Məhkəmə qərarları › İş №2(102)-1275/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1275/2019

22.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1275/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 22 fevral 2019-cu il İş № 2(102)-1275/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh «xxxx» MMC-nin (“xxxx” MMC) nümayəndəsi X1 və vəkili Nəsirli Arzu Cavanşir qızının iştirakı ilə, Cavabdeh «xxxx» MMC-nin (“xxxx” MMC) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə b axaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.F.Babayev) 2(004)-6893/2017 nömrəli iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməsi, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə «xxxx» MMC (“xxxx” MMC) tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbə ümumi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olan, 11 saylı mənzilin və 6-cı mərtəbə ümumi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olan, 16 saylı mənzilin giriş qapılarının açarları ilkin iddia tələbi üzrə cavabdeh tərəfindən ilkin iddia tələbi üzrə İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmir işləri aparmağına ilkin iddia tələbi üzrə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın və mənzillərdən istifadə hüququna hər hansı digər maneənin törədilm əsi ilkin iddia tələbi üzrə cavabdeh «xxxx» MMC (“xxxx” MMC)-yə qadağan edilməsi, qarşılqılı iddia tələbi üzrə iddiaçı «xxxx» MMC (“xxxx” MMC)-nin İddiaçı adına verilmiş MS seriyalı, 000228 nömrəli və MS seriyalı 000229 nömrəli mənzil sertifikatlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışinski) 2(103)-7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə (“xxxx” MMC) qarşı «mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair ilk, iddiaçı «xxxx» MMC-nin (“xxxx” MMC) cavabdeh İddiaçı qarşı «mənzil sertifikatlarının etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddi a ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(004)-6893/2017 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) «xxxx» MMC-yə (“xxxx” MMC) tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6893/2017 nömrəli iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə (“xxxx” MMC) qarşı «mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması» tələbinə dair ilk, iddiaçı «xxxx» MMC-nin (“xxxx” MMC) cavabdeh İddiaçı qarşı «mənzil sertifikatlarının etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, C.Cabbarlı və Z.Əhbədbəyov küçələri arasında 610-cu məhəllədə inşa edilən 1 nömrəli binada 2 mənzil hər birinin dəyəri 65870 manat olmaqla 11 və 16 saylı mənzilləri almış, 27 dekabr 2011-ci il tarixdə və 09 iyun 2012ci il tarixdə cavabdeh tərəfindən mənzillərə dair Mənzil Sertifikatları verilmişdir. Cavabdehin hər iki mənzil sertifikatı QKDK tərəfındən 27 iyul 2006-cı il tarixdə 08/5-003 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, emitentinin vəzifəli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin şərtlərinə əməl edərək iddiaçı hər mənzil üçün 65870 manat pul vəsaitini cavabdehə ödəmişdir. Təxminən bir neçə ay əvvəl iddiaçı mənzilə baxmağa gedərkən ona tikintidə işləyənlər tərəfindən mənzillərinə baxmağa mane yaradılmış, bunu n səbəbi soruşulduqda rəhbərliyin qəti tapşırığı olduğu bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehin rəhbərliyi (MMC-nin rəhbəri Şahverdiyev Nail) ilə əlaqə saxlamış, ona narahat olmamağı məsləhət görərək mənzilin onun olduğunu, odur ki, heç yerə şikayət etməməyi məsləhət görülmüşdür. Lakin, MMC-nin rəhbərliyi yenə də iddiaçının mənzildən istifadə hüququna maneələr yaratmaqda davam edir. Belə ki, iddiaçıya mənzilin giriş qapısının açarları verilmir, mənzili təmir etmək istəyinə mənfı cavab verilir, ümumiyyətlə binanın həyatinə belə buraxılmır. Göstərilənlərə əsasən, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə cavabdeh tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbə ümumi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olmaqla, 11 saylı mənzilin və 6-cı mərtəbə üm umi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olmaqla, 16 saylı mənzilin giriş qapılarının açarlarının cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, həmin mənzillərdə təmir işləri aparmağına cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzillərdən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh “xxxx” MMC (“xxxx” MMC) ilk iddia üzrə İddiaçı qarşı mənzil sertifiqatlarının etibarsız hesab edilməsi tələbina dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən hər mənzil üçün 65870 manat pul vəsaitinin «xxxx» MMC-nin hesabına köçürüldüyü qeyd edilsə də, iş materiallarında bununla bağlı hər h ansı bir sübut mövcud deyildir. Bunun əsas səbəbi kimi, sözügedən mənzil sertifikatları İddiaçı onun tərəfindən «xxxx» MMC-yə şifahi kredit (borc) müqaviləsi üzrə verilmiş pul vəsaitlərinin qaytarılmasının təminatı olaraq saxlanc girovu olaraq verilmişdir və müqavilə üzrə qaytarılmalı olan kredit məbləği hesablanmış faizlərlə birlikdə tam həcmdə İddiaçı ödənilmişdir. İddiaçı Bakı şəhərinin F.Əmirov küçəsində yerləşən valyutadəyişmə məntəqələrindən birində çalışan zaman, təxminən 1998-ci ilin ortalarından şirkətin təsisçisi Nail Şahverdiyevlə yaxın münasibətlərdə olmuşdur. Şirkət inşaat işləri zamanı qısamüddətli pul vəsaitlərinə ehtiyac olan zamanlarda X4 Dilənovdan bir həftəsi (7 təqvim günü) 5% hesabı ilə haqq ödəmək şərtləri ilə pul vəsaitlərini borc almışdır. Tərəflər arasında ilk borc münasibəti 02 avqust 2009-cu ildən başlamış və 01 may 2013-cü il tarixdə başa çatmışdır. Bu dövr ərzində İddiaçı alınmış olan borc tam qaytarılmış və 1 təqvim həftəsi 5% olmaqla, illik 260% hesabı ilə tam məbləğdə ödənilmişdir. Göründüyü kimi İddiaçı iddia tələbini əsasını mənzil sertifikatları təşkil etsə də, lakin yuxarıda qeyd edilmiş qaydalara uyğun olaraq həmin mənzil sertifikatlarının əldə edilməsi üçün onların dəyərinin ödənilməsini təsdiq edən xüsusi yığım hesabına köçürmə və ya depo hesabından çıxarış məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış və İddiaçı adına verilmiş MS seriyalı, 000228 nömrəli və MS seriyalı 000229 nömrəli mənzil sertifikatlarının etibarsız hesab edilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh «xxxx» MMC-nin (“xxxx” MMC) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının icl asında cavabdeh «xxxx» MMC-nin (“xxxx” MMC) nümayəndəsi X1 və vəkili Nəsirli Arzu Cavanşir qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edil məməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin f aktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. İş materiallarında olan: 24 iyul 2006-cı il tarixli, MS seriyalı, 000228 saylı mənzil sertifikatının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, emitent «xxxx» MMC Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın 5-ci mərtəbəsində ümumi sahəsi 94,1 kv.m., yaşayış sahəsi 50,0 kv.m olan iki otaqlı 11 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatının sahibi İddiaçı adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Mənzilin nominal dəyəri 65870 manat müəyyən edilmişdir. 24 iyul 2006-cı il tarixli, MS seriyalı, 000229 saylı mənzil sertifikatının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, emitent «xxxx» MMC Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94,1 kv.m. yaşayış sahəsi 50,0 kv.m., olan iki otaqlı 16 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatının sahibi İddiaçı adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Mənzilin nominal dəyəri 65870 manat müəyyən edilmişdir. 13 fevral 2014-cü il tarixli, 06-117 nömr əli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanan cavab məktubundan görünür ki, «xxxx» MMC-nin emissiya etdiyi mənzil sertifikatları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 27.07.2006-cı il tarixdə 08/5-003 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 13 noyabr 2017-ci il tarixli, ********** saylı cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən, habelə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Mənzil Sertifikatlarının Dövlət Reyestrindən 24 iyul 2006-cı il tarixli 000003 nömrəli çıxarışının surətindən müəyyən olunur ki, «xxxx» MMC tərəfindən buraxılan 350 ədəd daşınmaz əmlak (mənzil) sertifikatları Azərbaycan Respublikasının Qiymətli K ağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24.07.2006-cı il tarixdə 08/5-003 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, «xxxx» MMCnin hazırki adı “xxxx” MMC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsinə əsasən qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxsdir. Həmin Məcəllənin 987.2-ci maddəsinə əsasən qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və «Qiymətli kağızlar bazarı haqqında » Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göstərilən Məcəllənin 988.1-ci maddəsinə görə qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla təsdiqlənir. Belə tələbin etibarlılığı onu əmələ gətirən əqdin mövcudluğundan və ya etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 989.1-ci maddəsinə əsasən mülkiyyətçisinin adı üzərində təsbit edilən və ya mülkiyyət hüququ mərkəzi depozitarda qeydiyyata alınmış qiymətli kağız adlı qiymətli kağızdır. Adıçəkilən Məcəllənin 992-ci maddəsinə görə qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dövlət q eydiyyatına alınır. Sözügedən Məcəllənin 997.1-ci maddəsinə əsasən qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Həmin Məcəllənin 1078-1.1 və 1078-1.2-ci maddələrinin tələbinə görə daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatl arının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında» Qaydaların: 2.1-ci bəndinə əsasən daşınmaz əmlak sertifikatlarının buraxılışı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınır. 6.1-ci bəndinə görə daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsi onların ilk mülkiyyətçilərinə özgəninkiləşdirilməsidir. 6.2-ci bəndinə görə daşınmaz əmlak sertifikatlarının ilk mülkiyyətçisinin adına rəsmiləşdirilməsi pul vəsaitlərinin xüsusi yığım hesabına daxil olmasından sonra həyata keçirilir. 6.3-cü bəndinə göə isə daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsindən əldə edilmiş vəsaitlər yalnız buraxılış şərtləri ilə nəzərdə tutulmuş bank hesabında saxlanılır və tikinti məqsədləri üçün istifadə edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini və işin faktiki hallarını nəzərə alıb düzgün olaraq emitent «xxxx» MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın tikintisi üçün buraxdığı mənzil sertifikatlarıının 27.07.2006-cı il tarixdə dövlət qeydiyyatına alınması, MS seriyalı, 000228 saylı və MS seriyalı, 000229 saylı mənzil sertifikatlarının İddiaçı tərəfindən əldə olunması, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 5-ci mərtəbəsində ümum i sahəsi 94,1 kv.m., yaşayış sahəsi 50,0 kv.m. olan iki otaqlı 11 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq və Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94,1 kv.m., yaşayış sahəsi 50,0 kv.m. olan iki otaqlı 16 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatlarının sahibi olan İddiaçı adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürməsi, lakin öhdəliyi icra etməməsinə dair birinci instansiya məhkəməsinin haqlı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etdilməsi barədə gəldiyi nəticə ilə də razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları (mənzil sertifikatlarının İddiaçı, sonuncu tərəfindən «xxxx» MMC-yə şifahi borc müqaviləsi üzrə verilmiş pul vəsaitlərinin qaytarılmasının təminatı olaraq saxlanc girovu olaraq verilməsi və s.) əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağland ığı andan etibarsızdır. Qeyd olunan Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini təkzib edən, eyni zamanda qarşılıqlı iddianın əsaslılığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təs diq oluna bilməz. Göstərilən Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh «xxxx» MMC-nin (“xxxx” MMC) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7594/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar