Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-128/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-128/23 (Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa barədə) 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(103)4903/2022 saylı qətnaməsindən Cavabdeh MMC verdiyi kassasiya şikayəti üzrə işə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları İşin hallarına görə, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, X saylı “əmək müqaviləsi”nə əsasən İddiaçı satış üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. 18 may 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə dəyişiklik edilərək vəzifəsi xəzinədar kimi müəyyən edilmiş və ona mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 11 iyun 2021-ci il tarixdə təlim keçirilmiş və o, təlimdə iştirak etməsini öz imzası ilə təsdiq etmişdir. İddiaçı “X” tətbiqindən sui-istifadə etmiş və buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmişdir. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan İddiaçı ilə bağlanmış X saylı əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2021-ci il tarixli, X-21 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə 487 manat məbləğində aylıq əmək haqqının, 3.396,31 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 1.000 manat maddi və 3.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, c avabdehlə əmək münasibətlərində olduğu müddətdə 02 aprel 2020-ci il tarixdə rəhbərlik tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmuşdur. Ona məlum olmayan tarixdə cavabdeh tərəfindən onunla razılaşdırılmadan əmək müqaviləsinə dəyişiklik edilib, xəzinədar vəzifəsinə keçirilmiş və lakin bununla bağlı əmək müqaviləsində hər hansı bir dəyişiklik edilməmişdir. Bu dəyişiklik əmək kitabçasında da öz əksini tapmamışdır. Vəzifə dəyişikliyi edilən zaman xəzinədar vəzifəsinin vəzifə təlimatı ilə də tanış edilməmişdir. Əmək müqaviləsi ləğv edildiyi zaman əsas səbəb kimi mülkiyyətçiyə maddi ziyan vurmağı göstərilmişdir. Xəzinədar olmağına baxmayaraq başqa əmək funksiyasının icrasına cəlb edilmiş, ona təhkim olunan kassada başqa işçi işləyən zaman yekunda məbləğ əskikliyi gəlmiş və bu məbləğ on un əmək haqqından tutulmuşdur. Cavabdehdə işlədiyi bütün dövr ərzində, 1 il 10 ay müddətində hər həftə 8 saat normadan artıq işləsə də, cavabdeh tərəfindən normadan artıq iş saatlarına görə əlavə ödənməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin ləğvi barədə əmr əsaslandırılmamışdır. Belə ki, müəssisənin adı, hüquqi ünvanı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Əmrdə isə əmri işəgötürən deyil, buna səlahiyyəti olmayan digər şəxs imza etmişdir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə onun nə səbəbdən və ya hansı əsasdan işd ən azad olunmağı sübut olunmur və əsaslandırılmır. Onun aylıq əmək haqqının 487 manat olması nəzərə alınarsa, cavabdeh ona bu saatlar üçün 3.396,31 (4.245,38 10 faiz vergi, 10 faiz təxmini hesablama fərqi) normadan artıq saatlara görə pul ödəməlidir. Cavabdeh iddiaya etiraz edərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddia ərizəsi verilən zaman iddia müddəti ötürülmüşdür. 03 noyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə X-21 saylı əmr iddiaçı tərəfindən imzalanmışdır. İddiaçının artıq hımin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Lakin mediasiyaya dəvət məktubu şirkətin ünvanına 10 fevral 2022-ci il tarixdə göndərilmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi günd ən etibarən mübahisənin həll edilməsi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etməsinə qədər 3 ay müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüş hesab edilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (Q.Y.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsini, 9-cu maddəsinin “b” bəndini, 11 -ci maddənin 1 -ci hissəsinin “a” və “b” bəndlərini, 46-cı maddəsinin 6-cı hissəsini, 70-ci maddəsinin “ç” bəndini, 72-ci maddəsinin “c” bəndini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinin tələblərini rəhbər tutaraq iddia tələbini əsassız saymış və rədd etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmış, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, iddiaçı həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı akt tərtib edilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iddiaçının cəmiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini müəyyən etmiş, iddiaçı tərəfindən adıçəkilən halların təkzib edilməsi məqsədilə hər hansı sübut təqdim olunmadığını nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifə dəyişikliyi ilə bağlı hər hansı sənəd təqdim edə bilmir və bu dəyişikliyi təlimdə iştirakı ilə əsaslandırır. Şirkət tərəfindən təşkil edilmiş hər hansı bir təlim onun vəzifə dəyişikliyini təsdiq edən sənəd kimi təqdim edilə bilməz, şirkətin məhkəməyə təqdim etdiyi təlimdə iştirak vərəqələrində satıcı kimi iştirak edib. Təlimdə iştirak sənədinin üzərində təlimin hansı mövzuya aid olması barədə qeydlər aparılmayıb və bu sənəd əmək müqaviləsində dəyişiklik edilən təsdiqedici sənəd kimi təqdim edilə bilməz. Məhkəmə, işəgötürən tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmasını da onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən nəzərə almayıb və qətnamə lazımi şəkildə əsaslandırılmayıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən- əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilib, işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 noyabr 2021-ci il tarixli, X saylı əmri ləğv edilib, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və qalan hissədə qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə ləğv edilməli və iddia həmin hissədə təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyin i Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “c” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş bir ay müddətin pozulduğu qeyd olunsa da məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin bu maddəsində göstərilmiş bir ay müddət işəgötürən tərəfindən işçiyə intizam tənbehinin verildiyi hallara aiddir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi öz hüdudları daxilində, intizam tənbehinin, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsini ehtiva edir. Lakin, hazırkı iş üzrə işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi tətbiq olunmamış və o, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsi işəgötürən tərəfindən birbaşa ləğv olunmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən iddiaçı əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmi ş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi tətbiq edə bilər. Həmçinin,Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi göründüyü kimi iki hissədən ibarətdir. İlk hissəyə nisbətdə, yəni ki, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləriniyerinə yetirmədikdə” Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən tərəfindən işçiyə intizam tənbehinin tətbiqi zəruridir. Lakin, ikinci hissəyə nisbətdə,yəni ki, işçi “bu Mə cəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün müvafiq intizam tənbehinin verilməsi lazım deyildir. Buradan da aydın olduğu kimi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması ayrıca nəzərdə tutulduğu üçün bu hallarda intizam tənbehinin tətbiqi tələb olunmur. Bununla bağlı bildirmək istəyirik ki, iddiaçı cavabdehə məxsus “X” əmtəə nişanı adı altında fəaliyyət göstərən super marketdə çalışdığı müddət ərzində dəfələrlə “X” tətbiqindən sui-istifadə etmiş və bununla da cavabdehə maddi ziyan vurmuşdur. Belə ki, “X” tətbiqi zamanı müştərilərə ödənilən bonusların bir hissəsini cavabdeh ödəyir və ödənişlər təqvim ayı ərzində yalnız istifadə edilmiş bonusların məbləğinə mütənasib olara q müvafiq partnyor şirkət tərəfindən cavabdehdən tutulur. İddiaçı işə qəbul olunan zaman ona “X” tətbiqi ilə bağlı cavabdeh tərəfindən lazımi təlimatlar verilsə də o, müştərilər tərəfindən istifadə edilməyən bonusları öz hesabına yükləmiş və beləcə də şirkətimizə maddi ziyan vurmuşdur. Bununla da, iddiaçı öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə də, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsi birtərəfli qaydada, intizam tənbehi verilmədən ləğv olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, tərəflərin birinin təşəbbüsü- əmək müqaviləsinə xitam verilməsininəsaslarından biridir; 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin e) bəndinə əsasən, işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsas landırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən hallarına görə, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, AS5269 saylı “əmək müqaviləsi”nə əsasən iddiaçı satış üzrə köməkçi vəzifəsinə qəbul edilmiş və 18 may 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Daha sonra həmin qeyd etibarsız hesab edilmiş və iddiaçının əmək müqaviləsinə dəyişiklik edilərək vəzifəsi xəzinədar kimi müəyyən edilmişdir. İddiaçıya mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 11 iyun 2021-ci il tarixdə təlim keçirilmiş və o, təlimdə iştirak etməsini öz imzası ilə təsdiq etmişdir. İddiaçı “Umico” tətbiqindən suiistifadə etmiş və buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmişdir. Cavabdehin “Müştəri xidmətləri və əməliyyatlar sektoru” şöbəsinin xəzinədar vəzifəsində çalışan iddiaçı ilə bağlanmış X saylı əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının tələbi əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1 -ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hak imiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Həmin Məcəlləyə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsi). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçə nədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (Əmək Məcəlləsinin 187-ci maddənin 1 və 2-ci hissələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən onun “X” tətbiqindən sui-istifadə etdiyi əsas götürülmüş, buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmiş və bundan 1 ay 10 gün sonra, yəni 03 noyabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək qanunvericiliyinin mənasından aydın olur ki, intizam tənbe hi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin, hazırkı iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq işçi tərəfindən əmək intizamının pozulduğu aşkar etdiyi gündən bir ay ərzində deyil, 1 ay 10 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. İntizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilmədiyindən və bu, əmrin ləğv olunması və bərpası üçün müstəqil əsas verdiyindən apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülən bu hal üzrə hər hansı araşdırma aparılmasına lüzum görmür. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, məhkəmə iddia müddətinin keçmədiyi qənaətinə gələrək ərizəni əsassız saymış, cavabdeh bununla razılaşaraq qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə ləğv edilməli və iddia təmin olunmalıdır (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(103)-4903/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-128/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-128/2023
31.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver