Məhkəmə qərarları › İş №2(102)-1278/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1278/2025

21.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1278/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Beyləqan rayon 1 saylı Notariat Ofisi və X3) qarşı qarşılıqlı tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən yaşayış və istifadə hüququna xitam ver ilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1674/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Beyləqan Rayon Məhkəməsinin 2(020)-555/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 onun və qızı Cavabdeh1ünvan 11 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, mərhum X1 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri və həmin mənzildən onlara yaşayış hüququnun verilməsi tələbinə dair iddiası qismən təmin edilmi ş, Cavabdeh2 və Cavabdeh1ünvan 11 ünvanında yerləşən mərhum X1 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-741/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cehiz əşyaların evdən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 X2 xüsusi mülkiyyətində olanünvan 1-də (yeni qaydalarla: ünvan 1 yerləşən ümumi sahəsi 72.1 kv.m, yaşayış sahəsi 43.8 kv.m, köməkçi sahəsi 28.3 kv.m olan mənzilindən yaşayış sahəsində istifadə hüququ itirilmiş hesab edilməsi, Cavabdeh2 məxsus cehiz əşyalar həmin məzildən məcburi qaydada çıxarılması qət edilmişdir.

3. Şirvan Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-741/2022 nömrəli qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

4. X3 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, X3 mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 127 nömrəli evin 3 nömrəli mənzilini 5400 manat məbləğinə İddiaçı satmışdır. Sonuncunun həmin mənzilə mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır.

5. Beyləqan Rayon Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli arayışına əsasən ünvan 4də yerləşən 4 otaqlı mənzildə 2019-cu ildən hal-h azıradək olan müddət ərzində yaşayış yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və onun qızı Cavabdeh1 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 72.1 kv.m olan, yaşayış sahəsi 51.84 kv.m olan, 4 otaqdan ibarət 127 nömrəli evin 3 nömrəli mənzilinə yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlərin mübahisəli mənzilə köçürülmələri ilə bağlı məhkəmə qətnaməsindən iddiaçının məlumatı olmamışdır. Mənzili aldıqdan bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, yeni aldığı mənzilə onun ailə üzvü olmayan Beyləqan şəhə r sakinləri Cavabdeh2 və onun qızı Cavabdeh1 əvvəllər qeydiyyatda olmuşlar. İddiaçı bu barədə mənzili aldığı şəxsdən, yəni Vəfa Hüseynovadan soruşduqda, Vəfa Hüseynova ona əvvəllər qardaşı arvadı olmuş Cavabdeh2 və qardaşı qızı Cavabdeh1 2019-cu ildən indiyədək həmin mənzildən çıxdıqlarını, Bakı şəhərində öz ailəsi ilə birlikdə yaşadıqlarını və həmin evdə onların hər hansı yaşayış hüququnun olmadıqlarını bildirmişdir. Vəfa Hüseynova həmçinin qardaşı Azər Hüseynovla Cavabdeh2 Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən boşandıqlarını bildirmişdir. Həmin mənzil hazırda istifadəyə yararlı deyildir və təmirə ehtiyacı vardır. O, həmin mənzili təmir etdirmək və ora köçüb yaşamaq istəyir. Cavabdeh2 orada müəyyən əşyalarının olması və cavabdehlərin həmin mənzildən istif adə hüquqlarının tanınması buna maneəçilik törədir. Həmçinin cavabdehlərin xüsusi mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi onların gələcəkdə mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. O, cavabdehlərin yeni aldığı mənzildən qeydiyyatdan çıxarılmaları baradə Beyləqan rayon Polis Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

8. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçının mübahisəli mənzilə istifadə hüququ Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tanınmış və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra mənzilin vərəsəlik qaydasında yeni mülkiyyətçisi X2 mənzilə dair istifadə hüququna xitam verilməsi barədə iddia tələbi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmuş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində satıcı Vəfa Hüseynova məhkəmə qətnamələrindən məlumatlı olduğu halda mənzili İddiaçı satmışdır. İddiaçı da bundan məlumatı olmuşdur. Həmin mənzildə qızı ilə birlikdə yaşamır, çünki orda şərait yoxdur. Mənzilin pəncərələri sınıq vəziyyətdə, mənzil isə i stifadə üçün yararsızdır. Onun əmlakları hələ də həmin mənzildə qalmışdır. İddiaçı Vəfa Hüseynova ilə bağladıqları alqısatqı müqaviləsi qanunsuz olmuşdur.

10. Beyləqan Rayon Məhkəməsinin 2(020)-618/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, ümumi sahəsi 72.1 kv.m olan, yaşayış sahəsi 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, 3 nömrəli mənzilindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. (hakim Ramiz Nurullayev)

11. Birinci instansiya məhkəməsi işdəki sübutlara və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi olmasına baxmayaraq Cavabdeh2 və Cavabdeh1 2019-cu ildən mübahisədə adı keçən mənzilə köçüb yaşamamışlar. Onların həmin mənzilə köçüb yaşamamaları kiminsə onlara maneçilik törətməsi ilə bağlı olmamışdır. Cavabdeh2 məhkəmə iclasında izahatı ilə müəyyən edilmişdir ki, həmin mənzildə yaşamaq üçün şərait yoxdur, mənzil yaşamağa yararsızdı, buna görə də mənzildə yaşamaq mümkün deyildir. Bu da göstərir ki, onların həmin mənzildə yaşamamaları özlərinin könüllü olaraq istəməməsi ilə bağlı olmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra da Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamamışlar. İlk iddia üzrə cavabdehlərin hazırda başqa yerdə yaşaması onu deməyə əsas verir ki, onların başqa yaşayış sahəsindən istifadə etmək imkanları mövcuddur. Belə ki, onların həmin mənzildə yaşam alarına ehtiyacları olsaydı, köçüb orada yaşayardılar. Çünki mənzilin təmir etdirilməsi, yaşayış üçün yararlı hala salınması heç kimin üzərinə bir vəzifə olaraq qoyulmamışdır. Cavabdehlər həmin evdə yaşamaq istəsəydilər özlərinə bununla bağlı şərait qura bilərdilər. Cavabdehlərin hazırda da, yəni həmin mənzilə iddiaçının mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra köçüb yaşamamaları onların həmin mənzildən könüllü istifadə etməmələri kimi qiymətləndirilməlidir. Digər tərəfdən cavabdehlər iddiaçının ailə üzvləri sayılmırlar və onların arasında hər hansı bir müqavilə mövcud deyildir. Buna görə də yuxarıda sadalanan hallar nəzərə alınmaqla ilk iddianın təmin edilməsi əsaslı hesab edilməlidir.

13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh2 İddiaçı qarşı alqı-satqı m üqaviləsinin ləğv edilməsinə dair iddiası əsassızdır. Belə ki, İddiaçı qanunun tələblərinə əsasən həmin mənzili Vəfa Hüseynovadan almış və mənzilin dəyərini ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasını istisna edən hallar mövcud olmamışdır. Alqı-satqı müqaviləsindən sonra İddiaçı həmin mənzilə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 567, 568-ci, Mənzil Məcəlləsinin 30-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv, il k iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sözü gedən mənzilə istifadə hüquqları Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən tanındığından, mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq münasibətləri olmadığından şikayət olunan qətnamənin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə əsaslandırılması əsassız və qanunsuz olmuşdur. İşə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq əlaqələrinin olmaması, onun keçmiş ailə üzvü olmasını istisna etmişdir. İşə baxılarkən Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranması göstərilmişdir. Mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq münasibəti olmadığından onun ilk iddia ilə müraciət etməsi üçün subyektiv hüququn olmaması nəzərə alınmamışdır.

17. Apellyasiya baxışında ilk iddia üzrə Cavabdeh2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətlərinin müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı tanımır. Vəfa Hüseynova i sə onun keçmiş ərinin bacısıdır. Əri ilə onun arasında olan nikah 2016-cı ildə pozulub. 2017-ci ildə mübahisəli evdən çıxmış və 1 il müddətində həmin evdə yaşamamışdır. Həmin müddətdə Bakı şəhərində kirayədə yaşayan tələbə qızının yanında yaşamışdır. Hazırda Beyləqan rayonunda qardaşı və ya bacısının evində yaşayır. Bakıdan evə qayıdan zaman görmüşdür ki, qaynı Ceyhun evi açmış, pəncərələrinin şüşələrini sındırmışdır. Evin necə satılmasından xəbəri və məlumatı olmamışdır. Mübahisəli evdə onun istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tanınmışdır. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməli, ilk iddia təmin edilməməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir.

18. Apellyasiya baxışında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək g östərmişdir ki, Beyləqan rayonunun Baharlı qəsəbəsində yaşayır. Almaq üçün ev axtarmışdır. Soraqlaşaraq hazırkı evi tapmışlar. Pulu az olduğundan təmirsiz ev almaq istəmişdir ki, sonradan təmir etdirsin. Vəfa Hüseynovanın heç vaxt tanımamışdır. Onu evi alqı-satqı etdirən zaman görmüşdür. Alqı-satqı notariusda baş tutmuş və alqısatqı zamanı heç bir problem, yüklülük olmamışdır. Evi 25000 manata almışdır. Rüsumu az ödəməsi üçün müqavilədə evin satış qiymətini 5000 manat göstərmişlər. Cavabdehləri də əvvəlcədən tanımamışdır. Evi aldıqdan sonra müəyyən etmişdir evdə cavabdehlər qeydiyyatdadır. Alqı-satqı zamanı isə bu, görünməmişdir. Vəfa Hüseynova evi satan zaman evdə qeydiyyatda olan şəxslərin və ya onların həmin evdə istifadə hüquqlarının olmasını ona deməmişdir. Əvvəlcədən belə problem yar anacağını bilsəydi, evi almazdı. O, evi alan zaman vicdanlı davranmışdır

19. Apellyasiya baxışı zamanı X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

20. Üçüncü şəxs X3 bildirmişdir ki, əri Füzuli rayonundandır və buna görə xeyli vaxt olar ki, Bakı şəhərində yaşamışdır. Hazırda Füzuli şəhərində yaşayır. Belə ki, onlara Füzuli şəhərində ev verilmiş və onlar da köçüb orada yaşayırlar. Evi satan zaman da Füzuli şəhərində yaşamışdır. Cavabdeh2 onun qardaşı arvadı, Cavabdeh1 isə qardaşı qızıdır. Onlar əvvəllər bir müddət qardaşı ilə birlikdə mübahisəli evdə yaşamışlar. Lakin qardaşı ilə Günayın nikahları pozulduqdan sonra Günaygil evdən çıxıb getmişlər. Ev isə ona valideyinlərindən qalmışdır. Evi satmış olduğu Tahiri isə heç tanımamış dır. Evi notariusda alqı-satqı etmişlər. Bu zaman hər hansı problem yaranmamışdır. Həmin vaxt Tahirə Gülər və Günayın həmin evdə qeydiyyatda olmasını deməmişdir. Evi satan zaman hər hansı qanunsuzluğa yol verməmişdir.

21. DƏDRX PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş cavabda göstərilmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 127, mənzil 3 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatı zamanı təqdim edilmiş Beyləqan Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvan dəyişikliyi ilə əlaqədar olaraq ünvan 3lması qeyd edilmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1674/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Tale Kərimov).

23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların istifadə hüquqlarının tanındığı qətnamədə evin ünvanı Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 127, mənzil 3 göstərilmişdir. İddiaçıla V.Hüseynova arasında alqı-satqı predmeti olan evin ünvanı isə ünvan 5 Sorğuya cavabda göstərilmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 127, mənzil 3 ünvanı ilə ünvan 6ni evə aid olmuş, sonradan ünvan dəyişikliyi ilə əlaqədar dəyişilmişdir. Buna görə də alqı-satqı zamanı evdə hər hansı yüklülüyün olmaması aşkar olunmam ış və alqı-satqı baş tutmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, alıcı olaraq İddiaçı ev üzərində hər hansı məhdudiyyətin olmasından xəbərsiz olmuşdur. Həmçinin satıcı Vəfa Hüseynova qarşılıqlı iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olması və onların həmin evdə istifadə hüquqlarının olmasını nə İddiaçı, nə də notariusa bildirməmişdir. X6 mübahisəli mənzildə qarşılıqlı iddiaçıların istifadə hüquqlarının olmasını İddiaçı və notariusa bildirməli idi.

25. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatmışdır ki, qarşılıqlı iddiaçıların gələcəkdə Vəfa Hüseynovaya qarşı vurulmuş ziyan tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 567, 568-ci, Mənzil Məcəllənin 30-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, şikayət olunan qətnamənin digər qanunsuzluğu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Məhkəmə iclasında iştirak edən şəxslərin dəlilləri” hissəsində göstərildiyi kimi “Evi 25000 manata aldığı halda, rüsumu az ödəmək məqsədilə alqı-satqı müqaviləsində 5000 manatın göstərilməsinə, yəni, vergi qanunvericiliyin pozulmasına qanuni qiymət verilməyərək bu qanunsuzluğu “qanuniləşdirilməsidir”. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanunsuz olması “Alıcı İddiaçı ev üzərində hər hansı məhdudiyyətindən xəbəri olmamasını, satıcı Vəfa Hüseynovanın qarşılıqlı iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olmaları və onların həmin evə istifadə hüquqlarının olmasını nə İddiaçı nə də notariusa bildirməmişdir. Vəfa Hüseynova mübahisəli mənzildə qarşılıqlı iddiaçıların istifadə hüquqlarının olmasını İddiaçı və Notariusa bildirmədiyi üçün kolleqiyanın qarşılıqlı iddiaçıların gələcəkdə Vəfa Hüseynovaya qarşı vurulmuş ziyan tələbi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququnun olmasının” di qqətə çatdırılması ilə sübut olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyat a alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiya sı hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

35. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan evə istifadə hüququnu itirilməsi barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alan zaman cavabdehlərin həmin evdə qeydiyyatda olmaları barədə məlumatının olmamasına istinad etmişdir.

36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də alqı-satqı zamanı evdə hər hansı yüklülüyün olmaması aşkar olunmamış və alqı-satqı baş tutmuşdur. Alıcı olaraq iddiaçı ev üzərində hər hansı məhdudiyyətin olmasından xəbəri olmamışdır. Həmçinin satıcı Vəfa Hüseynova qarşılıqlı iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olması və onların həmin evdə istifadə hüquqlarının olmasını nə İddiaçı, nə də notariusa bildirməmişdir.

37. Məhkəmə kollegiyası qeyd ed ir ki, hətta cavabdehlərin mənzilə istifadə hüquqları şəxsi servitut kimi qəbul edilmiş olsaydı belə, həmin hüquqlar dövlət reyestrində qeydə alınmadığına görə iddiaçı mənzil üzərində cavabdehlərin istifadə hüququ ilə bağlı yüklülüyə münasibətdə vicdanlı olmuşdur.

38. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti ilk iddia tələbinin təmin edilməsi üçün əsas olmuşdur. Bu baxımdan, ilk iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.

39. Həmçinin alıq-satqı müqaviləsinin ləğvi barədə qarşılıqlı iddianın rədd edilməsi hissəsində də gəlinən nəticə əsaslı olmuşdur.

40. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsinin hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə hazırkı qərarın 23-25-ci bəndində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.

41. Apellyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.

42. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh (qarşılıq lı iddiaçı) Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1674/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar