Məhkəmə qərarları › İş №2(102)-1280/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1280/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1280/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünvanında iddiaçıya məxsus istehsalat sahəsi (sexi) mövcuddur. İddiaçı həmin istehsalat sahəsini 2014-cü il tarixdən xx.xx.2021-il tarixədək qüvvədə olan icarə müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə vermişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə Cavabdeh1 müqavilənin müvafiq bəndlərinə əsasən hər ay icarə haqqı verməli və kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və abunə telefon) istifadə edilməsinə görə haqları ödəməli idi. Lakin Cavabdeh1 iddiaçıya məxsus istehsalat sahəsində quraşdırılmış su sayğacını zədələdiyi üçün “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus istehsalat sahəsinə akt tərtib edilərək 3.900 manat məbləğində cərimə hesablanmışdır. Bundan başqa cavabdehin təbii qazdan istifadə etməsi nəticəsində iddiaçıya məxsus istehsalat sahəsinə 17.157 manat məbləğində borc hesablanmış və bunu təsdiq edən məhkəmə qətnaməsi var. Eyni zamanda cavabdehin təqsiri ucbatından iddiaçıya məxsus istehsalat sahəsinə işıqdan istifadə etdiyi üçün 1.500 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə cavabdeh iddiaçıya məxsus istehsalat sahəsindən 2.200 metr 76-lıq ölçüdə olan qaz turbasını kəsərək aparmış, bununla da cavabdeh bu hərəkətinə görə iddiaçıya 13.000 manat məbləğində zərər vurmuşdur. Bundan başqa cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqav iləsinin şərtlərini pozaraq iddiaçıya məxsus istehsalat sahəsində qanunsuz tikililər tikərək istehsalat sahəsinin beton örtüklərinə zərər vurmuş, iddiaçıya məxsus istehsalat sahəsinin dam örtüyü, mətbəxi divarlarını və sair yararsız hala salmışdır. İddiaçının təkidi ilə cavabdeh həmin yerə özünün tanıdığı ustaları dəvət etmiş və həmin ustalar iddiaçıya məxsus istehsalat sahəsinin təmir xərclərinə 20.000 manat məbləğində vəsait lazım olduğunu bildirilmişlər. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh iddiaçıya hər ay icarə haqqı olaraq 500 manat ödəməli olduğu halda 10 aylıq icarə haqqını ödəməmiş, bu isə 5.000 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya vurduğu maddi ziyan ümumilikdə 67.557 manat təşkil edir. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətləri nəti cəsində iddiaçıya vurulmuş maddi ziyanı ödəməsi barədə müraciət etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-7169/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 45.344,49 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)-1302/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)- 7169/2018 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə bu gunə kimi ona borclu qaldığı 10.000 manat məbləğində icarə haqqının, istehsalat sahəsinə vurduğu 20.000 manat məbləğində ziyanın, istifadə etdiyi qaza görə yığılmış 17.157 manat məbləğində borcun, istifadə etdiyi işığa görə yığılmış 1253 manat məbləğində borcun, su sayğacını zədələdiyinə görə “xxxx” ASC-nin nümayəndələri tərəfindən akt tərtib edilərək iddiaçıya məxsus istehsalat sahəsinə yazılmış 3900-manat cərimənin, vurduğu 10.000 manat məbləğində zərərin, cəmi 62.300 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini yenidən dəyişdirmiş, məhkəmədən işə cavabdeh qismində Cavab deh2 MMC-nin də cəlb edilməsini və cavabdehlərdən cəmi 62310 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-4734/2019) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45315 (qırx beş min üç yüz on beş) manat 49 (qırx doqquz) qəpik məbləğində pulun İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada dövlət rüsumuna g örə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik məbləğində pul dövlət nəfinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarışın surətinə görə, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmuş su rətinə görə, həmin müqavilə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh2 MMC adından təsisçisi Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı icarəçi Cavabdeh2 MMC adından təsisçi Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmiş, icarəyə götürən Cavabdeh2 MMC adından təsisçi Cavabdeh1 icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqını... kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(013)-45/2018 saylı qətnaməsinin s urətinə görə, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh İddiaçı 17157,40 manat, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, xidmət haqqı kimi 1 manat - cəmi 17188,40 manatın «Azəriqaz» hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin qətnamə ilə iddia əsaslı olduğundan təmin edilmiş, İddiaçı 17157,40 manat, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, xidmət haqqı əvəzində 1 manat - cəmi 17188,40 qəpik məbləğində pulun tutularaq «Azəriqaz» İstehsalat Birliyinin hesabına köçürülməsi qət edilmişdir. “xxxx” ASC Sumqayıt Sukanal idarəsi tərəfindən verilmiş arayışa görə, İddiaçı müqavilə üzrə cəmi borcu xx.xx.2018ci ilə 3.877 manat təşkil edir. Dəymiş ziyan aktına əsasən hesablanmış borc 3.927 manat, ödəniş 50 ma nat təşkil edir. Yuxarıda göstərilən debitor borcun illər üzrə açıqlaması aşağıdakı şəkildədir: xx.xx.2013-cü il tarixli 002750 №li akta əsasən 571 manat hesablanmış, 50 manat ödəniş aparılmış; xx.xx.2014-cü il tarixli 004244 №-li akta əsasən 1.427,4 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006214 №-li akta əsasən 1.333,8 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006842 nömrəli akta əsasən 594,8 manat hesablanmış, 0 manat ödəniş aparılmışdır. “xxxx” ASC tərəfindən verilmiş hesab ödəniş vərəqindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixə borcu 1.253,49 manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə toplanmış NK-1/654 saylı ma terialda mövcud olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə verdiyi izahatda aşağıdakılar göstərilmişdir: “... Mən İddiaçı barəmdə yazmış olduğu ərizə ilə tanış oldum. Mən bununla bağlı bildirmək istəyirəm ki, onun dedikləri şər-böhtandır. Belə ki, mən onunla 2014-cü il tarixdə müqavilə bağlamışam və ona məxsus, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünvanında yerləşən istehsalat sahəsini (sexi) icarəyə götürüb işlətmişəm. Həmin sexdə əlvan metalların əritməsi ilə məşğul olurdum. Mən işlədiyim müddət ərzində həmin sexi ideal vəziyyətə gətirdim. Belə ki, həmin sexə öz şəxsi hesabıma qaz, işıq və su çəkdirmişəm, hasar çəkdirmişəm, darvaza qoydurmuşam. Həmin sexin boş sahəsində tikinti işləri aparmışam. İddiaçı sonradan həmin tikintini sənədləşdirib öz adına keçirtmişdir. Həmin sex xx.xx.201 7-ci il tarixdə müəyyən səbəblərə görə müvafiq orqan tərəfindən yararsız hala gətirilmiş və sexin fəaliyyəti dayandırılmışdır.... Mən aparmış olduğum 2200 metr diametrli 76-lıq ölçüdə olan qaz trubası mənə məxsusdur, həmin qaz trubası öz şəxsi hesabıma çəkilmişdir. Mən bu barədə sənəd də təqdim edə bilərəm. Mən bir daha bildirmək istəyirəm ki, ona məxsus obyekti qəsdən yararsız hala salmamışam. Mən həmin obyektdə əlvan metalların əritməsi ilə məşğul olan zaman ətrafda yaşayan sakinlərə ziyan olduğu üçün müvafiq orqan tərəfindən obyektin fəaliyyəti qanuni yolla dayandırıldı və müəyyən hissəsi yararsız hala salındı. Mən yəni həmin obyekti qəsdən yararsız hala salmamışam. Bunu hətta bir neçə nəfərdə təsdiq edə bilər. Əksinə həmin obyektdə olan mənə məxsus əmlaklar yararsız hala salınmışdır. Mən həmin obyektdə onun icazəsi ilə tikinti aparmışam və sonradan İddiaçı həmin tikintini sənədləşdirib öz adına keçirtmişdir. Mən həmin obyekti işlətdiyim müddətdə qaza 17.157 manat, işığa 1500 manat borcum yaransa da, mən həmin pulu ödəməyəcəm. Belə ki, mən obyektə çəkən zaman biz razılığa gəldik ki, İddiaçı həmin obyektin 20 ayının pulunu məndən almayacaq. Lakin o, cəmi 4 ayının pulunu məndən almadı, sonradan obyektin fəaliyyəti dayandırıldı və mənə olan borcunu ödəmədi. Yəni mənim qaza və işığa borcum yoxdur. İddiaçı mənə olan borcu ilə həmin pulu ödəməlidir. Suya gəldikdə isə mənim 3.900 manat borcum yoxdur. Mənim ona 10 aylıq icarə haqqımın qalmasına gəldikdə isə bu həqiqətə uyğun deyildir. Mən obyektin fəaliyyəti dayandırıldıqdan sonra oradan çıxdım və obyekti işlətmədim. İddiaçı is ə işlətmədiyim müddətin pulunu məndən tələb edir.... Mənim ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin qüvvədə olub-olmadığını dəqiq bilmirəm. Mən həmin obyektə o zaman cavabdehlik daşıyıram ki, həmin obyekt mənim tərəfimdən qəsdən yararsız hala salınmış olsaydı. Mən yuxarıda qeyd etdiyim kimi həmin obyekt müvafiq icra hakimiyyəti orqanı tərəfindən yararsız hala salınmışdır”. “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyində göstərilmişdir ki, “... əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3 ünvanında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportu nda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait xx xxxxxxxx 2019-cü il tarixinə 16905 manat təşkil edir”. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa görə, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684-cü maddəsinə müvafiq olaraq, əmlak kirayəsi haq qı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə ver ən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” İddia ərizəsinin icarə haqqına görə 10.000 manat tələb hissəsinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələb əsaslıdır. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsinin bağlanması və həmin müqaviləyə görə Cavabdeh2 MMC adından təsisçisi Cavabdeh1 üzərinə hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürdüyü işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsində verdiyi izahatdan görünür ki, Cavabdeh1 İddiaçılə belə razılığa gəlmişlər ki, İddiaçı ondan 20 ayın icarə haqqını almayacaq, lakin, o, icarə haqqının cəmi 4 ayının pulunu ondan almadı, sonra isə obyektin fəaliyyəti dayandırıldı. Cavabdeh1 eyni məzmunlu izahatı məhkəmə iclasında da vermişdir. İş materiallarında tərəflər arasında icarə haqqının 20 ay ərzində ödənilməməsinə dair hər hansı razılaşmanın mövcud olmasını təsdiq edən sənəd olmadığından və Cavabdeh1 bu xüsusatı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin istifad ə edilmiş qaza görə 17.157 manat məbləğində borc hissəsini də əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən həmin borcun obyektin icarə müqaviləsinə əsasən cavabdehin icarəsində olduğu müddətdə yarandığı təsdiq olunur. Tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin 11-ci bəndinə əsasən isə, “kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar... İcarəçi tərəfindən ödənilir”. Birinci instansiya məhkəməsi eyni əsaslarla iddia tələbinin istifadə edilmiş işığa görə 1253,49 manat məbləğində borcun cavabdehlərdən tutulmasını qanuna müvafiq hesab etmişdir. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfin dən verilmiş hesab ödəniş vərəqindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixə borcu 1.253,49 manat təşkil edir və həmin borc xx.xx.2016-cı il tarixdən başlayaraq yaranmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdeh tərəfindən su sayğacını zədələndiyinə görə “xxxx” ASC-nin nümayəndələri tərəfindən akt tərtib edilərək iddiaçıya məxsus istehsalat sahəsinə yazılmış 3900 manat cərimə tələbinə dair hissəsini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan “xxxx” ASC Sumqayıt Sukanal idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı müqavilə üzrə cəmi borcu xx.xx.2018-ci ilə 3.877 manat təşkil edir. Dəymiş ziyan aktına əsasən hesablanmış borc 3.927 manat, ödəniş 50 manat təşkil edir. Yuxarıda göstərilən debitor borcun illər üzrə açıqlaması aşağıdakı şəkildədi r: xx.xx.2013-cü il tarixli 002750 №-li akta əsasən 571 manat hesablanmış, 50 manat ödəniş aparılmış; xx.xx.2014-cü il tarixli 004244 №-li akta əsasən 1.427,4 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006214 №-li akta əsasən 1.333,8 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006842 №-li akta əsasən 594,8 manat hesablanmış, 0 manat ödəniş aparılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclar hazırkı iş üzrə iddianın əsasını təşkil edən xx xxxxx 2016-cı il tarixli İcarə müqaviləsi bağlanana qədər yaranmış, sayğacın hansı tarixdə zədələndiyi isə iş materiallarından aydın olmur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdeh tərəfindən istehsalat sahəsinə vurulmuş 20.000 manat məbləğində ziyan tələbinə dair hissəsini qis mən əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyində göstərilmişdir ki,... istehsalat sahəsinin... ərazisində tikilmiş qanunsuz... tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait xx xxxxxxxx 2019-cü il tarixinə 16905 manat təşkil edir. Cavabdeh həmin məbləğin ondan tələb edilməsi ilə razılaşmasa da və əmlaka ziyanın onun tərəfindən deyil, dövlət qurumu tərəfindən yetirildiyini göstərsə də, dəlillərini əsaslandıra biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdeh tərəfindən vurulmuş 10.000 manat zərər tələbinə dair hissəsini əsaslı hesab etməm işdir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istehsalat sahəsi yararsız vəziyyətə salındığından və ona təhvil verilmədiyindən, o, 10.000 manat məbləğində əldə edə biləcək gəlirdən məhrum olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunanları əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı cavabdehdən istehsalat sahəsinin yararsız vəziyyətə salınmasına görə 20.000 manat, icarə haqqına görə isə 10.000 manat tələb edir. Cavabdehlə bağlanmış icarə müqaviləsinin legitimliyi qəbul edildiyi və ondan məhkəmə qaydasında icarə obyektinin onun istifadəsində olduğu müddət üçün icarə haqqının tələb edildiyi halda, həmin vaxt ərzində iddiaçının istehsalat sahəsindən ala biləcəyi gəlirləri də cavabdehdən tutulması ədalətsiz olardı. Belə ki, istehsalat sahəsi başqa şəxsin i carəsində olduğu halda iddiaçı həmin müddət ərzində istehsalat sahəsindən hansı formada gəlir əldə edə biləcəyi anlaşılmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat və istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45.315,49 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-3841/2020) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin ap ellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinə əsasən, həmin müqavilə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh2 MMC adından təsisçisi Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı icarəçi Cavabdeh2 MMC-yə ic arəyə vermiş, icarə müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmiş, icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqını, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(013)-45/2018 saylı qətnaməsi ilə İddiaçı 17157,40 manat, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, xidmət haqqı əvəzində 1 manat - cəmi 17188,40 qəpik məbləğində pulun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsi qət edilmişdir. “xxxx” ASC Sumqayıt Sukanal idarəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı müqavilə üzrə c əmi borcu xx.xx.2018- ci ilə 3.877 manat təşkil edir. Dəymiş ziyan aktına əsasən hesablanmış borc 3.927 manat, ödəniş 50 manat təşkil edir. Yuxarıda göstərilən debitor borcun illər üzrə açıqlaması aşağıdakı şəkildədir: xx.xx.2013-cü il tarixli 002750 №-li akta əsasən 571 manat hesablanmış, 50 manat ödəniş aparılmış; xx.xx.2014-cü il tarixli 004244 №-li akta əsasən 1.427,4 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006214 №-li akta əsasən 1.333,8 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006842 nömrəli akta əsasən 594,8 manat hesablanmış, 0 manat ödəniş aparılmışdır.“xxxx” ASC tərəfindən verilmiş hesab ödəniş vərəqindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixə borcu 1.253,49 manat təşkil etmişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə toplanmış NK1/654 saylı materialda mövcud olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə verdiyi izahatda göstərmişdir ki:"... Mən İddiaçı barəmdə yazmış olduğu ərizə ilə tanış oldum. Mən bununla bağlı bildirmək istəyirəm ki, onun dedikləri şərböhtandır. Belə ki, mən onunla 2014-cü il tarixdə müqavilə bağlamışam və ona məxsus, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünvanında yerləşən istehsalat sahəsini (sexi) icarəyə götürüb işlətmişəm. Həmin sexdə əlvan metalların əritməsi ilə məşğul olurdum. Mən işlədiyim müddət ərzində həmin sexi ideal vəziyyətə gətirdim. Belə ki, həmin sexə öz şəxsi hesabıma qaz, işıq və su çəkdirmişəm, hasar çəkdirmişəm, darvaza qoydurmuşam. Həmin sexin boş sahəsində tikinti işləri aparmışam. İddiaçı sonradan həmin tikintini sənədləş dirib öz adına keçirtmişdir. Həmin sex xx.xx.2017-ci il tarixdə müəyyən səbəblərə görə müvafiq orqan tərəfindən yararsız hala gətirilmiş və sexin fəaliyyəti dayandırılmışdır.... Mən aparmış olduğum 2200 metr diametrli 76-lıq ölçüdə olan qaz trubası mənə məxsusdur, həmin qaz trubası öz şəxsi hesabıma çəkilmişdir. Mən bu barədə sənəd də təqdim edə bilərəm. Mən bir daha bildirmək istəyirəm ki, ona məxsus obyekti qəsdən yararsız hala salmamışam. Mən həmin obyektdə əlvan metalların əritməsi ilə məşğul olan zaman ətrafda yaşayan sakinlərə ziyan olduğu üçün müvafiq orqan tərəfindən obyektin fəaliyyəti qanuni yolla dayandırıldı və müəyyən hissəsi yararsız hala salındı. Mən yəni həmin obyekti qəsdən yararsız hala salmamışam. Bunu hətta bir neçə nəfərdə təsdiq edə bilər. Əksinə həmin obyektdə olan mənə məxsus əmlaklar yararsız hala salınmışdır. Mən həmin obyektdə onun icazəsi ilə tikinti aparmışam və sonradan İddiaçı həmin tikintini sənədləşdirib öz adına keçirtmişdir. Mən həmin obyekti işlətdiyim müddətdə qaza 17.157 manat, işığa 1500 manat borcum yaransa da, mən həmin pulu ödəməyəcəm. Belə ki, mən obyektə gələn zaman biz razılığa gəldik ki, İddiaçı həmin obyektin 20 ayının pulunu məndən almayacaq. Lakin o, cəmi 4 ayının pulunu məndən almadı, sonradan obyektin fəaliyyəti dayandırıldı və mənə olan borcunu ödəmədi. Yəni mənim qaza və işığa borcum yoxdur. İddiaçı mənə olan borcu ilə həmin pulu ödəməlidir. Suya gəldikdə isə mənim 3.900 manat borcum yoxdur. Mənim ona 10 aylıq icarə haqqımın qalmasına gəldikdə isə bu həqiqətə uyğun deyildir. Mən obyektin fəaliyyəti dayandırıldıqdan sonra oradan çıxdım və obyekti işlətmədim. İddiaçı isə işlətmədiyim müddətin pulunu məndən tələb edir.... Mənim ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin qüvvədə olubolmadığını dəqiq bilmirəm. Mən həmin obyektə o zaman cavabdehlik daşıyıram ki, həminobyekt mənim tərəfimdən qəsdən yararsız hala salınmış olsaydı. Mən yuxarıda qeyd etdiyim kimi həmin obyekt müvafiq icra hakimiyyəti orqanı tərəfindən yararsız hala salınmışdır”. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32836/19 saylı ekspert rəyinə əsasən, göstərilmişdir ki, əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara v ə təhlillərə əsasən, ünvan 4 ünvanında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait xx xxxxxxxx 2019-cü il tarixinə 16905 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə et mək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşmar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3.-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı Cavabdeh2 MMC-yə icarəyə versə də, cavabdeh icarə məbləğini tam olaraq iddiaçıya ödəməmiş və beləliklə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Bunun nəticəsində iddiaçının Cavabdeh2 MMC-dən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, sonuncu isə öhdəlikləri yerinə y etirməmişdir. Müqavilə Cavabdeh2 MMC ilə bağlandığından iddiaçı qarşısında öhdəliyi Cavabdeh1 deyil, məhz Cavabdeh2 MMC daşıyır. Belə olan halda iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3841/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstrilmişdir ki, «… Bakı Apelyasiya Məhkəməsinin g əldiyi qənaət tamamilə əsassızdır, vurulmuş ziyana, ödənilməmiş kommunal borclara və ödənilməmiş icarə haqlarına görə bilavasitə Cavabdeh1dur. Cavabdeh1 məsuliyyətdən yayınmaq üçün vurduğu ziyana, ödəmədiyi kommunal borclara və ödəmədiyi icarə haqlarına görə özünün cavabdeh olmadığını, heç bir fəaliyyətinin və əmlakının olmadığı, bəlkə də bağladığı Cavabdeh2 MMC-nin cavabdeh olduğunu göstərir. » b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil2 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mü lki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 vəkili Vəkil3 izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hazırkı kasasiya icraatının həddi il ə bağlı qeyd edir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsini yalnız Cavabdeh1 münasibətdə iddianın rədd edilməsi hissəsini mübahisələndirmiş və həmin cavabdehə münasibətdə iddianın təmin olunmasını xahiş etmişdir. Bu baxımdan hazırkı kasasiya icraatı iddianın Cavabdeh1 münasibətdə rədd olunması hissəsinin yoxlanması ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalayaraq, iddia tələbinə hər iki cavabdehin cavab verməli olmasını göstərmiş və Cavabdeh1 münasibətdə iddianın təmin olunmamasını əsassız hesab etmişdir. Bu mövqeyini əsaslandırarkən iddia tələbində tələb olunan icarə haqqının onun ödəməli olmasını və dəymiş digər zərərlərin məhz onun tərəfindən vurulduğunu və onun hərəkətlərinin məsuliyyətdən yayınmaq məqsədi daşıdığını qeyd etmişdir. Göstərilən dəlillərlə bağlı apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı Cavabdeh2 MMC-yə icarə yə versə də, cavabdeh icarə məbləğini tam olaraq iddiaçıya ödəməmiş və beləliklə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Bunun nəticəsində iddiaçının Cavabdeh2 MMC-dən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, sonuncu isə öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə Cavabdeh2 MMC ilə bağlandığından iddiaçı qarşısında öhdəliyi Cavabdeh1 deyil, məhz Cavabdeh2 MMC daşıyır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq və Mülki Məcəllənin 87.1-ci maddəsinə istinad edərək hesab edir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 münasibətdə iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsi) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar