Məhkəmə qərarları › İş №2(102)-1278/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1278/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1278/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6340/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Şükürova X1 Rayon Təhsil Şöbəsinin xx.xx.2017-ci il tarixli, 217 saylı əmri ilə Kəlbəcər rayon 23 saylı Tam Orta Məktəbin direktor əvəzi, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli, F-92 saylı əmri ilə həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Kəlbəcər rayonu 23 №-li Tam Orta Məktəbin direktoru olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” məktəbin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdi yinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Kəlbəcər rayonu 23 nömrəli Tam Orta Məktəbin direktoru vəzifəsində işləyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4.3 və 320.1-ci maddələri ilə təqsirləndirilən (hazırki mülki iş üzrə iddiaçı olan) İddiaçı barədə tutduğu vəzifəsindən kənarlaşdırma növündə qətimkan tədbiri seçilmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1366/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə hazırki iş üzrə İddiaçı Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 178.2.1ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 75.1.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 4 il 6 ay il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilməsi, İddiaçı üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, İddiaçı davranışı üzərində nəzarətin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, İddiaçı təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsi, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-478/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti cəza ləğv edilmiş və məhkumluğu götürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K-719 saylı əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə - Kəlbəcər rayon 23 saylı Tam Orta Məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 2016-cı ildə o, Xəzər Universitetinin potensial məktəb direktoru kursunu bitirmiş və Kəlbəcər Rayon Təhsil Şöbəsinin xx.xx.2017-ci il tarixli, 217 saylı əmri ilə Kəlbəcər rayon 23 saylı Tam Orta Məktəbin direktor əvəzi, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli, F-92 saylı əmri ilə həmin Məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə iddiaçının barəsində hər hansı inzibati və ya intizam xarakterli tədbirlər tətbiq edilməmiş, o, işinə tam məsuliyyətlə yanaşmışdır. İddiaçının direktoru olduğu orta məktəbə 2021-ci ilin fevral və mart aylarında X2 yoxlama gəlmiş, yoxlamanı aparıb, işlərini bitirib getmişlər. Yoxlamanın nəticələri ilə əlaqədar iddiaçıya heç nə deyilməmiş, məlumat verilməmişdir. Aprel ayının 12-13-də də yoxlama aparılmışdır. Bundan sonra iddiaçıya bildirilmişdir ki, o, işdən azad olunub, lakin hansı səbəbə görə işdən azad olunmağı barədə iddiaçıya heç bir məlumat verməmişlər. İddiaçı dəfələrlə Təhsil Nazirliyinə müraciət etsə də, əmrinin surəti və “Əmək kitabçası” iddiaçıya təqdim edilməmişdir. Nəhayət xx.xx.2021-ci il tarixdə həmin sənədlər rəsmi qaydada iddiaçıya təqdim edilmiş və iddiaçıya bəlli olmuşdur ki, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: S.Ədi lova) 2(005)-808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Cavabdeh Nazirlik iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin po zulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir.

11. Bundan başqa, işəgötürən olan cavabdeh Nazirlik Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş imperativ normalara əməl etməyərək, işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində intizam tədbiri tətbiq etmişdir.

12. Həmçinin, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbdə aparılmış yoxlama nəticəsində müxtəlif qanun pozuntuları aşkar edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründü yü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən əmr əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən təqribən 2 ay 22 gün sonra verilmişdir.

13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 10, 62, 70, 71, 72, 74, 76, 83, 186, 187, 189-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Təhsil nazirinin xx.xx.2021ci il tarixli, F-153 nömrəli əmrinə əsasən, “Kəlbəcər Rayonunun 23 və 37 nömrəli tam orta məktəblərinin kadr kargüzarlığının, əmək müqaviləsi bildirişləri altsisteminin yoxlanılması məqsədilə Ümumi təhsil müəssisələrində pedoqoji kadrların işə qəbulun mövcud qaydaların tələblərinə uyğun aparılması, əmək münasibətlərinin tənzimlənməsi zamanı əmək qanunvericiliyinin tələblərinin qorunması və kadr kargüzarlığının aparılması işinin yoxlanılması” məqsədilə nazirliyin əməkdaşları həmin məktəblərdə yoxlama aparmışdır. xx.xx.2021-cil tarixli aktdan görünür ki, məktəbin direktoru yoxlamanın keçirilməsinə etiraz edərək, yoxlayıcıların işinə mane olmuşdur. Məktəbdə aparılmış yoxlamanın nəticəsi olaraq, xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və həmin aktda aşkar edilən pozuntular qeyd edilmişdir. Akta əsasən, işçinin əmək müqaviləsi elektron sistemə yerləşdirilməmiş, işçilərin işə gəlmədiyi, habelə işçilərin işə qəbul barədə əmr mövcud olmamış, boş müəllim yerləri vakansiyaya çıxarılmamış, dərs saatlarının bölgüsü diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun aparılmamış, əmək müqavilələri üzrə elektron bildirişlər sistemə işlənmədiyi və s. faktlar aşkar edilmişdir. Həmin aktda qeyd edilən pozuntularla iddiaçı razılaşmış və aktı imzalamışdır. Eyni zamanda iddiaçının xx.xx.2021-ci il tarixli izahatında yoxlama zamanı aşkar olunan pozuntuların olduğunu və onların aradan qaldıracağını qeyd etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı, cinayət təqibi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına (İş № 4( 001)-548/2021) əsasən, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-613 nömrəli əmri ilə vəzifədən kənarlaşdırılmışdır. Lakin Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək qabiliyyətini itirməsinə baxmayaraq, onunla bağlı intizam məsuliyyəti tətbiq edilmişdir. Rayon Məhkəməsinin bu mövqeyi də, əsaslı hesab edilə bilməz. Belə ki, bu zaman Rayon Məhkəməsi iddiaçının vəzifədən kənarlaşdırılmasını nəzərə almamışdır. Əslində isə Əmək Məcəlləsinin tələbinə görə, işdən kənar edilən işçiyə əmək haqqı verilmir. İşdən kənar etmə dedikdə işçinin əmək müqaviləsinin onun üzərinə qoyduğu funksiyaları yerinə yetirməsinin müvəqqəti surətdə qadağan olunması, eyni zamanda ona əmək haqqı ödənilməsinin dayandırılması başa düşülür. İşdən kənarlaşdırılmış işçinin sağlamlığını müvəqqəti itirməsi onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilən intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü (İş № 1(101)-1366/2021) ilə iddiaçı 4 il 6 ay müddətində azadlıqdan məhrum edilməklə, 1 il sınaq müddəti təyin edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. İşə baxmış Rayon Məhkəməsinə iddiaçının ağır cinayətlərə görə məhkum olunması barədə məhkəmə hökmü təqdim edilməsinə baxmayaraq, buna əhəmiyyət verməmiş və qətnamədə təqdim olunmuş hökmə münasibət bildirməmişdir

16. Birinci instansiya məhkəməsi qeyd etmi şdir ki, iddiaçı tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barədə müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, işəgötürən tərəfindən qanunvericiliyin imperativ normaları pozulmaqla işçiyə inzibati tənbeh tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddiaçı tərəfindən ərizə təqdim edilmədiyi halda müddəti tətbiq etməklə ciddi qanun pozuntusuna yol vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının (hakimlər-M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) 2(103)-6340/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən yol verilmiş pozuntular özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinin xitam verilməsinə əsas verən hallar kimi qəbul oluna bilməz. Yol verilmiş pozuntular Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olmalıdır. Lakin cavabdeh Nazirlik iddiaçının əməli nəticəsində bu kimi nəticələrin mövcudluğunu göstərməmiş və hər hansı sübut təqdim etməmiş dir. Bu baxımdan apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməlidir.

19. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilən zaman iddiaçı, xx.xx.2021-ci il tarixli əmr ilə vəzifədən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmış işçinin sağlamlığını müvəqqəti itirməsi onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilən intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir. Rayon Məhkəməsinin iddiaçının əmək qabiliyyətini itirdiyi vaxtda intizam məsuliyyətinin qanunsuz tətbiqi barədə mövqeyi də əsassızdır.

20. Məhkəmə bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2021ci il tarixli əmr ilə vəzifədən kənarlaşdırılmış, xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx. 2021-ci il tarixədək işdən azad edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nazirliyin istinad etdiyi Əmək Məcəlləsinin 62.4-cü maddəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

22. Məhkəmə qanunun təfsiri ilə bağlı bildirmişdir ki, işdən kənarlaşdırılmış işçi barəsində intizam tənbehinin tətbiqi onun inzibati və cinayət hüquq pozuntularına görə məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq mümkündür. Yəni işəgötürənin hüququ var ki, işçi inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsə belə Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etsin. Lakin bu zam an 189.2-ci maddəsinin tələbləri gözlənilməli, yəni intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər, məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

23. Cavabdeh Nazirlik bildirmişdir ki, işə baxmış Rayon Məhkəməsi Nazirliyin əmək və icra intizamının xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, inzibati tənbehi xx.xx.2021-ci il tarixdə, yəni aşkar edildiyi gündən təqribən 2 ay 22 gün sonra verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq müddəti ötürməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, iddia müddətinin tətbiqi barədə iddiaçı tərəfindən ərizə verilməmişdir. Rayon Məhkəməsi öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməklə ciddi qanun pozuntusuna yol vermişdir.

24. Məhkəmə bildirmişdir ki, qeyd olunan müddət iddia müddəti deyil və həmin müddətin tətbiqi iddiaçının iradəsindən asılı deyil.

25. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda, hazırki halda cavabdeh Nazirlik bu müddəti ötürərək digər bir pozuntuya yol vermişdir.

26. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsinə iddiaçının ağır cinayətlərə görə məhkum olunması barədə məhkəmə hökmü nəzərə almamışdır. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununn 361.2.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

27. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarix li əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi, onun təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilmişdir. Əmək müqaviləsinin xitamı hökmdə müəyyən olunanlar ilə bağlı olmamışdır.

28. Bundan başqa, cavabdeh Nazirliyin istinad etdiyi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2.2-ci maddəsində ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul ola bilməməsi nəzərdə tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, iddiaçı, Cinayət Məcəlləsinin 178.2.1-ci, 178. 2.2-ci, 178.2.3cü, 178.2.4-cü, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən qeyd olunan əməllər ağır və ya xüsusilə ağır cinayətlərə aid deyil.

29. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla İddiaçı ərizəsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti cəza ləğv edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2, 3, 43, 68, 70, 71, 72, 79, 83, 186, 187, 189-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətin in dəlilləri

31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən və əmrin verilməsinə əsas olmuş sənədlərdən görünür ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməməklə işinə etinasız yanaşmış, habelə səhlənkarlıq edərək əmək və icra intizamının normal ahəngini pozmuşdur. İşəgötürən bu halları nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Məhkəmənin qənaətinə görə, işdən kənarlaşdırılmış işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehinin verilməsi yolver ilməzdir. Məhkəmənin bu mövqeyi əmək qanunvericiliyinin tələblərinə ziddir. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. İşəgötürən ƏM-nin 186-cı maddəsinin tələblərinə uyğun olaraq, işdən kənarlaşdırılmış Kəlbəcər Rayon 23 nömrəli məktəbin direktoru İddiaçı əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etmişdir. İşçi işdən kənarlaşdırıldıqdan sonra onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi-barəsində intizam tənbehinin verilməsini məhdudlaşdıra bilməz. Belə ki, işçi əmək funksiyalarını və müqavilə öhdəliklərini yerinə yetirməkdən azad olunubsa, onun həmin (kənarlaşdırıldığı) dövrdə əmək qabiliyyətin in müvəqqəti itirilib-itirilməməsindən asılı olmayaraq, işəgötürən tərəfindən intizam tənbehinin verilməsini istisna edə bilməz. Eyni zamanda bildiririk ki, əmək qabiliyyətini müvəqqəti itirən işçi xəstəlik vərəqini iş yerinə təqdim etmək üçün əldə edir. Lakin, hazırkı halda iddiaçı vəzifədən kənarlaşdırıldığından onun xəstəlik vərəqi əhəmiyyətini itirir. Məhkəmə bu halı nəzərə almamışdır. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşə baxan məhkəmə qanunun bu tələbinə də əhəmiyyət verməmişdir. Təhsil Nazirliyinin Kəlbəcər rayon 23 nömrəli məktəbdə yoxlamanın aparılmasına əsas olan əmr, yoxlama zamanı tərtib olunmuş aktlar, məktəb direktorunun izahatı, yoxlamanın nəticələrinə dair xidməti məlumatlar, yoxlamanın nəticəsi barədə əmrin t əsdiq edilmiş surəti işə baxan məhkəməyə təqdim olunmasına baxmayaraq, həmin sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

34. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

35. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yeri nə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

36. Maddə 71, 3-cü hissə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı for mada ziyan dəymiş olsun.

37. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

38. Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

39. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci mad dələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

40. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

41. Maddə 186, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklə rini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

42. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

43. Maddə 187, 2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

44. Maddə 189, 2-ci hissə. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səh v tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Belə ki, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda, hazırki halda cavabdeh Nazirlik bu müddəti ötürərək digər bir pozuntuya yol vermişdir.

55. D aha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi, onun təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilmişdir. Əmək müqaviləsinin xitamı hökmdə müəyyən olunanlar ilə bağlı olmamışdır.

56. Belə olan halda, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə göstərilən maddi hüquq normalarının tələblərinə uyğundur.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə ma ddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6340/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar