Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 x qızının vəkili X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsindən İddiaçı1 x qızı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(046)-169 6/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı3 və digərlərinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişin qadağan edilməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı3 və digərlərinə qarşı “torpaq sahəsinə uzun illər aqrotexniki xidmət göstərib münbitləşdirərək orada əkib becərdiyi 508 ədəd xurma ağacının hər birinə görə 200 manat olmaqla, cəmi 101.600 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilərək, İddiaçı3 və digərlərinin birgə mülkiyyətində olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə onun girişinə qadağan qoyulması qət edilib. Eyni zamanda Göyçay rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə qarşılı qlı iddia ərizəsinin “qohum olduqları üçün səmimiyyətlərinə inanaraq İddiaçı3 və digərlərinin mülkiyyətində olan 1,48 ha yararsız torpaq sahəsində uzun illər xeyli zəhmət və küllü miqdarda vəsait xərcləyərək əkib yetişdirdiyi 508 ədəd məhsuldar xurma ağaclarının hər birinin dəyəri 200 manat olmaqla, cəmi 101.600 manat qiymətləndirilməsi” hissəsində iş üzrə icraata xitam verilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)2449/2017 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(102)-3033/2018 saylı qərarı ilə (hakimlər A.K.Kalbalıyev sədrlik edən, məruzəçi, V.Ə.İbayev və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilib, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi- qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(107)-1843/2018 saylı qətnaməsi ilə (hakimlər M.M.Hüseynov sədrlik edən, məruzəçi, R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay rayon mə hkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-1582/2019 saylı qərarı ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və E.R.Vəliyeva) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasi ya şikayəti qismən təmin edilərək, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi- yəni “ İddiaçı3 və digərlərinə məxsus torpaq sahəsində uzun illər aqrotexniki xidmət göstərərək, torpaq sahəsini münbitləşdirdiyi və əkib becərdiyi 508 ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla, cəmi 101.600 manat pulun tutularaq ona ödənilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılqılı iddia ərizəsi qismən təmin edilib, İddiaçı3 və digərlərindən 37.183,6 manat pulun tutulub Cavabdeh verilməsi və qalan mübahisələndirilən hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin “Cavabdeh torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə girişinə qadağa qoyulması” ilə pulun İddiaçı3 və digərlərindən tutularaq Cavabdeh verilməsi hissəsində eynu vaxtda icra edilməsi qət edilib. İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı3 və digərləri məhkəmədə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişin qadağan edilməsi” barədə ilk iddia, Cavabdeh isə İddiaçı3 və digərlərinə qarşı “torpaq sahəsinə uzun illər aqrotexniki xidmət göstərib münbitləşdirərək orada əkib becərdiyi 508 ədəd xurma ağacının hər birinə görə 200 manat olmaqla, cəmi 101.600 manat pul tələbinə dair” qarşılıqlı iddia qaldırmışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası mə hkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş olunub. İddiaçı1 isə kassasiya şikayətində göstərib ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçı1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş olunub. Kassasiya şikayə tlərinə dair etiraz ərizələri daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 vəkili xx öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili xx məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya ş ikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsiniqarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edib, qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olma sına, qarşılıqlı iddia ərizəsini bütövlükdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1091.2, 1092, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, X7 İnkişaf Mərkəzinin xx xxxx 201 9-cu il tarixli “Akt”ı ilə müəyyən edilir ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən Reyestr Xidmətinin ******* saylı Çıxarışına əsasən, 1,48 ha torpaq sahəsində inkişaf səviyyəsinə görə 5-9 yaş dövrünə uyğun olan 483 ədad bar verən xurma və 40 ədəd bar verən nar meyvə ağacları mövcuddur. Həmin torpaq sahəsinə 1998-2019-cu illər ərzində torpağın münbitləşdirilməsinə çəkilən xərclər və həmin illər ərzində yəni meyvə ağacları əkilənədək, həmin torpaq sahəsində hər-hansı kənd təsərrüfatı bitkilərinin əkilib-əklilməməsini müəyyən etmək mümkün olmadığı üçün istehsal olunmuş məhsullardan əldə olunmuş gəlir, eləcə də müşahidə etdikləri inkişaf səviyyəsinə görə 5-9 yaş dövrünə uyğun olan 483 ədəd bar verən xurma və 40 ədəd bar verən nar ağaclarından istehsal olunan məhsullar və əldə olunmuş gəli r barəsində heç bir hesabat aparılmadığı üçün, torpaq sahəsinə çəkilmiş xərclər, məhsullardan əldə olunmuş ümumi gəlir barəsində rəy vermək mümkün deyil. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən, torpaq sahəsinin təmizlənməsi və əkinə hazırlanması üçün şum və diskləməişlərinin aparılması- 3.220 manat; Üzvi gübrənin alınması və şumdan qabaq sahəyə verilməsi (30 ton)- 1.200 manat; Mineral gübrənin alınması və şumdan qabaq sahəyə verilməsi- 1.300 manat; Tinglərin alınması (523x4)- 2.092 manat; Əkin üçün çalaların qazılması (523x0,5)- 261,5 manat; Tinglərin əkinə hazırlanması və əkilməsi (523x0,7)- 366,1 manat; Su arxlarının açılması və can suyunun verilməsi- 300 manat; Hər il ağacların gövd ə ətrafının bellənməsi və yumşaldılması (10 il)5.230 manat; Hər il ağaclara forma verilməsi və budanması (10 il)- 7.322 manat; Xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması- 5.200 manat; Cərgə aralarının şumlanması və 2 dəfə disklənməsi (10 il)- 8.000 manat; Mineral gübrənin alınması, daşınması və 9 il ərzində sahəyə verilməsi- 2.692 manat; Sahənin qorunması- 12,960 manat olduğu, beləliklə də 1 ha bir qədər çox sahəyə əkilmiş 523 ədəd şərq xurması və nar ağaclarının əkilməsi, onlara 10 yaşına qədər qulluq edilməsi üçün təxmini olaraq, cəmi 50.143,6 manat məbləğində maliyyə vasitəsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, Cavabdeh kassasiya şikayə ti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən edib ki, Göyçay rayonunda 1998-ci ildə keçmiş Ş.İ.Xətai adına kolxozda torpaq islahatı keçirilib və islahat keçirildikdən sonra layihə üzərində bölgü aparılaraq 1999-cu ildə torpaq sahələrinin yer üzərinə köçürülməsi zamanı vətəndaşlar arasında mübahisə yaranıb. Belə ki, Göyçay rayonu, Cəyirli kənd sakinləri İddiaçı2, Şirzad Həmidov və Saray Nəbiyevə kolxozun “Danqaz” yeri adlanan sahəsindən layihəyə əsasən torpaq sahəsi bölünüb verilib. Lakin onlar əvvəldən istifadə etdikləri “Dərman dalı” adlanan sahədən istifadə etdiklərinə görə, həmin torpaq sahəsinə bölgüdən sonra getməmişlər. Sonradan öz aralarında olan razılığa əsasən mübahisəli torpaq sahəsindən Cavabdeh istifadə etməklə, o vaxtdan bu günədək torpaq sahəsinə meyvə ağacları əkərək oradan istifadə edir. Hazırda həmin ağaclar mövcud olmaqla, artıq bar vermək vəziyyətinə çatmışlar. Apellyasiya instanasiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb, İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentləri ilə razılaşmayıb, haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarışlıqlı iddia ərizəsini bütövlükdə rədd etməklə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib və qarşılıqlı iddia ərizəsi üzrə heç bir araşdırma aparmayıb və zərurət yarandığı halda xüsusi bilik tələb edən suallara aydınlıq gətirməyib. Ona görə də apellyasiya instansiyası məhkəməsi, Cavabdeh mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim e tdiyi sübutlara və ən nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsaslanaraq haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi- vurulmuş zərərin ödənilməsi hissəsində qismən, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin rəyində göstərilən məlumatlara əsasən təmin edilə bilər. Əvvəla, Cavabdeh ona dəymiş maddi ziyanla bağlı İddiaçı3 və digərlərindən 101.600 manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Digər tərəfdən, Cavabdeh məhkəmə iclasında izahat verərkən etiraf edib göstərib ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən fasiləsiz və etirazsız olaraq onun istifadəsində olmaqla, həmin torpaq sahəsinə qulluq göstərir və orada yetişdirilmiş bar verən hər bir ağac məhz onun tərəfindən əkilib, becərilir. İddiaçı1 kassasiya şikayətində Cavabdeh mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməklə bəhər əldə etməsini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, aidiyyəti orqanlar tərəfindən ziyanla bağlı verilmiş sənədlər ziyanın miqdarını təsdiq etsə də, buna bir qədər aydınlıq gətirilməsi zərurəti vardır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin məlumatından görünür ki, 1 ha bir qədər çox sahədə əkilmiş 523 ədəd şərq xurması və nar ağaclarının əkilməsi, onlara 10 yaşına qədər qulluq edilməsi üçün sahənin qorunmasına 12.960 manat xərc tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, “sahənin qorunması” ilə bağlı çəkilən xərcə münasibətdə qeyd edir ki, əgər qeyd olunan ərazi göstərilən illər ərzində qorunmasaydı, mübahisəli torpaq sahəsi və orada yetişdirilmiş ağaclar hazırki bar verən vəziyyətə çatmazdı. Çünki qarşılıqlı iddia tələbi qismən təmin olduğu təqdirdə artıq Cavabdeh torpağın yaxşılaşdırılması və ağacların yetişdirilməsi üçün çəkdiyi xərcləri artıq əldə etmiş olur. Ona görə də Cavabdeh heç də bu illər ərzində cəkmiş olduğu məsrəfləri itirmiş olmur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, çəkilmiş xərclər hissəsindən sahənin qorunmasına tələb olunan məbləğ çıxılmalıdır. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin xurma və nar ağaclarının əkilib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıx ması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, neçə illər lazım olduğunu, həmin ağacların tam məhsuldar bir vəziyyətə çatması üçün neçə illər lazım olduğunu bildiyi bir halda İddiaçı3 və digərlərinin Cavabdeh cəmi 10.000 manat təklif etməsi heç də ağalabatan və ədalətli görünmür. Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən torpaq sahəsinə Cavabdeh sahiblik etməsi heç də özbaşına baş verməyib və bu İddiaçı3 və digərlərinin iradəsinə uyğun olub. Göstərilən xüsusatlar və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, İddiaçı3 və digərləri torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsini tələb etmələri ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, torpaq sahəsinin üzərində olan Cavabdeh öz xərci, gəliri və zəhməti hesabına əklib-becərdiyi xurma və nar ağaclarına heç bir subyektiv hüquqa malik deyillər. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, əgər Cavabdeh öz xərci hesabına əkib-becərdiyi ağaclaradan, yaşılaşdırdığı torpaq sahəsindən bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə İddiaçı3 və digərlərinin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verib, həmin iddianı tamamilə rədd etməkdə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlməyib, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki,kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tət biq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 x qızı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1277/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1277/2020
10.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver