Məhkəmə qərarları › İş №2(102)-1275/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1275/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1275/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş Bələdiyyəyə məxsus perspektiv inkişaf fond torpağından çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2(106)-1929/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi

1. İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 4,5 ha perspektiv inkişaf fond torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(064)-12/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətində olan 4,5 ha perspektiv inkişaf fondu torpaq sahəsindən çıxarılması qət edilmişdir. (hakim Elmir İsmayılov)

3. Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1929/2024 nömrəli 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(064)-12/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh (Vəkil) həmin qətnamədən kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

5. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

6. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesa b edilməsinə dair qərardad qəbul edilir.

7. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.

8. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

9. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

11. Belə ki, cavabdehin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Cavabdeh (vəkil X1) tərəfin dən verilmiş kassasiya şikayətinin tələb hissəsində konkret tələb göstərilməmiş, kassasiya şikayətinin məzmununa dair tələbə riayət edilməmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

13. Hazırkı kassasiya şikayətinin xahiş etdi hissəsində cavabdeh məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini bildirməm işdir.

14. Göründüyü kimi hazırkı kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş məzmunda tərtib edilməmişdir. Belə olan halda cavabdehin tələbini müəyyən etmək mümkün deyildir.

15. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 407.1-ci maddəsinin tələblərinə və “MPM-ə əlavə 3”-də müəyyən edilmiş forma və məzmuna tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1929/2024 nömrəli 19 dekabr 2024-cü il t arixli qətnaməsindən İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar