Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2806/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(107)567/2025 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən 18 noyabr 2022-ci il tarixdə verilmiş Çıxarışa əsasən, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətində olmuşdur.
2. İddiaçı qeyd olunan torpaq sahəsinin özünə düşən hissəsinin naturada ayrılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0.9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına düşən 0.25 ha hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində mərhum anası X2, Cavabdeh2, Cavabdeh1 və onun ümumi paylı mülkiyyətində 0.9975 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 0.25 ha hissəsi ona məxsusdur. Mülki iş üzrə cavabdehlər payının naturada ayrılmasına razı olmadıqları üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, mübahisəli torpa q sahəsi anasına məxsus olmuşdur. Həmin torpaq sahəsindən 0,25 ha hissəsi qardaşı olan iddiaçıya, 0,75 ha hissəsi isə notarial qaydada digər qardaşına bağışlanmışdır. Torpaq sahəsinin bölgüsündə digər qardaşı Maraqlı şəxs imkan verməmişdir ki, iddiaçı öz payından istifadə etsin. Qardaşı Maraqlı şəxs hələ də çıxarış almamışdır. O və digər cavabdeh olan oğlu Cavabdeh2 onlara çatacaq payları Maraqlı şəxs bağışlamışlar. Hazırda iddiaçının payına düşən hissənin naturada ayrılmasına etiraz etmir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli rəyinə əsasən Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən mübahisə predmeti ola n torpaq sahəsindən iddiaçıya məxsus 0,25 ha hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü sxemi rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. 7. 24 fevral 2024-cü il tarixli akta əsasən Zaqatala rayonu, Fındıqlı qəsəbəsində ölçmə işləri aparılan zaman Maraqlı şəxs tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədilmiş və ona ölçmə işlərinin aparılmasına icazə verilməmişdir. Ona görə də məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Akt 18 saylı Ərazi İdarəsinin mühəndisi Eldar Hasilov, İddiaçı və Cavabdeh1 tərəfindən təsdiq olunmuşdur.
8. Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2(033)-35/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İ darəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli Çıxarışda qeyd edilmiş 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 0,25 ha hissə, cavabdehlər Cavabdeh2 payına düşən 0,3325 ha hissə və Cavabdeh1 payına düşən 0,165625 ha hissədən naturada ayrılması, iddiaçının payının naturada ayrılması, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətindədir. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertiza üzrə ekspert rəyi ilə iddiaçının torpaq sahəsindəki 0,25 ha hissənin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.Məhkəmə rəy vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış və iddiaçının torpaq sahəsindəki 0,25 ha hissə payın cavabdehlər Cavabdeh2 0,3325 ha hissə və Cavabdeh1 0,165625 ha hissə paylarından naturada ayrılmasının mümkün olması barədə həmin rəylə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz paylarının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 0,25 ha hissə naturada ayrılmalıdır. Payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 213.2, 220.2, 220.3, 223.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiy a şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak Daşınmaz Əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış qeydiyyat əsasında mülkiyyətinə keçmişdir. Eyni zamanda həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu bağışlanma ilə əldə etdiyi zaman, həmin əmlak üzərində heç bir məhdudiyyət, yüklülük olmamışdır. Bununla bağlı olaraq məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mübahisəli torpaq sahəsi anasına məxsus olmuşdur. Həmin torpaq sahəsindən 0,25 ha hissəsi qardaşı olan iddiaçıya, 0,75 ha hissəsi isə notarial qaydada digər qardaşına bağışlanmışdır. Torpaq sahəsinin bölgüsündə digər qardaşı Maraqlı şəxs imkan verməmişdir ki, iddiaçı öz payından istifadə etsin. Qardaşı Tofiq hələ də çıxarış almayıb. O, bildirir ki, iddiaçıya çata caq pay da onundur. O və digər cavabdeh olan oğlu Cavabdeh2 onlara çatacaq payları Maraqlı şəxs bağışlamışlar. Hazırda iddiaçının payına düşən hissənin naturada ayrılmasına etiraz etmir. Birinci instansiya məhkəməsi sözügedən qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 220.1 və 220.3-cü maddələrinin tələblərini nəzərə almadan, eyni zamanda Cavabdeh1 məhkəmə iclasında mübahisə predmeti olan torpağın mülkiyyətçisi olmadığını, həmin torpağın hazırda mülkiyyətçinin Maraqlı şəxs olduğunu bildirməsinə baxmayaraq, mübahisə predmeti olan torpağın payçılarını müəyyən etmədən qəbul etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-567/2025 nömrəli mülki iş üzrə 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən, məruzəçi),Elçin Mehdi yev və Elman İsayev) maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır.
16. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, Reyestr Xidməti tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli Çıxarışla Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətində olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 04 fevral 2024- cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə X1 mirasından Maraqlı şəxs tam hissədə pay almışdır. 03 mart 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsindən özlərinin mülkiyyətində olan hissələri Maraqlı şəxs bağışlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2024-cü il tarixli Çıxarışla Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsi İddiaçı, 0.7475 ha hissəsi isə Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin özünə düşən hissəsinin naturada ayrılmasını xahiş etmişdir. İddiaçı torp aq sahəsinin öz mülkiyyətində olan hissəsini Maraqlı şəxs özgəninkiləşdirməsi görünmür, digər mülkiyyətçilərin paylarının vərəsəlik və bağışlama yolu ilə apellyatora keçməsi iddiaçını torpaq sahəsinin öz mülkiyyətində qalmış hissəsinin naturada ayrılmasını tələb etmə hüququndan məhrum etmir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəli ümumi mülkiyyətdən payın ayrılması barədə olan Mülki Məcəllənin 220-ci maddəsinə əsasən həll etmişdir. Hazırki halda, mübahisəli torpaq sahəsi yalnız iki şəxs – İddiaçı və apellyator Maraqlı şəxs mülkiyyətində olduğundan və iddiaçının ümumi mülkiyyətdən çıxması torpaq sahəsinin ümumi mülkiyyət statusuna xitam verəcəyindən hazırki işə Mülki Məcəllənin 221-ci maddəsi tətbiq edilməlidir. Bununla belə, hər iki prosedu run ilk mərhələsi payın naturada ayrılması olduğundan və hazırki halda həmin mərhələ baş tutduğundan, növbəti mərhələlərə keçid edilməsinə zərurət qalmadığından, hazırki iş üzrə hər iki prosedurun hüquqi nəticəsi eynidir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə zərurət yoxdur.
18. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şik ayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.2, 213.4, 220.2, 220.3, 221-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Maraqlarına toxunan şəxs (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, apellyasiya şikayətinə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqı nda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”na əsasən mübahisəyə birinci instansiya məhkəməsində baxılan dövürdən, yəni, 29 mart 2024-cü il tarixdən mübahisəli torpaq sahəsinin 0,7475 ha hissəsi qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs mülkiyyətindədir. Yəni, iş üzrə İddiaçı mübahisə predmeti olan Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsinin naturada bölünməsi ilə bağlı Maraqlı şəxs müraciət etməli, bölünmə ilə bağlı tərəflər arasında razılaşma olmayacağı təqdirdə isə ona qarşı məhkəmədə iddia qaldırmalı idi. Lakin iş üzrə İddiaçı torpaq sahəsinin digər mülkiyyətçisinin Maraqlı şəxs olmasına bilməsinə baxmayaraq hazırki tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırmışdır. Şəki Apellyasiya Məhkəməsinin mübahisələnidirilən qətn aməsi qanunsuz və əsassızdır. Zaqatala Rayon Məhkəməsində Cavabdeh1 izahat verərək bildirmişdir ki, “mübahisəli torpaq sahəsi anasına məxsus olmuşdur. Həmin torpaq sahəsindən 0,25 ha hissəsi qardaşı olan iddiaçıya, 0,75 ha hissəsi isə notarial qaydada digər qardaşına bağışlanmışdır. Torpaq sahəsinin bölgüsündə digər qardaşı Maraqlı şəxs imkan verməmişdir ki, iddiaçı öz payından istifadə etsin. Qardaşı Tofiq hələ də çıxarış almayıb. O, bildirmişdir ki, iddiaçıya çatacaq payda onundur. O və digər cavabdeh olan oğlu Cavabdeh2 onlara çatacaq payları Maraqlı şəxs bağışlamışlar. Hazırda iddiaçının payına düşən hissənin naturada ayrılmasına etiraz etmir. Şəki Apellyasiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmi şdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
25. Maddə 213.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
26. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
27. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
28. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər işt irakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya ba xışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Maraqlı şəxs kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Maraqlı şəxs kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Maraqlı şəxs kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Reyestr Xidməti tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli Çıxarışla Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətində olmuşdur.
40. Həmçinin, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 04 fevral 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə X1 mirasından Maraqlı şəxs tam hissədə pay almışdır. 03 mart 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsind ən özlərinin mülkiyyətində olan hissələrini Maraqlı şəxs bağışlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2024-cü il tarixli Çıxarışla Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsi İddiaçı, 0.7475 ha hissəsi isə Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin özünə düşən hissəsinin naturada ayrılmasını xahiş etmişdir. İddiaçı torpaq sahəsinin öz mülkiyyətində olan hissəsini Maraqlı şəxs özgəninkiləşdirməsi görünmür, digər mülkiyyətçilərin paylarının vərəsəlik və bağışlama yolu ilə apellyatora keçməsi iddiaçını torpaq sahəsinin öz mülkiyyətində qalmış hissəsinin naturada ayrılmasını tələb etmə hüququndan məhrum etmir.
41. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, birinci instansiya məhkəməs i hazırki mübahisəli ümumi mülkiyyətdən payın ayrılması barədə olan Mülki Məcəllənin 220-ci maddəsinə əsasən həll etmişdir. Hazırki halda, mübahisəli torpaq sahəsi yalnız iki şəxs- iddiaçı və apellyator Maraqlı şəxs mülkiyyətində olduğundan və iddiaçının ümumi mülkiyyətdən çıxması torpaq sahəsinin ümumi mülkiyyət statusuna xitam verəcəyindən, hazırki işə Mülki Məcəllənin 221-ci maddəsi tətbiq edilməlidir. Bununla belə, hər iki prosedurun ilk mərhələsi payın naturada ayrılması olduğundan və hazırki halda həmin mərhələ baş tutduğundan, növbəti mərhələlərə keçid edilməsinə zərurət qalmadığından, hazırki iş üzrə hər iki prosedurun hüquqi nəticəsi eynidir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə zərurət yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi, iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktik i hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(107)-567/2025 saylı qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.