Məhkəmə qərarları › İş №2(102)-1276/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1276/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1276/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin, 98 nömrəli mənzili (bundan sonra – mübahisələndirilən mənzil) əvvəllər iddiaçının anası X2 mülkiyyətində olmuş, onun ölümündən sonra Mənzil Alagöz Bağırovanın 3 vərəsəsi – İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik qaydasında, hər birinə 1/3 hissədə olmaqla bərabər payda keçmişdir.

2. İddiaçı1 mübahisələndirilən mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********), Cavabdeh1 (qeydiyyat nömrəsi: **********) və Kəmaləddin Fətullayevin (qeydiyyat nömrəsi: **********) mülkiyyət hüquqları isə xx.xx.2023-cü tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı1 və İddiaçı2 xx.xx.2013-cü il tarixdə nikaha daxil o lmuşlar və hazırda başqa mənzildə kirayədə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəmələrində icraat:

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mübahisələndirilən mənzilə köçürülmələri və onların həmin mənzildən istifadə etmələrinə hər hansı bir maneənin törədilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzilin 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzilin digər 1/3 hissəsi cavabdehlərin mülkiyyətindədir. Cavabdehlər ailəli deyil və 4 otaqlı həmin mənzildə tək yaşayırlar, İddiaçı1 və onun arvadını mənzilə buraxmırlar, yaxınlaşdı qda onları söyür, xuliqanlıq edir, onlara xəsarət törətməyə cəhd edirlər.

6. İcra məmurunun iştirakı olmadan həmin mənzilə yaxınlaşmaları iddiaçıların həyat və sağlamlıqları üçün təhlükəlidir. İddiaçı1 anadangəlmə 2-ci qrup əlildir, uşaqlıqdan əlilliyi olan şəxs kimi 220 manat pensiya alır, istifadəsində və mülkiyyətində digər yaşayış sahələri yoxdur.

7. İddiaçılar iddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.4 və 228.5-ci maddələrinə istinad etmişlər.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, məhkəmə baxışında iddia ərizəsinə etiraz edərək, göstərmişlər ki, İddiaçı1 evə köçməsinə etiraz etmirlər, lakin digər İddiaçı2 mənzilə köçməsinə razı deyillər. Birlikdə yaşamaları mümkün deyil.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 20 23-cü il tarixli, 2(011)2986/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 mübahisələndirilən mənzilinə köçürülməsi, İddiaçı1 və İddiaçı2 mübahisələndirilən mənzildən istifadələrinə hər hansı maneənin törədilməsi Cavabdeh1 və X1 qadağan edilməsi qət edilmişdir. (hakim X3).

10. Birinci instansiyası məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, İddiaçı1 mübahisəli mənzilin paylı mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Cavabdehlər aralarında olan ailədaxili narazılıqlar səbəbindən iddiaçıları mənzildə yaşamağa buraxmırlar.

11. Birinci instansiyası məhkəməsi qeyd edib ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusiyon hüququ kimi təsbit edilmişdir.

12. Birinci instansiyası məhkəməsi onu da vurğulamışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı1 mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz. Odur ki, İddiaçı1 hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun qanunla qorunan mülkiy yət hüquqları bərpa edilməklə mənzilə köürülməlidir.

13. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə digər İddiaçı2 iddiası da əsaslıdır və onun iddiasını hüquqi əsasını Mənzil Məclləsinin 30.1 və 30.2-ci maddələri təşkil edir. Saçlı Bağırovun mənzilin paylı mülkiyyətçisi İddiaçı1 ailə üzvü olması işin mübahisəsiz halıdır, belə ki, iş materialları ilə müəyyən edilir ki, onlar xx.xx.2013-cü tarixdə nikaha daxil olmuşlar. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə ona məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərilmişdir. Odur ki, İddiaçı2 da mənzilə köçürmə barədə iddiası təmin edilməlidir.

14. Birinci instansiyası məhkəməsi həmçinin hesab edib ki, iddiaçıların iddia tələbləri mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehlərə qa dağan edilməsi hissəsində də təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 215.4-cü Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki, mübahisə predmeti olan mənzil vərəsəlik yolu ilə keçmişdir. Həmin əmlak ümumi mülkiyyətdir. İddiaçı ilə cavabdehlər arasında ailə münaqişəsi mövcuddur. Analar vəfat etməmişdən əvvəl iddiaçı anasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq məhkəmə iddiaçının iddiasını təmin etməmişdir. Yəni anası da gəlinlərinin həmin mənzildə yaşamasına qarşı olmuşdur. Bu baxımdan hazırda iddiaçının həyat yoldaşının həmin mənzilə köçürülərək yaşaması imkansızdır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi aralarında ailə münaqişəsi vardır. İddiaçıların həmin mənzilə köçərək yaşaması bu münaqişəni daha da dərinləşdirəcəkdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6717/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(011)-2986/2023 saylı 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışınski)

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nə ticə ilə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı ye rdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

18. Hazırkı işlə bağlı iddiaçıların mənzilə hüquqlarının olduğu, lakin onların həmin mənzildə yaşamaq hüquqlarının məhdudlaşdırıldığı, mənzildən məhrum edildikləri məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın. Hazırkı halda cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.

19. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə, pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.

20. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabde hlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil edərək, əlavə olaraq belə əsaslandırılmışdır ki, işin hallarına ətraflı baxmamışdır. Bu maddədə keçən “məhkəmə qaydasında müəyyən edilmə” tələbi məhkəmənin üzərinə işi hər tərəfli araşdırmaq və mənzilin mülkiyyətçilərinin bir yerdə yaşama imkanlarını müəyyən e tmək vəzifəsi qoyur. Cavabdehlər həmin mənzildə iddiaçılarla bilikdə yaşaya bilmərlər. Aralarında münaqişə var və bir yerdə yaşamaları mümkün deyil. Məhkəmədə bununla bağlı çıxışları olsa da məhkəmə bu xüsusatı ətraflı araşdırmamışdır. Bu baxımdan iddiaçıların həmin mənzilə köçməsinə dair iddianın təmin edilməsi, ümumiyyətlə, işin faktiki hallarına uyğun olmayıb. Gələcəkdə bu qətnamənin icrası ailə münaqişəsinin dərinləşməsinə gətirib çıxarıa bilər. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən belə, iddiaçılarla cavabdehlər arasında münaqişənin olması açıq görünüb. Məhkəmə bu xüsusiyyətləri nəzərə almayaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin normalarını düzgün tətbiq etməyərək, əsassız qə tnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı2 kassasiya şikayətinə etiraz vermişdir.

24. Etirazda işin faktiki hallarına istinad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər i edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermə k ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvlər i arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi mə hkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən lə ğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnasməsini tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

30. İddia tələbi 1/3 hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus mənzilə onun və arvadı – digər İddiaçı2 köçürülməsi barədədir. İddiaçı1 tələbinin əsas ı kimi mübahisəli mənzilin 1/3 hissədə mülkiyyətçisi olmasına, cavabdehlərin heç bir hüquqi əsas olmadan onları mənzilə buraxmamalarına istinad etmişdir.

31. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mənzil 1/3 hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər İddiaçı2 isə İddiaçı1 arvadıdır. Cavabdehlər iddiaçıların mənzildə yaşamalarına mane olurlar.

32. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını hər bir iddiaçıya münasibətdə düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

33. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi yuxarıda da qeyd edildiyi kimi həmin dəlillərə qiymət vermişdir.

34. Məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respubli kası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar