Məhkəmə qərarları › İş №2(102)-3141/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3141/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3141/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyətdə olan əşyanın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 23 iyul 2025-ci il tarixli, 2(106)-38/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübah isəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Tərəflərin ümumi birgə mülkiyyətlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı əsasında JN-196 Kod 90716028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayonunun Kürdmahmudlu kəndi ərazisindən 1.41 ha torpaq sahəsi verilmişdir;

3. İmiş Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(036)-982/2021 saylı qətnaməsi ilə ərizəçi İddiaçı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi təmin edilərək JN-0196 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Gülşən Yaqub qızına aid edilməsi və həmin sənədin müvafiq olaraq ona məxs us olması faktının müəyyən olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı "ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının naturada müəyyən edilib, naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı əsasında JN-196 Kod 90716028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.41 ha torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında mü bahisə yarandığına görə, torpaqdan öz payına düşən hissəni razılıqla ayırmaq istəmiş lakin, cavabdeh buna imkan vermədiyinə görə nəticədə torpaq payından istifadə edə bilməmişdir.

6. Cavabdehin vəkili X2 iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, İmişli rayonunda torpaq islahatı aparılan zaman İddiaçı Kürdmahmudlu kəndində yaşamadığından, ona torpaq payı verilməmişdir. JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv nəticəsində İddiaçı adı yazılmışdır.

7. İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(036)-400/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən 196 saylı planda yeri göstərilmiş İmişli rayonu Kürdmahmudl u kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməsi qət edilmişdir (hakim Ülvi Qənbərov).

8. Məhkəmə iş materiallarına əlavə olunmuş İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı əsasında JN-196 Kod 90716028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsas sübut kimi istinad edərək belə hesab etmişdir ki, iddia tələbi əsaslıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213, 214 və 220-ci; Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 357 və 360-cı maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd olunan qətnam əsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə mülkiyyət hüququnu 2005-ci ildə əldə etmişdir. İddiaçı ilə 2 il əvvəl 2003-cü ildə nikahları pozulmuşdur. Torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən iddiaçıya torpaq payı düşmür. Bundan əlavə, iddiaçı onların kəndində qeydiyyatda olmamışdır. Ona torpaq payı verilə bilməzdi. Digər tərəfdən 6 saylı Beyləqan Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli məktubuna əsasən mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma işlərinin aparılması üçün baxış keçirilmiş, Dövlət aktında göstərilən 1.41 ha torpaq sahəsinin X3 X10 ilə uyğunsuzluq təşkil etdiyi üçün ölçü işlərinin aparı lması mümkün olmamışdır. Buna görə Şirvan İnzibati Məhkəməsinin icraatında inzibati iş vardır. İmişli Rayon Məhkəməsi işin həmin hallarını nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamənin icrası qeyrimümkündür. Ona görə də hesab edirki, iddia tələbi rədd olunmalıdır.

12. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 10/1390 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktı əsasında tərəflərin ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmasını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən X11 və İddiaçı ümumi birgə mülkiyyətində olan 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə faktiki olaraq istifadələrində olan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Ona görə də həm "Torpağa mülkiyyət hüququna dair" JN.0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən X11 və İddiaçı ümumi birgə mülkiyyətində olan 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahə si üzrə və həm də X3 Uçotu və İnformasiya Sistemində qeyd olunan və faktiki olaraq istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudları müəyyən edilmişdir. "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktına əsasında tərəflərin ümumi birgə mülkiyyətində olmaqla imişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir. Çünki, 1.41 ha torpaq sahəsinin 28.66 ha hissəsi kollektorla, 0.1902 ha hüssəsi bələdiyyə mülkiyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda qeyd olunan torpaq sahəsinin 81.42 ha hissəsi X8 və 0.1190 ha hissəsi isə Əmənov Cəlal T ofiq oğlunun özü tərəfindən istifadə olunur. "Torpağa mülkiyyət hüququna dair"JN:0196 KQDJ30716028 saylı Dövlət Aktı əsasında X11 və İddiaçı ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmadığına görə X3 Uçotu və İnformasiya Sistemində qeyd olunan 1.41 ha torpaq sahəsinə aid ümumi birgə mülkiyyət hüququna dair qanuna müvafiq olaraq hüquqmüəyyənedici sənədlər tərtib olunduqdan sonra ərazinin bərabər paylara uyğun şəkildə tərəflər arasında naturada bölgüsünün aparılması mümkün ola bilər.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbinin rədd edilməsi, İddiaçı gələcəkdə ikinci mərhələdən (kompensasiya (payın dəyəri) ödənilməsi) başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququnun izah edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Hakimlər hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X4 ibarət tərkibdə).

15. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəm ə tikinti-texniki ekspertizasının rəyinə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudları həm "Torpağa mülkiyyət hüququna dair" JN.0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən, həmdə X3 Uçotu və İnformasiya Sistemində qeyd olunan və faktiki istifadə üzrə müəyyən edilmişdir. Tərəflərin ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir.

16. Kollegiya hesab etmişdir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərab ər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmadığından, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir.

17. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci; Mülki Məcəlləsinin 213.1, 213.2, 220, 220.3, 220.5, 220.6 və 221-ci; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 106.3, 107, 115.0.1, 119.1, 217.2, 384.0.2 və 385.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(106)-38/2025 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində ümumən işin faktki halları qeyd olunmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmə kollegiyası, iddiaçıya gələcəkdə ikinci mərhələdən (kompensasiya (payın dəyəri) ödənilməsi) başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququnu izah etmişdir. Bununla da Şirvan Apellyasiya Məhkəməsi dolayı yolla qeyd edir ki, iddiaçıya aid torpaq payı vardir və o həmin torpaq sahəsinin pulunu kompensasiya edərək maddi dəyərində pul ala bilər. Şirvan Apelyasiya məhkəməsi pay torpağının verildiyi tarixi nəzərə almayaraq pay torpağının rəsmi qeydiyyata alındığı tarixi əsas götürmüşdür.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214 və 220-ci; Mülki Prossesual Məcəlləsinin 14, 77.1, 218, 407, 416, 417, 418 və 420-ci maddələrinə istinadən əs aslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəmənin elektron kabinetinə daxil olmuşdur. Ərizənin dəlilləri iddia ərizəsinə etirazın və apelyasiya şikayətinin dəlilləri eynilik təşkil etmiş və sonda kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkə mə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlilləri əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya məhkəməsi iddiaçının payının natur ada ayrılmasının mümkün olubolmamasını müəyyənləşdirmək üçün müvafiq ekspertiza keçirmişdir. Ekspertizanın rəyinə əsasən mövcud vəziyyətdə torpağın naturada bölgüsünün aparılması mümkün olmamamışdır. Mübahisəyə mahiyyəti üzrə baxan həmin rəyi sübut qismində qəbul edərək iddianı rədd etmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 23 iyul 2025-ci il tarixli, 2(106)-38/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar