Məhkəmə qərarları › İş №2(102)-1280/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1280/2023

05.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1280/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1, Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)7234/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) 01 fevral 2016-cı il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-də (bundan sonra – MMC, yaxud cavabdeh) buraxılış məntəqəsinin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. 2. 14.08.2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidinin ixtisarı ilə əlaqədar) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı xx.xx.2019-cu il tarixli digər əmrlə MMC-nin nəzarət-buraxılış məntəqəsinə 3 ay müddətinə məntəqə nəzarətçisi vəzifəsinə təyin edilmişdir.

4. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarı mbəndinə əsasan xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 7 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən qanunsuz olaraq qeyd edilən əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. İddiaçının işdən çıxma ərizəsi olmadığı halda, sənədlərin içinə onun adından yazılan saxta ərizə əlavə edilmişdir. Bundan əlavə, əmək kitabçasında işləmədiyi idarə və mü əssisələr qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 4 X2 müalicə aldığı ayların pulu iddiaçıya ödənilməmişdir. Cavabdehin iddiaçını qanunsuz olaraq işdən çıxarması nəticəsində o, ağır maddi duruma düşmüş və qazancsız qalaraq məcbur olaraq bankdan kredit götürməli olmuşdur.

7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsini məhz həmin tarixdən bilmişdir. Eyni zamanda onun tərəfindən 11 mart və 14 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətlər olunmuşdur. Onun işdən nə zaman və hansı əsasla azad edilməsi barədə məlumatının olması onun müraciətləri ilə təsdiq olunur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-2546/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi (hakim: Nigar Nəbizadə) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad edilməsi barədə 2020-ci ilin dekabr ayının sonundan məlumatlı olmuş və 2021-ci ilin mart ayından bu barədə müvafiq şikayətlərlə aidiyyəti qurumlara müraciət etməyə başlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərə flər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur.

10. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2020-ci ilin dekabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Bu xüsusat iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinə ünvanladığı müraciətlərlə də təsdiqlənir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 375.2-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 23 noyabr 2022-ci il tarixli, 2(103)-7234/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir

15. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdi r ki, iddiaçının istinad etdiyi kimi əmək kitabçasının xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülmüş olur, çünki iddiaçı əmək kitabçasını noyabrda əldə etmiş olsa belə, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, məhkəməyə isə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Yəni, bu halda da iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən müraciət etmək üçün müəyyən edilmiş müddət artıq ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən hər bir halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci, Azərbaycan Respubli kasının Əmək Məcəlləsinin 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi iş üzrə verdiyi izahatları, təqdim etdiyi sübutları tam araşdırmadan, işdən azad olunmağı barədə əmrdən şikayət vermə müddətinin buraxılması səbəblərinə düzgün hüquqi qiymət vermədən Binəqədi Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. xx.xx.2021-ci il tarixdə MMC-nin qeydiyyat kitabına imza ataraq əmək kitabçasını götürmüşdür. İddia ərizəsinin məhkəməyə verilməsi üçün müddətin ötürülməsi səbəbi ondan ibarətdir ki, əmək kitabçası işdən çıxarıldıqdan 11 ay sonra, yəni xx.xx.2021ci ildə ona təqdim edilmişdir. Əmrin surətini və öz haqq-hesab sənədlərini isə hələ də ala bilməmişdir. Hakim sübutlara düzgün qiymət verməyib, beləliklə prosessual pozuntuya yol vermişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.3, 296.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətində apellasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunu göstərə bilmədiyini, kassasiya şikayətinin formal mülahizə olduğundan təmin edilməməli olduğunu bildirərək iddiaçı tərəfindən apelyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətini təmin etməyib, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müdd ətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki,iddia məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədədir. 05 noyabr 2021-ci il tarixində iddiaçıya əmək kitabçasının verildiyi və Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən də işçinin (iddiaçının) hüququnun poulduğunu bildiyi tarix olması mübahisəsizdir.Belə olan təqdirdə iddiaçı hüququnun pozulduğunu bildiyi gündən etibarən bir ay ərzində məhkəməyə müraciət edə bilərdi.”Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət et məmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki,, işçi hüququnun pozulduğunu bildiyi gündən bir ay keçmədən mediasiya orqanına müraciət etməlidir.Bu halda iddia müddətinin axımı dayanacaq və mediasiya prosesi yekunlaşdıqdan sonra müddətin axımı davam edəcəkdir.Lakin bu halda iddia müddətinin hesablanmasında işçinin hüququnu pozulduğunu bildiyi gündən mediasiya orqanına müraciət etdiyi günə qədər keçən günlərlə mediasiya prosesi yekunlaşdığı gündən sonrakı günlərin cəmi bir aya tamamlana qədər iddia müddətinin axımı dava m edəcəkdir. İddia müddəti keçdikdən sonra mediasiya orqanına müraciətin iddia müddətini dayandırmasından söhbət gedə bilməz.Başqa sözlə, iddia müddəti daxilində mediasiya prosesinin tətbiqi (mediasiya orqanına müraciət) iddia müddətinin dayandırılmasına səbəb olur.

36. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, məhkəməyə isə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Yəni, bu halda da iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən müraciət etmək üçün müəyyən edilmiş müddət artıq ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən hər bir halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.

37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkə məsinin mövqeyi ilə razılaşır və belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

38. Qeyd olunanlara əsasən kassasiya şikayəti dəlillərinin əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(103)-7234/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar