Məhkəmə qərarları › İş №2(102)-1277/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1277/2024

02.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev El şad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi) ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5682/2023 nömrəli 3 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X9 4 may 2004-cü il tarixində nikaha daxil olmuşlar.

2. İPK 0 1 nömrəli 22 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 28% olmaqla 64000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. İM 01 nömrəli 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 41 nömrəli evin 44 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 53986 ABŞ dolları əsas borcun, 8272 ABŞ dolları faiz borcunu n, 200 ABŞ dolları cərimənin, cəmi 62458 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.864 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, İddi açı, X1 və X5 mənzildən çıxarılmaları, Cavabdeh1 145 manat məbləğində ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(103)-8401/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı və X3 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7 dekabr 2018-ci il tarixli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh1 tutulmalı olan faiz borcunun 14103 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il t arixli, 2(102)2652/2020 nömrəli qərarı ilə Cavabdeh1 kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçirilmiş hərraclar zamanı onun iştirakı təmin edilməli idi. Əmlakın yarı payı ona aiddir, həyat yoldaşının borcuna görə o, payından məhrum ola bilməz. Onun bu borclardan xəbəri olmamış, ipotekaya qoyulanda onun razılığı alınmamışdır. Eyni zamanda, ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan başqa, qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin 1/2 hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə ancaq öz payına nisbətdə razılıq verə bilərdi və yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa, ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(008)690/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təl əbi rədd edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X6 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən kredit və ipoteka müqavilələrinin etibarlılığı müəyyən edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş bu hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmasının səbəbi yalnızca əqdin etibarsız hesab edilməsi deyil, həmçinin əqdlə bağlı yaranmış hüquq və nəticələrin ləğvinə dair məhkəmə qətnaməsinin qəbul edilməsidir. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandıraraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını mü əyyən etməkdir və məhkəmələr tərəfindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X6 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən kredit və ipoteka müqavilələrinin etibarlılığı müəyyən edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş bu hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Lakin bu əsaslandırma əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Cavabdeh3 ASC-nin cavabdehlərə qarşı iddia qaldırması və məhkəmə tərəfindən iddianın təmin edilməsi o demək deyil ki, əqdin etibarsızlığı mübahisə edilmir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən də əhəmiyyətsiz əqdlər üçün məhkəmə qərarına ehtiyac yoxdur. Məhkəmədə iddia qaldırılmasının səbəbi ondan ibarətdir ki, əhəmiyyətsiz əqd əs asında məhkəmə qərarlar qəbul etmiş və bu qərarlar vətəndaşın hüquqlarını, qanunla qorunan mövqeyini və hüquqi gözləntisinin pozulmasına gətirib çıxarmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5682/2023 nömrəli 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və etibarsızlıqla bağlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, ləğv prosesində olan Cavabdeh 3 ASC-nin Cavabdeh1, İddiaçı, X2 və X6 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiasına baxılarkən, sözügedən ipoteka müqaviləsinin etibarlılığı təsbit olunmuş, kredit müqaviləsi tutmanın ipoteka predmetinə yönəldilməli olması qət edilmişdir. Bu iş üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Bundan başqa, ipoteka müqaviləsinin tərəfi iddiaçı olmaqla mənzil onun tərəfindən ipoteka ilə yüklü edilsə də, iddia tələbi və apellyasiya şikayəti müqavilə bağlanarkən onun razılığının alınmaması ilə əsaslandırılır ki, bu əsas anlaşılan deyildir və məntiqsizdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Nə müqavilə imzalandıqdan sonra, nə də ləğv prosesində olan Cavabdeh3 ASC- nin hazırkı iddiaçı və cavabdehlərdən olan arvadına qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiaya baxılarkən məhkəmə proseslərində o, müqavilənin etibarsızlığı ilə bağlı heç bir dəlil irəli sürməmiş, apellyasiya və kassasiya şikayətlərinin əsasını bu dəlil təşkil etməmiş, cavabdehlərin yeganə dəlilləri borcun məbləği ilə bağlı olmuşdur. İşin halları ilə təsdiq olunur ki, ipoteka müqaviləsinin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Belə olan halda, iddiaçının müqavilə bağlandıqdan təxminən 9 il sonra, heç bir əsas olmadan hazırkı iddianı qaldırması hüquqdan sui-istifadə olmaqla, vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi A zərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti əsaslandırılarkən Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsinə istinad edilə rək qeyd edilmişdir ki, keçiriləcək hərraclar zamanı İddiaçı iştirakı təmin edilməli idi. Əmlakın yarı payı ona aiddir, həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilməz, onun bu borclardan xəbəri olmamış, ipotekaya qoyulanda onun razılığı alınmamışdır. Eyni zamanda, ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Lakin məhkəmə iclası zamanı bankın nümayəndəsi müəyyən sənədlər təqdim etsə də iddiaçı imza etmədiyini bildirmişdir.

19. Qanunvericiliyə əsasən, nikah müddətində ər-arvadınəldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin 1/2 hissəsi İddiaçı məxsusdur. Belə ki, Cavabdeh1 ipoteka ilə yüklü edilməyə ancaq öz payına nisbətdə razılıq verə bilərdi yaxud ipotek a müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Bundan başqa diqqətə çatdırmaq istərdi ki, ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kre ditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir. Yuxarıdakı göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna iddia tələbi təmin olunaraq Cavabdeh1 ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış 22 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli idi. Beləliklə bir daha sübut olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5682/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Mülki qanunvericiliyə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd qanunazidd xarakter daşı yır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb olur. İşin hallarına əsasən, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylımənzil birgə nikah dövründə əldə olunduğu üçün ½ hissəsi iddiaçıya məxsusdur.

20. Görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bütün bu faktlara diqqət yetirməmiş, yalnız cavabdehin yalan məlumatlarına əsaslanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin bu əsasla çıxardığı qətnamə qanunsuz və ədalətsizdir.

21. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Ə.Ağayev küçəsində yerləşən 41 saylı evin 44 saylımənzildə yerləşən əmlakın yarı payı ona aiddir, həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilməz, onun bu borclardan xəbəri olmamış, ipotekaya qoyulanda onun razılığı alınmamışdır. Eyni zamanda, ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir.

22. Göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, işin hallarını düzgün araşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur.

23. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək ü çün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin leyhinə təfsir edilmişdir. Məhkəmə yalnız cavabdehin əsaslanmamış məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir. Belə ki, qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin 1/2 hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə ancaq öz payına nisbətdə razılıq verə bilərdi yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli id

24. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmiş və əsaslandırılmamış qətnamə qəbul edilmişdir.

25. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinə, 127-c i maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülkli Məcəlləsinin 337.1, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.4-cü maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4, 6.2-ci bəndlərinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006cı il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən etiraz daxil olmuşdur.

27. Et iraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin müddalarının cavabdeh tərəfindən pozulduğu qeyd edilmişdir. Bununla bağlı bağlı dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, ləğv prosesində olan Cavabdeh3 ASC-nin Cavabdeh1, İddiaçı, X4 və X6 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasına baxılarkən, sözügedən ipoteka müqaviləsinin etibarlılığı təsbit olunmuş, kredit müqaviləsi tutmanın ipoteka predmetinə yönəldilməli olması qəti edilmişdir. Bu iş üzrə qəbul edilmiş məhkəmə aktları qanun qüvvəsini almışdır. Bundan başqa, ipoteka müqaviləsinin tərəfi İddiaçı olmaqla mənzil onun tərəfindən ipoteka ilə yüklü edilsə də, iddia tələbində, apellyasiya şikayətində və kassasiya şikayəti ndə ipoteka müqaviləsinin bağlanması zamanı onun razılığının alınmamasını bildirir ki, bu əsas anlaşılan deyildir, əsassız və məntiqsizdir. Belə ki, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə İddiaçı tərəfindən imzalanmışdır. Nə müqavilə imzalandıqdan sonra, nə də LPO Cavabdeh3 ASC-nin hazırkı iddiaçı onun arvadı Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiaya baxılarkən məhkəmə proseslərində iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı heç bir dəlil irəli sürməmişdir. İşin halları ilə təsdiq olunur ki, ipoteka müqaviləsinin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Ümumiyyətlə, iddiaçının şikayəti formal mülahizələr əsasında verilmişdir. İddiaçı kassasiya şikayə tində heç bir halı mübahisələndirməyərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Kassasiya şikayətində qeyd etdiyi halları barədə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmasına dair sübutları məhkəməyə tədqim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materi alları ilə təsdiq edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı “...Müəyyən bir əqd əsasında yarandığı hesab ed ilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol ve rilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir...” Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə mübahisələndirilən ipoteka müqaviləsinin etibarlılığına dair hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları dü zgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 2(103)-5682/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar