Məhkəmə qərarları › İş №2(102)-4018/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4018/2025

04.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4018/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdəki payın naturada ayrılması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 2(106)- 1550/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonun Separdi kəndində yerləşən 0.29-ha torpaq sahəsi Dadaşov X12, İddiaçı, X13, Cavabdeh mülkiyyətinə verilmişdir.

2. Lənkəran rayonu Separadi kəndində yerləşən 0,2864 ha torpaq sahəsi 1/4 hissədə İddiaçı, 1/4 hissədə X14, 1/4 hissədə X25, Cavabdeh mülkiyyətindədir.

3. Dadaşova X18 rayonun Separdi kənd sakinidir, hal-hazırda həmin kənddə ailə üzvü xx.xx.2003-cü il təvəllüdlü X20 ilə birlikdə yaşayır.

4. İddiaçı Furidin qızı xx.xx.1968-ci il tarixdə Lənkəran rayon Şağlaser kəndində doğulmuş, atası X1 Tehran Yaqub qızıdır.

5. X21 xx.xx.2002-cü il tarixdə Lənkəran rayon Separdi kəndində doğulmuş atası X2 Vəzifə Fir udin qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024- cü il qeydiyyat tarixli, **********68 reyestr nömrəli əsasında Lənkəran rayon Separadi kənd ərazisində yerləşən 0,2864 kv metr olan torpaq sahədə İddiaçı adına qeyd olunan ¼ hissə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvü olan atasına X14, anasına X5 qızı,onun özünə və cavabdeh qismində qeyd etdiyi, qardaşına Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində həyətyanı torpaq sahə qismində 0,29 hektar torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətlərinə verilmiş və buna dair Kod-80220018 JN279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. X3 xx.xx.2012-ci il tarixdə, anası X26 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığı dövründə və ondan sonrakı dövrdə ümumi mülkiyyətlərinə verilmiş qeyd etdiyi ölçüdə torpaq sahədən birgə istifadə etmişlər. Həmin torpaq sahədə valideynləri tərəfindən, 10 ədəd mişar daş üzərində dörd otaqdan və yardımçı otaqlardan ibarət bir mərtəbəli ev inşa olunmuş və bütün ailə üzvləri, həmçinin iddiçı həmin evdə yaşamışlar. Valideynlərinin sağlığı zamanı iddiaçı Teymur Dadaşovla ailə qurub evlənmişlər. Bu nikahdan xx.xx.2003-cü il tarixdə Seymur adlı uşağı doğulmuşdur. Uşaq doğulandan bir müddət so nra nikahı pozulmuş və o azyaşlı uşaqla birlikdə ata evinə köçüb, yaşamışdır. Ümumi mülkiyyətlərində verilən torpaq sahədən birgə istifadə etməklə, uşağın saxlamışdır. Pandemiya xəstəliyi olan vaxt onunla birgə ata evində yaşayan cavabdeh qardaşı Cavabdehla belə bir qərara gəlmişlər ki, atadan miras qalmış əmlakı 4 otaqdan ibarət bir mərtəbəli evi söküb yerində təzə ev tikmək istəyir,onun üçün ayrıca həyətdə ev tikəcək və onlar ana-bala həmin evə köçüb yaşayacaqlar. Onunla razılaşmalı olmuş, onun fikrilə digər vərəsələr də razılaşdılar. O, evi söküb yerində iki mərtəbəli dörd otaq, mətbəx və zaldan ibarət ev inşa edib ora köçməli oldular. Lakin onu və oğlunu evə buraxmayıb. O, oğlu Seymurla bərabər böyük qardaşı mərhum X8 evinə köçmək məcburiyyətində qalaraq orda yaşamışlar. Mərhum qardaşı nın ailə üzvləri çoxdur. Olduqca darısqal bir şəraitdə yaşayırlar. Belə ki, qardaşlarla məsləhətləşib, ümumi mülkiyyətlərinə verilən torpaq sahədə yer ayrılıb, orada ona bir yaşayış otağı qardaşlarının köməyi ilə inşa etsin. Odur ki, fikrini cavabdeh qardaşı Qorxmaza danışmışdır. Lakin qardaşı onu həyətdən qovub, ona torpaq verməyəcəyini bildirmişdir. Odur ki, o, məcburiyyət qarşısında qalıb, ümumi mülkiyyətində verilən 0,29 hek. torpaq sahədə payçıların paylarının müəyyən olunması barədə Lənkəran Rayon Məhkəməsinə iddia tələbimlə müraciət etməli olmuşdur. Lənkəran Rayon Məhkəməsi iddia tələbinə baxaraq iddiannı təmin edilməsi Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1098-ci il tarixli 09 saylı qərarı ilə "Torpağın mülkiyyətinə verilm əsinə dair Kod-80220018 №279 "A" saylı şəhadətnamə əsasında X14, X16, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsi üzərində İddiaçı ¼ hissə payın müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(049)-533/2024 saylı qətnamə çıxarmışdır.Məhkəmənin müvafiq qətnaməsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs xidmətinə müraciət edib, həmin xidmət payçıların hər birinə həmçinin ona İddiaçı 0,2864 kv metr olan torpaq sahədən 1/4 hissə torpağın ayrılmasına dair xx.xx.2024-cü il tarixli əmlakın reyestr nömrəli **********68 saylı Hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vermişdir. Bütün bunlara baxmayaraq Cavabdeh ümumi mülkiyyətdə olan 1/4 torpaq hissədə özünə yaşama q üçün ev inşa etməyinə və pay torpaq sahə üzərində hüquqlarını tam bərpa edib, həmin torpaq sahədən istifadə etsin. Məhz bu səbəbdən ümumi mülkiyyətdə olan 0,2864 kv metr torpaq sahədən 1/4 hissəsinin naturada ayrılmasıi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. İş materiallarında olan Məhkəmə Eksperitza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24.12.24 tarixli 3-21-3-43/24167/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.x x.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X17 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X17 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə, sarayl ar, hin, təndirxana, sanitar qovşağı) mövcud olması səbəbindən həmin 0,2864 ha torpaq sahəsinin təsərrüfat təyinat pozulmadan naturada ayrılmasının mümkün olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

9. İş materiallarında olan Məhkəmə Eksperitza Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 316-16/2-10/415 nömrəli təkrar məhkəmə mühəndis-texniki ekspertizası rəyində göstərilmişdir ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə,1 tərəfdən yol ilə əhatə olunduğunu,torpaq sahəsində fərdi yaşayış evinin və digər tikililərin mövcud olduğunu, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun ayrılmasının texniki cəhətdən mümkün olma dığı müəyyən olunmuşdur.

10. Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 2(049)-28/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı torpaq sahəsinin naturada bölünməsinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün smetada nəzərdə tutulan ödənilmiş 95 manatın İddiaçı aid edilməsi, iş üzrə məhkəmə ekspertizaların keçirilməsinə sərf edilmiş 200 manat məbləğində pulun iddiaçı X9 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, Lənkəran rayonu Separdi kəndində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mül ki Məcəlləsinin 213.1, 220.1, 220.2, 220.3, 220.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı (nümayəndəsi Qanuni nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X24 (sədrlik edən, məruzəçi), X27 və X11 ibarət tərkibdə)13 oktyabr 2025-ci il tarixli 2(106)-1550/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

16. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, mübahisə predmeti təşkil edən torpaq sahəsi ümumi paylı mülkiyyətdə olan əmlak olmaqla cavabdeh iddiaçının həmin əmlakdan sərbəst surətdə istifadə etməsinə maneə yaratmasına görə iddiaçı həmin əmlak üzərində hüquqlarının təmin edilməsindən ötrü əmlakın naturada ayrılmasını xahiş etmişdir. Əmlak üzərində hüquqların qanuni əsas olmadan məhdudlaşdırılması yolverilməz olduğundan və bu hüququn realizəsinin təmin edilməsindən öt rü keçirilmiş ekspertiza ilə əmlakın naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.

17. Kollegiya qeyd etmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvləri olan X3, anası X5 qızı, cavabdeh-qardaşı Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində 0,29 hektar həyətyanı torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətlərinə verilmiş və buna dair Kod80220018 JN- 279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. Adı çəkilən şəhadətnamədən görünür ki, hər birinin ¼ payı müəyyən edilmişdir. X14 xx.xx.2012-ci il tarixdə, X26 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Apellyasiya icraatı zamanı Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən də görünür ki, o, atası və anası vəfat etdikdən so nra vərəsəlik hüququ haqqında şəhadətnamə almasa da faktiki olaraq onlardan miras qalmış əmlakı faktiki qəbul etmiş və idarəçiliyindədir. Göründüyü kimi ümumi payla mülkiyyətində olan torpaq sahəsinin X10 və X5 qızına məxsus paylar cavabdeh tərəfindən miras əmlak kimi faktiki qəbul edilmiş, iddiaçının isə həmin paya iddiası olmamış, hazırda da yoxdur. Onun əsas məqsədi mülkiyyətində olan ¼ hissədə payının naturada ayrılması təşkil edir.

18. Hazırda isə iddiaçı ona məxsus olan ¼ payın naturada ayrılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin ¼ hissəsinin naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş və Məhkəmə Eksperitza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli rəyi ilə müə yyən edilmişdir ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 kvm olan torpaq sahəsi 3 tərəfdən qonşu sahələrlə, 1 tərəfdən yol ilə əhatə olunduğunundan, torpaq sahəsində fərdi yaşayış evinin və digər tikililərin mövcud olduğununda, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

19. Apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından iddiaçıya və cavabdehə kompensasiya vermək yolu ilə mübahisənin nizama salınması imkanı soruşulmuş, lakin iddiaçı kompensasiya istəmədiyini, ümumiyyətlə yenidən ekspertiza təyin edilməsini və torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün araşdırılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki ekspertiza da iddiaçının vəsatəti əsasında təyin edilmiş və hər iki rəydə də yuxarıda qeyd edildiyi kimi torpaq sahəsinin naturada ayrıla bilməməsi qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməsi əlavə sübut toplamaya yönəldiyindən kollegiya hesab edir ki, iddiaçının vəsatəti təmin edilə bilməz. Çünki birinci instansiya məhkəməsi icraatı zamanı ekspert tərəfindən verilmiş rəylə bağlı tərəflərin münasibəti aydınlaşdırılmış, iddiaçıya əvavə vəsatətlərin olub-olmaması soruşulmuş, isə iş üzrə tdqiqatın tamamlanmasına etirazı olmadığını, əlavə vəsatətinin olmamasını (iş materialları iclas protokolu səh. 87) bildirmişdir. İddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərə k ekspert rəyini mübahisələndirmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.

20. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllə 152.1, 213.1, 215.2, 220.1, 220.2, 220.3, 220.6-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 372.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadına da istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106 )-1550/2025 nömrəli qətnaməsini ləğv edib mülki işin obyektiv araşdırılması üçün yenidən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Mülki Məcələnin 152, 213.2, 213.3, 214.1, 220.1, 220.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.2, 88, 101.7, 103.1, 106.1, 372.6, 372.7-ci maddələrin tələblərini pozmuşdur. Belə ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi olaraq Lənkəran Rayon Məhkəməsi və ikinci instansiya məhkəməsi olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası onun Konstitutsion hüquqlarını bilərək dən pozmuşlar. Bundan əvvəl ümumi mülkiyyətdə olan əmlakı, torpaq sahəsinin payçıların, eyni zamanda ona düşən torpaq payının müəyyənləşdirilməsi tələbi ilə Lənkəran Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsi 0,29 hektar torpaq sahəsi üzərində İddiaçı ¼ hissə payın müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli 2(049)- 533/2025 saylı qətnamə çıxarmış və həmin qətnamə əsasında mülkiyyət hüququnun tanınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Çıxarış almışdır. Bütün bunlara baxmayaraq cavabdeh qardaşı tərəfindən qanunvericiliklə nəzərdə tutulan hüquqları pozulmuş, “mən sənə torpaq verməyəcəyəm” iddiası ilə çıxış edərək, sözünün üstündə duraraq həm müətəxəssisi və həm də işlə tanış olmayan ekspertləri ələ alaraq əmlak üzərində mülkiyyət hüqu qunun bərqərar olmasına maneçilik törədir, həm Lənkəran Rayon Məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cavabdehin bu iyrənc çıxışlarını müdafiə edərək onun konstitutsion hüquqlarını bərpa etməkdən vaz keçmişlər. Hazırda evlənməli olan, əsgərlik xidməti başa vuran oğlu ilə çöllərdə qalmışdır. Torpağı naturada bölünüb ona təqdim olunsaydı özünə bir koma tikib, oğlu ilə yaşayardılar.

24. Birinci instansiya məhkəməsi qanunvericiliyin normasını pozmaqla qətnamə qəbul etmiş, apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətində qeyd etdiyi iş üçün əhəmiyyət kəsb edən faktları araşdırmaq əvəzinə 15-20 dəqiqəlik məhkəmə baxışı zamanı cavabdeh tərəfi və onun vəkilini dindirməklə nə ona və nə də onu təmsil edən nümayəndəsini dindirmədən birinci instansiya məhkəməsini n buraxmış olduğu pozuntulara əhəmiyyət verməyərək, müşavirə otağına gedib tez qayıtmaqla qəbul etdiyi son nəticəni elan etməklə kifayətlənmiş, özündən əvvəl qətnamə çıxarmış birinci instansiya məhkəməsinin qətnaməsini notariat qaydasında təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, belə ki, o, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qanunvericiliyin normalarını nəzərə alıb, sadalamaqla son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığını tam yoxlamalı olduğu halda bunu etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini olduğu kimi qətnaməsinə köçürdüb, ancaq bəzi əsassız əlavələr ed ərək bununla da işini bitmiş hesab etmişdir. Yəni apellyasiya məhkəməsi qanunvericiliyin normasına əməl etməyərək, verdiyi apellyasiya şikayinə səthi yanaşaraq heç bir araşdırma aparmadan onu təmin etməmişdir.

25. Qanunvericiliyin tələbindən görünür ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Lakin hazırki işə baxan məhkəmə ekspert rəyini tədqiq etmədən və digər sübutlarla yanaşı qiymətləndirmədən əsassız olaraq birinci instansiya məhkəməsinin ekspertlərin verdiyi rəyi ilə razılaşdığı kimi məhkəmədə razılaşıb iddiasının təmin olunmaması qənaətinə gəlmişdir. Halbuki ekspertlərin heç biri qeyd olunan torpaq sahəsinini müayinə etməmiş kor-korana rəy verməklə kifayətlənmişlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qər arlarında bu məsələ ilə bağlı ifadə edilmiş hüquqi mövqeyi ondan ibarətdir ki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Lakin məhkəmə tərəfindən müayinə üçün ekspertlərin heç biri mübahisəli sahəyə dəvət etməmiş, qeyd olunan normaları pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə qanunvericiliyin normalarının tələblərini kobud surətdə pozaraq təkcə ekspertlərin verdiyi ziddiyyətli rəylərini əsas sübut növü kimi qəbul edərək iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan və qiymətləndirmədən əsassız qətnamə çıxarmağa nail olmuşdur.

27. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlıq gətirmədən qeyd olunan qətnaməni qəbul etmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən əsas faktlardan biri odur ki, məhkəmə qanunvericiliklə Azərbaycan Respublikası MPM-nin 202-ci maddəsində nəzərdə tutulan 0,29 hek. torpaq sahəni yerində müayinə aparmamışdır. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/415 nömrəli rəyi verilmişdir. Ekspert rəy verməkdən ötrü qanunvericiliyin tələbinə əsasən Lənkəran rayonun Separadi kəndinə gəlib, yerində müayinə aparmalı idi. Lakin ekspert ekspertiza mərkəzindən kənara çıxmayaraq müftəxor bir mütəxəssis tərəfindən verilən ilkin məsləhətlərə inanıb onun təqdim etdiyi saxta çertyoj-salma əks olunmaqla rəyi vermişdir.

28. Bundan əlavə nümayəndəsi və vəkilinin vəsatəti ə sasında iş üzrə təkrar Ekspertiza təyin olunması barədə məhkəmə qərar çıxarmalı oldu. Nə fayda təkrar təyin olunmuş ekspertiza rəyi verməkdən ötrü tələb olundu ki, ekspert gəlib yerində müayinə aparmalıdır. X29 eksperti otağından kənara çıxmayaraq əvvəlki həmkarın verdiyi rəyini təsdiq edərək xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/415 nömrəli rəy verməli olmuşdur. Məhkəmə baxışı zamanı tərəfindən həmin torpaq sahəni müfəssəl əks etdirən 10 (on) ədəd foto şəkil məhkəməyə təqdim etmişdir. Həmin foto-şəkillər sübut edir ki, ekspertlərin verdiyi hər iki rəy əsassız və saxtadır. Məhkəmədə bu saxtalığa göz yummalı oldu.Həm mütəxəssisin, həm də ekspertlərin məhkəmə iclasına çağrılıb iş üzrə dindirilmələrinə heç reaksiya vermədi. Sonra bilmişdir ki, həmin foto şəkillər məhkəmə tərəfindən işə əlavə edilməmişdir. Hesab edirəm ki, əgər məhkəmə yerində müayinə aparıb, ekspertlərin yerində müayinəsinə cəlb etsəydi, inanır ki, ekspertlər torpağın naturada bölünməsinə dair öz rəylərini verəcəkdilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermə k üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

34. Maddə 215.2 Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

35. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

36. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

37. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

38. Maddə 220.6 bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə

88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kjollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi qətnaməsində qanunvericiliyin normalarını nəzərə alıb, sadalamaqla son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığını tam yoxlamalı olduğu halda bunu etmədiyi barədə olan dəlillərinə əsasən qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən məlum olur ki, apelyasiya məhkəməsi qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.

52. Məhkəmə kollegiyası kassasiya şikayəti nin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlıq gətirmədən qeyd olunan qətnamə qəbul edildiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlilə hazırkı icraat çərçivəsində hüquqi qiymət verilə bilməz. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertlərin verdiyi hər iki rəyin əsassız və saxta olması, məhkəmənin də bu saxtalığa göz yummalı olduğu, həm mütəxəssisin, həm də ekspertlərin məhkəmə icla sına çağrılıb iş üzrə dindirilmələrinə heç reaksiya verilmədiyi barədə olan dəlilləri ilə əlaqədar qeyd edir ki, iş üzrə iddiaçının özünün də iddiasını sübut etmək üçün ekspert rəyi əldə edərək məhkəməyə təqdim etmək imkanı olduğu halda, iddiaçı belə rəyi məhkəməyə təqdim etməmişdir.

54. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respoublikasının Qanununun 21-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələ ri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.

56. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normaların a əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Dadaşova Vəzı̇ fə Fı̇ rudı̇ n qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)1550/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar