ha və 0,160 ha) payının na turada ayrılması barədə iddiası, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)-65/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, fərdi yaşayış evinin “A” literli yaşayış evinin sahəsi 10,4 kv.m olan 1 saylı köməkçi otağının və sahəsi 16,6 kv.m olan 2 saylı yaşayış otağının, kənd təsərrüfatı təyinatlı 1,45 ha torpaq sahəsinin ¼ hissəsinə uyğun 0,3625 ha torpaq sahəsinin və yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,160 ha torpaq sahəsinin ¼ hissəsinə uyğun 0,04 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.

3. Qeyd olunan qətnamədə iddianın təmin olunmayan hissəsinə (fərdi yaşayış evinin yerləşdiyi mübahisəli torpaq sahəsindən payın naturada ayrılması) münasibətdə göstərilmişdir ki,... Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M əhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18548 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçıya aid 2/5 hissəsinin təcrid sahə şəklində ayrılmasının (bölünməsinin) Azərbaycan Dövlət Tikinti Normaları 2.61-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

4. Bundan sonra, xx.xx.2019-cu il tarixdə iddiaçının adına verilmiş **********1210301 nömrəli texniki pasportda mübahisəli torpaq sahəsinin sənəd üzrə sahəsinin 0,0595 ha, faktik i sahəsinin isə 0.0885 ha olduğu göstərilmiş və xx.xx.2019-cu il tarixdə sözügedən torpaq sahəsi 4/12 hissədə Cavabdeh2, 3/12 hissədə Cavabdeh1 və 5/12 hissədə İddiaçı, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2/5 hissədə X1, 1/5 hissədə Cavabdeh2 və 2/5 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd edilən fərdi yaşayış evi üzrə texni ki pasport tərtib edilmiş və həmin pasportda sənəd üzrə torpaq sahəsi 0,0595 hektar, faktiki torpaq sahəsi isə 0,0885 hektar olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş texniki pasporta əsasən evə aid torpaq sahəsinin 0,029 hektar hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda İ-hasar, İİİ-darvaza, İV-darvaza, Btalvar, C-tövlə və F-talvar literləri ilə işarələnmiş hissələr zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Cavabdehlər onu öz paylı mülkiyyətində olan evində rahat yaşamasına imkan vermirlər. Hazırda paylı mülkiyyətçilər kimi o və cavabdehlər öz paylarında yaşayırlar. Lakin evləri arasındakı sərhəd onun tələbində göstərdiyi şəkildə ayrılmasa, o, öz mülkiyyətində olan evindən istifadə edə bilməyəcəkd ir. Bununla da cavabdehlər bilərəkdən onun qanunvericiliklə qorunan hüquqlarını pozurlar və pozmaqda da davam edirlər.

7. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehlərlə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən evin torpaq sahəsinin naturada, yəni evə aid - sənəd üzrə 0,0595 hektar (faktiki 0,0885 hektar) torpaq sahəsinin, ona düşən-sənəd üzrə 0,03981 hektar (faktiki 0,05381 hektar) torpaq sahəsi hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində cavabdehlərlə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən evin həyətyanı torpaq sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kv.m olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kv.m olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərib ki, onların birgə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kv.m fərdi yaşayış evi məhkəmə qətnaməsi əsasında aralarında naturada bölünmüşdür. Bundan sonra DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 may 2019-cu il tarixdə İddiaçı adına verilmiş çıxarışa əsasən ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kv.metr fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi Cavabdeh1, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi onun və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. O və digər Cavabdeh1 birgə mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı istifadə etməsinə hər hansı bir şəkildə maneə yaratmamışlar. Bununla bağlı İddiaçı iddiası əsaslı deyildir. Həmçinin, iddiaçının sökülərək yerində darvaza quraşdırılmasını tələb etdiyi daş divarı o, özü 2002-ci ildə inşa etmişdir. Həmin vaxta kimi orada dəmir tor hasar olmuşdur. Həm çinin, darvazanı da 2002-ci ildə özü qoymuşdur. Əvvəllər həyətlərinin digər tərəflərindən də gediş-gəliş üçün cığırlar var idi. İddiaçı tələbinin təmin edilməsi halında onun yolu bağlanacaqdır. Belə ki, ekspertin yol açılmasını tələb etdiyi hissədə həyətyanı torpaq sahəsi divarın çöl tərəfindəki yol sahəsindən kifayət qədər hündürdə yerləşir ki, bu səbəbdən də həmin hissədən həyətə ayrıca maşın yolunun salınması mümkünsüzdür. Piyada yolu salınacağı halda isə oraya əlavə pilləkən quraşdırılmalıdır. Halbuki, hazırda mövcud olan dəmir darvazanın bir qədər geri çəkilib hər iki tərəfə ayrıca darvaza qoyulmaqla iddiaçıya aid torpaq sahəsinin ayrılması mümkündür. Lakin iddiaçı bununla razılaşmamışdır. Onlar yollarının bağlanmasına razı deyildirlər. Onlar İddiaçı iddia tələbini ümumilikdə əsassız hesab edirlər və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

10. Məhkəmə iclası zamanı Cavabdeh1 da mahiyyət etibarı ilə Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

11. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, tərəflərə məxsus, İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. İddiaçının və cavabdehlərin **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kv.m torpaq sahəsi olduğu halda, faktiki istifadələrində 890 kv.m torpaq sahəsi vardır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 23417 saylı rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakn Kadastrı və Ünvan Resytri Xidmətinin Şəki LTİ-nin rəisi İlkin Süleymanovun tərtib etdiyi mütəxəssis rəyində tərəflərə məxsus, İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla biləcəyi göstərilmişdir.

13. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və icra edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 407 saylı rəyində göstərilmiş dir ki, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətlərində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kv.m olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kv.m olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.9 bəndlərinin və metodi k əsasların tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı “A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr olmalıdır. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənilib hazırlanmış plan sxemində ətraflı göstərilmişdir.

14. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Elçin Mehdiyev).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sənəd üzrə olan 595 kv.m torpaq sahəsinin bölünməsi mümkün olmasa da, faktiki mövcud olan 890 kv.m həyətyanı torpaq sahəsinin bölünməsinin mümkünlüyü barədə ekspert rəyi olsa da, iddia tələbinin təmin olunması mümkün deyildir. Çünki torpaq sahəsinin bölg üsü aparıldığı halda cavabdehə məxsus tikililər iddiaçıya veriləcək sahədə qalır, darvazanın açılacağı sahə əsaslı daş hasarla bağlanıb, divarın çöl tərəfi həyətyanı sahədən çox aşağı səviyyədə olduğuna görə maşın yolunun açılması istisna olunur.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.7, 213.1, 213.2 və 220.3cü və Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evin torpaq sahəsi ekspert rəyinə uyğun qaydada - yəni evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evi İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə; texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılması, bölgü zamanı “A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməsi, sərhəd xəttinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi qət edilmişdir (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Belə ki, mübahisəli ev və torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin evdən və torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılanması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün s ubyektiv hüquqa malik olan şəxs kimi, tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən də sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən də göründüyü kimi iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmalakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilmir.

21. Məhkəmə mübahisənin həlli məqsədi ilə 05 mart 2021-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əmlaka yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə giriş-çıxış darvazası ümumi olsa da, fərdi yaşayış evinə giriş-çıxış ayrı-ayrıdır, hər bir tərəf özünə məxsus olan hissədən istifadə edir. Mübahisəli torpaq sahəsinin ümumi yola çıxışı tam sərbəstdir, digər şəxslərə maneçiliyi yoxdur. Sadəcə mübahisəli torpaq sahəsi ümumi yoldan nisbətən hündürdə yerləşir. Yerli baxışda iştirak edən iddiaçı ekspert rəyinə uyğun və ya hansısa formada ümumi yola (küçəyə) ayrıca giriş-çıxış yolu tələb etsə də, cavabdehlər bununla razılaşmır, amma razılaşmamağın səbəbini də izah etməyərək mümkünsüz olduğunu bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi yerli baxış zamanı ekspert rəyinə uyğun bölgünün aparılmasının mümkünlüyü qənaətinə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi ekspert tərəfindən verilmiş rəyə də münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcad an müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Düzdür, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin birinci instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qəbul etməməklə, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəylə razılaşmamasının əsl səbəbini qətnaməsində əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil edir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu; Mənzil Məcəllənin 152.1, 157.2, 213.1, 213.2 və 214.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 218, 384.0.2 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ki birinci icraat

24. Cavabdehlər (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini iddiaçının və cavabdehin arasında bölmüşdür. Bundan başqa, ekspert rəyində qapı açılması nəzərdə tutulmuş yerdə çoxillik meyvə ağacları da vardır ki, oradan qapı açılacağı təqdirdə həmin ağacların kəsilməsi məcburidir. Həmin ərazi də bələdiyyə mülkiyyətində olduğundan oradakı ağaclar kəsiləcəyi təqdirdə kəsən şəxsin barəsində cinayət işi başlanıla bilər. Məhkəmə iddia tələbini təmin edərkən bu halları nəzərə almayaraq, iş üzrə düzgün olmayan nəticəyə gəl mişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(102)-4133/2021 nömrəli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Əhmədov).

27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbini təmin edərək mübahisəli ünvanda yerləşən torpaq sahəsindən yol açılmasını və iddiaçının hesabına hasarın çəkilməsini qət edən apellyasiya instansiyası məhkəməsi texniki pasportda göstərilmiş 290 kv.m zəbt edilmiş torpaq sahəsinin tərəflərin mülkiyyətində olmadığını nəzərə almamış, həmin sahənin naturada bölgüsün ü aparmaqla işdə iştirak etməyə cəlb edilməmiş həmin sahənin mülkiyyətçisinin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan məsələni həll etmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Bu isə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən zəbt edilmiş torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etməli, bundan sonra həmin şəxsi işə cəlb etməli və mübahisəyə torpaq sahəsinin mülkiyyətçisinin iştirakı ilə baxıb iddia tələbinə hüquqi qiymət verməlidir. Həmçinin torpaq sahəsinin bölgüsü aparılarsa cavabdehə məxsus tikililərin iddiaçıya veriləcək sahədə qalması, yaxud əksinə olması yeni mübahisələrin yaranmasına səbəb olacağını da nəzərə almalıdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü; Mülki Prosessual Məcəlləsinin 418.4 və 418.4.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 15 fevral 2022-ci il tarixli, 27 saylı rəyində göstərilmişdir ki, texniki pasportda göstərilən 290 kv.m zəbt edilən torpaq sahəsi istisna edilməklə iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)-65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla mübahisəli torpaq sahəsinin orada yerləşən evə dair tər tib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin iddiaçıya məxsus 1 saylı sahəsi 10,4 kv.m olan köməkçi otağını və 2 saylı, sahəsi 16,6 kv.m olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda 1 literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi, cavabdehlərin giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkün deyildir. Mövcud bölgünün mümkün olmaması onunla izah olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı hər iki tərəfin istifadəsində olan zəbt torpaq sahələri (290 kv.m) nəzərə alınmaqla bölgünün aparılması mümkün olmuş dur. Lakin hazırkı əlavə ekspertiza qarşısında qoyulmuş sualda 290 kv.m torpaq sahəsi istisna olmaqla bölgü aparıldığı halda həyətyanı torpaq sahəsinin təyinatı üzrə istifadəsi yararsız hala düşdüyü üçün mümkün deyildir.

30. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(107)- 104/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın ekspert rəyinə uyğun təmin olunması, sərhəd xəttinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi barədə yeni qətnamə çıxarılmış, ekspertiza xərci cavabdehlərə aid edilmişdir (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Cavadova).

31. Apellyasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya icraatının gəldiyi nəticəni və əsaslandırmanı təkrarlamaqla kassasiya məhkəməsinin göstərişlərinə münasibətdə qeyd etmişdir ki, işin yeni apellyasiya baxışında keçirilmiş ekspertiza üzrə alınmış rəydən də göründüyü kimi, zəbt edilmiş 290 kv.m torpaq sahəsi istisna edilməklə mübahisəli torpaq sahəsinin naturada bölünməsi və cavabdehlərin çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması mümkün deyil. Belə ki, texniki pasportun göstəricilərinə görə B-talvar, C-tövlə və F-talvar literləri tikililərin altında torpaq sahəsi zəbt edilmiş torpaq sahəsidir.

32. Apellyasiya inatansiyası məhkəməsi həmin rəylə razılaşsa da, hesab etmişdir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, tərəflərin istifadəsindədir və əsl mülkiyyətçi olan bələdiyyə tərəfindən hal-hazıradək mübahisələndirilməmişdir. Bələdiyyə tərəfindən isə həmin torpaq sahəsinin mübahisələndirlməsi hüququ istisna edilmir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsini və giriş-çıxış yolunun açılmasını tələb edir. Başqa cür mülkiyyətindən istifadə edə bilmir.

33. Kollegiya, məhz işin faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi daxil edilsə belə, tərəflər arasında sərhədlər müəyyən edilməli, iddiaçıya giriş-çıxış yolu açılmalıdır.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mənzil Məcəllənin 152.1, 157.2, 213.1, 213.2 və 214.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 218, 384.0.2 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki iki nci icraat

35. Cavabdehlər (Vəkil2 Sadəttin oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni darvaza açılaraq bölünməsi tələb edilən ərazi nə iddiaçının, nə də cavabdehlərin mülkiyyətindədir. Həmin ərazi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Belə olan halda, iddiaçının həmin ərazidən yolu ayrılması, divarın sökülərək orada yeni darvazanın qoyulması barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Apellyasiya məhkəməsi isə onların mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini də bölmüşdür. Mülki Məcəllənin müvafiq normaları isə yalnız mülkiyyətdə olan əmlakdan payın ayrılmasını, onun naturada bölünməsi imkanlarını nəzərdə tutmuşdur. Digər tərəfdən, Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinə əsasən, torpaq sahəsinin kimin mülkiyyətində olması bələdiyyə arayışı ilə müəyyən edilə bilməz, məhkəmə tərəfindən bu halın müəyyən edilməsi məqsədilə DƏDRX-yə sorğu verilməli idi. Lakin apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, işə formal baxmış, istinad etdiyi bələdiyyə arayışına həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənəd əlavə edilməmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(102)-3687/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - İlqar Xələfov (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Ələsgər Əliyev).

38. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdən göründüyü kimi, mübahisəyə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsi iddianın təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, bölgüsü aparılmış torpaq sahəsinin 290 kv.metr hissəsinin bələdiyyənin mülkiyyətində olmasının nəzərə alınmamasını, bələdiyyənin işə cəlb edilməməklə onun hüquq və vəzifələrinə toxunan qətnamə qəbul edilməsini əsas göstərmişdir. Lakin təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi mülkiyyətçilər tərəfindən qanunsuz i stifadə olunan 290 kv.metr ölçüdə torpaq sahəsinin mülkiyyətçisi kimi bələdiyyəni işə cəlb etməmiş, onun nümayəndəsinin işdə iştirakını təmin etməmiş və belə vəziyyətdə həmin torpaq sahəsini də tərəflər arasında bölmüşdür. Apellyasiya instansiyası məhkəməsinə görə 290 kv.metr torpaq sahəsinin nəzərə alınmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından və belə vəziyyətdə iddiaçının əmlakdan sərbəst istifadə etmək hüququ pozulduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin göstərişləri işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin göstərişə əməl etmədən qətnamə qəbul etmişdir.

39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 213, 215.4, 220.1, 220.2 və 220.3-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 407.2, 416.1 və 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

40. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21 aprel 2025-ci il tarixli 10/7484 nömrəli rəyə əsasən, ünvan 1i ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus olan 290 kv.m torpaq sahəsi nəzərə alınmadan evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin İddiaçı məxsus 1 saylı, sahəsi 10.4 kv.m olan köməkçi otağı və 2 saylı, sahəsi 16.6 kv.m olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlarda ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Şəki rayon Orta Zəyzid bələdiyyəsi 3-cü şəxs qismində cəlb olunmuşdur.

42. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyy ətlərində olan ünvan 1ində yerləşən evə aid paylı mülkiyyətdə olan torpaq sahəsinin evə dair tərtib olunmuş texniki pasportda A literindəki İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kv.m olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kv.m olan yaşayış otağının cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına doğru, lakin bələdiyyəyə məxsus olan 290 kv.m torpaq sahəsinə qədər olan hissədə naturada ayrılaraq İddiaçı istifadəsinə verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılması, bölgü zamanı "A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, sərhəd xəttinin (hasarının) çəkilməsi iddiaçının hesabına həyata keçirilməsi, ekspertiza tədqiqatının ümumi dəyəri olan 400 manat məbləğin 200 manatın İddiaçı, qalan 200 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakimlər - Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi) Tural Həsənov və Əyyub Kərimov).

43. Apellyasiya instansiyası məhkəməsi qeyd еtmişdir ki, məhkəmə kollegiyası tərəfindən Şəki rayonu Orta Zəyzid bələdiyyəsinə verilmiş şifahi sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh2, Cavabdeh1, İddiaçı adına DƏDRX-də 0.0595 ha həyətyanı torpaq sahəsi qeyduyyata alınmasına baxmayaraq onların istifadəsində 0.0890 ha torpaq sahəsi vardır ki, bunun da 0.0295 hektarı Orta Zəyzid bələdiyyəsinə məxsus torpaq sahəsidir. İddiaçı ərizəsinə əsasən ata mülkündəki həyətyanı torpaq sahəsinin (0.0595 ha) bölünərək ona məxsus olan hissəsinin ona tanıdılmasını iddia edir. Həyətyanı sahədə olan bələdiyyə torpağı isə həyətin giriş hissəsində yerləşdiyinə görə həm İddiaçı, həm də Cavabdeh2 oğıu həmin ərazidən gediş-gəliş üçün istifadə edirlər. Həyətyanı torpaq sahəsi bacı-qardaş arasında bölündükdən sonra bələdiyyəyə aid torpaq sahəsi isə bələdiyyə tərəfindən hər iki ailənin istifadə etməsi üçün məcburi yol kimi saxlanılır.

44. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

45. Məhkəmə kollegiyası e kspert tərəfindən verilmiş rəyə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Düzdür, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

46. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi ünvan 1i ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə bitişik bəl ədiyyəyə məxsus olan 290 kv.m torpaq sahəsi nəzərə alınmadan həmçinin ekspert rəyini əsas sübut kimi qəbul etməməklə, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəylə razılaşmamasının əsl səbəbini qətnaməsində əsaslandırmamış, eyni zamanda keçirdiyi yerli baxışla ekspert rəyini müqayisəli şəkildə təhlil etməmişdir.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülkiyyətçilər tərəfindən qanunsuz istifadə olunan 290 kv.m ölçüdə torpaq sahəsinin mülkiyyətçisi kimi bələdiyyəni işə cəlb etməmiş, onun nümayəndəsinin işdə iştirakını təmin etməmiş və belə vəziyyətdə həmin torpaq sahəsini də tərəflər arasında bölmüşdür.

48. Şəki rayon Orta Zəyzid bələdiyyəsinin 4 fevral 2022-ci il tarixli 838 saylı arayışı ilə müəyyən edilmişdir ki, texniki pasportda zəbt kimi göstərildiyi 290 kv.m torpaq sahəsi Şəki rayon Orta Zəyzid bələdiyyəsinin mülkiyyətindədir.

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki rayon Orta Zəyzid bələdiyyəsinin nümayəndəsi X5 ifadəsində və Şəki rayon Orta Zəyzid bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, bələdiyyənin ərazisində yerləşən 0.0595 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında X3, Cavabdeh2, Cavabdeh1, İddiaçı adına DƏDR-də qeydiyyatdan keçmişdir. Lakin onların istifadəsində 0.0890 ha torpaq sahəsi vardır ki, bunun da 0.0295 ha-sı Orta Zəyzid bələdiyyəsinə məxsus torpaq sahəsidir. Həyətyanı sahədə olan bələdiyyə torpağı həyətin giriş hissəsində yerləşdiyinə görə həm İddiaçı, Cavabdeh2 həmin ərazidən gediş-gəliş üçün istifadə edirlər. Qeyd edilənlərə əsasən Şək i rayon Orta Zəyzid bələdiyyəsi hər iki ailənin ondan yol kimi istifadəsinə etiraz etmir.

50. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli ev və torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin evdən və torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılanması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi, tələbinin qismən təmin olunmasını iddia etməkdə haqlı olmuşdur.

51. Kollegiya hesab etmişdir ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən də sərbəst qaydada istifadə etmək üçün subyek tiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən də göründüyü kimi iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmlakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilmir.

52. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.2 və 214.1-ci; Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217, 218, 384.0.2 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. Cavabdehlər (vəkil Nümayəndə) birgə qaydada kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti cavabdehlərin iddia tələbinə qarşı etirazın, habelə əvvəlki kas sasiya şikayətlərinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbi təmin edilsə də, onun icrası gələcək zamanda qeyri-mümkün olacaq və ya yeni-yeni məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır. Qətnamənin icrası zamanı söküntü işlərinin, yeni qapının açılması və s. işlərinin kimin hesabına görülməsi məsələsi qətnamədə öz əksini tapmamış, yalnız sərhəd xətinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi qeyd edilmişdir. Qətnamədə ərazi sənəd üzərində bölünsə də, ondan sonra icra zamanı söküntünün kimin hesabına aparılması, yeni qapının qoyulması, daş divarın çöl hissəsində yerləşən torpaq sahəsindən kifayət qədər hündürdə yerləşməsi səbəbindən həmin torpaq sahəsinin götürülməsi kimi məsələlərin kimin hesabına həyata keçirilməsi müəyyən edilməmişdir. Məlumdur ki, bir sıra tələblərə dinləmə aparmaqla yanaşı vizual olaraq baxmaq lazımdır. Vizual baxmaq şəxsdə obyektiv qərar vermək üçün fikir formalaşdırmasında mühüm rol oynayır. İş üzrə tələbə üç dəfə apellyasiya məhkəməsində baxılmış, yalnız birinci instansiya məhkəməsinin hakimi mübahisəli əraziyə baxış keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

57. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

58. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

59. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (1-3-cü bəndlər).

60. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

61. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

62. Maddə 220.2. Mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər.

63. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ə gər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

78. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixə olan məlumatlara əsasən, ünvan 1ində yerləşən 0,0595 ha həyətyanı torpaq sahəsi 4/12 hissədə Cavabdeh2, 3/12 hissədə Cavabdeh1 və 5/12 hissədə İddiaçı, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2/5 hissədə X1, 1/5 hissədə Cavabdeh2 və 2/5 hissədə İddiaçı adına qeydiyyata alınmışdır.

79. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun ümumi birgə mülkiyy ətində olan bu «evin həyətyanı torpaq sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kv.m olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kv.m olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri» barədə qətnamə çıxarılmasını xahiş edib.

80. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbində “naturada deyil” ifadəsi altında iddiaçının nəyi nəzərdə tutması aydın deyil və məhkəmələr tərəfindən bu hal araşdırılmamışdır. İddiaçının “evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kv.m olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kv.m olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri» barədə tələbi, mövcud giriş-çıxış darvazasının öz ixtiyarında saxlanmaqla cavabdehlər üçün ayrı darvaza açılmasını tələb etməsinə oxşasa da, bu tələb özlüyündə həyətyanı torpaq sahəsinin naturada bölünməsini ehtiva edir.

81. Paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinin ma ddihüquqi əsası kimi Mülki Məcəllənin 220.3-cü maddəsi çıxış edir. Həmin normada deyilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

82. Bu qaydanın davamı olaraq Mülki Məcəllənin 220.4 və 220.5-ci maddələrində deyilir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlü yü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

83. Məhkəmə kollegiyası bu normaların sistemli təhlili əsasında qeyd edir ki, bu normalar həm mülkiyyətin toxunulmazlığı, həm də bərabərlik və proporsionallıq prinsiplərini təmin etməyə yönəlmişdir. Beləliklə, paylı mülkiyyətdə bölgü aparılarkən məhkəmənin və ekspertin qarşısında duran əsas məqsəd - bölünən obyektin paylara mütənasib və texniki cəhətdən mümkün şəkildə ayrılmasıdır.

84. Başqa sözlə, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya istifadə qaydasının müəyyənləşdirilməsi zamanı əsas meyar tərəflərin mülkiyyət paylarının ölçüsü, əmlakın bölünməsinin fiziki mümkünlüyü və mülkiyyət hüquqlarının bərabər həyata keçirilməsidir. Bu baxımdan, paylı mülkiyyətin naturada bölünməsi, bölünən obyektin paylara mütənasib və texniki cəhətdən mümkün şəkildə ayrılmasıdır.

85. Buna görə də ekspert qarşısında qoyulan sual məhz bölünən obyektin paylara mütənasib və texniki cəhətdən mümkün şəkildə ayrılmasının müəyyən edilməsidir.

86. Lakin apelyasiya instansiyası məhkəmə sinin istinad etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyində, ekspert bölgünün torpaq sahəsindəki paylara mütənasibliyini araşdırmamış, yalnız bölgünün texniki cəhətdən mümkün olduğunu bildirmişdir. Ekspert rəy verərkən gəldiyi nəticəni əsaslandırmamış, bu bölgünün inşaat norma və qaydalarına uyğunluğunu göstərməmişdir. Halbuki, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməyə borcludur. Rəydə tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunma sı təmin olunmalıdır (“Ekspertiza fəaliyyəti haqqında” Qanunun 1, 13, 26-cı maddələri).

87. Ekspert rəyinin “İstifadə olunan ədəbiyyatlar” bölməsində İnşaat Norma və qaydaları, Məhkəmə Tikinti-X2 Metodları qeyd olunmasına baxmayaraq, ekspert gəldiyi nəticəni həmin mənbələrin hansı normasına və müddəasına istinad etdiyini açıqlamamışdır.

88. Qeyd olunmalıdır ki, ekspert rəy verərkən Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan istifadə edə bilər. Lakin bu halda, “Ekspertiza fəaliyyəti haqqında” Qanunun 11-4-cü maddəsinin tələblərinə əməl olunmalıdır. Həmin normaya görə, ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər: 1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir; 2) elmi cəhətdən əsaslandırılmışdır; 3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.

89. Təhlil olunan rəydən ekspert tərəfindən bu tələblərə əməl olunması da müəyyən olunmur. Yalnız elmi cəhətdən əsaslandırılmış rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası tərəfindən istinad etdiyi ekspert rəyinin qiymətləndirilməsi üzrə prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

90. Yuxarıda qeyd olunduğu kimi bölgü zamanı proporsionallıq qaydasından irəli gələn qayda, ilk növbədə bölgünün paylara uyğunluğunu tələb edir. Lakin paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasüblüyünü təmin etmək mümkün olmadığı hallarda, çatışmayan hissəyə görə mülkiyyətçiyə müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ödənilməklə tənasübsüzlük aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir.

91. Bu baxımdan iddiaçıya 0,0595 ha torpaq sahəsindəki 5/12 paya uyğun olaraq 247,91 kv.m torpaq sahəsi düşür. Lakin xx.xx.2025-ci il tarixli ekspert rəyindən və həmin rəyə əsasən apellyasiya instansiyası məhkəməsinin apardığı bölgüdən aşkar görünür ki, iddiaçıya bu paydan əhəmiyyətli dərəcədə az torpaq düşmüşdür. Bu bölgüyə görə faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin çox hissəsi cavabdehlərə düşən hissədə qalır. İddiaçı buna etiraz etməsə də, bu vəziyyətin gələcək zamanda tənzimlənməsi ilə (iddiaçının payına düşən torpaqdan cavabdehlərin gələcəkdə istifadə etməsi, buna görə cavabdehlərdən əvəz (kompensasiya) tələb edib etməyəcəyi və s.) bağlı heç bir fikir ifadə etmir.

92. Bu hal ona dəlalət edir ki, apelyasiya instansiyası məhkəməsinin payların bölgüsü ilə bağlı gəldiyi nəticə, qanuna uyğun olmamaqla yanaşı, mübahisənin hüquqi müəyyənlik prinsipinə uyğun həllini də təmin etməmişdir. Bu vəziyyət, həyətyanı torpaq sahəsi ilə bağlı tərəflərin arasında gələcəkdə müxtəlif məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır.

93. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində müəyyən olunan qayda dəqiq ardıcıllığa tabedir. Paylı mülkiyyətin bölünməsi və mülkiyyətçinin a yrılması zamanı bu ardıcıllığa əməl olunmalıdır. Buna görə də iddiaçı hazırkı iddianı verərkən tələbini bəhs olunan bu ardıcıllığa uyğun irəli sürməli, tələb etdiyi bölgünün açıq-aydın tənasübsüz olduğunu bildiyi halda, tənasübsüzlüyün aradan qaldırılması üçün bilavasitə özündən asılı olan təklifi verməli idi. Belə ki, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir.

94. İddiaçının passiv prosessual davranışı və qeyri-müəyyən mövqeyi, habelə torpaq sahəsinin digər hissələrinin bölünməsini tələb et məməsi, tərəflərin payının dəqiq müəyyən edilməsini mümkünsüz etmiş və işin obyektiv həllinə əngəl törətmişdir.

95. Qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi hüquqi dövlətin və ədalətli məhkəmə araşdırmasının fundamental tələblərindən biridir. Bu prinsipin əsas məqsədi, hüquqi münasibətlərin sabitliyini, məhkəmə qərarlarının mübahisəni qəti həll etməsini və tərəflərin hüquq və vəzifələrinin aydın müəyyən edilməsini təmin etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, “hər kəsin hüquq və azadlıqlarının pozulması hallarında məhkəməyə müraciət etmək hüququ vardır”. Bu norma hüquqi müəyyənliyin və ədalətli məhkəmə araşdırmasının konstitusion təminatını təşkil edir.

96. Hüquqi müəyyənlik prinsipinin təmin olunmadığı hallarda məhkəmə qətnaməsinin icrası çəti nləşir, eyni predmet üzrə təkrar iddialar yaranır, hüquqi münasibətlərin sabitliyi pozulur, vətəndaşların məhkəməyə inamı azalır.

97. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

98. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

99. Qanuniliyi yoxlanılan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

101. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

102. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar və sübutlar, yeni qərar çıxarılmasına imkan verir.

103. Məhkəmə kollegiyası izah edir ki, bu iddianın rədd olunması, iddiaçının Mülki Məcəlləsinin 220-ci maddəsinə uyğun torpaq sahəsinin naturada bölünməsi barədə tələb irəli sürməsinə maneə deyildir.

104. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 15 may tarixli 2(107)7/2025 nömrəl i qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar