Məhkəmə qərarları › İş №2(102)-1278/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1278/2024

16.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1278/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6300/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 yanvar 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 3 ay sınaq müddəti hesab edilməklə, 3.060 manat əmək haqqı ödənilməklə 12 ay müddətinə Cavabdeh MMC-də “maliyyə meneceri” vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC üzrə verilmiş xx.xx.2023-ci il tarixli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən (müddətin qurtarması əsasına görə) xitam verilmişdir.

3. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli ilkin mediasiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışına əsasən, əmək hüquqlarının pozulması tələbinə dair mübahisə üzrə 31 mart 2023-cü il tarixdə, saat 15:00- 15.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Halbuki, onlar mediasiya sessiyasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmışlar. İddiaçı oglu ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2023-cü il tarixli, 480/22 saylı əmrin ləğv edilməsi, iddiaçının cavabdehdə “maliyyə meneceri” vəzifəsinə bərpa olunması, cavabdehdən iddiaçının xeyrinə qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdə əsas i ş yeri üzrə maliyyə meneceri vəzifəsində çalışmışdır. Həmin iş yeri və vəzifə daimi xarakterlidir. AR Əmək Məcəlləsinin 47-ci maddəsinin təsir dairəsinə düşmür. 24 yanvar 2022-ci il tarixli, 480/22 saylı əmək müqaviləsinin 11.5-ci bəndində tərəflər əmək müqaviləsinə xitam verilməsi hallarını müəyyən etmişdir. Müqavilədə qeyd olunan hallar sırasında əmək müqaviləsinin müddətinin bitməsi qeyd edilməmişdir. Halbuki, tərəflər ƏM-nin 75.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulan hallardan fərqli olan əlavə halları öz aralarında müəyyən etmişdir ki, bu da müqavilədə öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçin in və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

6. Cavabdehin vəkili və nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia ərizəsi tam olaraq əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 24 yanvar 2023-cü il tarixdə bitmişdir və Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq bir həftə ərzində, yəni xx.xx.2023-cü il tarixdə müqavilənin bitməsi ilə əlaqədar iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməs i)e-2(006)-2233/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova)iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, tərəflər arasında əmək müqaviləsi müddətsiz deyil müddətli olmuşdur. Odur ki, həmin əmr iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti başa çatdığı üçün xitam verildiyinə görə, işəgötürənin sözügedən əmri qanunsuz hesab oluna bilməz.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayə ti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eynilik təşkil etmişdir və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6300/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (məruzəçi), Vüsalə Baxışova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nə simi rayon məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürənin xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin” ləğv edilməsi üçün əsaslar yoxdur. Tərəflər arasında müddətsiz deyil müddətli “Əmək müqaviləsi” bağlanmış və həmin müqavilənin müddəti bitmişdir. Odur ki, həmin əmr qanuni və əsaslı oğluşdur və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Əsasları iddia tələbinin və apellyasiya şikayətinin əsasları ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və təqdim olunmuş sübutlara, eləcədə məhkəmə qətnaməsinə münasibət bildirib hüquqi qiymət verməmişdir. Tərəflərindən "xxxx" MMC-nin mülki işə üçüncü şəxs qismində iştirak edilməyə cəlb edilməsinə dair vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstər ilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsaslar yoxdur.

30. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işəgötürənin xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin” ləğv edilməsi üçün əsaslar yoxdur.

32. Belə ki, tərəflər arasında müddətsiz deyil müddətli “Əmək müqaviləsi” bağlanmış və həmin müqavilənin müddəti 24 yanvar 2023-cü il tarixdə bitmişdir.

33. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən əmr qanuni və əsaslı olmuşdur və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

34. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2(103)-6300/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar