Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1275/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 MMC iddia tələbi: “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” Açar sözlər: öhdəliyin yaranma əsası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin vəkili Nümayəndə3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2263/2020 nömrəli iş ü zrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş iddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçılar tərəfindən Cavabdeh1 Cavabdeh2 MMC-nin inşa edəcəyi binanın tikintisinin maliyyələşdirilməsi üçün külli miqdarda pul vəsaitləri verilmiş, bunun müqabilində Cavabdeh1 onlara həmin binada qoyduqları vəsaitlərə uyğun yaşayış və qeyri-yaşayış sahələri vermək öhdəliyi götürmüş, lakin sonradan həmin işbirliyi baş tutmamış, İddiaçı1la Cavabdeh1 arasında aparılmış “WhatsApp” yazışmalarında sonuncu, bu f aktı etiraf edərək, iddiaçılara verilməli olan sahələrin hansı qiymətdən hesablanması barədə fikirlərini bildirmiş, pul vəsaitlərinin borc kimi deyil, biznesə qoyulduğunu qeyd etməklə, öhdəliklərini icra edəcəyini vəd etmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində həmin MMC tərəfindən inşa edilən binadan 417,5 kv.metr yaşayış, 417,5 kv.metr qeyri-yaşayış sahəsinin, yaxud həmin sahələrin bazar dəyərini təşkil edən 1.252.000 (bir milyon iki yüz əlli iki min) manatın İddiaçı1, həmin binadan 750 (yeddi yüz əlli) kv.metr yaşayış, 750 (yeddi yüz əlli) kv.metr qeyri-yaşayış sahəsinin, yaxud həmin sahələrin bazar dəyərini təşki l edən 2.250.000 (iki milyon iki yüz əlli min) manatın İddiaçı2 verilməsi vəzifəsinin müştərək qaydada cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)3061/2019 saylı qətnaməsi ilə (hakim R.N.Qafarova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2263/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.F.Babayev) İddiaçı1 və İd diaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə İddiaçı2 öz iddiasından imtinasının qəbul olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3061/2019 saylı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsinin İddiaçı2 iddia tələblərinin təmin edilməməsinə dair hissədə ləğv edilməklə iş üzrə icraata bu hissədə xitam verilməsi, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələbləri üzrə işin apellyasiya baxışının davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2263/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəç i), Z.A.Şirinov və F.F.Babayev) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3061/2019 saylı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsinin İddiaçı1 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməklə həmin tələblər üzrə yeni qətnamənin çıxarılması (qətnamənin İddiaçı2 iddia tələblərinin təmin edilməməsinə dair hissəsinin müvafiq qərardadla ləğv edildiyi və iş üzrə icraata bu hissədə xitam verildiyi nəzərə alınmaqla), İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, Cavabdeh1 167.000 (yüz altmış yeddi min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valy uta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manatın alınaraq İddiaçı1 ödənilməsi və İddiaçı1 iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış,İddiaçı1 tərəfindən 167.000 ABŞ dollarının borc kimi deyil, biznes fəaliyyəti üçün ve rilməsinə dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən iddianın təmin olunmamış hissəsində qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə iddianın təmin olunmayan hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqliyinin müəyyən edilməsi mümkün olmayan elektron üsulla əldə edilmiş məlumatı yazılı sübut ki mi qəbul etmiş, heç bir araşdıma aparmadan və ekspertiza təyin etmədən yazıların cavabdehə məxsus olması qənaətinə gəlmiş, borcun yaranması səbəbini bir-birinə zidd iki anlayışla həm əsassız varlanma ilə, həm də müqavilə münasibətlərinin olması ilə əlaqələndirmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı1 vəkili X5 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, cavabdehlərin kassasiy a şikayətlərinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin vəkili Nümayəndə3 tərəflərindən verilmiş kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı1 və Cavabdeh1 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şə xs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinin İddiaçı1 iddiasının qismən təmin edilərək 167.000 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli olmasına dair qətnaməsində aşağıdakı şahid ifadələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, “İddiaçı2 sürücüsüdür, İddiaçı2 onunla "xxxx" ASC-yə gedərək oradan pul götürmüş, Azad müəllimin şirkətinə gəlmiş, Azad müəllimin otağınd a Cavabdeh1 və mühəndis Saleh olmuşlar. Cavabdeh1 tanıyır və bilir ki, İddiaçı2 və İddiaçı1 Natanil Mixayloviçlə birgə iş görmüşlər. X8 İbrahimovun iş yerində görmüş, ona ümumi iki dəfə pul aparmışlar. Birinci dəfə İddiaçı2la bankdan 171.000, ikinci dəfə 100.000 pul götürmüşlər”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, “İddiaçı2 onun köhnə dostudur. O, Cavabdeh2-də baş mühəndis vəzifəsində işləyir, hal-hazırda yaşayış binasının tikintisini həyata keçirirlər. 2015-ci ildə Azad müəllimin ofisində İddiaçı2 2-3 dəfə pul verib. İlk dəfə 200.000 ABŞ dolları pul məbləğini gətirib masanın üzərinə qoydu və Azad müəllim həmin məbləği Cavabdeh1 verdi. İkinci dəfə Mais müəllim 100.000 ABŞ dolları gətirib masaya qoydu və Azad müəllim həmin məbləği Natan İzrailova verdi. Üçüncü dəfə isə Azad müəllim özü 95.000 ABŞ dolları məbləğində pul vəsaitini və torpaq işlərinin görülməsinə dair 72.000 manat və ya 75.000 manat pul Natan Mixayloviçə verdi. Pulun verilməsində o, İddiaçı1, Cavabdeh1, İddiaçı2 iştirak edib, başqa kiminsə iştirak etməsini xatırlamır. O, Natanil Mixayloviçin işçisidir, İddiaçı2 məsləhəti ilə işə götürülüb”. Apellyasiya baxışı zamanı təkrar dindirilmiş Səlahəddin Qədirov birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş, şahid qismində dindirilməsinə qərar verilmiş X10 isə tikinti şirkətinin sahibi olduğunu, Səlahəddini, Azadı, Maisi və Natanili tanıdığını, ilk dəfə Mais müəllimlə, sonradan 3-4 dəfə Natanillə görüşdüklərini, Mais müəllimin layihələri təqdim etdiyini, lakin qərar verə bilməkdiklərini və şərikinin gəlməli olduğunu dediyini, müəyyən müddətdən sonra Natanil müəllimin Moskvadan gəldiyini, birlikdə onların ofisində ümumi şifahi razılığa gəldiklərini, ərazinin 30 faizinin Mais müəllimgilə, 70 faizinin isə tikintini aparacaqları üçün onlara qalacağı barəsində razılaşdıqlarını, sözə güvənib hər hansı sənəd olmadan tikintiyə başladıqlarını, tikinti sahəsinə 600-700 minlik armatur tökdüklərini, tikintinin sahibi kimi Natanil və Mais müəllimi tanıdığını, sonradan tikintinin yarımçıq qaldığını, armaturun geri qaytarıldığını və gördükləri işə görə pullarının ödənildiyini bildirmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 Cavabdeh1 “WhatsApp” proqramı vasitəsilə yazdığı “Salam Natan, sən mənimlə necə hesablaşmağı düşünürsən. Artıq beşinci ildir ki, sən mənə 4 67.000 dollar borclusan” mesajına Cavabdeh1 tərəfindən “Mən heç kimə heç nə borclu deyiləm! Sən pulu biznesə qoydun, lakin öhdəliklərini yerinə yetirməyərək, biznesi buraxdın. Sənin biznesdəki pulların, ümumi sahənin 25 faizi hesabı ilə, sənədlər paketinə görə sənin səlahiyyətli nümayəndələrin tərəfindən verildi. Həmin 25 faizdən sənə, müvafiq olaraq, sahələr məxsusdur” məzmununda; “Sən mənim kabinetimdə nağd pul aldın və bizdən birimizi təsisçi etməli idin və öz şəriklərinlə danışırdın və onlar da sənə Maisi təsisçi etməyə razılıq verdi, mən də tikintidən imtina etməmişdim, sən mənim əlimi sıxdın ki, tikintiyə başlayırıq və gedib başqası ilə danışdın, bizi aldatdın və başqaları ilə tikməyə başladın və beləliklə, beş ildir ki, bizi aldadırsan, nə rəsmi kağız verirsən, nə də pulu qaytarırsa n” mesajına “...Azad-əzizim! Mən heç vaxt heç kimi aldatmamışam – bu mənim prinsipim deyil. Sən bu layihəyə təxminən üç il sahib oldun, amma ona yiyələnmədin. Azərbaycan qanunvericiliyinə görə, tikintiyə dair sərəncam üç il ərzində icra olunmadıqda, qüvvədən düşür. Bunun sən də yaxşı bilirsən, Mais də, ona görə də Mais vəziyyətdən çıxmaq üçün sənə məlum olan şərtlərlə investor tapmağa məcbur oldu. Öz tərəfimdən sənə söz verirəm ki, hara verildiyini yaxşı bildiyiniz pulunuzu qaytarmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. narahat olmayın, pullar sizə qayıdacaq. Mən onları mənimsəməmişəm. Anlayışınız üçün təşəkkür edirəm” məzmununda; “Sabahınız xeyir məlumat üçün bildirim ki, mən də eyni şərtlərlə inşa etməyə hazır idim biz bir-birimizin əlini sıxdıq, sən isə başqalarını tapdın əgər biz bi znesdəyiksə sən mənimlə razılaşdırmalısan, lakin bunu etdin indi isə mənə sənə mənzilləri və ofisləri maya dəyəri ilə yazmağı yaxud əldən çıxmış fayda nəzərə alınmaqla pulla hesablaşmağı təklif edirəm çünki siz mənsiz belə ölçülərdə qeyri-yaşayış sahəsi edə bilməzdiniz gəlin bir-birimizə qarşılıqlı hörmət edək” mesajına isə “Orda maya dəyəri yüksəkdir” “Bizə sənədlər paketinə görə 25 faiz verdilər, sən bunu bilirsən sən mənə 22,5 faiz təklif edirdin” məzmmununda cavablar verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 Cavabdeh2 MMC-nin inşa edəcəyi binanın tikintisinin maliyyələşdirilməsi üçün külli miqdarda pul vəsaitləri verilmiş, bunun müqabilində Cavabdeh1 onlara həmin binada qoyduqları vəsaitlərə uyğun yaşayış və qeyri-yaşayış sahələri vermək öhdəliyi götürmüş, lakin sonradan həmin işbirliyi baş tutmamış, İddiaçı1la Cavabdeh1 arasında aparılmış “WhatsApp” yazışmalarında sonuncu, bu faktı etiraf edərək, iddiaçılara verilməli olan sahələrin hansı qiymətdən hesablanması barədə fikirlərini bildirmiş, pul vəsaitlərinin borc kimi deyil, biznesə qoyulduğunu qeyd etməklə, öhdəliklərini icra edəcəyini vəd etmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən aşağıdakı kimi mühakimə yürüdərək hesab etmişdir ki, Cavabdeh1 İddiaçı1 pul vəsaiti aldığını və “onu qaytarmaq üçün əlindən gələn hər şeyi edəcəyini” bildirməsi, həmçinin hazırkı məhkəmə icraatı başladığı dövrdən etibarən iddiaçılardan heç bir pul vəsaiti almadığını irəli sürməsinə baxmayaraq, apellyasiya baxışı zamanı onlardan birinə - İddiaçı2 – 300 000 ABŞ dolları ödəməsi, işin hallarının məcmusunda qiymətləndirildiyində onun İddiaçı1 da pul almış olduğu və onu geri qaytarmadığı nəticəsinə gəlməyə əsas verir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 iddiaçının (İddiaçı1) hesabına əsassız varlanmış olduğundan, 167 000 ABŞ dolları pul vəsaiti ondan alınaraq İddiaçı1 qaytarılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir rəsmi sorğuya və Cavabdeh1 hər hansı etirafına əsaslanmadan “WhatsApp” proqramı vasitəsilə yuxarıda qeyd olunan yazıları həmin maddəyə zidd olaraq yazılı sübut kimi qəbul etmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi heç bir əsaslı sübuta istinad etmədən Cavabdeh1 tərəfindən iddiaçılardan biri olmuş İddiaçı2 300.000 ABŞ dollarının ödənildiyi göstərilmişdir.Bununla əlaqədar cavabdehin hər hansı etirafı və ödənişi təsdiq edən sənəd iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi borcun yaranma səbəbi kimi həm əsassız varlanmanı, həm də müqavilə münasibətlərinin olmasını göstərməklə ziddiyyətli nəticəyə gəlmişdir. Azərbayc an Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöq sanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2263/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1275/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1275/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver