Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2ana və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9692/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərardadından iCavabdeh2 oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2ana və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarma, inşa edilmiş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən birgə apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadından birgə şikayət vermiş, birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadından Cavabdeh1 adından verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, həmin tarixli və həmin nömrəli digər qərardadla X1 birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X2 birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından şikayət vermiş, birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 22 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 adından verilmiş apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X1 nümayəndəsi Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 31 may 2021-ci il tarixli qərardadı ilə (hakim Pərviz Zamanlı) ərizə təmin edilməyərək, cavabdeh X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X1 nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinin 2(011)-131/2020 saylı, 31 may 2021-ci il tarixli qərardadından şikayət vermiş, birinci instansiya məhkəməsinin 2(011)131/2020 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Pərviz Zamanlı) şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmə si qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-8321/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh X1 şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadının X1 apelyasiya ş ikayətinin geri qaytarılması hissəsində ləğv edilməsi, cavabdeh X1 apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Elşən Kazımov) 2(103)-7726/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh X1 şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)131/2020 saylı, 31 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, mülki iş materiallarının Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-9692/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 03 fevral 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmin qətn amə Cavabdeh2 tərəfindən 03.03.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada alınmışdır, ondan apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin son günü 03.04.2020-ci il olsa da, apelyasiya şikayəti 18.05.2020-ci il tarixdə poçt orqanına verilməklə prosessual müddət ötürülmüşdür, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxış ının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmiş, eləcə də apelyasiya şikayətinin verilməsinin digər vasitələrindən (şikayətin elektron qaydada verilməsi və s.) istifadə edilməklə verilməsi mümkün olmuşdur, həmçinin xususi karantin rejimində poçt orqanlarının fəaliyyətinin qadağan etməsi nəzərdə tutulmadığından, şikayətin prosessual müddət çərçivəsində verilməsi mümkün olmuş, lakin şikayət vaxtında verilməməklə prosessual müddət ötürülmüşdür. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışd ır ki, 05.02.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin buraxılması faktı baş verməmişdir. Şikayət vaxtında tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadında da göstərilir ki, şikayət məhkəməyə daxil olmuşdur. Lakin məhkəmə şikayətin poçt vasitəsilə göndərildiyini nəzərə almamışdır. Halbuki qanunvericiliklə müddətin axımı şikayətin poçta verilməsi ilə kəsilir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 129.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, qətnamə cavabdehə 2020-ci ilin mart ayının 3-də təqdim edilmiş və tərəfin 1 ay müddətində, yəni 03.04.2020-ci il tarixinədək qətnamədən apelyasiya şikayəti vermə müddəti olmuşdur. Lakin həmin dövrdə ölkədə baş verən koronovirus pandemiyası ilə əlaqədar 19.0 3.2020ci il tarixdən 18.05.2020-ci il tarixədək qeyri-iş günü olmuşdur. Bu səbəbdən apelyasiya şikayəti 18.05.2021-ci ildə poçta təqdim olunmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh bir tərəfdən kasasiya şikayətində qətnamədən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin onun tərəfindən ötürülmədiyini göstərsə də, digər tərəfdən müddətin ötürülməsini qəbul edərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Digər t ərəfdən cavabdehin prosessual müddətin ötürülməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(011)131/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmin qətnamə Cavabdeh2 tərəfindən 03.03.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada alınmış, apelyasiya şikayəti 18.05.2020-ci il tarixdə poçt orqanına verilmişdir. Cavabdeh özü də kasasiya şikayətində qətnaməni rəsmi qaydada əldə etmə və şikayəti poçt orqanına vermə müddəti ilə razılaşmış və təsdiq etmişdir. Lakin o, baş vermiş pandemiya ilə əlaqədar 19.03.2020-ci ildən 18.05.2020-ci ilədək qeyri-iş günü olmasını göstərmiş olsa da, bil dirilməlidir ki, həmin dövr qeyri-iş günləri kimi müəyyən edilməmiş, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Bu hal da cavabdehə apelyasiya şikayətini poçt orqanına vaxtında təqdim etməyə mane olmamışdır. Ona görə cavabdehin dəlilləri qərardadın ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kas asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9692/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.